2 sonuçtan 1 ile 2 arası

Donuz qripi əlamətləri

  1. #1
    Senior Member Aygun - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Mesajlar
    502

    Donuz qripi əlamətləri

    Donuz qripi virusu nəfəs vasitəsi ilə burun və boğazdan ciyərlərə keçir

    Uzun müddət dünyanı səksəkədə saxlayan, “donuz qripi” adı ilə tanınan AH1N1 virusu Azərbaycanda da tapılıb. Artıq Bakı və Gəncə şəhərlərinin hər birində bir sakinin bu virusa yoluxduğunu Səhiyyə Nazirliyi də təsdiqləyib.

    Bəs, “donuz qripi”nin əlamətləri nədir? Bu virus özünü hansı formada göstərir?

    Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov virusun əlamətlərini belə sıralayır:

    - yüksək hərarət;

    - öskürmə;

    - boğaz və baş ağrıları;

    - halsızlıq;

    - qusma.

    Ş.Qurbanovun sözlərinə görə, bu əlamətlər virusa yoluxduqdan 3 və ya 5 gün sonra özünü büruzə verir.

    Şair Qurbanov deyib ki, virus nəfəs vasitəsi ilə burun və boğazdan ciyərlərə keçir. Bu səbəbdən virusdan qorunmaq üçün gigiyenik qaydalara əməl etmək, çoxlu miqdarda su qəbul etmək, meyvə şirələri və duru yeməklərdən bacardıqca çox istifadə etmək məsləhət görülür.

  2. #2
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Donuz qripi əlamətləri

    Bu mövzu artıq formumuzda var.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.