Əsas məzmuna keç
3 sonuçtan 1 ile 3 arası

Südüm sənə halal olsun!

  1. #1
    Moderlər
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Bakı
    Mesajlar
    917

    Südüm sənə halal olsun!

    Südüm sənə halal olsun!

    Ana südü ilə qidalanmamaq hansı patoloji halların yaranmasına səbəb olur?



    Qurani-Kərimin bizə göstərdiyi möcüzələr saysız-hesabsızdır. Bu möcüzələr insanı həyatı dərk etdiyi ilk gündən düşünməyə məcbur edir. İnsan bu möcüzələrin qarşısında acizdir. Allahın qoyduğu qanunlara əməl edən, bu sərhədi aşmayan hər kəsin həyatını bu möcüzələr sanki idarə edir. Haqqında söhbət açacağımız növbəti möcüzəni dünyaya çağa gətirən ana ilə övladı arasında mənəvi körpü adlandırsaq, yanılmarıq.

    Müqəddəs Qurani-Kərimdə uca Allah buyurur:
    «Analar (istər boşanmış, istərsə də boşanmamış olsun) uşaqlarını əmizdirmə müddətini tamamlatmaq istəyən (atalar) üçün tam iki il əmizdirsinlər...» (surə 2, ayə 233).
    Quranın daha iki ayəsində də bu müddət göstərilib:
    «Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur…» (surə 31, ayə 14).
    «Biz insana ata-anasına yaxşılıq etməyi (valideynləri ilə gözəl davranmağı, onlara yaxşı baxmağı) tövsiyə etdik. Çünki anası onu (doqquz ay bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur. Onunla (ana bətnində) daşınma və (süddən) kəsilmə müddəti otuz aydır» (surə 46, ayə 15).
    İnsan daha inkişaf etmiş varlıqdır. O, anadangəlmə əmmə refleksi ilə doğulur. Ana südü ilə qidalanma prosesi isə bu refleksin təbii təzahürüdür. Bundan başqa, dünyaya gələn yeni çağaya anasından başqa hamı yad görünür. 9 ay anasının «şirə»si ilə bəslənən körpənin adaptasiya dövründə süd əsas amillərdən hesab olunur.

    Ana südü ilə qidalanma südü ötürmək üçün fiziki proses deyil, bu, eyni zamanda mənəvi bir haldır. Alimlər sübut ediblər ki, çağa doğulan kimi ananın qarnının üstünə qoyularsa, o sakitləşir. Bu həmçinin südlə əmizdirmə vaxtı da baş verir. Hətta alimlər belə bir eksperiment aparıblar. Yeni doğulanları 2 qrupa bölüblər. Biri ana südü ilə qidalandırılıb. Digər qrupdakı uşaqları isə analar özləri döşlə əmizdiriblər. Birinci qrupun uşaqlarının narahat və xəstəliklərə daha həssas olduğu aşkarlanıb. Alimlər bunu izah etməkdə acizdirlər.
    Məhəmməd Peyğəmbərdən (s.ə.s) belə bir hədis oxuyuruq: «Həm öz övladını əmizdirən, həm də bu işi görməyən analar Allah qarşısında cavab verəcəklər».

    Ana südünün tərkibini öyrənmək çağanın necə qidalanması barədə düzgün fikir yürütməyə imkan verir. Körpənin 2 il ana südü ilə qidalandırılması əleyhinə çıxan Qərb alimləri bir çox araşdırmalardan sonra bu haqda hələ 1400 il bundan əvvəl Qurani-Kərimdə deyilənlərin doğru olduğunu etiraf ediblər. Ana südü ilə qidalanmamaq çağalarda aşağıdakı patoloji halların yaranmasına səbəb olur:

    fiziki inkişafın pozğunluğu;
    psixi inkişafın pozğunluğu;
    immun sisteminin pozğunluğu;
    mədə-bağırsaq xəstəlikləri;
    ürək-damar xəstəlikləri;
    tənəffüs sistemi xəstəlikləri;
    endokrin sistemi xəstəlikləri;
    qan xəstəlikləri.
    Bunlar hələ tam siyahı deyil.

    Belə uşaqlarda qanazlığı, sümük əyrilikləri, allergiyalara da rast gəlinir. Ana südü körpənin düzgün formalaşması və inkişafında ən ümdə və doğru vasitədir.

    Qurani-Kərimdə yuxarıda verdiyimiz ayəni tam oxuduqda məlum olur ki, Allah-Təala tutarlı səbəb olarsa, əmizdirmədən imtina etməyi, eləcə də əmizdirməyə dəvət edir: «Analar (istər boşanmış, istərsə də boşanmamış olsun) uşaqlarını əmizdirmə müddətini tamamlatmaq istəyən (atalar) üçün tam iki il əmizdirsinlər. Anaların yeməyi və geyimi öz qüvvəsi dairəsində (uşağın) atasının üzərinə düşür. Heç kəs gücü çatdığından artıq yüklənməz. Nə bir ana, nə də bir ata uşağına görə zərər çəkməsin! (Ata öləndən sonra) bu vəzifə həmin qaydada varisin üzərinə düşür. Əgər ata və ana öz aralarında məsləhətləşib, uşağı (iki ildən tez) süddən kəsmək qərarına gəlsələr, ikisinə də heç bir günah olmaz. Əgər siz uşağınızı başqasına (süd anasına) əmizdirmək istəyirsinizsə, onun zəhmət haqqını müəyyən olunmuş qayda üzrə (şəriətə müvafiq) ödəsəniz, yenə də sizə günah sayılmaz. Allahdan qorxun və bilin ki, Allah, həqiqətən, sizin nə etdiklərinizi görəndir!...» (surə 2, ayə 233).

    Ana südü ilə bağlı bir maraqlı məsələni də nəzərinizə çatdıraq. Əgər bir qadın 2 yaşına qədər 15 dəfə doyunca başqa bir uşağa süd versə, onun doğma övladları ilə həmin körpə bir-birinə məhrəm olurlar. Yəni İslam şəriətinə görə, onlar bir-birlərilə ailə qura bilməzlər. Qurani-Kərim bu haqda buyurur: «Sizə… süd analarınız, süd bacılarınız… ilə evlənmək haram edildi». (surə 4, ayə 23).
    Mesafler mi aşkı uzaklaştırır ,aşk mı mesafeleri yakınlaştırır,Uzayan yollar,kanayan sevdalar,ne kadar aşkı yansıtır,Sevmekten uslanmayan gönülmüdür.Uslanmayan sevdamıdır.Ey arsız sevda,yoluna gül dökülesi,İşte geldin yakınımdasın,Bir seslensem el uzatırmısın?

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Südüm sənə halal olsun!

    malasef men ana südü ile böyümemişem o vaxtın malışları ile

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Südüm sənə halal olsun!

    melumatin ucun saq ol

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.