Sayfa 3/4 İlkİlk 1234 SonSon
34 sonuçtan 21 ile 30 arası

Yuxu yozmaları

  1. #21
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Yuxu yozmaları P

    Padişah – Röyada padişah görmək ən xeyirli yuxulardan sayılır. Subaysınızsa – xoşbəxt ailə quracaqsiniz, evlisinizsə – yaşayışınız, güzaranınız son dərəcə gözəl və ürəkaçan olacaqdır.
    Pazı(Çuğundur) yarpağı - xeyirli ruzi anlamindadır. Təmizləmədən bu pencəri yemək – borca və şübhəli şeylərə, yaxud da taleyin dönməsinə; qadın üçün – heysiyyət və şərəfinə toxunan sözlərə işarədir.
    Paya(Dirək) – Bu röya heç gözləmədiyiniz birisinin haqqınızda dedi-qodu yaydığını və sizə quyu qazdığını göstərir.
    Payız şumu - Röyada payız şumuna qoyulmuş torpaq görmək – istəklərinizin gerçəkləşməsi üçün bir az da gözləməyiniz gərəkdir.
    Payızgülü(Xrizantema) – Röyada payızgülü görmək – bir sevgi məsələsi ilə qarşı-qarşıya qalacaqsınız.
    Paket(Torba) – Alış-veriş üçün istifadə olunan paket – ibrətverici bir təcrübəyə işarədir. Paket almaq – cavan oğlan üçün bu röya alacağı bir məktubdan və ya xəbərdən üzüləcəyinə, sıxıntı çəkəcəyinə; Yaşlı adam üçün – heç də güvənilməyən bir dosta, yodaşa; Gənc qadın üçün – ürəkaçan bir sürprizə; Yaşlı qadın üçün – girişdiyi bir işdən uğur qazanacağına və bu uğurdan başqalarının da faydalana biləcəyinə yozulur.
    Palan – Etibar qazanacağınıza, lakin əlinizdən xeyli pul çıxacağına işarədir.
    Palıd ağacı - acı xəbərə yozulur. Yuxuda palıd ağacı görmək və ya kölgəsində oturub dincəlmək – cavan oğlanın uğur qazana bilməsi üçün var gücü ilə çalışmasını; daha yaşlı adam üçün – yaxın bir yoldaşının ondan yardım istəyəcəyini; Dul qadın üçün – özündən çox yaşlı bir adama evlənəcəyini; Evli qadın üçün – çətin bir işdə uğur qazanacağını xəbər verir.
    Palıd qozası – cavan oğlanın röyada palıd qozası topladığını görməsi – sonu bir şübhəli bir işdə uğur qazanacaqdır. Röya sahibi yaşlıdırsa – az maaşlı bir işi qəbul edəcəkdir. Gənc qadın üçün bu röya – yaxşı bəxtə; yaşlı qadın üçün – qazanacağı uğurdan başqalarının da istifadə edəcəyinə yozulur.
    Palma – faydalı bir dəniz səfərinə çıxacaqsınız.
    Paltar – röyada təzə paltar geymək – iş həyatınızda hamıdan əlverişli və üstün vəziyyətdə olduğunuza yozulur. Pis və cırıq-cındır paltar geymək – yoxsullaşacaq və mövqeyinizi itirəcəksiz; Şık və qəşəng geyimdə küçəyə çıxmaq, yaxud rəsmi yerə getmək – yaxınlarda var-yoxunuzu itirəcəksiniz. Pul sıxıntısı üzündən paltar satmaq – kasıb üçün xeyirə; varlı üçün kədər və can sıxıntısına, mal və pul itkisinə yozulur. Zərif və incə geyimli xanımlar görmək – yaxınlarda bir toyda olacaq, yaxud evlənəcəksiniz (nişanlanacaqsınız). Gənc qızların və ya qadınların özlərinin kişi geyimində görməsi – sevindirici bir xəbərə işarə sayılır.
    Paltar dolabı – qohumlardan biriylə umu-küsüyə, münaqişəyə işarədir.
    Paltar yumaq – pis xəbərə işarə sayılır.
    Paltar təmizləyən – varlı birisiylə evlənməyə işarədir. Əgər röya sahibi evlidirsə – gözləmədiyi bir yerdən xeyli pul alacaqdır.
    Paltar asılan – subay qızlar üçün – qismət, cavan oğlanlar üçün – sıxıntı kimi yozulur.
    Palto – röyada palto geymək – yaxşı bir mövqe sahibi olacaqsınız.
    Pambıq – bəmbəyaz pambıq görmək – fərəhə, sevincə işarədir.
    Pansionat – səyahətə və səfərə yozulur.
    Pantolon (şalvar) – yuxuda qara rəngli pantolon geymək – xətirli və mötəbər adamlar üçün xeyirli röya hesab edilir. Köhnə və yırtıq pantolon geymək – tasaya, kədərə; ipək və yun pantolon – xeyirə yozulur.
    Papa (roma papası) - röyada Papanı görmək – ailədaxili bir məsələdə şübhə altına alıcanaqsınız. Papa ilə danışıb söhbət etmək – sonu şübhəli bir işə atılacaqsınız. Papa ilə ayində, dini mərasimdə olmaq – yaxınlarınızdan birinin vəfat edəcəyinə işarədir. Papaya bir şey vermək – xristiana çox dəyərli bir yardımda bulunmağa yozulur. Özünü Papa olmuş görmək – böyük bir fəlakət anlamına gəlir.
    Papaz (keşiş) - günah işləməyə və pisliyə işarədir.
    Parik – röyada parik görmək – başqalarının da fikir və tövsiyyələrini qiymətləndirə bilsəniz, həyatda uğur qazanacaqsınız.
    Park - yuxuda yamyaşıl və gözəl bir parkda gəzib-dolaşmaq – əyləncəli bir istirahət gözləyir sizi.
    Parlament – röyada parlament binasını görmək – dövlət qapısında önəmli bir işinizin həll ediləcəyinə yozulur.
    Parça taciri - özünü bir parça mağazasında görmək – kişilər üçün bu yuxu uğurlu bir ticarətə; qadınlar üçün – əyləncəyə yozulur.
    Parçalamaq – röyada bir adamın dəli kimi üst-başını parçalaması – bir başqası ona qarşı etirazda bulunacaq və ya röya sahibi bir işdə töhmətləndiriləcək, şübhə altına alınacaqdır.
    Pasport – xarici bir ölkəyə getmək üçün röyada pasport almağa çalışmaq – işlərinizdə bir sıra əngəllər çıxacaqdır.
    Pasta (diş pastası) - xəstəlikdən şəfa bulunmağa və nəslin çoxluğu anlamına gəlir. Ot, çiçək və taxıldan çəkilən yağ və pastalar da, eyni şəkildə yozulur.
    Patriarx – xeyirə yozulmur, xəstəliyə də işarədir.
    Patriarxiya – bir fəlakət xəbəri olaraq yozulur.
    Paxla – yuxuda təzə paxla yemək – düşmən əhatəsində olduğunuza işarədir. Quru paxla yemək – könlünüzü saran kədər və istirablardan qurtulacaqsınız.
    Paxlava – paxlava bişirmək – həyatınızı çox çalışmaqla və minbir məşəqqətlə qazanacağınıza işarədir. Paxlava yemək – mal-dövlət və ya pulunuz əldən gedəcəkdir.
    Paşa (hərbi və mülki titul) – röyada hərbi mündirdə bir Osmanlı paşası görmək – şan-şərəf, mövqe və etibar işarəsi olaraq yozulur.
    Peyğəmbər çiçəyi – umduğunuz, istədiyiniz nə varsa, nail olcaqsınız.
    Pendir – röyada pendir yemək – işdə aldadılmağa işarədir. Bazardan pendir almaq – kişilər üçün bu röya – ticarətdə böyük və zəhmətsiz qazanca; subaylar üçün – zəngin bir qadınla evlənməyə; ərə getməmiş qadın üçün – xaricdə vəzifəli bir adamla birləşməyə; evli və uşaqlı qadın üçün – mirasa qovuşmağa yozulur.
    Pəmbə (çəhrayı) rəng – bəzi gərəksiz xəyallarla məşğulsunuz.
    Pəncə (caynaq) – röyada pəncə görmək – qüvvətə, rahat yaşayışa işarədir. Qartal caynağı – həyatda böyük bir uğur qazanacaqsınız.
    Pəncərə – yuxuda pəncərə görmək – röya sahibi bir vara, mülkə nail olacaq, ucalığa və xoşbəxtliyə çatacaqdır. Röyanı görən sıxıntı və qatğı içindədirsə, bu qayğılardan qurtulacaq, xəstədirsə – yaxşılaşacaq, subaydırsa – evlənəcək və gözəl bir qızla məsud ailə həyatı quracaqdır.
    Pəncərə qapağı (taxta örtük) - bəzi yeni sirlər kəşf edəcək və öyrəndiklərinizdən ağıllı şəkildə istifadə edə biləcəksiniz.
    Pərvanə – səbirsizliyə yozulur.
    Pərdə - röyada pərdə ilə sıx-sıx örtülmüş pəncərə görən adam yaxın günlərdə həyati sirlə, müəmmayla dolu bir nəfərlə yaxından tanış olub sıx əlaqə yaradacaq, lakin bu tanışlıq çox böyük üzüntüyə və qəmə-qayğıya səbəb olacaqdır.
    Pəri (mələk) - röyada pərilər, mələklər diyarında olmaq, rəqs edən, əylənən pəriləri görmək, yaxud da bir pəri ilə söhbətləşmək – röya sahibi gözləmədiyi halda olduqca önəmli bir sərvətə nail olacaqdır.
    Pərpərəng (bitki) – mədə və bağırsaq xəstəliyinə yozulur.
    Pəhlivan - yuxuda pəhlivan görmək – mənasız bir iş cəhdində bulunacaqsınız.
    Pivə – yuxuda pivə içmək – nişanlanacaq və tezliklə evlənəcəksiniz. Pivə almaq və ya bir yerdə çoxlu pivə şüşəsi görmək – var-dövlət sahibi olacaqsınız.
    Pijama - cansıxıcı bir xəbərə yozulur.
    Pipik (xoruz pipiyi) – ruzinizin və sərvətinizin çoxalacağına, hər hansı bir olay dolayısıyla sıxıntıya düçar olacağınıza işarə sayılır.
    Pislik etmək – röyada birisinə pislik öyrətdiyini görən adam öz dəstlarından birinə pislik edəcək.
    Pişik - evin qulluqçusuna işarədir. Bəzi yozucular pişiyi röya sahibinin evində olan oğru kimi də yozurlar. Dişi pişik – hiyləgər, pis qadını ifadə edir. Röyada miyoldaya-miyoldaya bir nəfərin ətrafında dolaşan və onu qorumağa çalışan pişik – o şəxsə həm zərəri, həm də faydası toxunan bir adama işarə sayılır. Erkək pişiyin yuxuda bir adamı cırmaqlaması, yaxud dişləməsi -o adam bir il xəstə yatar. Vəhşi çöl pişiyinin dişləməsi daha şiddətli xəstəliyə yozulur. Yuxuda pişik satmaq – ruziyə və faydaya; pişik əti yemək – sehrbazlıq sənətini öyrənməyə; pişiyə döndüyünü görmək – oğurluğa və yaşayışını gərəksiz işlərdən qoruya bilməyə; pişiyin evə girdiyini görmək – evə oğru girəcəyinə, lakin bir şey aparmayacağına işarədir. röyada bir pişiyin bir adamı cırmaqlaması, onun qanını axıtması, yaxud gözünü çıxarması – açıq bir düşməni ifadə edir.
    Platin – yuxuda platin görmək – bir dəli eşq əlamətidir.
    Plyaj – cinsi həyatınızıpn nəzarət altına almağın gərəkdiyinə yozulur.
    Plov – röyada plov görmək – indiyəcən iç üzü naməlum olan bir çox çətin və qarışıq məsələlərin açılıb, aydınlaşacağına işarə sayılır.
    Polis idarəsi – polislə ilgili röyalar başınıza bir bəla, dərd gələcəyinə işarə sayılır.
    Pomidor – yuxuda pomidor – sizi və ailənizi könülaçan, xoş işlərin gözlədiyinə işarə sayılır.
    Poni (at cinsi) – yuxuda alçaqboylu at cinsindən olan poni görmək – muradınıza çatacaq, ürəyinizcə səadətə qovuşub, çoxlu pul qazanacaqsınız. Həm özünüzün, həm yaxın adamlarınızın sağlamlığı və iş durumları fövqəladə dərəcədə düzələcəkdir. Röyada poniyə minmək – işinizdə ən yüksək mərtəbəyə yetişəcəksiniz deməkdir.
    Portağal – şad xəbərə və uğurlu eşqə yozulur.
    Poçtalyon – röyada poçtalyondan məktub almaq – kimsə röya sahibini lağa qoyacaqdır. Poçt qutusundan və ya əldən məktub almaq – yaxın günlərdə önəmli bir xəbər alacaqsınız. Yuxuda poçtalyonun sizə məktub olmadığını söyləməsi – çox önəmli bir sənədiniz itəcəkdir.
    Pul – röyada külçə halında pula sahib olmaq – əlinizə çoxlu pul keçəcəkdir. Pul itirmək – əlinizə bir qədər pul keçəcəkdir. Yerdən pul yığmaq – böyük çətinliklərlə qarşılaşacaqsınız. Qızıl pul görmək – zənginliyə, var-dövlətə yozulur. Qənaətlə pul yığmaq – hər hərəkətinizdə yetkin bir adam olduğunuzu göstərir. Pul saymaq – planlarınız və təsəvvürləriniz arzunuzca gerçəkləşə bilməyəcək, onlara yeni bir yön verməyiniz gərəkdir. Pul yatırmaq – röyada bir əmanət kassasına pul yatırtdığını görən adamın irəlidə rahat bir həyat gözləyir. Birisindən əmanət olaraq pul almaq – bir dostunuzu itirəcəyinizə işarədir. Pul cəriməsi ödəmək – həyatda kiçik bir irəliləyişiniz olacaq deməkdir. Pul daxılı -bu röya böyük miqdarda pul itkisinə işarə sayılır.
    Pusqu – röyada pusqu qurmaq – zalım bir adamın xəyanətinə və alçaqlığına məruz qalacaqsınız. Pusquya düşmək – açıqürəkli olduğunuzdan həyatda çox şey qazanacaqsınız.
    Püstə – röyada püstə yeyildiyini görmək – çox önəmli adamlar evinizi ziyarət edəcək və bir iş təklifi alacaqsınız.
    [

