1 sonuçtan 1 ile 1 arası
-
09-12-2009, 09:37 AM #1
Donuz qripinə görə Fransa öpüşməyi məsləhət görmür
Donuz qripi təhlükəsi ilə bağlı Fransanın bəzi yerlərində öpüşmək qadağan edilib.
Fransada hər həftə 20 minə qədər donuz qripi virusuna yoluxma halları qeydə alınır.
Buna görə Fransanın hakimiyyət qurumları qətiyyətli bir addım atmağa məcbur olublar - insanları öpüşməkdən çəkinməyə çağırıblar. Hətta salamlaşaraq əl sıxmaq da məsləhət görülmür. Bəzi yerlərdə isə salamlaşma zamanı yanaqdan öpuş belə yasaqlanıb.
Səhiyyə nazirliyi əhalini xəbərdar edib ki, virusun yayılmasına münbit zəmin yaratmamaq üçün öpüşməkdən boyun qaçırmaq lazımdır.
Bir çox məktəb və biznes müəssisələrində salamlaşma zamanı yanaqdan ənənəvi öpüş yasaqlanıb.
Qrip xəstəliyinin monitorinqini aparan bir agentlik bəyan edib ki, Fransada hər həftə 20 minə qədər insan donuz qripi virusuna tutulur. Səhiyyə nazirliyi bu rəqəmləri mübahisəli hesab etsə də, Səhiyyə nazirliyinin nəzdində fəaliyyət göstərən qaynar xətt xidməti əhaliyə görüşərkən əl sıxmaqdan çəkinməyi də məsləhət görüb.
Fransızlar artıq az qala ictimai ənənəyə çevrilən öpüşü tərgidməyə tələsmirlər. Amma Fransa höküməti "ehtiyat - igidin yaraşığıdır" fəlsəfəsinə üstünlük verir və mümkün risqləri minimuma endirməyə çalışır.
Hökümət fransızlara hətta məsləhət görüb ki, donuz qripinə oxşar simptomları olan adamlarla özləri arasında bir metrlik "bufer zonası" saxlasınlar. // BBC


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla
Yer imleri