İNSAN BƏDƏNİNDƏKİ XƏBƏRÇİ: HORMONAL SİSTEM



Siz bu yazıları oxuyarkən heç bir şey hiss etmədən və heç bir qarışıqlıq olmadan orqanizminizdə çox sayda proses baş verir. Ürəyinizin bir dəqiqədə neçə dəfə vuracağı, sümüklərinizdə toplanan kalsium faizi, qanınızdakı şəkərin miqdarı, böyrəklərinizin bir dəqiqədə süzdüyü su miqdarı və bunlara bənzər minlərlə proses bədəninizdəki hüceyrələrin uyğun fəaliyyəti sayəsində həyata keçir. Bədəninizdə 100 deyil, 1000 və ya bir milyard deyil, təxminən 100 trilyon hüceyrə var. Bəs bu qədər çox sayda hüceyrənin uyğunluğunu təmin edən nədir? Məhz bu uyğunluğu təmin edən orqanizminizdəki hormonal sistemdir.

Yaşıl noxud dənəsi böyüklükdə hipofiz vəzi hormonları idarə edən və nizamlayandır. Beyinin “hipotalamus” adlı bölgəsinin nəzarəti altında işləyir. Kiçik ət parçası kimi görünən hipofiz vəzi hipotalamusdan gələn məlumatlar sayəsində sizin hansı şərtlərdə nəyə ehtiyacınız olduğunu, bu ehtiyacı təmin etmək üçün hansı orqanınızdakı hansı hüceyrələrin işləməli olduğunu, bu hüceyrələrin kimyəvi mexanizmlərini, fiziki quruluşlarını, hazırlanmalı maddələri və bu hazırlanmanın nə vaxt dayandırılmasını bilir. Bundan başqa, çox xüsusi xəbərləşmə sistemi sayəsində bu ehtiyacların təmin edilməsi üçün lazımlı yerlərə bütün əmrləri verir.

İnsan orqanizmi yetkinlik dövrünün sonuna qədər inkişaf edir. Trilyonlarla hüceyrə bölünərək çoxalır, beləliklə, toxuma və orqanların böyüməsi təmin edilir. Müəyyən ölçüyə çatdıqda toxumalarda böyümə fəaliyyəti dayanır. Nə qədər böyüməniz lazım olduğunu bilən və bu ölçüyə çatdıqda böyümənizi dayandıran hipofiz adlanan vəzdir. Hipofiz eyni zamanda bədəninizdəki karbonhidrat və yağ mübadiləsini də tənzimləyir. Lazım gəldikdə heceyrələrindəki zülal hazırlanmasını da artırır.

Siz sadəcə baş hərlənməsi və ya narahatlıq hiss edirsiniz və bunun üçün bir müddət istirahət edirsiniz və narahatlığınız keçir.

Əgər bu narahatlığn səbəbi qan təzyiqinizin aşağı düşməsidirsə, hipofiz vəzi dərhal işə başlayır. Hipofizin ifraz etdiyi molekullar damarların ətrafındakı əzələlərin büzülməsini təmin edir. Milyonlarla əzələnin büzülməsi və damarların daralması qan təzyiqini artırır, siz də özünüzü yaxşı hiss etməyə başlayırsınız.

Hipofiz vəzi hormonların külli miqdarda ifraz edildiyi vəzlərdən biridir. Bundan əlavə, böyrəküstü vəz, mədəaltı vəz, cinsiyyət vəzləri, qalxanabənzər vəzləri kimi vəzlərdə də həyatın davamlılığı üçün olduqca əhəmiyyətli hormonlar ifraz edilir. Bu vəzlərdən hər hansı birinin zədələnməsi və normal işləməməsi həyat üçün təhlükəlidir. İnsan orqanizmindəki digər sistemlər kimi hormonal sistem də bütünlük içində işləyir. Bu bütünlüyü təmin edən insan orqanizmindəki qüsursuz xəbərləşmə sistemini yaradan, heç şübhəsiz, Uca Allahdır.
(məqalə harun yahya)