  2. #22
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Yuxu yozmaları R

    Radio, teleqraf – Röyada teleqrafla bir xəbər və ya göstəriş almaq – təcili səfərə çıxacağınıza yozulur. Radiodan musiqi dinləmək – çox sevdiyiniz bir dostunuzla, yaxud sevgilinizlə keçirəcəyiniz xoşbəxt günlərə işarə sayılır. Radiodan bir veriliş dinləmək – işinizdə ortaya çıxacaq əndişəni, üzüntünü xəbər verir.
    Razılığa gəlmək – yuxuda bir adamla ittifaqa girmək, razılğa gəlmək – mal və pul itkisinə işarədir.
    Raket - həyatda böyük uğurlar qazanacaqsınız.
    Rakı (içki) – ağır xəstəliyə yozulur.
    Ramazan ayı – ramazan ayı ilə ilgili yuxular həmişə xeyrə yozulur; bolluq, bərəkət, sağlıq və Tanrının rəhməti anlamına gəlir.
    Rahib - xoş xəbərə yozulur. Röyanı görən qadındırsa – hamilə qalacaq; kişidirsə – işlərində uğur qazanacaq.
    Rahibə – röyada rahibə görmək – dünya zövqlərindən artıq əl çəkməyin vaxtı yetişdiyinə və düzgün həyat tərzinin gərəkdiyinə işarədir.
    Reaktiv təyyarə – röyasında reaktiv təyyarə görən adam qısa zamanda bir uğur qazanacaq və buna paxıllıq edənlər tapılacaq.
    Revolver – heç gözləmədiyiniz adamın haqqınızda olmazın dedi-qodular yaydığına işarədir.
    Rezin – röyada rezin görmək – ikiüzlü birisiylə tanışlıq quracaqsınız. Onunla bir işə girəcək olsanız, böyük ölçüdə zərərə uğrayacaq, pul və etibarınızdan olacaqsınız.
    Reyhan – şadlığa, sevincə və xoşbəxtliyə yozulur. Reyhan çiçəyi röyada, ümumiyyətlə xeyirə əlamət sayılır. Röyanı görən kişidirsə – yaxın vaxtlarda xəyallarındakı qadınla evlənəcəkdir. Qadının röyada reyhan görməsi – böyük miqdarda pul sahibi olacaqdır.
    Reklam – Yaxın günlərdə bir adam sizi acınacaqlı bir vəziyyətdə aldadacaq. Diqqətli olmanız gərəkdir.
    Rels – yuxuda qatar relsi görmək – çox uzun və yorucu bir səfərə yozulur.
    Resept (nüsxə) – yüngül bir xəstəliyə işarədir.
    Restoran (yeməkxana) – İzdihamlı bir restoranda ora-bura vurnuxmaq – işdə canınızı sıxacaq xırda-para olayların olacağına işarədir. İzdihamlı bir restoranda nahar etmək – yüksək mövqe və məqam uğrunda bəhsdə rəqiblərinizin hamısına üstün gələcəksiniz. Bir restoranda özünü tək oturan görmək – o anda başladığınız işin uğurlu olmayacağına işarədir. Röyada bir restoranda qarsonluq etmək – təzə bir iş meydanına atılacaq və bu o işdə əvvəlkinə nisbətən daha xoşbəxt, daha uğurlu olacaqsınız.
    Rəqs etmək – röyada rəqs etmək – qadın olsun, ya kişi, yuxu görənin işlərinin pozuq keçəcəyinə işarədir.
    Rəzə (qapının siyirməsi) - röyada öz qapısının rəzəsini çəkib bağlamaq – sizə münasibətdə hiddətli və qəzəbli olan birisinin üstünlüyünə yozulur. Qapının rəzəylə bağlanmış görmək – röya sahibi dünya əmrlərini öyrənməyə yetənəkli (qabiliyyətli) deyil. Yuxuda evinin qapısının istəmədiyi halda bağlandığını görmək – həllində aciz qaldığınız, bacarmadığınız bir işbən çəkinməlisiniz.
    Rəndə – pul itkisinə yozulur.
    Rəncbər – bolluq və bərəkət anlamındadır.
    Rəsm (şəkil) – röyada varlı adamın rəsm görməsi – xeyrə yozulan yuxulardandır. Kasıb adamın və ya qadının bu yuxunu görməsi – xəstəliyə işarədir. Röyada bir rəsmin sürətini çıxarmaq – iqamətgahınızı dəyişəcəyinə işarədir. Şəkil çəkmək, yaxud çəkdirmək – cavan oğlan üçün bu yuxu – boş ümidlərə qapılıb, əyri yola sapdığına işarə sayılır. Yaşlı kişilər üçün – xırda bir işdən böyük qazanc əldə etməyə; gənc qadın üçün – o qadının moda düşgünü kimi məsxərəyə qoyulduğuna; yaşlı qadın üçün – bir dostunun uğruna ürğkdən sevinəcəyinə işarə sayılır. Rəsm sərgisi – röya sahibinin uğurlu fəaliyyətini xəbər verir. Rəsm və ya tablo satın almaq – sərvətiniz və ya etibarınız artacaq, bir çox çətinliklərin öhdəsindən gələ biləcəksiniz.
    Rəsmi-keçid - yuxuda bir hərbi birliyin rəsmi-keçidini, yaxud nümayiş görmək – böyük qismətə, uğurlu bəxtə əlamətdir. Diləklərinizin həyata keçəcəyini xəbər verir.
    Rəssam – röyada rəssam – həmişə uğura yozulur.
    Rəf - həyatda düzgün yolda olduğunuza və xoşbəxt günlər keçirəcəyinə yozulur.
    Riyakarlıq – yuxuda riyakar bir adamla söhbət etmək – üzünüzə gülən, lakin arxada ayağınızın altını eşən adamlara işarədir. Diqqətli olmaq, onlardan qorunmaq lazımdır.
    Rol – yuxuda bir tamaşada rol oynadığını görmək – yaxınlarda çoxlu pul qazancınız olacaq.Ancaq səhhətinizdə xırda bir nasazlıq olacağı da ehtimal daxilindədir.
    Roma şəhəri – maraqlı bir eşq macərası ərəfəsindəsiniz.
    Roman – yuxuda roman oxumaq – lazımsız və faydasız kitablar oxuyaraq mənasız yerə başınızı yormaqda olduğunuza işarədir.
    Rüzgar (külək) – Şiddətli və soyuq rüzgar – böyük bir qorxuya əlaməydir. Xəfif və ilıq rüzgar – yaraşıqlı və alicənab bir adamla tanış olacağınıza yozulur.
    [

  3. #23
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Yuxu yozmaları S

    SAAT-Yuxuda saatın səsini eşitmək-bir dəvət alacaqsınız. Sadəcə, saat görmək-maraqsız xəbərlərə işarədir. Saatı qurmaq-həyatınızın gedişi, düzgün inkişafı öz əlinizdədir deməkdir.

    SABUN-Cavan oğlanın yuxuda sabun görməsi-işlərində uğur qazanacaq,əlinə pul gələcəkdir. Bir parça sabun-üzüntü və qayğı içində olan adam üçün təsəlliyə, təskinliyə yozulur. Sabunla paltarını yumaq-günahlardan təmizlənmək və borcdan qurtulmaqdır.

    SAQQAL-Röyada saqqal-zənginlik və şərəfdir. Saqqalını yolunmuş görmək, yaxud özünün saqqalını yolması-nəticəsini həyəcanla gözlədiyiniz bir iş həyata keçəcəkdir. Saqqalını ağ görmək-duanız qəbul ediləcəkdir. Saqqalını qurşağa qədər uzanmış görmək-vara, şöhrətə, qonşuya əl uzatmağa, yardım etməyin gərəkliyinə yozulur. Saqqalını qapqara, şəvə görmək-zənginliyə, sərvətə işarədir. Röyada saqqalını kəsilmiş görmək-zəkat verən bir adamı ifadə edir. Bir qadının saqqalı olduğunu görmək-o qadının oğlu olacağını xəbər verir.

    SAQQIZ-Röyada saqqız görmək-zəhmətlə qazanılacaq pul anlamına gəlir. Saqqız çeynəmək-dedi-qoduya işarədir. Saqqız almaq-pis bir xəbərdir. Saqqızı ocağa atmaq-mal-dövlət üzündən başınızı dərdə salacaqsınız.

    SAZ-Röyada saz çalmaq-şad xəbər alacaqsınız.

    SAZAN BALIĞI-Şad xəbər, pul, şöhrət və eşq anlamına gəlir.

    SAY (saymaq)-Bir çox röya yozucuları 1-dən 22-yə qədər olan rəqəmləri aşağıdakı kimi mənalandırırlar: 1-Şərəf və heysiyyət sahibi olan kimsədir. 2-Xəyalınızda yaşatdığınız qadını heç vaxt görməyəcəksiniz. 3-Böyük bir bərəkət və bolluğa qovuşacaqsınız. 4-Hər cür şan-şərəf sahibi olacaqsınız. 5-Hər işdə müvəffəq olmaq bacarığınız var. 6-Gələcəkdə böyük uğurlar qazanacaq və çox zəngin olacaqsınız. 7-İstək və xəyallarınız həqiqət olacaqdır. 8-Hər şeyi haqq və ədalət yoluyla həll edirsiniz. 9-Həm ağıllı, bilikli, həm də hiyləgərsiniz. 10-Həyatınızda kiçik bir dəyişiklik olacaq. 11-Cəsur, qorxmaz və çalışqan bir adamsınız. 12-Günahlarınızı cəzasını bir gün mütləq çəkəcəksiniz. 13-Bir eşq üzündən çox iztirab çəkəcək, lakin aşiqlikdən əl çəkmək qərarına gələrək bu dərddən qurtulacaqsınız. 14-Həyatinizda bəxtiyar və məsud bir dəyişikli olacaq. 15-Bədbəxt bir həyat sizi öz qucağına almaq üzrədir. 16-bir çox xatalı içlər tutacaq və bundan dərin iztirablara düşəcəksiniz. 17-Heç vaxt həyatdan ümidinizi üzməyin. 18-Aradığınız eşqi mütləq tapacaqsınız. 19-Yeni macəralara baş vuracaq və çox həyacanlı anlar keçirəcəksiniz. 20-Umduğunuz və gözlədiyiniz səadəti çox keçmədən əldə edəcəksiniz. 21-Əriniz heç vaxt sizi tərk etməyəcək. 22-Eşq əzabından özünüzü heç vaxt qurtara bilməyəcəksiniz.

    SAKSAFON-Nəşəli eşq saatları keçirəcəyinizə işarədir.

    SAL-Yuxuda gəmi batandan sonra bir sal üzərində suyun axarına qarışaraq getmək-həyatınızda ilk baxışdan xoşagəlməz, lakin sonu müsbət bir dəyişiklik olacaqdır. Bir qadının belə yuxu görməsi-gözləmədiyi bir vazxtda onu sevgidə uğur qazanacağını xəbər verir.

    SALAM VERMƏK-Röyada aranızda inciklik olmayan bir adama salam verib onunla görüşmək-salam verilən adamdan xeyir görəcəksiniz. Düşmənçilik etdiyiniz və ya küsülü olduğunuz bir kimsəyə salam vermək-salam verdiyiniz adam qalib gələcək və onun xəta-bəlasından qurtulacaqsınız. İki adamın bir ticarət razılığına gələrək əl verib görüşməsi-onlar köklü və davamlı ticarət əlaqəsi yaradacaqlar deməkdir. Bir düşməniylə qucaqlaşıb salamlaşmaq-barışığa və aradakı düşmənçiliyin ortadan götürüləcəyinə işaərdir. Röyada salam vermək, salam verilənə boyun əyib itaət göstərmək-salam verənin o adamdan asılı və möhtac durumunu ifadə edir. Salam vermək-gözəl sözə, gözəl söz eşitməyə də yozulur.

    SALLAQXANA-Röyada sallaqxana görmək-yaxın günlərdə qohum-əqraba arasında heç nədən və mənasız dedi-qodu üzündən inciklik, umu-küsü yaranacaq.

    SAMAN-Yuxuda saman, yaxud samanlıq görmək-asan qazanca yozulur. Samanlığa ot və ya saman doldurmaq-zəngin və dövlətli olacağınızı xəbər verir.

    SAMUR-Yuxuda samur görmək-cəmiyyətdən, insanlardan ayrı yaşayan, xeyrə-şərə qarışmayan bir adama işarədir. o, çoxlu var-dövlət sahibi olsa da,o vardan bir kimsə xeyir görməz. Ancaq ölümündən sonra o sərvətdən istifadə oluna bilər. Samur-bəzən zalım və kafir bir oğruya da yozulur.

    SANATORİYA-Yuxuda sanatoriya görən adam ciddi bir xəstəlikdən qurtulacaq və dənizboyu ölkələrə səyahətə çıxacaqdır.

    SANDAL-Röyada sandal görmək-asi və günahkar adam üçün tövbəyə, yaxud düşmənçiliyə işarədir. Eyni zamanda, sirrini saxlamaq istəyən kimsənin öz sirrini başqalarına açacağına yozulur. Yuxuda sandal tikən çəkməçi görmək-namaz qılmağa, tövbəyə, təmizliyə; subay qız üçün-içki içən, sərxoş birisiylə evlənməyə, yaxud düşmənçiliyə yozulur.

    SANDIQ-Aşağıdakı kimi yozulur: İçi dolu sandıq-bolluq və zənginlikdir. Dolu bir sandığı satmaq, yaxud başqasına vermək-gizli işlər meydana çıxacaqdır. Başqasının sandığını acmaq-subaylığa yozulur. Boş sandıq-qədir=qiymətin olmamasıdır. Dəmir sandıq-işdə, mövqedə yüksəlməkdir. Taxta sandıq-evlilikdir. Qırıq sandıq-xəş xəbərdir. Dənizdə, su üstündə sandıq-böyük qismət, bəxt anlamındadır. Boyalı, naxışlı sandıq-gözəl və xoşbəxt bir yaşayışa işarə sayılır. Qapağı açılmayan sandıq-kədərə və üzüntüyə yozulur.

    SANCAQ (iynə)-Bu röya üzücü, əhəmiyyətsiz olaylara işarədir.

    SEKVESTR (mal və ya mülkün dövlətin xeyrinə zəbt edilməsi)-Röyada öz əşyasının dövlət xeyrinə zəbt edildiyini görən adam çox yaxında xeyirli bir xəbər alacaqdır.

    SEL-Yuxuda sel-düşmən hücumudur. Çoxlu yağışdan yaranan sel görmək-bir xəstəliyə, yaxud çətin və əzablı bit səfərə yozulur. Selin dərələri, evləri, dükanları basdığını görmək-selin-suyun tüğyan edəcəyinə, zülmə və ədalətsizliyə, yaxud hökmdar və ya dövlətə işaədir. Selin çayları basdığını görmək-güclü bir adamdan yardım istəyərək düşməni dəf edəcək və şərdən-bəladan qorunacaqsınız.

    SEÇKİ-Yuxuda seçkilər görmək-daha anlayışlı və səbirli davranmalısiniz.

    SƏBƏT-Röyada səbət-qürur saxlayan qadına işarədir. Çörək səbəti-müjdə və sevincə; üzüm səbəti-ağla gəlməyən bir yerdən ruziyə, gəlirə; iri, böyük səbət-xəstəliyə yozulur.

    SƏBİROTU (burunotu)-Üzüntülü bir ömür sürməyə işarədir.

    SƏBR-Röyada hər sıxıntıya, yoxluğa, əziyyətlərə səbrlə dözmək-irəlidə çox xoşbəxt olacağınıza yozulur.

    SƏDƏQƏ VERMƏK-Xeyrə yozulan yuxulardandır. Yetim-yesirə verilən sədəqə-doğru və gerçək sözə yozulur. Halal malından sədəqə vermək-röya sahibinin var-dövləti bol və bərəkətli olar.

    SƏDƏF-Qaranlıq bir gələcəyi ifadə edir.

    SƏYAHƏT-Röyada avtomobillə, qatarla və ya uçaqla (təyyarəylə)səyahət etmək-bütün işlərinizin tez və xoş nəticəylə qutaracağını xəbər verir. Atla səyahətə çıxmaq-qazanclı bir işə girişəcəyinizə yozulur.

    SƏFİR-Yuxuda səfir görmək-dəniz boyu səyahətə və etibara yozulur.

    SƏHƏR YEMƏYİ-Röyada səhər yeməyi yeyildiyini görmək-röya sahibi çoxdan gözlədiyi məktubu alacaq, lakin məktubda yazılanlar o qədər də ürəkaçan olmayacaqdır.

    SƏHƏR ÇAĞI-Röyada sabahın açıldığını, dan üzünü görmək-ərə gedəcək qızlara, eyni zamanda, zikr və qiraətə işarədir. Dan yerinin ağarması, səhərin açılması-vədinizi yeinə yetirəcəksiniz. Camaatla birlikdə sabah namazını qılmaq-səfərə çıxmağı və ya həccə getməyi xəbər verir.

    SƏHİFƏ-Röyada əlində bürmələnmiş bir səhifə görən adamın öləcəyi ehtimal edilir. Bir səhifəyə baxmaq, lakin onu oxuya bilməmək, yaxud oxumaq-mirasa qovuşmağa yozulur. Səhifəni tərsinə oxuyan adam xeyli borca düşəcəkdir.

