1 sonuçtan 1 ile 1 arası
-
04-16-2020, 04:41 PM #1
COVID-19 virusunun əlamətləri hansılardır?
COVID-19 virusunun əlamətləri hansılardır?
COVID-19 virusunun geniş yayılmış əlamətləri qızdırma, halsızlıq və quru öskürək hesab olunur.
Bir çox xəstələrdə müxtəlif ağrılar: burun tutulması, burun axması, faringit və ya ishal ola bilər.
Adətən bu əlamətlər tədricən inkişaf edir və yüngül xarakter daşıyır.
Virusa yoluxmuş bəzi şəxslərdə heç bir əlamətlər və ya özünü pis hiss etmə halı müşahidə olunmur.
Əksər insanlarda (təxminən 80%) xəstəlik xüsusi müalicə tələb olunmadan, sağalma ilə başa çatır.
Ancaq COVID-19-a yoluxmada altı haldan birində tənəffüs çatışmazlığının inkişafı ilə ciddi simptomlar meydana gəlir.
Yaşlı insanlarda, eləcə də arterial hipertenziya, ürək və ya diabet kimi xəstəliyi olan insanlarda infeksiyanın ağır keçmə ehtimalı daha yüksəkdir.
Ölümlə nəticələnən hallar təxminən 2% təşkil edir. Yüksək hərarət, öskürək və ya tənəffüs çatışmazlığı olduğu halda tibbi yardım üçün müraciət etmək lazımdır.
Benzer Konular
-
COVID 19 Nədir?
By ATAMAN in forum Sağlamlıq - Səhiyyə - TibbCevaplar: 0Son Mesaj: 04-16-2020, 04:34 PM -
Səhiyyə Nazirliyi: "ÜST bu qış mövsümində A/H1N1 virusunun törətdiyi xəstəliyi sadəcə
By Baku in forum Xəbər LentiCevaplar: 0Son Mesaj: 02-28-2013, 06:50 PM -
Qıyamət əlamətləri
By kombat80 in forum Maraqlı XəbərlərCevaplar: 6Son Mesaj: 02-16-2010, 04:50 PM -
Qiyamət əlamətləri şəkillərlə
By POWER_RANGERS in forum MənəviyyatCevaplar: 3Son Mesaj: 02-03-2010, 03:58 PM -
Donuz qripi əlamətləri
By Aygun in forum Sağlamlıq - Səhiyyə - TibbCevaplar: 1Son Mesaj: 11-07-2009, 09:06 PM


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri