2 sonuçtan 1 ile 2 arası

Qida zəhərlənməsi ilə əlaqədar nə bilirsiniz?

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Qida zəhərlənməsi ilə əlaqədar nə bilirsiniz?

    Qida zəhərlənməsini önləmənin bir çox yolu var. Ancaq araşdırmalar, xalq arasında doğru olduğu düşünülən bir çox məlumatın səhv olduğunu göstərir. Məsələn: xalq arasında doğru olduğu düşünülən, əlləri isti su və anti bakterial sabunla yumanın bakteriyaları öldürdüyü inancı elm biliciləri tərəfindən qəbul olunmur. Araşdırmalar əlləri yuyarkən isti su yerinə, ilıq su istifadə etmənin daha sağlam olduğunu göstərir. Çünki isti su dərini qurudur və dəridə çatlaqların meydana gəlməsinə, bakteriyaların bu çatlaqlardan içəri girib çoxalmasına səbəb olur. Bundan əlavə, əlləri təmizləmək üçün mütləq anti bakterial sabun lazım deyil. Hər hansı başqa bir sabun da əlləri təmizləmək kafi olur. Xalq arasında doğru olduğu düşünülən digər bir səhv inanış da bakteriyaları yox etmək üçün əti bişirmədən əvvəl mütləq yumaq lazım olduğudur.
    Halbuki əti bişirmədən əvvəl yumaq bakteriyaların bir qisimini öldürsə də, əti yuyarkən bakteriyaların digər yeməklərə və mətbəx dəzgahına yayılma ehtimalı var. Yenə ümumi bir qanı, qalan yemək artıqlarının soyuducuya qoymadan əvvəl soyudulması, bişmiş bir yeməyin otaq istiliyində gözlədilərək soyudulması müddəti ərzində minlərlə bakteriya meydana gələr. Bu səbəblə bişirilən yeməklərin sürətli bir şəkildə soyudularaq soyuducuda qalması lazımdır. Bu istiqamətdə iki üsuldan söz edilə bilər. Soyuq qış günlərində qazanın ağızı bağlı olaraq balkonda gözlədilməsi ya da böyük bir qabın içərisinə qoyulacaq buzlu suyun içində qazanın gözlədilməlidir. Yeməyiniz otaq istiliyində olduqda soyuducuya arxayın qoya bilərsiniz.
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Qida zəhərlənməsi ilə əlaqədar nə bilirsiniz?

    melumatin ucun sag ol menim en zeif noqteme toxunmusunuz ellerimi ise demek olar ki 5 deqiqeden bir soyuq su ile anti bakterial sabunla yuyuram bu mene hezz verir ele bilirem ki ,ozumu mikroblardan qoruyuram

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.