    SƏHRA-Röyada səhra görmək-əlinizə böyük bir imkan düşəcəkdir. Bu imkanı qiymətləndirə bilmək üçün düşüncəli və ağıllı hərəkət etməniz gərəkdir.

    SƏCDƏ–Röyada səcdə etdiyini görən adam ciddi və nəzakətli adamdır. O, təkəbbürdən, lovğalıqdan uzaq olur, düşməninə qalib gəlir. Bir dağ başında səcdə etdiyini görən kimsə qəddar və güclü birisinə qalib gələcək. Bir təpə və ya divar üzərində səcdə etmək-dəyərli və möhtərəm bir adama boyun əyib, onun hüzurunda əyilməyə işarədir.

    SƏCCADƏ-Savab iş tutmağa, xeyrili işlərə, xeyirxahlıq edən adama işarədir.

    SƏNƏTKAR-Yuxuda özünü və başqasını rəssam, yaxud heykəltaraş olaraq görmək-cavan oğlan üçün bu röya çətin bir işin öhdəsindən uğurla gələ biləcəyinə, rəqibini asanlıqla yenə biləcəyinə yozulur.

    SƏRV AĞACI-Gözəl bir qadına işarə sayılır. Eyni zamanda, misilsiz bir elm adamına, şərəf və etibara, mürvətli, insaflı bir kimsəyə, övlada, uzun ömrə, boy-buxunlu vəxeyirxah bir cavana yozulur.

    SƏRVƏT-Röyasında sərvət sahibi olduğunu görən adamın yad və tanımadığı kimsələrlə danışıqlar zamanı çox ehtiyatlı olması lazımdır.

    SƏRGİ-Röyada gül-çiçəkli bir bağda açılmış sərgi, yarmarkada gəzmək gözəl şeylər görüb tamaşa etmək-yaxın vaxtlarda böyük sərvət sahibi olacağınızı xəbər verir. Sərgidə alış-veriş etmək-gələcəkdə əyləncəli və sevinc dolu bir həyata yozulur. Sərgidə bir şeyi nümayiş etdirmək-şərəf və etibar sahibi olduğunuzu göstərir.

    SƏRNİC-Bolluğa, bərəkətə işarədir.

    SƏRRAC-Yuxuda sərrac (yəhər ustası) görən adam gec-tez muradına çatar. Röya sahibi subaydırsa, yaxın günlərdə evlənəcək.

    SƏRHƏD-Yuxuda özünü bir sərhəd bölgəsində görmək-ev əşyalarınızdan bir şeyin əskiləcəyini xəbər verir.

    SƏRÇƏ-Röyada sərçə-gülməli lətifə və oyunlarla, xalqı əyləndirən adama işarə sayılır. Sərçə, eyni zamanda, oğlan uşağına da yozula bilir. Yuxuda sərçə kəsdiyini görən adamın zəif bir oğlan övladı dünyaya gələcək. Bu uşağın ölməyindən qorxulur. Röyada eşidilən sərçə səsi-gözəl bir sözü və ya elm öyrənməyi ifadə edir. Yuxuda sərçəsi olduğunu görən adam varlanacaq və bir topluma rəhbər olacaqdır. Çoxlu sərçə görmək-günah işləmək, itaətsizlik, ayrı-seçkilik salmaq, məğlubiyyətə uğramaq kimi açıqlanır.

    SƏS-Röyada qəribə-qəribə səslər eşitmək, lakin nə səs olduğunu, hardan gəldiyini heç cür anlaya bilməmək-qayğılandıran və narahat edən bir problem barədə lazım olmayan bəzi xəbərlər alacaqsınız.

    SƏSVERMƏ-Yuxuda səs verdiyini, seçki vərəqəsini yazdığını görən kişi işində yüksələcək, iqtidar olacaq. Qadın üçün bu röya-xoş və əylənəcli gəzintidir.

    SİQARET-Röyada siqaret çəkmək-bəzi çətinliklərdən sonra uğurlu fəaliyyətə başlamağa işarədir. Bu röya orta yaşlı adam üçün-pozmağa məcbur olacağı cansıxıcı bir dostluğa; gənc qız üçün-zəngin bir fabrik sahibiylə evlənməyə; evli qadın üçün-üzüntülü və əndişəli günlərin yaxınlaşmaqda olduğuna yozulur.

    SİQNAL SƏSİ-Röyada siqnal səsi eşitmək-gözləmədiyiniz gözəl bir an gözləyir sizi.

    SİDİK-Röyada sidik çeşidli biçimdə yozulur: Sidiyi saxlaya bilməmək-mal və mülkün artacağına, sevindirici bir xəbərə işarə sayılır. Yol ortasında işəmək-tanışlarınızdan biri gözləmədiyiniz halda sizə pislik edəcək. Şüşə içində sidik görmək-bir xəstəxana olayı ilə qarşı-qarşıya qalacağınızı xəbər verir. İşəyərkən çətinlik çəkmək-get-gedə yoxsulluğa düşəcək və keçmiş günlərin həsrətini çəkəcəksiniz.

    SİLAH-Yuxuda silah görmək-qüvvət və üstünlüyə, düşmənə qalib gəlməyə yozulur. Öz üstündə silah olduğunu və özünü silahsız adamlar arasında görmək-röya sahibi həmin adamların çox sevilən qonağıdır deməkdir. Özünün silahlı olduğunu və camaatın onu gözlədiyini görmək-gözləyənlər ixtiyar yaşdadırsa, röya sahibinin yaxınları və qohum-əqrabasıdır. Cavan yaşdadırsa-röya sahibnin pisliyini istəyən, paxıllığını çəkən adamlardır. Özünü silahlı görmək, lakin istifadə etməyə iqtidarı çatmamaq-yuxu görənin yetginliyinə, məqsəd və muradına şatacağına yozulur. Röya sahibi xəstədirsə, Tanrı ona sağlıq bəxş edəcəkdir. Silah qurşamaq-cahillər üçün-dəf olunan elmə, biliyə; yoxsullar üçün-kasıblıqdan qurtarıb var-dövlətə çatmağa, düşməni qovub qurtuluş qazanmağa yozulur.

    SİLLƏ (şapalaq)-Yuxuda yavaşcadan birinin boynunun ardına şapalaq vurmaq-röya sahibi yuxuda vurduğu adama etdiyi yaxşılığı onun başına qaxacaq, öz yaxşılığını hər yerdə danışacaqdır.

    SİRKƏ-Bir dostunuzla aranızın heç nədən pozulacağına işarə sayılır.

    SİS (tüstü-duman)-Yuxuda görülən tüstü-duman röya sahibinin əhvalında meydana gələn qarışıqlığı ifadə edir. Yuxuda üzərinə duman çökdüyünü görmək-fitnə və qarışıqlığa, qovğaya işarə sayılır.

    SİFERBLAT-Röyada siferblat, ya da saat görmək-işlə ilgili müqavilə və anlaşmalarınızda çox vasvası və tələbkar olduğunuzu göstərir. Siferblat qiriqsa-tanıdığınız və tanımadığınız kimsələr tərəfindən diqqətinizə təqdim edilən və tələsik pul qazanmaq məqsədi güdən planlar, fikirlərə qarşı təmkinli olmanız məsləhətdir.

    SİÇAN-Böyük bir təhlükəyə yozulur.

    SİÇOVUL-Gizli düşmənə işaərdir. Ölü siçovul-qaba, xain bir düşmənə yozulur, həmin düşmən röya sahibinin bütün hərəkətlərini izləyir və ilk fürsətdə zərbə endirməyə çalışır.

    SIĞINACAQ-Röyada bir sığınacağa girmək-həyatda çox qorxduğunuz bir çey başınıza gələcək, lakin bunu asanlıqla dəf edə biləcəksiniz.

    SIĞIR-Röyada sığır boğazlamaq və ətini başqalarına bölüb dağıtmaq-yuxu görənin çox xeyirxah bir iş tutacağına işarədir. Sığır sudu içmək-təmiz bir inanc və halal maldır. Sığırın evinizə girdiyini görmək-vara, nemətə qovuşacaqsınız.

    SIĞIRÇIN-Uşaq və qulluqçular anlamına gəlir.

    SIYIQ-Röyada sıyıq görmək-son zamanlarda həddən artıq yorulacaqsınız, mütləq dincəlmək lazımdır. Yoxsa, səhhətiniz ciddi şəkildə pozula bilər.

    SIXINTI-Röyada sıxıntı içində bir iş görmək, çalışıb-çabalaamq və bu səbəbdən də tər içində oyanmaq-çətin bir işin çox gözəl sonluqla başa çatacağına və bu işin mükafatını, xeyrini görəcəyinizə yozulur.

    SKELET-Yuxuda skelet görmək-cavan üçün hiss edilməyən gizli bir təhlükəyə; yaşlı adam üçün-fitnə-fəsada; qadın üçün-gənc bir həkimə ərə gedəcəyinə; evli qadın üçün-ailədə bir nəfərin qəfil xəstəliyinə yozulur.

    SKRİPKA-Skripka ilə ilgili yuxular bəzi qarışıq eşq macəralarının başlanğıcı kimi yozulur.

    SOĞAN-Röyada soğan görmək və ya yemək-kiçik mənfəətlər üçün başqalarına boyun əymək və yaltaqlanmaq xasiyyətindən əl çəkməyin gərəkliyinə əlamət sayılır.

    SOĞULCAN-Ətrafınızı qiymətsiz və pis xasiyyətli adamların sarmış olduğuna yozulur.

    SOYUQ HAVA-Yuxuda yay mövsümündə şiddətli soyuqların düşdüyünü görmək-girişdiyiniz işlərdə çətinliklərlə qarşılaşacaqsınız. Soyuqdan bədən üzvlərinizdən birinin donduğunu görmək-bir ölüm xəbərinə işarədir.

    SOSİSKA-Röyada sosiska yemək-pulitgisinə və böyük məsrəflərə girəcəyinizə işarə sayılır.

    SOFU (mömin, dindar adam)-Röyada sofu bir adam görmək-nəsihətə möhtac olduğunuza və böyüklərinizin öyüdlərini dinləməyin gərəkliyinə yozulur.

    SÖZ-Röyada müxtəlif dillərdə danışan bir adamın sizə bəzi sözlər söyləməsi-böyük bir mülkün sahibi olacaqsınız. Bir quşun sizinlə danışması-böyük bir mülk ya da elm sahibi olacaqsınız. Röyada kiçik bir uşağın danışması-haqqa, həqiqətə işarə sayılır. Röyada cansız şeylərin danışması-barışa, öyd-nəsihətə; heyvanın danışması-əzab-əziyyətə yozulur. Yuxuda düşmənin danışdığını görmək-ayrılığın sona çatdığını xəbər verir.

    SÖYMƏK-Röyada bir başqasına söymək-söyülən kimsə üçün rəzillik, söyən üçün isə qüdrət və böyüklük deməkdir. Adi, dəyərsiz bir adamın yuxuda şan-şərəf sahibi bir kimsəyə söyməsi-söyənə söyülən tərəfindən bəla yetişəcəkdir. Yuxuda bir kimsənin sizə söyməsi-o adam tərəfindən əziyyətlərə dücar olsanız da, sonda intiqamınızı ala biləcəksiniz.

    STAVRİDA BALIĞI-Xeyrə yozulur. Sıxıntılı günləriniz arxada qalacaq, xoçbəxtliyə qovuşacaqsınız.

    SU-Röyada su-xoş həyatı və gözəl ruzini ifadə edir. Suyu təmiz və saf görmək-ucuzluğa, bolluğa və ədalətin yayılmasına işarədir. Bir adamın yuxuda əlini suya qoyması-haram malla halal malı qarışdırmağa yozulur. Su içmək-yaşayışın sıxıntılı, zəhmətli olmasıdır. İst su içmək-şiddətli üzüntü çəkəcəksiniz. Özünü su içində görmək-fəsada, bəla və kədərə əlamətdir. Röyada özünün təmiz suya atıldığını görən kimsə böyük bir sevincə qovuşacaq. Yuxuda bulanıq sular-çətinliyə və məişətə işarədir. Yuxuda su istəyən adam yalan danışar, dedi-qoduyla məşğul olar. Axarsız, göllənmiş su-həbsi ifadə edir. Axarı olmayan suya düşmək-röya sahibinin həbs ediləcəyinə, üzüntü və kədərə işarə sayılır. Quyudan qara su çıxdığını görmək-yuxunu görənin evlənəcəyi xeyirsiz bir qadına yozulur. Röyada saf, bərraq suya baxmaq və üzünü orda gözəl görmək-röya sahibinin ailəsinə, qohum-qonşuya və dostlarına qarşı xeyirxahlığını ifadə edir. Yuxuda saf, təmiz suya malik olduğunu görən adam böyük xeyrə qovuşacaq. Su-subay üçün xanımı; subay qız üçün əri ifadə edir. Röyada təmiz qabdan su içdiyini görən adamın nigahı davamlı olur, haram qabdan su içənin isə nigahı pozulur. Yuxuda susamaq və su içmək-röya sahibinin əkin-biçini bol və bərəkətli, qəlbi Allah sevgisiylə dolu olacaq, yoxsulluğu bitəcək, ailəsi və uşaqları ağ günə çıxacaqdır. Suyun axması-üzüntü və kədərə əlamətdir. Bardaq, yaxud kasadan su içmək-yuxunu görən subaydırsa, evlənəcək. Röyada soyuq suyla abdəst almaq-tövbəyə, xəstəliklərdən qurtulmağa, həbsdən çıxmağa, borcları ödəməyə, qorxudan əmin olmağa işarə sayılır. Suyu qabıyla bərabər götürüb aparmaq-röya sahibi kasıbdırsa, varlanacaq; varlı və subaydırsa-evlənəcək; evlidirsə-arvadı uşağa qalacaq.

    SUÇU-Röyada suçu görəmk-xeyirxah bir adamı ifadə edir; elm, hikmət, şəfa verən bir kimsədir. Suçu-ruziyə, bəzən pisliyə və düşmənçiliyə də yozula bilir.

    SU ANBARI-Qəpik-qəpik yığmış olduğunuz pulları boş yerə israf etməməyin gərəkliyini göstərir.

    SU YOLU (kanal)-Yuxuda su yolu görmək, ordan su içmək-əlinizə mal gələcəyini xəbər verir.

    SUALTI QAYIQ-Çox böyük təhlükəylə qarşılaşacaq, lakin soyuqqanlılığınız sayəsində bu ciddi təhlükəni dəf etməyə müvəffəq olacaqsınız.

    SUDA YAŞAYAN CANLILAR-Röyada suda yaşayan canlılar görmək-var-dövlətə yozulur.

    SUYA TULLANMAQ-Hündür bir yerdən gölə, çaya və ya dənizə tullanmaq-ictimai həyatda uğurlar qazanacaq, mülki həyatda öndər keyfiyyətlərə, liderlik mövqeyinə malik olacaqsınız. Suya tullanma yarışlarında iştirak etmək-sizin üçün faydalı ola biləcək çevrələrdə düşmənçilik duyğuları oyandırmamağı, ehtiyatlı olmağın gərəkliyini göstərir. Dalğıcların suya baş vurmasını və tullanmalarını seyr etmək-vaxtınızı və biliyinizi layiqli bir məqsədə sərf etdiyiniz üçün şöhrətə qovuşacaqsınız.

    SULAMAQ (suvarmaq)-Yuxuda tarla suvarmaq-bol və bərəkətli məhsul alacağınıza yozulur. Bostanı, göy-göyərtini, çiçək fidanlarını sulamaq-həyatınızda kiçik bir irəliləyiş olacaqdır.

    SULTAN-Yuxuda sultanlardan birini görmək-yaxın günlərdə şad xəbər alacaqsınız.

