Bəzən öz özümə, "Hər kəs ildə bir iki gün də olsa görmə və eşitmə duyğularından məhrum qalsa nə olar?" deyə soruşaram.
O zaman insanlar sahib olduqları şeylərə daha çox dəyər verərdilər hər halda.
Bəlkə səssizlikdə səslərin insana verdiyi zövqü daha yaxşı anlayardılar.
Bəzən tanışlarıma ətraflarında nələr gördüklərini soruşuram.
Bu yaxınlarda meşədə uzun bir gəzintidən dönən yoldaşıma nələr gördüyünü soruşmuşdum. Mənə verdiyi cavab bu oldu:
"Görüləcək əhəmiyyətli bir şey yox idi..."
Meşədə bir saat gəzmək və bu müddət içində qeydə dəyər bir şey görə bilməmək görəsən mümkün ola bilərmi? Bəzi insanlar tanıyıram kor olmarına baxmayaraq, yalnız toxunma duyğusu sayəsində çox şey hiss edirlər. Bir yarpağa toxunduğu zaman onun şəklini anlayırlar. Baharda təbiətin qış yuxusundan oyandığının ilk işarəsi olan bir qönçə tapmaq üçün barmaqlarını budaqların üstündə gəzdirirlər. Bəzən əlini yavaşca bir ağaca söykədiyi zaman, bu ağacın bir budağında quşun necə titrədiyini hiss edər kimi olurlar.
İnsan bir müddət sonra kor olacağını bilsə hərhalda geri qalan zamanını daha gözəl istifadə edərdi. Amma bir dəfə bu aqibəti yaşamış olanlar gözlərindən tam mənasıyla faydalanmağı bilərlər. Gördükləri hər şey, özlərincə tam fərqli bir dəyər qazanardı. o zaman həqiqətən görməyi öyrənmiş olarlar və yeni bir gözəllik dünyasının önlərinə sərildiyini anlarlar.
Son olaraq insanlara bunu tövsiyə edəcəyəm: Sabahısı gün sanki kor olacağınızı bilirmişsiniz kimi istifadə edin gözlərinizi. Əlbəttə digər hisslərinizi də laqeyd yanaşmadan... Səslərin musiqisini, quşların ahəngini, bir azdan kar olacaqmışsınız kimi diqqətlə dinləyin. Sabahısı gün toxunma duyğunuz əlinizdən alınacaqmış kimi, əşyaya sevgiylə toxunun. Çiçəkləri iyləyin, yediklərinizin ləzzətini damaqlarınızda hiss edin. Duyğularınızdan mümkün olduğu qədər istifadə edin. Allahın sizə bağışladığı nemətlər sayəsində dünyanın gözəlliyini fərq etməyə çalışın.
Lakin mən yenə də görmənin digər duyğulardan daha qiymətli olduğunu düşünürəm
menim ucun butun duyqular eynidir kor , ya kar , ya lal, olmaq bunlarin hansi birini itirsek cox dehsetli olar,doqrudan da biz insanlar cox laqeyidik , bezen olur ki ozumuzu cox bedbext saniriq nedi nedi bizi kimse atib ya kiminlese aldadib ,bezen olur ki kimese gore bele ozumuze olum de arzulayiriq bax butun bunlari ise elemeye bizim ixtiyarimiz yoxdu ,allah bize gormek ucun goz ,esitmek ucun qulaq ,doqru dusunmek ucun aqil ,ne bilim hereket elemek ucun el ayaq verib ,biz gerek her acilan sabah ucun, her yasadiqimiz gun ucun allahimiza sukur edek
Yer imleri