Çox güclü təhlükəsizlik tədbirləri görülən, zərərli heç bir şeyin qapıdan içəri qoyulmadığı, içəri giriş üçün çox dəqiq yoxlamaların edildiyi və gələnlərin ancaq bu şəkildə içəri buraxıldığı bir bina düşünün. Ancaq bütün bunları binanın özü etsin. Çöldən heç bir müdaxilə, heç bir kömək almadan bina canlı kimi hərəkət etsin. Binanın düşünürmüş kimi hərəkət etməsi, yəni təhlükəsizlik yoxlamalarını kompüterin köməyilə etməsi, şəxsiyyətinin yoxlamasını aparması dövrümüzün texnologiyası ilə mümkün ola bilər.
Bəs belə bir sistemin 1 millimetrin 100 mində biri qədər yerə yerləşdirildiyini desək nə düşünərsiniz? İndiki texnologiya ilə belə bir uğurun baş tutması mümkün deyil. Ancaq bu o demək deyil ki, belə bir sistem dünyada yoxdur. İlk dəfə eşitdikdə mümkünsüz kimi görünən qeyri-adi sistem insan ilk ortaya çıxdığından bəri mövcuddur. Hal-hazırda yer üzündəki bütün insanların orqanizmini təşkil edən təqribən 100 trilyon hüceyrənin hər birinin qılafında belə bir sistem mövcuddur.
Hüceyrə qılafı şüurlu canlının, yəni insanın əsas xüsusiyyətlərindən olan qərar vermə, xatırlama, qiymətləndirmə kimi xüsusiyyətlərə malikdir. Qonşu hüceyrələrlə əlaqəni təmin edir, hüceyrəyə giriş-çıxışlara çox həssas şəkildə nəzarət edir. Malik olduğu bu üstün qərar vermə qabiliyyəti, hafizəsi və nümayiş etdirdiyi ağlı səbəbilə hüceyrə qılafı hüceyrənin beyni kimi qəbul edilir.
Ancaq burada şüurlu hərəkətindən bəhs etdiyimiz hüceyrə qılafı o qədər incədir ki, ancaq elektron mikroskopu ilə görmək olur.
Qılaf cüt tərəfli, ucsuz-bucaqsız divara bənzəyir. Bu divar hüceyrəyə girişi və çıxışı təmin edən qapılar və qılafın xarici mühiti tanımasını təmin edən reseptorlarla zəngindir. Bunlar hüceyrə divarının üzərində yerləşir və hüceyrəyə giriş və çıxışların hamısına dəqiqliklə nəzarət edir.
Hüceyrə qılafının ilk vəzifəsi hüceyrənin orqanoidlərini əhatə edərək birlikdə saxlamaqdır. Bundan başqa, bu orqanoidlərdəki proseslərin davam etməsi üçün lazımlı maddələri xarici mühitdən qəbul edir. Bunu edərkən hüceyrə qılafı çox qənaətcildir;
hüceyrənin ehtiyacı olduğundan çoxunu əsla içəri qəbul etmir. Bir tərəfdən də hüceyrənin içindəki zərərli maddələri dərhal müəyyən edir və vaxt itirmədən onları hüceyrədən çıxarır. Hüceyrə qılafının vəzifəsi həyat üçün olduqca vacibdir. Ən kiçik bir xətanı qəbul etməz. Çünki hər hansı bir xəta və ya çatışmazlıq hüceyrənin ölümünə səbəb olar.
Yağ və zülal molekullarından meydana gəlmiş təbəqə olan hüceyrə qılafının bu cür ağıllı hərəkətlərinin və şüurlu qərarlarının özündən qaynaqlanmadığı açıqdır. Təsadüfən belə bir sistemin ortaya çıxmadığını ağıl və vicdan sahibi hər insan asanlıqla anlayar. Hüceyrə də, onu əhatə edən qılaf da üstün elmin sahibi olan Allahın əsəridir və onları qüsursuz şəkildə yaradan Allahın təyin etdiyi vəzifələri yerinə yetirirlər.
(məqalə harun yahya)
Yer imleri