    SULFAT TURŞUSU-İztirablı bir duruma düşəcəyinizə yozulur.

    SUSAMAQ-Röyada susayaraq su içmək-səhhətinizin düzələcəyinə yozulur. Susuzluğunu içki ilə yatırmaq-təhlükəli bir xəstəlik əlaməti kimi qəbul edilir. Susuz bir adama su vermək-yaxın adamlarınızdan bir bu günlərdə evlənəcəkdir.

    SUSUZLUQ-Röyada hiss edilə susuzluq-din baxımından fitnə-fəsada işarədir. Susuzluğunu hiss edib bir irmaqdan su içmək arzusunda olmaq-kədər və qəm-qayğıdan qurtulmaqdır. Yuxuda susuzluqdan yanmaq, lakin bulaq başında, yaxud bir su quyusu üzərində olsa da, bir damla su içməyə heyi olmamaq-röya sahibinin əməl və arzuları həyata keçməyəcəkdir.

    SUXARI (qalet)-Bir dəniz səyahətinə işarə sayılır.

    SÜVARİ-Xeyirxah adamlarla dostluq edəcəyinizə yozulur.

    SÜD-Cavan oğlanın röyada süd içdiyini görməsi-maliyyə işlərində təcrübəsizlikdən və cəsarətsizlik üzündən pul itirəcəyinə işarə sayılır.Orta yaşlı adamlar üçün bu röya-kiçik bir toplantıya çağrılmaq anlamına gəlir. Daha yaşlılar üçün-gözləmədiyiniz və çox sevinəcəyiniz bir qonağınız gələcək. Süd sağmaq-bir gəlir mənbəyi tapacaqsınız.

    SÜD ANASI-Yuxuda süd anası görmək-bir çox yeni və faydalı işlərlə qarşılaşacağınıza işarədir.

    SÜKAN-İş həyatında da, şəxsi həyatda da uğurlar qazanacaq, sevindirici bir xəbər alacaqsınız.

    SÜLEYMAN ƏLEYHİSSƏLAM-Həzrəti Sülüymanı yuxuda görən adam çox yüksək bir mənsəbə çatacaq, dövlətə və səadətə yetişəcək, düşmənlərinə üstün gələcəkdir.

    SÜLH-Şəriətə və qanuna uyğun olaraq, yuxuda sülhə gəlmək-ülfət və məhəbbətə, günahlardan tövbəyə, xalqı irşada, xeyrə, əmin-amanlığa çıxarmağa işarə sayılır. Düşmənlə sülhə gəlmək-həmin düşmənlə yenidən mübarizə aparmağa və aradakı düşmənçiliyin davan etdiyinə yozulur.

    SÜNBÜL-Sərvətin və etibarın artması deməkdir.

    SÜMÜK-Röyasında sümük görən uğurlu bir işə girişəcək. Daha yaşlı kişi üçün bu yuxu-o qədər də ciddi olmayan bir xəstəlikdən qurtulacağına yozulur. Gənc qız üçün-sənətkarla evlənməyə; qadın üçün-kiçicik münaqişələrə işarədir.

    SÜHGƏR DAŞI-Yuxuda süngər daşı görmək-xeyir xəbər alacağınıza yozulur.

    SÜPÜRGƏ-Yuxuda qadının süpürgə ilə evi süpürməsi-xeyrə yozulan röyalardandır. Qadın evin bir otağınıp süpürürsə, bu yuxu-daha gözəl və şən günlərin yaxınlaşdığını xəbər verir. Yuxuda ocaq başı süpürülmüşsə, yaxın günlərdə röya sahibinin evində bir şənlik, toy-düyün olacağına işarədir. Küçə süpürmək-zənginliyin, rifaha qovuşmağın müjdəsidir.

    SÜRGÜN (sürülmə)-Röyada bir adamı sürgünə yollamaq-həbs olunmağa yozulur. Bir kimsənin yuxuda başqa bir yerə qovulduğunu və ya sürgün edildiyini görməsi-o adam həbsxanaya düşəcək. Cənnətdən qovulmaq-fəqirliyə, yoxsulluğa işarədir. Elm sahibi bir adam yuxuda qovulduğunu, yaxud bir yerə sürüldüyünü görərsə-o adam qorxulu bir şeylə qarşılaşacaq və ziyana düşəcəkdir.

    SÜRMƏ
    -Röyada gözə çəkilən sürmə-var-dövlətə işarədir. Bir adamın yuxuda sizə sürmə verməsi-əlinizə az-çox mal və pul keçəcəkdir. Gözünüzə xeyirxah bir adamın sürmə çəkməsi-xeyrə, gözəlliyə işarədir. Pis adamın sürmə çəkməsi-xeyrə əlamət sayılmır. Çoxlu sürmə-çoxlu sərvətə yozulur. Gözdə ağrı hiss etmək və sürmə çəkmək-röya sahibinin gözlərinin sağalacağını göstərir. Sürmə daşıyla gözə sürmə çəkmək-arvadınızla aranızda olan soyuqluq ortadan götürüləcək. bir qızın gözlərinə sürmə çəkməsi-o qız cavan vir oğlana ərə gedəcək. Dul qadının gözünə sürmə çəkməsi-bir kişiylə evlənəcək deməkdir.

    SÜRÜ-Yuxuda heyvan sürüsü-sevinc dolu günlər keçirəcəyinizə işarə sayılır.

    SÜTÜN-Röyada hər hansı bir sütün-böyük bir ev sahibi olacağınıza işarə sayılır. Mərmər sütün-böyük bir sevinc əlaətidir.

    SÜFRƏ-Yuxuda yemək süfrəsi qurmaq-ömrünüzün uzun olacağına işarədir. Süfrə örtüsü-böyük bir səfərə, rahatlığa, bərəkətə yozulur. Bəyaz masa örtüsü-yaxın günlərdə ürəyiniz istəyən adamlaral bir masa arxasında yemək yeyəcəksiniz deməkdir. Süfrə servisi-yaxınlarda muradınıza çatacaq, məsud bir həyata qovuşacaqsınız. Gümüş süfrə servisi-mənəvi sıxıntılara işarıdir. Öz süfrə servisini satmaq-işlərinizin qarışacağına yozulur.
    [

  4. #24
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Yuxu yozmaları Ş

    ŞABALID-Xeyrə yozulmur. Röya sahibini, ya da yaxın bir adamının səhhəti üzücü bir şəkildə pozulacaqdır.

    ŞAİR-Röyada şair görmək-sözlərini bir-birinə qarışdıran, dini yasaqlara uymayan, xeyirxahlıqdan qaçan və yalançı olan bir adama işarə sayılır. Başqa yozumlara görə, yuxuda şair-zinakarlığı, içkiyə qurşanmağı, boynundakı borcları ödəməməyi də ifadə edir.
    Röyasında şair olduğunu görən adam alim və böyük bir rütbə sahibi olur. Şair, eyni zamanda, görmədiyi, eləmədiyi bir işi söyləyən adama da yozula bilir.

    ŞAGİRD (tələbə)-Xoşbəxtlik və sevincə işarə sayılır.

    ŞAL-Röyada şal görmək-yaxın günlərdə bir torpaq sahəsinə, yaxud bir tarlaya sahib olacağınıza işarədir.

    ŞAM-Röyada yanan şam görmək-işlərinizdə və hərəkətlərinizdə çox ehtiyatlı və ayıq olduğunuza işarədir.
    Sönmüş şam-dostalrınız nəzərində etibarınız bir qədər sarsılacaqdır. Ticarət adamısınızsa-asanlıqla kredit əldə edə bilməyəcəksiniz.
    Şam almaq-dini inanclarınızın bütövlüyünə yozulur.
    Şam satmaq-az miqdarda pul itgisinə işarə sayılır.

    ŞAM AĞACI-Həm Şərq, həm də Qərb yozucuları tərəfindən geniş miqyasda açıqlanır. Şam ağacı murad, niyyət rəmzidir. Yuxuda şam ağacı görən xəstələr az müddət içində sağalıb ayağa duracaqdır.
    Şamlıq-aşıb-daşan bolluğa, yaxşı gəlirə, var-dövlətə yozulur.

    ŞAMDAN-Röyada şamdan-gənc qızlar üçün evlənməyə; evlilər üçün isə gözəl bir oğlan uşağının doğulacağına yozulur.

    ŞAMPAN ŞƏRABI-Röyada şampan şərabı içdiyini görən adam gərək ehtiraslarını cilovlasın.

    ŞAPALAQ-Röyada birisinə şapalaq vurmaq-günahsız və ya cinayət işləməmiş bir adama ediləcək zülmə işarədir.
    Şapalaq vurmaq-işdə uğur qazanacaqsınız.
    Şapalq yemək-məğlubiyyət anlamındadır.

    ŞAPQA-Röyada şapqa satın alımaq-bir nəfərin yardımı ilə işləriniz asanlaşacaq və uğurlu olacaqdır, bununla da qazancınız artacaq, yeni bir işə girişəcəksiniz. Başında yeni bir şapqa olduğunu görmək-gəlirli birişə girişəcəyinizə işarədir. Görülən şapqa köhnə və nimdaş olarsa, pul təklifi alacaqsınız. Başqası tərəfindən şapqa hədiyyə edilməsi-bir məqama yetişəcəyinizdən xəbər verir.

    ŞARLATAN (fırıldaqçı)-Yuxuda şarlatan bir adamla qarşılaşmaq-düşmənlərinizin sizi yıxmaq üçün zəif yerinizi axtarmaqda olduğuna yozulur.

    ŞAFTALI-Röyada dadlı şaftalı yediyini görən adamın şəhvət və arzusu həyata keçəcək. Kal və acı şaftalı yemək-qorxuya işarədir. Şaftalı ağacı-zəngin, böyük, igid, xalqa yardım edən, sıxıntı anında səbatkar bir adamı ifadə edir.
    Yuxuda şaftalı yemək, eyni zamanda, pis xəbərlər anlamına da uyğun gəlir.

    ŞAH-İşlərinizdə uğur qazanacağınıza, ya da evliliyə işarədir.

    ŞAHİD-Bir kimsənin yuxuda şahidlik etməsi-haqq bildiyi bir işin açıqlanmasına və çox şübhələrin ortadan qalxmasına çalışan xeyirxah bir insana yozulur.

    ŞAHİN-Yuxuda şahin quşu-vəfası olmayan sərt bir valiyə yozulur.
    Röyada şahin olduğunu görən adam bir vilayətə vali olacaq, lakin onun bu vəzifəsi uzun sürməyəcəkdir.

    ŞAHMAT-Yuxuda şahmat oynamaq-işlərinizi hissiyyatla deyil zəkayla, ağılla həll etməyə çalışmalısınız.

    ŞAŞIRMAQ-Röyada heyrətə düşüb şaşırmaq-qəflət, sapıqlıq və inkar anlamındadır.
    Qibləni şaşırmaq-ibadətdə iradəsizliyi ifadə edir.

    ŞEYTAN (cin)-Röyada şeytan-hiyləgər, həris, etinasız bir düşmən, bəzən də, yalan və şəhvət anlamındadır.
    Yuxuda şeytan görən adam kafir, aravuran, qısqanc və paxıl adamdır.
    Şeytandan qorxduğunu görən adam Allahın nəzərində yaxşı üzüyola bir quldur.
    Şeytan, bəzən də, sözü üzə deməyən, adamın arxasınca danışan, dedi-qodu, bədniyyət kimsələrə işarə sayılır.
    Röyada şeytan olduğunu görən kimsə insanlara əziyyət verən və bundan zövq alan bir adamdır. Bu yuxu-dinindən dönməyə, yolunu azmağa da yozulur.

    ŞER-Röyada şer yazmaq-işgüzar və eyni zamanda, macərapərəst bir adam olduğunuza işarədir.
    Kitabdan şer oxumaq-işlərinizi planlı şəkildə qura bilsəniz, uğurlarınız artacaqdır.

    ŞƏKƏR-Yuxuda şəkər yemək-şadlığa, sevincə, asan və rahat bir güzərana yozulur.

    ŞƏKƏR QAMIŞI-Yuxuda şəkər qamışı-xoş xəbər alacağınıza, bir dostunuzun önəmli bir əməliyyatdan sağ-salamat qurtulacağına və əlinizə bol miqdarda maddi imkan keçəcəyinə işarə sayılır.
    Şəkər çuğunduru da eyni yozumla açıqlanır.

    ŞƏKK-ŞÜBHƏ-Röyada şəriətə, yaxud Allahın kəlamına şəkk etmək-nifaq və hiyləyə, o adamın ikiüzlü və böhtançı olmasına işarə sayılır.

    ŞƏLALƏ-Röyada şəlaləyə baxmaq və suyun çırıltısından zövq almaq-röya sahibinin gələcəyini etkiləyəcək önəmli bir qarşılaşmaya işarədir.
    Şəlalənin üstündən adlayıb keçmək-qarşıya çıxacaq hər bir əngəli dəf edə biləcəyinizə yozulur.
    Şəlalə, eyni zamanda, mövqe sahibi olan bir nəfərin yardımıyla yüksəlməyi də ifadə edir.

    ŞƏRAB-Yuxuda dost-yoldaşla bərabər şərab içdiyini, əyləndiyini görən adamın həyatında ani bir dəyişiklik olacaq və bu, ona var-dövlət, sərvət bəxş edəcəkdir.
    Təkbaşına içki içmək-röya sahibini əsəbləşdirib üzəcək bir xəbərə yozulur.
    Hədiyyə olaraq şərab almaq və ya şərab hədiyyə etmək-kiçicik bir pul qazancına və bəxtə; şərab almaq, yaxud satmaq isə-ciddi bir qovğaya işarə sayılır.

    ŞƏRAB ANBARI-Röyada şərab anbarında olduğunu görmək-sevinəcəksiniz deməkdir. Şərab anbarını boş görmək-sıxıntıya işarədir.
    Boş şərab anbarından çıxmaq-həbsdə olanların azadlığa çıxacağına; hamilə qadınların isə doğuşunun asan keçəcəyinə yozulur.

    ŞƏRAB ÇƏLLƏYİ-Röyada dolu şərab çəlləyi görmək-bütün kədər və ələmlərinizi unudacaqsınız.
    İçi su ilə dolu şərab çəlləyi-səbirli və iradəli olmanız sayəsindəarzularınıza qovuşacaqsınız.

    ŞƏRBƏT-Yuxuda görülən şərbətin rəngi sarı olarsa-xəsətlik əlamətidir. Gül, bal, gilənar, nar, üzüm və s.meyvələrin şərbətini içmək-sağlamj bədənə malik olduğunuzu göstərir, yaxud da zərərli meyllərdən çəkingən olduğunuza işarə sayılır.

    ŞƏRBƏT SATAN-Röyada şərbət satan görmək-bəxtiyarlığa, sevincə, var-dövlətə və ya yüksək mövqeyə qovuşacağınıza dəlildir.

    ŞƏRQİ-Röyada sevdiyiniz qızın pəncərəsi önündə şərqi oxumaq-böyük bir sevincdən sonra qəm-kədərə işarə sayılır.

    ŞƏFƏQ (dan yeri)-Şəfəqin söküldüyünü görmək-fərəhə, xoşbəxtliyə yozulur.

    ŞƏHVƏT-Suç və qüsura yozulur.

    ŞƏHƏR-Röyada bir şəhərə girdiyini görən kimsə qorxduğu şeydən əmin olar.
    Bir şəhərə girmək və onu dağılmış görmək-alimlərin, bilginlərin yoxluğuna işarədir.
    Gözəl, yaraşıqlı, abad şəhər görmək-gözləmədiyiniz bir yerdən ruzi, var-dövlət əldə edəcəksiniz.
    Yuxuda şəhər-əmin-amanlığı, dostlarla görüşməyi, dünya işlərinə maraq göstərməyi ifadə edir.
    Gözəl adı olan şəhər görmək-xeyirxahlığa, xoş xəbərlərə yozulur.
    Tanımadığınız bir şəhərə girmək-arzunuza çatacaq, ya da bir yerə vali olacaqsınız.

