2 sonuçtan 1 ile 2 arası

Həftənin 7 günü

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Həftənin 7 günü

    Bazar ertəsi

    Sakitcə yuxudan oyanmaq necədə gözəldir..
    Külək,yağış yenədə pəncərəmi döyür...
    Şəhərin bütün soyuqluğunu üzərimdə hiss edirəm...
    Havanın təsiri ilə bu gün özümüm çox yorğun hesab edirəm...
    Təkliyimi görməməzlikdən gəlirəm.....

    Çərşənbə axşamı

    İçimdə olanların təssiri xaricimədə təssir göstərir....
    Oğurlayacaq hər səsin əllərindən öpməyə hazıram
    ...ki sarsıtmadan,incitmədən, ağrıtmadan;
    Çərşənbə axşamını sakit yola salmaq məni yorur amma
    çərşənbəni də yuxusuz qarşılamağa hazıram...


    Çarşənbə

    Laqeyd baxışlarım yeni bir günə küsərək başlayır.
    Və pəncərədən girən bir havanın ağız qoxusunu tənəffüs edirəm.
    Görüşlərimə gecikmək kimi bir dərdim yoxdur...
    Günlərmin bu qədər mənasız eyni keçmə səbəbi nədir?Günahkar kimdir görəsən?

    Cümə axşamı

    Sadə bir günə oyanıram.
    Bu günki halıma baxmadan əvvəl ətrafımdakı qırıq tökdüklərimin
    halına baxıram.
    Məndən çox ürək ağrıdan!
    heç iştahım yoxdur; amma yenə də pəncərənin
    pərdəsini aralayır və çölə nəzər salıram
    Bu gün hava yenə yağışlıdır...
    Heç bir şeyə toxunmadan çölə çıxıram
    və çöldən baxmaq istəyirəm həyata.
    Üzərimə yağan yağışın mənə təssir etmədiyini görürəm...
    Bütün günümü sahilə ayırdım. Mən yaş sahil yaş mən tək o da tək.
    Vidalaşırıq onla, artıq gecə vaxtıdır.
    Özümü aldadıb təkrar sahilə dönürəm. Ondan ayrılmaram!
    Aydın oldu, yenə səhəri səninlə birgə qarşılayacayıq.

    Cümə

    Bu gün görüşüm var.
    Ən gözəl geyimlərimi geyinibb xatirələrimə qonaq olacağam.
    hardan başlayım görəsən?
    Sevgidən başlayıram.

    Şənbə

    Bu gün xatirələrə deyil gələcəyə gedirəm.
    Ağrılı bir düşüncə beynimi məşğul etməsə..
    Hər insan kimi arzularım, xəyallarım,
    görmək istədiklərim və gözlədiklərim var.
    Günün verdiyi rahatlıqdandırmı,
    yoxsa kreslonun rahatlığındandırmı naməlum amma
    içimdəki dinclik məni başının tacı edir ...
    Dodaqlarıma toxunan suyun yaşlığı ağızımın kənarından
    incədən incəyə enir; Yaşadığımı sübüt edir...

    Bazar

    Gözlərimi səhifələr arasında açıram.
    Zibildən daşan buruq kağızlar və yazılar...
    Masanın üzərində aşan stəkanlar, qəhvə iy verən şeirlərim
    Üzümü gözümü silib ayaqda durmağı bacarmalıyam...
    Bir həftəni gedridə qoydum ancaq bu həftə ərzində nə qazandım?Nə əldə etdim ?
    Hər günümü mənfi fikirlərlə doldurdum...
    Bu həyat bizə sadəcə bir dəfə verilir.Mən isə qızıl dəqiqələrimi boş fikirlərlə doldurmaqla məşğul oldum.
    Həyatımızın,günlərimizin bu qədər mənasız olmasının günahkarı özümüzük...


    Qeyd: Hər gün yeni bir gündür,
    Həyat bəzən bir həftəylə başlayar və o həftə içində sona çatar.
    "Sevdiyin Qədər Yaşamısan" sözünü unutmaq münkün deyil.
    Sevgi özündən vermək demək, qorxmadan
    SONUNA QƏDƏR YAŞATMAQ VƏ MÜQAVİMƏT GÖSTƏRMƏKDİR.
    Min dəfə qəlbinə dəyilsədə həyata qarşı sevgisiz olmaq olmaz.
    Xoşbəxtlik bəlkə bir həftədən ibarətdir.

    Heç birimiz nə vaxt öləcəyimizi bilmirik.Hər gününüzü son gününüz kimi yaşayın.Yaxşı əməllərin,yaxşı fikirlərin,düzgün addımların sahibi olaq...
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Həftənin 7 günü

    her gununuzu son gununuz kim yasayin ,sexsen sen bunu ede bilirsen?bu mumkun deyil cunki biz her atdiqimiz addimda kimise neyse fikirlesmeli oluruq belkede en duzu ele budur

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.