6 sonuçtan 1 ile 6 arası

Stressdən azad olmanın yolları

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Stressdən azad olmanın yolları

    Soyuq qış günlərini artıq geridə buraxırıq.
    Qaranlıq qışın yerini canlı bahar günləri almağa başlayır. Bahar ruhumuzu da qaranlıqdan çıxarıb canlandırmaq üçün ən ideal zamandır. Qış boyunca alınan çəkilər, yaşanan iş stressi və problemlərdən yaranan depressiya baharın enerjisi ilə sona çatır.Həkim yaz aylarının stress, depressiya və artıq çəkidən azad olmaq üçün çox yaxşı bir fürsət olduğunu söyləyir və ruhumuzu təmizləməyin yollarını izah edir.Belinizi dik saxlayaraq, oturun və ya ayaq üstə durun. Yavaş və dərin-dərin nəfəs alın. Havanın bədəninizə dolması ilə qarnınız şişəcək. Nəfəs almanızı hiss etmək üçün əlinizi qarnınıza qoyun. Daxilə mümkün olduğu qədər hava doldurduqdan sonra bir neçə saniyə müddətində nəfəsinizi saxlayın. Sonra bir şam üfləyirmiş kimi nəfəsinizi dodaqlarınızın arasından verin. Bunu dörd-beş dəfə təkrarlayın və sonra da bir neçə dəqiqə sakitcə oturun.Sevdiyiniz işlərlə məşğul olmaq stressi azaltmanıza köməkçi olacaq. Nələrdən xoşunuz gəldiyinə qərar verin və bunları davamlı olaraq etməyə çalışın.Daha əvvəl davamlı məşq etməmisinizsə, artıq yavaş-yavaş başlayıb tədricən artıra bilərsiniz. Məşqə avtomobilinizi gedəcəyiniz yerdən xeyli uzaqda saxlamaqla, lift əvəzinə nərdivandan istifadə etməklə başlaya bilərsiniz.Evdə bağ və ya ev işləri ilə məşğul olun. Qısa bir gəzinti belə stresslə mübarizədə olduqca köməkçi olacaq. Daha aktiv olmaq üçün nələr edə biləcəyinizin siyahısını hazırlayın. Hər həftə və ya iki həftədə bir siyahınıza yeni şeylər əlavə edin. Qidalanma vərdişinizi dəyişdirin. Səhər naharı edin. Məsələn, əgər iki qab yemək yeyəcəksinizsə, onlardan birinin salat olmasına diqqət yetirin. Bol-bol su üçün. Mümkün olsa hər gün eyni saatda yuxudan durun. Yeməkdən sonra dişlərinizi fırçalayın.
    İdmanı həyatınıza daxil etməyə çalışın. Məşqə vaxt tapa bilmədiyiniz, ya da məhdud zaman ayıra bildiyiniz təqdirdə isə gündəlik həyatınıza daha enerjili və aktiv hala gətirə biləcək kiçik detallar qatın.

    1. Açıq hava gəzintilərini və oksigenin çox olduğu yerləri seçin.

    2. Qısa məsafələrdə maşından istifadə etməyin, gəzməyə üstünlük verin.

    3. İş yerinizdə, evdə liftin yerinə nərdivanlardan istifadə edin.

    4. Xüsusilə oturaq işiniz varsa, arada yerinizdən qalxıb gəzin, gün ərzində bədəninizi hərəkətsiz buraxmayın.

    5. Hər gün mütləq duş alın. Suyun müalicəvi təsirini unutmayın.
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Stressdən azad olmanın yolları

    adami iki sey qocaldir bir eseb birde fikir etmek bu iki sey olamsa 100 il yasamaq olar
    [

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Stressdən azad olmanın yolları

    stresden azad olmagcun telefon ve naushnikleri gotururem cayin kenarina.kimse olmayan yere..bu menim esebimi sakitleshdirir

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  4. #4
    Junior Member
    Üyelik tarihi
    May 2010
    Mesajlar
    6

    Re: Stressdən azad olmanın yolları

    Həyatımızda baş verən həm müsbət həmdə mənfi hallar bizdə stres yaradır. Stresin təsir gücünü qiymətləndirmək üçün psixoloqlar nisbi cədvəlləşdirmə metodu tədbiq edirlər. Qiymətləndirmə cədvəli tərtib edəndə həyat yoldaşınin ölümü bütün mümkün olan stres amillərinin ən güclüsü olaraq götürülür və 100 vahidlə nisbi qiymətləndirilir.

    İndi isə belə bir cədvəllə sizi tanış etmək istəyirəm.

    1-Ailə
    [əziyyətlər.html

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Dec 2006
    Yer
    Baki
    Mesajlar
    1.089

    Re: Stressdən azad olmanın yolları

    stress bir cox xesteliklerden daha cox fesad toredir insanin sagligina,calisaqqki depresiyaya stresse dusmeyek. yaxsi,gozel seyler dusununki heyatda gozel gorunsun. yasamaga deyer cunki
    gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Stressdən azad olmanın yolları

    Alıntı Sindy Nickli Üyeden Alıntı
    stress bir cox xesteliklerden daha cox fesad toredir insanin sagligina,calisaqqki depresiyaya stresse dusmeyek. yaxsi,gozel seyler dusununki heyatda gozel gorunsun. yasamaga deyer cunki

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.