    ŞƏHİD-Yuxuda bir şəhidi diri olaraq görmək-o şəhidin getdiyi yolun gözəl olduğuna yozulur. Şəhidi diri görmək, eyni zamanda, o kimsənin Cənabi-haqqa yaxınlığına işarədir.

    ŞİKAYƏT-Röyada birisini şikayət edən görmək-yuxu sahibi hər hansı bir sıxıntıya düşə bilər.

    ŞİKƏSTLİK (əlillik)-Röyada insanın özünü bir səra xəstəlik və sakatlıqlarla şikəst və zəlil görməsi-sıxıntıya və bəlaya yozulur. Bu xəstəlik və müsibətlərə yuxuda səbrlə dözdüyünü göən adam əzablardan, iztirabdan qurtular. Röyada özünü kor olmuş və ya gözünün birini itirmiş görmək-səfalətə; ayağı sınmaq-fəqirliyə işarədir.

    ŞİMŞƏK-Röyada rüzgarlı, yağmurlu bir havada şimşək çaxdığını görmək-qazancınız, gəliriniz artacaqdır.
    Bir-birinin ardınca sürəkli şimşək çaxması-evinizdə bolluq və bərəkət olacağına, məmləkətinizdə xalqın bolluq və bərəkət içində yaşayacağına işarədir.
    Evin şimşək işığı ilə aydınlandığını görmək-ailə səadətinə, şadlığa, sevincə yozulur.
    Bəzi yozumlara görə, yuxuda şimşək çaxması-şiddətli bir qorxuya tutulmaq kimi də açıqlanır.

    ŞİRƏ-Röyada şirə içmək-elmə, mərifətə, şöhrətə, uzun ömrə, dini bütövlüyə və ya ibadətə yozulur (Yuxuda şirə içmək də şərbət içmək kimi yozulur).

    ŞİRKƏT-Röyada şirkət qurmaq-fərəhə, sevincə yozulur.
    Özündən yüksək və sərvətli bir kimsə ilə ortaqlı şirkət açmaq-ədalətə, insafa, şərikli işdə səmimiyyətə və sözübütövlüyə işarədir.
    Tanış bir adamla şərikli şirkət açmaq-bir-birinizə qarşı ədalətli və insaflı olacaqsınız deməkdir.

    ŞİRNİYYAT SATICISI-Röyada görülən şirniyyat satıcısı gözəl və xeyirxah bir adamdır. Gümüş pula şirniyyat satan adam xalqala xoş davarnır və xalq da onu sevir.

    ŞİFRƏ-Röyada şifrə açmaq-arzu və istəklərinizin həyata keçəcəyinə yozulur.

    ŞİŞ-Yuxuda kabab çəkilən şiş görmək-xeyrə əlamətdir, xoş güzərana, rahat yaşayışa yozulur.
    Dəmir şiş-evin, ailənin bütün qayğılarını çəkən ailə başçısına işarə sayılır.

    ŞİŞ (fır)-İşlərinizdə ciddi bir əngəl çıxacağına işarədir.

    ŞIQLIQ (zövqlə geyinmək)-Yuxuda şıq geyinmiş zərif gənc bir qadın və ya qız görmək-bəxtiniz açılacaq sevinəcəksiniz.

    ŞLANQ-Yuxuda su şlanqı görmək-əgər şlanqdan su axırsa, qazanclı işlərə girişəcəyinizi göstərir.
    Quru (susuz) şlanq-qazancınız azalacaq.
    Deşik şlanq-varınızın və pulunuzun bala-bala aşırılmaqda, tükənməkdə olduğuna işarədir.

    ŞORBA-Röyada şorba içmək-aylığınızın artacağına, son zamanlar girişmiş olduğunuz işin yaxşı nəticələr verəcəyinə yozulur.

    ŞÖVQ (həvəs)-Röyada şövq, coşqunluq, əyləncə-sıxıntıya, qəm-qüssəyə işarə sayılır. Eyni zamanda, pis xəbərlərə, ağır xəstəliyə, xalqı içkiyə və zinakarlığa təşviq etməyə yozulur.
    Bu röya, başqa yozumlara görə, Allah yoluna dönmək, günahlardan tövbə etmək kimi də açıqlanır.

    ŞÖHRƏT-Bir kimsənin yuxusunda birdən-birə şöhrətə çatdığını görməsi-həyatda yalnış və xətalı bir yolda olduğunuz və dərhal o yoldan çəkinməyin gərəkliyini göstərir. Qadınlar üçün bu röya-onların çox önəmli bir mövqeyə yüksələcəyinə yozulur. Gərək qohum-qardaşın sözüylə bu fürsəti əldən verməsinlər.

    ŞPRİS (iynə)-Röyada birisinə morfi iynəsi vurmaq və ya özünə iynə vuruulduğunu görmək-əhəmiyyətsiz bir xəstəliyə işarədir.

    ŞÜBHƏLİ, QARIŞIQ RÖYALAR-Görülən qarışıq röyaları hər hansı bir kinkrek yozumla açıqlamaq olmur. Belə yuxuları yoza bilmək üçün röyanı bütün təfərrüatə və aydınlığıyla yada salmaq lazımdır.

    ŞÜKÜR ETMƏK-Röyada şükür etmək-üzüntüdən, kədərdən qurtulmaq və gücə, var-dövlətə, xeyrə, bolluğa, ucuzluğa, səvaba nail olmaqdır.

    ŞÜMŞAD AĞACI-Röyada şümşad ağacı və ya bu ağacdan hazırlanmış bir əşya görmək-bütün şətinliklərə və əngəllərə baxmayaraq, arzu və istəklərinizə çatacaqsınız.

    ŞÜŞƏ-Röyada şüşə qırığı görmək-mənasız, əhəmiyyətsiz sıxıntıdan və qayğılardan üzüləcəksiniz.
    Bu röya cavan oğlan üçün-sonu anlaşma ilə bitəcək bir məhkəmə işinə; orta yaşlılar üçün-əldə edilmiş razılığın pozulacağına; gənc qadın üçün-verdiyi sözə əməl etmədiyi üçün yaranacaq narazılığa; qırx və daha ratıq yaşlılar üçün-xidmətçi və ya qonşuyla üz verəcək narazılığa, anlaşılmazlığa yozulur.
    Şüşəni yuxu göənin özü qırarsa, bu, onun həyatında çox mühüm bir durumun yetişdiyinə işarədir.
    Şüşə qab-sevincə və şərəfə; qırılmış şüşə qab-qəmə, qyğıya əlamət sayılır.
    [

  5. #25
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Yuxu yozmaları T

    TABAQ-Boş tabaq-bir müddət üzüntü içində olacağınıza, təzyiq altında qalmağa işarədir. Dolu tabaq-kiçik, önəmsiz olayların izlədiyi bəxtə, taleyə əlamət sayılır. Yuxuda tabaq-dəyəri qədərincə var-dövləti də ifadə edir.

    TABLO-Röyada ünlü bir rəssamın tablosunu görmək-çoxdan bəri xəyalında olduğunuz istəklərin qısa zaman içərisində gerçəkləşəcəyinə yozulur.

    TABUR (batalyon)-Röyada hərbi əskəri dəstə (tabur)görmək-yaxın vaxtlarda bəxtinizin açılacağına işarədir.

    TABUT-Yuxuda tabut-əngəlləri yenməyə, uğur qazanmağa əlamət sayılır. Tabutun açıq olması-diqqətsizliyiniz ucbatından çətinliyə düşəcəyinizi göstərir. Bir tanışınızı tabutun içində görmək-yaxın günlərdə həmin adamın sağ-salamat olması xəbərini alacaqsınız. Tabutun içindəki yad adamdırsa-irəlidə sizi səmimi dostluq və yoldaşlıq əlaqələri gözləyir. Tabut, eyni zamanda, böyük bir mülkə yozulur. Röyada özünü tabutun içində görən adamsəltənət sahibi olur.

    TAVA-Röyada tavada bir şey qızartmaq-ailədə rahatlığın, əmin-amanlığın hökm sürəcəyinə və əlinizə bir qədər pul gələcəyinə yozulur.

    TAVAN-Yuxuda evinizin tavanını yıxılmış görmək-qəm-qüssəylə qarşılaşacaqsınız, bir ölüm xəbəri alacağınıza işarədir.

    TAZI-Son vaxtlar səhhətinizin qayğısına qalmadığınızı göstərir.

    TAKSİ-Röyada taksiyə minmək-işlərinizi sürətlə başa çatdıraraq uğur qazanacağınıza yozulur.

    TAMBUR (nusiqi aləti)-Batil işləri, zinakarlığı, sehrbazlığı, cadukərliyi, insanı vərəm edəcək bir kədər və üzüntünü ifadə edir.

    TAPANÇA-Çeşidli yozumlarla açıqlanır: Tapançadan atəş açmaq-iftiraya düşməkdir. Tapança satın almaq-dedi-qoduya işarədir. Tapança təmizləmək-bir işə girişməkdir. Tapançadan bəlli bir hədəfə atəş açmaq-ehtiras anlamına gəlir. Tapança ilə vurulmaq-qarşı cinsən birinə qüvvətli ilgi duymaqdır (sevgi də ola bilər).

    TARİF (cədvəl)-Səfərə çıxmaq kimi yozulur.

    TARLA-Röyada tarla, zəmi görmək-xeyrə, bar-bərəkətə, ruziyə, məhsul bolluğuna yozulur. Çeşidli yozumlara görə, tarla və zəmi-qəflət və mənasızlıq içində ömrün zay olmasına, elm öyrənməkdən qaçmağa, ruziyə və güzərana, yaxud övladlarının hər cür zəhmət və möhlətinə qatlaşan səbirli, anlamlı ata-anaya işarə sayılır.

    TAS-Röyada tas-qadına, yaxud qulluqçuya işarə sayılır.

    TAFTA (parça)-Röyada taftadan paltar geydiyini görən adam bir yemək-içmək məclisinə dəvət alacaqdır.

    TAXIL BİTKİLƏRİ-Torpaq məhsullarından buğda, başaq-gəlirin artmasına; çovdar, yulaf və arpa-ailə həyatındakı xırda-para üzüntülərə yozulur.

    TAXT-TAC-Keçmiş sultan və ya padşahların oturduğu taxt-tacı yuxuda görmək-yüksək mövqeyə, etibar və şərəfə yozulur. Taxt-tacda özünün əyləşdiyini görən kimsə yüksək bir məqam sahibi olacaqdır.

    TAXTA-ŞALBAN-Ev-eşik sahibi olacağınızı xəbər verir.

    TAXTABİTİ-Yuxuda taxtabiti-ziyankar adamların çevrəsindəsiniz deməkdir.

    TAC-Röyada öz başınad tac görmək-yaxın günlərdə böyük bir istəyinizə nail olacaqsınız. Başqasının başına tac qoyduğunuzu görmək-rəqiblərinizdən üstün olmaq və yüksək bir məqama yüksəlmək əlaməti kimi yozulur. Bir kral və ya kraliçanın tacqoyma mərasimində iştirak etmək üçün hazırlaşmaq-böyük bir sürpriz sahibi olacaqsınız. Bu mərasimdə şəxsən iştirak etdiyini görmək isə, heç gözləmədiyini bir vaxtda işdə irəli çəkiləcək və mükafata layiq görüləcəksiniz.

    TACİR-Yuxuda tacir görən adam birisi tərəfindən acınacaqlı şəkildə aldadılacaq, malını, mülkünü, pulunu və sağlamlığını itirəcəkdir.

    TEATR-Röyada səhnədə çıxış etdiyini, rol oynadığını görəmk-cavan oğlan üçün işlərinəd fəallığa, ehtirasa; orta yaşlı adam üçün-bir nəfərlə tanışlığa; yaşlı qadın üçün-sevdiyi bir dostdan könül qırıqlığına yozulur. Bir səhnə əsərini izləmək-həyatda çox çalışıb-şabalamağa işarə sayılır.

    TEL (sim)-Röyada sim görmək-bütün işlərinizdə və hərəkətlərinizdə ayıq-sayıq və ehtiyatlı olmanızın vacibliyinə işarədir. Qızıl tel-çalışqan və zəhmətsevər olsanız, uğurlar da sizinlə olacaqdır. Gümüş tel-qabiliyyətli bir adam olduğunuz yozulur. Gümüş tel itirmək-ölümə işarədir. İplik tel-bir qadın tərəfindən mala-pula qovuşacaqsınız.

    TELEQRAM-Röyada hardansa teleqram almaq-uzağı bir həftə ərzində səbirsizliklə gözlədiyiniz xəbəri alacaqsınız. Teleqram vurmaq-bir sıra maraqlı xəbərlər alacağınıza işarə sayılır.

    TELESKOP-Yuxuda teleskopla ayı və ulduzları seyr etmək-çox şərəfli və yüksək bir məqama, yaxud şərəf və məqam sahibi adamlarla xoş söhbətlərə işarədir.

    TELEFON-Röyada telefonla danışmaq-tərbiyəsiz, nəzakətsiz adamlar tərəfindən tez-tez rahatsız edilirsiniz deməkdir.

    TƏBİL-Yuxuda təbil səsi-yaxın günlərdə bir çox önəmli hadisələrin olacağına yozulur.

    TƏVAF-Röyada Kəbə ətrafında təvaf etmək (dolnamaq)-dini bütövlüyə və bir gün həcc ziyarətinə nail olacağınıza yozulur. Subaysınızsa-evlənəcəksiniz və işləriniz çox yaxşı gedəcəkdir.

    TƏQVİM-Yuxuda təqvim görmək-olub-keçən bir hadisə sizə sərvət bəxş edəcəkdir. Təqvimdə doğum tarixini aramaq-ağlınıza gəlməyən böyük miqdarda pula varis olacaqsınız.

    TƏQDİR ETMƏK (bəyənmək)-Röyada xoşagələn hər hansı bir içi təqdir etmək-yaxın vaxtlarda gözəl və diqqətəlayiq şeylərlə qarşılaşacaqsınız.

    TƏQİB ETMƏK (izləmək)-Röyada bir nəfəri izləmək-acı bir eçqin başlanğıcına işarədir. Birisini təqib edib yaxalamaq-yaşıdlarınız arasında nüfuzunuzun artacağını göstərir. Bir qadın və ya gənc bir qız tərəfindən izlənmək-sizi sevən şoxlu dostlarınız var deməkdir.

    TƏDQİQ ETMƏK-Röyada hər hansı bir içi incədən-incəyə tədqiq etmək-işlərinizdə irəliləyiş və uğur qazanacağınızı göstərir. Hər hansı bir tədqiqat işiylə bağlı səfərdə olmaq-qiymətli vaxtınızı boş yerə israf etməkdə olduğunuzu göstərir.

    TƏZƏK-Pula, vara yozulur. Təzək toplamaq-qismətlərinizi açılacağını, əgər subaysınızsa-evlənib xoşbəx olacağınıza işarədir.

    TƏKƏRƏK (təkər)-İşlərinizin günü-gündən böyük dəyişikliklərə uğrayacağına yozulur.

    TƏKNƏ-Röyada xəmir təknəsi, yaxud hamam ləyəni görmək-ixtiyar çağlarınızın çox rahat və səadət içinə keçəcəyinə içarədir.

    TƏLƏ-Yuxuda tələ-hiyləgər bir adamı ifadə edir. Sərçə ovlamaq üçün tələ qurmaq-qaba, qəddar bir adama hiylə gəlməyə işarədir. Qadının yuxuda tələ qurduğunu və oraya gələn quşların uçub getdiyini görməsio qadının uşağının olmayacağına yozulur.

    TƏLƏF OLMAQ-Röyada tələf olmaq-qisməti kəmliyə işarədir. Paltarının zay olduğunu və ya evinin dağıldığını görən adam öz malının əsl sahibidir, o heç nə itirmir və heç nəyi də dağılıb xarab olmur. Bütün pal-paltarinin məhv olduğunu görmək-xəstəlikdən tamamilə sağalmağa yozulur.

    TƏLXƏK (hoqqabaz)-Yuxusunda təlzək görən adam gərək çevrəsindəki adamlara qarşı diqqətli olsun, onların ləyaqətini alçaldan hərəkətlərə yol verməsin.

    TƏMTƏRAQLI HƏYAT-Röyada təmtərqalı bir həyat yaşadığını görmək-xeyrə əlamət sayılmır və tərsinə yozulur. Təmtəraq içində yaşadığını görən adam yaxın vaxtlarda sıxıntı çəkəcək və yoxluq içərisində yaşayacaqdır.

    TƏNBƏLLİK-Röyada özünü tənbəl və avara görmək-yorğun olduğunuza, istirahətə çəkilməyin vacibliyinə yozulur.

    TƏNDİR-Röyada öz qapısındakı təndiri uçub-dağılmış görən adam şərə düşər. Təndirdə çörək bişirib yeyən kimsənin isə ruzisi bol olar, bəxti açılar.

    TƏNƏKƏ-Xeyirsiz qazanca yozulur. Tənəkəçi-tərbiyəçi və təfsirçiyə, ya da sözündə və əməlində yalançı bir adama içarə sayılır.

    TƏNHA-Röyada özünü tənha görmək, ya da yolu-izi itirib yalqız qaldığını görmək-hər cür bəla və müsibətlərdən qurtulmağa, əmin-amanlığa yozulur.

    TƏPƏ-Röyada dik bir təpəyə dirmanmaq-çətin bir içi boynuna götürüb yerinə yetirməyə yozulur. Təkbaşına təpəyə dırmaşmaq-özbaşına bir iç alacağınıza; dostlarla təpəyə dırmanmaq-istəməsəniz də, bir içi bir borc və vəzifə olaraq qəbul edəcəyinizə işarədir.

    TƏRAŞ ETMƏK-Röyada özünü və ya başqasını təraş etmək-təmizlik və rahatlıq kimi yozulur.

    TƏRƏVƏZ-Xeyrə yozulan yuxulardandır, rahat, eyni zamanda, fəal və içgüzar həyat sürəcəyiniz anlamına gəlir. Pomidor-uzaqdan gələcək xoş xəbərlərə işaərdir. Kartof-sönük, lakin rahat ömrə; yerkökü-ailə səadətinə, məsud və rahatlıq içində yaşanacaq həyata; lobya və paxla-adi, lakin cazibədar yaşayışa; noxud-gözlənildiyindən də maraqlı və canlı bir gələcəyə; soğan-yaxın vaxtlarda kobud, lakin açıqürəkli adamlarla əlaqə yaradaraq qazanclı bir işdə uğur qazanacağınıza yozulur.

    TƏRƏZİ-Doğru-düzgün çəkən tərəzi yuxuda sözübütövlüyə, ədalətə, borcu ödəməyə yozulur. Röyada görülən tərəzi təzədirsə, bu-o yerin başçısının ədalətli olduğunu göstərir. Əlində tərəzi olduğunu görmək-röya sahibinin doğruçuluğunu, həqiqətpərəstliyini göstərir.

    TƏRSANƏ (liman)-Cavan oğlanın yuxuda tərsanə, yaxud liman görməsi-sonu xeyirli bir dəniz səyahətinə işarədir. Orta yaşlı adam üçün bu röya-dənizətrafı yerlərə səfərə; gənc qız üçün-bir dənizçiylə evlənməyə; evlilər üçün-sevdikləri bir adamla qarşılaşmağa yozulur.

    TƏSBEH-Röyada təsbeh-xeyirxah, əxlaqlı qadına, halal yaşayışa işarədir. təsbeh çəkmək-əsgərləri ifadə edir. təsbehin qirilması, dənələrin dağılması-üzüntü, sıxıntı anlamındadır.

    TƏHLÜKƏ
    -Yuxuda özünü sıxıntı içidə görmək və təhyükənin yaxınlaşdığını hiss etmək-bir müddət diqqətli və ehtiyatlı davranmalı, macəralardan çəkinməlisiniz. Təhlükəli zolağa düşmək-işdə bir çox çətinliklərlə qarşılaşacağınıza işarədir.

    TƏCAVÜZ (sataşmaq)-Gənc bir oğlanın yuxuda bilə-bilə birisinə təcavüz etməsi-eşq macəranıza başqasının da burnunu soxacağına işarədir. Yaşlı kişi üçün belə yuxu-onun bir məhkəmə işində qalib çıxacağına; gənc qız üçün-ailədən xəbərsiz bir nəfərlə xoş, lakin gizli dostluğa yozulur. Evinə, malına, yaxud dükanına təcavüz edildiyini görən adamın girişəcəyi iş boşa çıxacaq, ailəsinin nizamı, rahatlığı pozulacaqdır.

    TƏŞƏBBÜS-Röyada bir təşəbbüsdə bulunmaq, bir işə girişmək-həyatınızın ən yetgin çağına olduğunuza işarədir.

    TİBB BACISI-Bəyaz önlüklü bir tibb bacısını yuxuda görmək-arzu etmədiyiniz bir qonaq tərəfindən rahatsız ediləcəksiniz.

    TİKAN-Qaba, hirsli-hikkəli adama işarədir. Tikanın batdığını görmək-röya sahibi iftiraya məruz qalacaq, yaxud da onu əsəbləşdirən, iyrəndirən bir şeydən rahatsız olacaqdır. Tikan üzərinə çəkilmək-borcu olanlar borcu qaytarmaq üçün möhlət istəyəcək. Eyni zamanda, bu yuxu-dartışmaya, cəhalətə işarə sayılır. Tikan-eşqə tutulanlar üçün üzüntüyə, qayğıya, narahatlığa yozulur.

    TİKİLİ-Yuxuda bir binanın tikilişini görmək-cavn oğlan üçün təzəcə başladığı vəzifənin uğurla sona çatacağına; orta yaşlı adam üçün-çətin bit işin öhdəsindən gələ biləcəyinə; yaşlılar üçün-ümid və xəyallarinin heç də boş çıxmayacağına yozulur.

    TİKİŞ TİKMƏK-Bu röya kişilər üçün qadınla bağlı işlərinin düzələcəyinə; qadınlar üçün-saxtakar və fırıldaqçı bir adamla dostluq etdiklərinə yozulur. əl işi (çitəmə) toxumaq-çox qiymətli, vəfalı bir dosta işarədir.

    TİLOV-İş həyatında mühüm bir fürsətdən istifadə edə biləcəyinizə yozulur.

    TİLSİM-Röyada bir şeyin tilsimini görmək-işlərinizi planlı şəkildə qura bilsəniz, hər sahədə uğur qazanacağınıza işarə sayılır.

    TİMSAH-Yuxuda timsahın quruda gəzdiyini görmək-röya sahibinin çox təhlükəli düşmənləri olduğunu göstərir. Timsah öldürmək-düşmənlərə üstün gəlməyə yozulur.

    TİTRƏMƏK (tükləri üprəşmək)-Röyada titrədiyini, tüklərinin üprəşdiyini görən adam Allah-təaladan qorxur.

    TİF XƏSTƏLİYİ-Yuxuda tif xəstəliyinə tutulduğunu görmək-qohumlarınızdan böyük fənalıqlar görəcəyinizə işarədir.

    TİCARƏT-Yuxuda ticarət etdiyini, pul qazandığını görmək-röya sahibinin həyəcanlı və xoş bir macəra içində olduğuna; əgər ticarətdə işi yaxşı getmirsə, iflasdadırsa-bir təhlükəni dəf edərkən üzüntülərə məruz qalacağına işarə sayılır. Ticarət sənədləri-birdən-birə bir çox qazanclı işlərlə qarşılaşacaq və zəngin olacaqsınız.

    TISBAĞA-Röyada tısbağa görmək-işlərin durğunluğuna, fəqət bu durğunluğun xeyirli olacağına yozulur.

    TOVUZ QUŞU-Röyada tovuz quşu-varlı-hallı, gözəl, fəqət uğursuz bir qadını ifadə edir. Tovuz quşunun gözəlliyi-o qadının camalı, siması; tükü-var-dövləti; kəsilməsi isə-ölümü kimi açıqlanır. Tovuz quçunun ətini yeən kimsənin arvadı öləcək və mirası ona qalacaqdır. Yuxuda tovuz quşuyla rastlaşmaq-röya sahibinə bir qadından və ya bir qadın vasitəsilə var-dövlət nəsib olacaq.

    TOZ-Röyada bir şey üzərinə qonmuş toz görmək-mala işarədir. Yerlə göy arasını toz basmış görmək-röya sahibinin çox qarışıq bir içlə qrşı-qarşıya qaldığına, o işin içindən necə çıxacağını bilməməsinə, çaşqın bir durumda olduğuna yozulur. Pal-paltarın tozunu çırpmaq-fəqirliyə, yoxsulluğa və uzun ömrə əlamətdir. Tozlu-küləkli hava-quraqlıq, qıtlıq anlamındadır.

    TOYUQ-Yuxuda toyuq görmək-ağılsız, fəqət gözəl bir qadına, yaxud nəşəli və əsizadə bir xamına işarə sayılır. Toyuq qaqqıltısı-röya sahibinin ziyankar və yalançı adam olduğunu göstərir. Toyuq boğazlamaq-evlənməkdir. Toyuq ovlamaq-halal ruzi və qazancdır. Yuxuda toyuq əti yeyən adam həbsdə olan bir nəfərdən mal əldə edəcəkdir.

    TOY-Yaxşılığa yozulmaz, işlərin pozulacağına, gözlənilməz bəd xəbər alacağına işarədir.

    TOP SƏSİ-Yuxuda gurlayan top səsi eşitmək-şiddətli dartışmadan irəli gələn fikir ayrılığına, yaxud da darğınığa işarə sayılır.

    TOPAL (çolaq)-Yuxuda özünü topal və qoltuq ağacı ilə gəzən görmək-dostların köməyi ilə çətinlikləri aradan qaldıracağınıza yozulur. Sadəcə, topal görmək-xeyrə yozulmaz, çox müşküllərlə qarşılaşaraq yalqız və küməksiz qalmaq anlamına gəlir.

    TOPLANMAQ-Röyada səfərə çıxmaq və ya başqa bir evə daşınmaq ərəfəsində ailənin bir araya gəlməsi, toplanması-röya sahibinin həyatında ən önəmli anın yetişdiyinə işarədir. Gənclər üçün bu röya-yaxşı bir təklif alınacağına, hazırki durumun dəyişəcəyinə; orta yaşlılar üçün-tələyə; gənc qadın üçün-edəcəyi bir ziyarət vaxtı sevimli bir adamla tanışlığa və ömrü boyu onunla dostluq edəcəyinə; yaşlı qadın üçün-həyatında, yaşayışında önəmli bir dəyişikliyə yozulur.

    TOPLANTI (məclis)-Yuxuda dost-tanışın iştirak etdiyi bir görüşdə və ya məclisdə olmaq-cavanlar üçün xoş bir əyləncəyə; yaşlılar üçün-yüksək bir vəzifə təklifinə; cavan qızlar üçün-çxo sevdiyi bir gənclə görüşməyə; evlilər üçün-xoş və ürəkaçan vəziyyətə yozulur.

    TOR-Röyada futbol qapısının torunu, ümumiyyətlə, tor görmək-işlərin bərbad vəziyyətə düşəcəyinə, səhhətin pozulacağına işarə sayılır.

    TORPAQ ÇANAQ-Qadına, qulluqşuya və ya uşağa yozulur.

    TOXA (kətmən)-Yaxın olduğunuz bir neçə adam sizin və ya sizə yaxın olan bir başqasının əleyhinə əsassız dedi-qodular çıxaracaqdır.

    TOXLUQ-Yuxuda qarnının tox olduğunu görmək-bir şeydən usanmağa, sıxılmağa və ya işinizin pozulacağına, etibarınızın itəcəyinə yozulur.

    TOXUM-Röyada toxum-uşağa, yaxşı nəsilə yozulur. Toxumluq taxıl-xeyirli kitabları ifadə edir. Xiyar, qabaq, qovun və s. toxumu-qəmdən, kədərdən, ağrı və xəstəliklərdən qurtulmaq kimi açıqlanır. Toxum əkmək-həlli çətin bir işin gerçəkləşməsinə işarədir. Yararsız, qeyri-münbit torpağa toxum əkmək-israfçılıqdır. Torpağa toxum səpmək, eyni zamanda, ruzi, elm öyrənmək, müxtəlif xasiyyətli adamlarla xoş davranmaq kimi də mənalandırılır. Yerə toxum əkdiyini və toxumların da torpağa yapışıb qaldığını görən adam şərəf qazanacaq. Əgər toxumlar yerə yapışıb qalmırsa, röya sahibi qəmə-kədərə düşər.

    TOXUMAQ (hörmək)-Röyada bir şey toxumaq (hörmək)-röya sahibinin fitnəkar düşüncələrinə, bəd niyyətlərinə işarədir. Bir şey hörmək, yaxud bu işlə məşğul olan adama tamaşa etmək-gələcəyi parlaq bir dostluğa və yaxşı bir vəzifə tutacağınıza yozulur. Hörgü mili almaq və ya mili sındırmaq-dostunuzla aranızda kiçik anlaşılmazlıq olacaqdır. Yuxuda özünü yun köynək toxuyarkən görmək-dəniz səyahətinə çıxacaqsınız.

    TRAMVAY-Heç gözləmədiyiniz köhnə bir dostunuzla rastlaşacağınıza işarə sayılır.

    TUMAR-Röyada at tumarlamaq-bir adamın şəfqət və sevgisini qazanmaqdır.

    TUMURCUQ-Çiçək və ya ağac tumurcuğu-bol ruziyə, arvadınızın doğacağına işarədir. Xəstə adamın çiçək tumurcuğu görməsi-xəstəlikdən qurtulmağa yozulur. Yuxuda tumurcuq-kiçik uşaqları da ifadə edir. Tumurcuqların sayı uşaqların sayını göstərir.

    TUNEL (lağım)-Qatarla tunel içindən keçmək-üzüntü və qəm-qüssə içində keçən günlərin sona çatacağına, fərəhə və rahat yaşayışa yozulur. Qaranlıq bir tunel içindən keçmək-gələcəyiniz üçün yaxşı bir peşə seçməkdə səhvə, xətaya yol verəcəksiniz.

    TUNC-Yuxuda tunc-bir yəhudi tərəfindən gələcək mala işarədir. Tunc əritdiyini görmək-röya sahibi dünya malı üçün qovğa edərək dilə-dişə düşəcək, iftiraya uğrayacaqdır. Tunc mədəni-öz etibarı və dünya malıyla öyünən, lovğalanan adama yozulur.

    TURP-Yuxuda turp-bədəvi, vəhşi adama, üstünlüyə və halal ruziyə yozulur. Evində turp görən kimsə pis bir davranışda bulunacaq və dərhal da tövbə edib doğru yola qayıdacaq.

    TURUNC-Röyada turunc-xəstəlik, üzüntü, kədər, bəzən də, sevgi və eşq hissiylə məsud olmaq anlamına gəlir. Evdə çoxlu turunc görmək-subaylar üçün gözəl və zəngin bir xanıma işarə sayılır.

    TURŞ ŞEYLƏR-Röyada turş şeylər yemək-həyatınızı, yaşayışınızı böyük zəhmətlər hesabına qazanacaqsınız.

    TUT AĞACI-Röya qışda görülərsə-qışın soyuq keçəcəyinə; başqa vaxt görülərsə-var-dövlətin artacağına yozulur.

    TUTUQUŞU-Erkək tutuquşu görən adam açıqsözlü, düzdanışan, mehriban və gözəl bir qadınla rastlaşacaqdır.

    TÜK-Röyada tük görmək, tükü əlinə almaq-cavan oğlan üçün-ən gözəl arzu və istəklərinə asanlıqla çatmağa; orta yaşlılar üçün-yumşaq, həlimxasiyyət olduqlarına; qadınlar üçün-bir çox eşq macəralarına yozulur.

    TÜL-Cavan oğlanın yuxuda tül örpəkli bir qadın görməsi-onun doğru yola üz tutacağına işarədir. Orta yaşlı adamlar üçün bu röya-şübhə altına alınaraq günahlandırılmağa, lakin sonradan əsl həqiqətin ortaya çıxacağına; subay qadın üçün-heç evlənməyəcəyinə; evli qadın üçün-dilini dinc qoymadığından ailədə narazılıq və rahatsızlıq olacağına yozulur.

    TÜLKÜ-Yuxuda tülkü-qatil, yalaçı, aravuran, hiyləgər bir düşmənə, bəzən də geyim-keçimə; subaylar üçün-evlənməyə, ya da hiyləgər qadınlara işarə sayılır. Tülkü öldürmək-şərəfli və ləyaqətli bir qadınla evlənmək, yaxud düşməndən qurtarmaq kimi yozulur. Tülkü dərisindən qazanc əldə etdiyini görən adamın qüvvəti artar, zəfər qazanar, yaxud da arvadı tərəfindən əlinə bir miras keçər. Tülkü əti yemək-xəstəlikdən şəfa tapmaqdır.

    TÜMƏ GÖZƏTÇİSİ-Qəbir qazan bir adama işarə sayılır.

    TÜTƏK (ney)-Yuxuad çoban sümsüsü, tütək, ney görmək-oyun və əyləncəyə, təhrikə, fitnəyə işarədir. Bəzən fərəh və sevinc anlamına da gəlir. Röyada özünün tütəyi, neyi olduğunu görmək-röya sahibi Qur`anı yaxşı oxuya bilirsə, Qur`ani-Kərimdən həzə və qismətə nail olacaqdır. Yuxuda mələkdən tütək alan kimsə valilik etmək qüdrətindədirsə, bir vilayətin rəhbəri olacaq. Yuxuda tütək, ney çalmaq-röya sahibi Qur`anı öyrənəcək, öyrədəcək və qur`anı gözəl oxuyacaq. Tütək, ney qızıldan olarsa və röya sahibi də həkim, rəhbər işdədirsə, adil hökmdarlığı hər tərəfdə yayılacaq və hikmət sahibi olacaqdır. tütək çalmaq-xəstə üçün ölümə; dedi-qoduçu və böhtançı üçün-xəbərçiliyə; uşaq arzusunda olanlar üçün muradlarının hasil olacağına yozulur.

    TÜTÜN QABI-Röyada tütün (siqaret) qabı görmək-yaxın günlərdə bir dostunuzun xoş bir sürprizi ilə qarşılaşacaq, bundan çox şad və xoşbəxt olacaqsınız.

    TÜTÜN İYLƏMƏK-Pis xəbərə yozulur.

    TÜFƏNG-Röyada tüfəng atmaq-qohumlar və dost-tanış arasında bir anlaşılmazlıq və qovğa olacağına, eyni zamanda, pis xəbərlərə yozulur.
    [

  6. #26
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Yuxu yozmaları Ü

    ÜZ (sifət)-Bir kəsin yuxuda öz çöhrəsini gözəl görməsi-işlərinin yaxşı gedəcəyini, müjdə və sevinci ifadə edir. Röyada görülən üz-sarılığa, qısqanclığa və paxllığa, ayrı-seçkiliyə, araqarışdırıcılığa və xəstəliyə işarə sayılır. Yuxuda bədəninin ağ, üzünün qara olduğunu görmək-içiniz çölünüzdən daha sağlam və mənalıdır. Bədəninin qara, üzünün ağ olması-çölünüz içinizdən gözəldir. Üzünün qara olduğunu görən adam çox yalan danışar. Üzünün böyük olduğunu görməkrütbə və yüksk məqamdır. Üzünün qırmızı və tutqun olduğunu görmək-bir bəlaya və kədərə düşəcəksiniz. Üzünün açıq və gözəl olduğunu görən kimsə əxlaqlı və fəzilətli adamdır. Üzünün çirkin olduğunu görmək-pisliyə, rüsvayçılığa yozulur. Üzünün çatlayıb yarıldığını görmək-röya sahibinin həyasızlığına işarədir.

    ÜZƏNGİ-Üzəngi ilə ilgili yuxular murada çatacağınıza yozulur.

    ÜZMƏK-Yuxuda dənizdə üzdüyünü görən cavan oğlan yad bir məmləkətdə ürəkaçan uğurlar qazanacaqdır. İki sevgilinin dənizdə bərabər üzməsi-gözlənilən bir fəlakət və faciənin onları izləməkdə olduğunu göstərir.

    ÜZÜK-Xeyrə yozulur.

    ÜZÜM-Röyada üzüm-gözəl və bol ruzidir. Yuxusunda yerdən bir salxım üzüm qaldırdığını görən adam nir qadın tərəfindən çoxlu mala sahib olacaq. Ağ üzüm-xeyrə, şəfaya; qara üzüm-kiçik faydaya işarədir. Lakin bu röyalar üzüntüyə və kədərə də yozula bilir. Röyada yerə düşən üzümü qaldırmaq-az gəlirə, mənfəətə yozulur. Yuxuda təzə üzüm görmək-xeyrə və qadın vasitəsilə əldə ediləcək gəlirə işarədir. Başqa yozumlara görə, yuxuda üzüm-halal ruzini, dostluğu və sevgini də ifadə edir. Üzüm yemək-şərab içmək və a comərd bir adam tərəfindən əldə ediləcək ruzi anlamına da gəlir. Üzüm sıxmaq-bolluğa, xoşbəxtliyə, şadlığa, sevincə əlamət sayılır.

    ÜZÜM BAĞI-Yuxuda üzüm bağı, ümumiyyətlə, xeyrə yozulur. Aşağıdakı yozumlara bölünür: -bağda dolaşıb üzüm toplamaq-fərəhli və nəşəli istirahətə. -bağdan gizlicə üzüm oğurlamaq-umulmayan yedən gözlənilməz bir yaxşılıq. -bağda üzümü torpağıyla birlikdə yığmaq-əyləncəli bir toplantıya. -bağda üzüm urası-yaxın vaxtlarda gerçəkləşəcək toy-düyünə. -bağdan salxım-salxım üzüm vermək-xeyirli və şad xəbərə yozulur.

    ÜZÜM TƏNƏYİ-Bolluq, varlıq kimi yozulur. Üzüm tənəyi (meynəsi) yuxuda onu basdıran və yetişdirən adam üçün ən böyük şərəf hesab edilir. Üzüm tənəyi-zəngin və şərəfli bir qadına da işarədir. Röyada budanmış üzüm tənəyi aldığını görən kimsə şərəfli və möhtərəm bir qadından mal sahibi olacaq.

    ÜYÜTMƏK-Röyada buğda və ya rapa uyutmək-yeni və sevinc dolu xəbərlər alacaqsınız.

    ÜLGÜC-Yuxuda ülgüc-oğlan uşağına yozulur. Ülgüclə bir şey kəsmək-başladığınız iş yarımçıq qalmayacaqdır. Ülgüclə ət doğramaq, yaxud heyvan yaralamaq-camaatın zəhləsini töküb rahatsız etməyə, pis sözlərə işarədir. Ülgüc-kinə, düşmənçiliyə, kədər və iztirab verən acı dilə də yozulur.

    ÜNNAB AĞACI-Xoşbəxtliyə və sevincə yozulur.

    ÜRPƏRMƏK-Kiçik bir rahatsızlığa işarədir.

    ÜSYAN-Röyada bir üsyan olayı görmək-röya sahibi yaxın vaxtlarda dostlarının onun haqqında yaydığı dedi-qodulardan xəbər tutacaqdır. Üsyan uğursuzluqla sona çatmışsa, röyanı görən pis bir xəbərlə qarşılaşacaqdır.

    ÜTÜ-Yuxuda isti ütü görmək-çox zəkalı olduğunuza, ancaq zəkanıza gərəyindən artıq güvəndiyinizdən zərər gördüyünüzə yozulur. Dərzi ütüsü-xoş xəbərdir. Bir şey ütüləmək-işlərinizin düzələcəyinə işarədir.

    ÜFLƏMƏK-Röyada ocağı, ocaqdakı qoru üfləmək-gizlin işin aşkar olacağına, sirr saxlayan adama sirr açnağa işarədir. Yemək bişirmək üçün ocağı üfləmək-mənfəət məqsədiylə bir şeyi göz altına almağa yozulur. Allahın əmriylə Əzrayıl surunun (şeypurunun) üflənməsi-bu səsi yalnız röya sahibi eçitmişsə, iztirablı xəbər təkcə ona aiddir; camaat da eşitmişsə-bütün xalqın sıxıntı və qərarsızlıq içində olacağına yozulur.

    ÜŞÜMƏK-Cavan oğlanın yuxuda üşüdüyünü görməsi-həyatda uğu qazanmağa əngəl olan səbəbləri başqasında yox, özünüzdə axtarmalısınız. Daha yaşlı adamlar üçün bu röya-əvvəllər əlinizdən çıxmış bir xətanın qarşınıza çıxacağına, lakin zəka və incə düşüncəylə hərəkət edərək, bunu öz yoluna qoya biləcəyinizə; evli qadınlar üçün-kiçik bir qəzadan qurtulmağa işarədir.
    [

  7. #27
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Yuxu yozmaları V

    Vaqon – Röyada kömür dolu vaqon görmək-zənginliyə işarədir. Başqa şeylərlə dolu vaqon-bir-birini izləyən çətinliyə, sıxıntıya; içi boş vaqon -qazancı, muzdu az bir işə yozulur.
    Vağzal -Yaxın zamanda çozdan arzusunda olduğunuz bir səfərə çıxacaqsınız.
    Vadi – Yuxuda yaşıl vadi-yaşayışınızın xoşbəxtlik içində davam edəcəyini göstərir.
    Vaiz – Yuxuda vaiz görmək-ətrafınızın bəd niyyəli adamlar tərəfindən sarıldığına işarədir.
    Vaz geçmək – Röyada qətiyyətsizlik üzündən bir şeydən vaz geçmək-üzüntüyə, əndişəyə yozulur.
    Vali -Röyada vali görmək-üzüntü, sıxıntı, içki içmək, qumar oynamaq, oğurluq və s. bu kimi qeyri-əxlaqi işlərə işarə sayılır. Başqa yozumlara görə röyada vali görmək-xalqa can başla xidmət etməyi göstərir. yoxsul bir adamın röyasında vali olduğunu görməsi-dərcəsinin yüksəlməsi anlamındadır. Röyada vali olduğunu görən hakim rüşvət alıb höm verər.
    Valyuta alış verişi – Röyada valyuta işləri ilə məşğul olmaq-böyük miqdarda pul və dəyərli mal-mülk itkisinə işarə olaaqqəbul edilir.
    Var-dövlət – Röyada var-dövlət sahibi olduğunu görmək-xeyirli bir xəbər alacağına işarədir.
    Vahə – Sıxıntılı günləri arxada qoyub rahat və sevinc dolu bir yaşayışa qovuşmağa işarədir.
    Vedrə – Vedrəylə bağlı yuxular belə yozulur:
    Boş vedrə- pul itkisidir.
    Dolu vedrə-qazancdır.
    Yarıyacan dolu vedrə-gözlənilməz bir xəbərdir.
    Mis vedrə-pullu qazanclı işdir.
    Velosiped - Yuxuda velosiped görən adam çox çətin bir işlə qarşılaşacaq və o iş bir sıra xatırladan, səhvlərdən sonra yoluna qoyulacaqdır. Velosipedlə yoxuş yuxarı çıxmaq-roya sahibinin evindəki və iş həyatındakı bir sra çətinlikləri, axır ki, yenəcəyinə işarədir. Velosipedlə eniş enmək-xoşbəxtlik içində keçən həyat gözlənilməz bəd xəbərlərdən alt-üst olacaqdır.
    Vəba – Vəba xəstəliyi ilə ilgili yuxular bu günlərdə böyük bir maddi sıxıntı içinə düşmənizin mümkünlüyünə işarədir.
    Vəd vermək – Röyada yaxınlarınızdan birinə nəsə vəd etmək – borc istəmək anlamındadır.
    Vəzifədən çıxarılmaq – Arvadını boşamaq kimi yozulur, ya da yeri dəyidirmək analmına gəlir. Özünün işdə çıxarıldığını, yerinə daha yaşlı birinin gətirildiyini görmək-həmin vilayətin rəhbərinə düşmənləri tərəfindən ziyankarlıq yetirləcəkdir.
    Vərəm – Vərəm ilə bağlı röyalar xeyrəyozulmur, mənəvi sıxıntı anlamındadır.
    Vəsiyyət – Röyada vəsiyyət etdiyini görmək-kədərli olduğunuza; Var-dövlətini başasına vəsiyyət etmək-xeyirxalığa, yardıma, birliyə, barışığa yozulur.
    Viza – Yuxuda viza almaq-iraxın dostunuzun yardımı sayəsində düşmüş olduğunuzsıxıntıdan qurtaracaqsınız
    Vizit vərəqəsi – Bir nəfərdən yardım təklifi alacaqsınız.
    Villa (imarət) – Röyada özünü bir villanın içində görmək-düşmən üzərində qələbəni xəbər verir. Villa-rahatlıq, zəiflik və xoşbəxtlikdir.
    Viranəlik (uçuq-sökük yerlər) – xeyrə əlamət eildir. Bu cür röya görən aam pul-maliyyə işlərində daha ehtiyatlı davranmalıdır. Bəzi yozmlara görə, viranəlik-istəyə çatmaq kimi də açıqlanır.
    Viski içmək – Zənginliyə, səhhətinizin düzələcəyinə yozulur.
    Vitamin – Röyada vitaminli dərmanlar içmək-sağlamlığınıa diqqət yetirməyin gərəkliyinə işarədir.
    Vitrin – Yuxuda vitrin görmək-veriləcək göstərişlərin röya sahibini gülünc vəziyyətə salacağına işarədir.
    Vulkan (yanardağ) – Yuxuda vulkan püslürməsini gömək-cavan oğlan üçün-çox sayıb, hörmət etdiyi bir böyüyü ilə dalaşacağına və bu səbəbdən də işlərin pozulacağına; orta yaşlılar üçün-heç də istəmədiyi bir dəyişikliyə; gəncqaın üçün-çox sevəcəyi xoş davranışlı, lakin əsəbi biriylə evlənəcəyinə; evli qadın üçün-qonşu və qullqçu ilə qovğa edəcəyinə yozulur.
    Vücud (bədən) – Röyada vücudunu şişmiş görmək-qüvvətli düşmənlərə üstün gələcəyinizə yozulur.
    [

  8. #28
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Yuxu yozmaları Y

    YABA-Böyük bir zəhmət və sıxıntı içinə düşəcəyinizə yozulur.

    YABANCI (yad)-Röyada bir yabancı ilə tanış olmaq-yeni bir iş imkanı ələ düşəcəkdir.

    YAQUAR-Uğur, müjdə işarəsi sayılır.

    YAQUT-Yuxuda yaqut görmək-firəvanlıq, şadlıq işarəsidir. Yaqut qaşlı uzuk taxmaq-gözəlliyə, şan-şöhrətə yozulur. Yaqut daşı tapmaq-əlinizə mal keçəcək. Kasıblar üçün bu röya-qüvvətli olmağa, xəstələr üçün cəhənnəmdən qurtuluşa işarədir. Əlində yaquta bənzər bir daş olduğunu görən kimsə soyca şərəfli olmadığı halda, əsil-nəcabət iddiasında olar.

    YAĞ-Böyük bir xoşbəxtliyə doğru addımlamaqda olduğunuzu göstərir.

    YAĞIŞ-Zərər vermədiyi təqdirdə yuxuda yağış-xeyrə və bolluğa yozulur. Bəzən də yağış-qorxulu bir şeyin olacağını, vəd edilən sözün yerinə yetirilməməsini, müsafir olanın səfərinədn geri qalmasını bildirir. Yuxusunda yağışın yalnız öz evinə yaödığını görən adam xeyrə, xeyirxahlığa çatacaq. Yağışın şəhərin hər yerinə yağdığını görmək- o yerin xalqının xeyirxahlığını və xeyirini ifadə edir. Yağış suyundan içmək-su saf və durudursa, röya sahibi xeyirə qovuşacaq. Yağış suyu bulanıq olarsa, bu sudan içən xəstə olar. Göydən qan, daş-torpaq yağması-zülmü, bəzən də ucuzluq olacağını göstərir. Yağış yağması və sel olub qabağına gələni düzləməsi-hökmdar tərəfindən o yerdə ortaya çıxacaq fitnə-fəsada işarədir. Əkin-biçin adamlarının yuxuda yağış görəməsi-müjdə, ucuzluq və bolluq deməkdir.

    YAĞMURLUQ (geyim)-Heç tanımadığınız bir adamın iş həyatında sizə böyük arxa və kömək olacağına işarədir.

    YAD MƏMLƏKƏT-Cavan oğlanın yuxuda yad bir məmləkətdə olduğunu və heç yeri tanımadığından çaşqın-çaşqın boylandığını görməsi-vasitəçi və tərcüməçi olmadan həlli müşkül bir işlə qarşılaşmağa yozulur. Orta yaşlı adam üçün bu röya-təcrübəsi olamasa da, gözəl bir işi idarə etmək üçün təklif alacağına; daha yetgin yaşda olanlar üçün-dostlara və yoldaşlara güvənmədiyindən, işin pozulacağına və çətin duruma düşməyə işarədir.

    YAZI YAZMAQ-Röyada yazı yazma-hiyləni; yazı yazanı görmək isə-hiyləgər bir adamı ifadə edir. Öz yazısını çirkin olduğunu görən adam günahlarından tövbə edər. Kitab yazdığını görən, lakin onu tamamlaya bilməyən kimsənin işləri yarımçıq qalar. Yuxuda yazı yazmağa çalışmaq, lakin gözəl xətlə yaza bilməmək-röya sahibi qorxu və zəhmət içində olsa da, sonda gözəl nəticələr əldə edəcək. Bir kağız üzərində yazı yazmaq-mirasa qovuşmaqdır. Yuxuda sol əliylə yazı yazan adamın zina yoluyla bir cocuğu doğulacaq və bu uşaq böyüyüb şair olacaqdır. Röyada kitab yazdığını görən kimsə yüngül bir xəstəlik keçirəcəkdir.

    YALAQ-Bərəkətə yozulur.

    YALAN-Röyada yalan danışmaq və ya yalandan şahidlik etmək-birisi haqqında iftira və pis söz söyləmək kimi yozulur.

    YALIN AYAQ-Röyada birisini yalınayaq görmək-yoxsulluq əlamətidir.

    YALTAQ, YALANÇI-Ətrafınızı saran yalançı, hiyləgər və şarlatan adamların pisliklərindən özünüzü qorumağın vacibliyinə işarədir.

    YANAQ-Yanaq yuxuda-xeyrə, bolluğa və bərəkətə, bəzən də üzüntüyə, kədərə və xəstəliyə işarədir. Qırmızı və ətli yanaq-rütbə və məqama, xəstəlikdən qurtulmağa, qismətə, sevincə yozulur. İki yanaq-gözəlliyi və ya sevimli bir şeyi, ya da o yanaqları öpəcək adamı ifadə edir. Sarı və ya qara yanaq-qorxu, üzüntü və etibardan düşmək anlamındadır.

    YANĞINSÖNDÜRƏN-Yuxuda yanğınsöndürən görmək-bir sıxıntıdan qurtulub fərəhə,əmin-amanlığa qovuşacağını xəbər verir. Əgər yanğınsöndürən bir yanğına su atırsa, röya sahibi böyük bir bəladan qurtaracaq, gözləmədiyi bir vaxtda ummadığı bir adamdan yardım görəcəkdir.

    YAPALAQ-Röyada yapalağın oxuduğunu eşitmək-birisi tərəfindən aldadılacağınıza işarədir.

    YAPIŞQAN-Yuxuda yapışqan görmək-bir müşkülü həll edən ustad və xalq arasında barışıq, mehribançılıq yaradan ağsaqqal bir adam anlamına gəlir. Yapışqan, eyni zamanda, oğru və çapqınçıların yaxalanması kimi də yozulur.

    YAPON-Röyasında yapon görən adam əgər subaydırsa, həyatını sadiq və müşfiq birisi ilə birləşdirəcəkdir. Evli üçün də bu röya xeyrə yozulur.

    YAPON GÜLÜ (kameliya)-Böyük bir səyahətin xəbərçisi olaraq yozulur.

    YARA-Yuxuda yaralandığını, üst-başını qanlı görmək-yaxın dostları röya sahibini pis və şərəfsiz bir iş tutmaqdan çəkindirəcəklər. Qadının belə röya görməsi-sevgilisinin və ya ərinin onu aldatdığına işarədir. Yaradan qan axması-yoldaşlarınızdan biri sizi lağa qoyub gülünc duruma salacaqdır.

    YARALANMAQ-Röyada bir adamı yaralamaq-yaralayan qəmə-qayğıya, kədərə dücar olacaq, yaralanan da sıxıntılara məruz qalacaqdır. Bu röya yaralayanın zərərinə, yaralananın kininə işarədir.

    YARASA-Yuxuda yarasa görmək-korluğa, sapıqlığa, yoldan azmağa işarədir. Yarasa-gizlicə qeyri-əxlaqi işlər tutmağa və o işlərin aşkara çıxacağına yozulur.

    YARIŞ-Röyada bir yarışda iştirak etmək və yarışı udmaq-uğur qazanacağınıza; uduzmaq-peşmançılığa yozulur.

    YARMA-Yuxuda yarma və yarma halvası görmək-ölüm xəbəri kimi yozulur.

    YARMARKA-Yuxuda yarmarka görmək-geniş miqyaslı bir alış-verişə girəcəyinizə və bu işdən qazanc əldə edəcəyinizə işarədir.

    YASTIQ-Yuxuda cavan oğlanın yumşaq bir yastığa dirsəklənib istirahət etməsi-yaxın vaxtlarda onun əlinə fürsət düşəcək və ən kəsə yolla bolluğa və xoçbəxtliyə qovuşacaqdır. Yaşlı adamlar üçün bu röya-xoş və əyləncəli bir istirahətə; subay qadın üçün-pullu bir kişiylə birləşməyə; evli qadın üçün-qiymətli bir dost qazanmağa, yaxud rəsmi bir toplantıya dəvət edilməyə yozulur.

    YATAQ-Yeni bir könül macərasına işarədir.

    YATAĞAN (qılınc)-Şan, şərəf, etibar rəmzi kimi yozulur.

    YAXA-Yuxuda paltarın yaxası-sərvətə və mala; yaxasının bürüşük və əzik olması-zərərə işarədir.

    YAXI-Röyada yaxı görmək-sağlamlığınıza diqqət yetirmədiyinizi göstərir.

    YAXTA VƏ KATER-Heç vaxt yaxtaya minməmiş adamın yuxuda yaxtaya minməsi xeyirli röyalardandır. Cavan oğlan üçün bu röya-ani və sürətli bir dəyişiklik nəticəsində qazanacağı xoş gələcəyin müjdəsidir. Yaşlı adam üçün-işlərində uğur qazanmağa; ərə getməmiş qızlar üçün-zəngin, lakin yaşlı bir adamla evlənməyə; evli qadın üçün-zəngin və moderi bir həyata yozulur.

    YAXŞILIQ-Röyada yaxşılıq edən və bir fəqirə əl tutub yardım etdiyini görən adam şad bir xəbər alacaq, dövlətli olacaqdır.

    YAŞILLIQ-Röyada göz işlədikcə uzanan yaşıllıq görmək-uzunömürlü bir dostluq və ululuq, böyüklük anlamındadır. Bir qız bu röyanı görmüşsə, tanıdığı və sevdiyi bir adamla tezliklə ailə quracaq. Özünü yuxuda yaşıl libasda görmək-şərəfə, ululuğa işarədir.

    YAŞMAQ-Qadınların yuxuda yaşmaq görməsi-gözəl bi xəbəri ifadə edir. Ərə getməmiş qadınlar üçün bu röya-ərə getməyə, səadətə, ərinin çox zəngin olacağına yozulur.

    YEZNƏ-Yeznəsi olmayan birisinin yuxuda yeznə görməsi-düşmənlə mübarizədə qələbə çalmağa, hər cür qorxu və əndişədən qurtarmağa yozulur.

    YEYƏ (törnü)-Yaxın vaxtlarda sıxıntılardan qurtulacaqsınız.

    YEL XƏSTƏLİYİ (revmatizm)-Röyada yel xəstəliyinə tutulduğunu görmək-qarşıda sizi sıxıntılı günlər gözləyir deməkdir.

    YELKƏN-Yuxuda gəmi yelkəni görmək-röya sahibinin səltənət və ya dövlət başqanlığıyla ilgili olmasına işarədir. Özünə yelkən hazırlandığını görmək-röya sahibi səltənətə, qüdrətə və şərəfə yetişəcək. Bu yuxunu görən hökmdardırsa, o, qüvvətli bir ordu yaradaraq güclü bir düşməndən əmin olacaq, vara, qüdrətə, ucalığa yetişəcəkdir.

    YELKƏNLİ QAYIQ-Diləklərinizin gerçəkləşəcəyinə yozulur.

    YELPAZƏ (yelpik)-Yuxuda yelpazə görmək-rahatlığa, sıxıntılardan qurtarmağa, yoxsulluqdan çıxıb zəngin olmağa yozulur. Xurma yarpağından yepazröya sahibinin arvadına və ya uşağına işarədir.

    YEMƏK BİŞİRMƏK-Yuxuda ocaqda yemək bişirmək-həsrətinizə qovuşacaqsınız. Bişmiş yeməyin üstünə su əlavə edərək ət bişirmək-bütün istəkləriniz yerinə yetəcək, xalq arasında şöhrət qazanacaqsınız. Qoyun ətindən xörək hazırlamaq-halal ruziyə, xoş, firəvan güzərana, gözəl yaşayışa işarədir. Sığır ətindən yemək bişirmək də eynilə yozulur. Yırtıcı heyvanların ətini bişirmək-zalım bir bölgəyəvali olmağı; köpək əti bişirmək-alçaq bir məmuriyyəti; köpək əti yağda bişirilərsə-haram malı; ət yağsız isə-yoxsulluğu, sıxıntını, qanuni olmayan qazancı; quş əti bişirmək-halal qazancı ifadə edir.

    YEMƏK BORUSU-Bir müddət sıxıntı keçirdikdən sonra bolluğa qovuşacağınıza işarə sayılır.

    YEMƏK YEMƏ-Röyada xörək yemək-nə cavanlar üçün, nə də yaşlılar üçün yaxşı röya sayılır. Bəzi xırda-para narazılıqları ifadə edir. Çeşid-çeşid yemək görmək-sosial durumda bir dəyişikliyə; ət yeməkləri-yoxsulluqdan qurtulub zəngin olmağa; bəyaz, səbzəli yeməklər-ərzağa, yeyəcək şeylərinə; turş və sarı rəngli yeməklər-xəstəliyə işarə sayılır.

    YENİ İL-Yeni illə ilgili röyalar nişanlı olmağa, evliliyə, eşqə-sevgiyə yozulur.

    YENİLGİ (məğlubiyyət)-Yuxuda hər hansı bir məsələdə yenildiyini görmək-həmin məsələdə üstün gələcəyinizə yozulur.

    YENİÇƏRİ-Şan-şöhrətə, etibar və uğura işarədir.

    YER QAZMAQ-Torpaq qazan bir adamı yuxuda görmək-işdə uğur qazanılacağına işarə sayılır. Cavan oğlan yuxuda torpaq qazdığını görərsə, bu-hardasa başqa yerdə onu böyük var-dövlətin gözlədiyinə yozulur. Yaşlı adam üçün belə röya gözlənilməz dəyişiklik; qadın üçün-bundan sonra hər işdə bəxtinin gətirəcəyi kimi mənalandırılır.

    YERƏ BATMAQ-Röyada yerə batmaq-hökmdar tərəfindən meydana gələcək qorxu və təhdidə yozulur. Yerə batdığını görən adam əzaba düşəcək. Heç bir çuxur olmasa da, yerə batdığını və çox dərinə getdiyini görən və ordan çıxa bilməyəcəyini anlayan adam aldadılacaqdır.

    YERİMƏK-Yuxuda əyilmədən, dümdüz yerimək-bəd əməllərdən kənar və doğru yolda olduğunuza işarədir. Ayaqyalın yerimək-üzüntü və kədərdən qurtulmaqdır. Əlində bir icra sənədi küçələrdə gəzib-dolaşmaq-vəzifədə irəli çəkiləcəksiniz. Yuxuda yerimək-qorxuya, təhlükəyə və qəzavü-qədərə sinə çəkərək yolçuluq etməyi də ifadə edir. Tək ayağı üstündə yerimək-var-dövlətin və ömrün yarısının getdiyinə işarədir.

    YERKÖKÜ-Yuxuda yerkökü yemək sağlamlığınızın çox yaxşı olacağını göstərir. Kök yetişdirmək və ya toplamaq-işinizdə, sənətinizdə daima uğurlar qazanacaqsıb\nız. Bazara gedərkən kök almağı da nəzərdə tutmaq-çox xoş bir toplantıda şərəflə qarşılaşacağınızı xəbər verir. Röyada əlində yerkökü olduğunu görmən adama çətin görülən iş asanlaşacaq.

    YETİM-Röyada bir yetimi əzizləmək və ya bir hədiyyə verərək onu sevindirmək-xeyirli bir işə girişərək çoxlu qazanc əldə edəcəksiniz. Yetimi ağlatmaq-işlərinizin pozulacağına işarədir.

    YƏHƏR-Röyada yəhər almaq və ya bir yəhərə sahib olmaq-üç qadınla ayrı ayrı evlınməyə işarədir. Yəhər heyvanın sırtında deyilsə, qadına işarədir. Yəhərinə köpək və ya donuz mindiyini görmək-əxlaqsız bir adamın həyat yoldaşına göz dikəcəyinə; yəhər-eyni zamanda, əsilzadə və gözəl qadına yozulur. Özünü yəhərə minən görmək-yuxu sahibi hər işində müvəffəq olub uğurlar qazanacaqdır. Yəhərini sınmış görmək-röya sahibini özü və ya arvadı vəfat edəcək. Atın yəhərini almaq-ayrılığa və ya xoşagəlməz bir sözə yozulur. Yəhər bəzən mala, var-dövlətə də işarə sayılır.

    YƏHYA ƏLEYHİSSƏLAM-Yəhya peyğəmbəri yuxuda görmək-röya sahibini yasaqlardan qaçındığına, dinə sıx bağlılığına, günah işləməkdən qorunacağına, var-dövlətə yetişəcəyinə işarədir.

    YIRĞALANMAQ-Yuxuda boşluqda, yəni havada yırğalanmaq, sanki uçmaq-həyatda birdən-birə yüksələcəyinizə, etibarınızın artacağına işarədir. Üzmədən suyun üzərində ləngərlənib yırğalanmaq-könül xoşluğuna, fərəhə və səadətə əlamət sayılır.

    YIRTMAQ-Yuxuda hirslənib öz paltarını, geyimini cırıb-tökmək-röya sahibi dindardırsa, mövqeyində yüksələcək, dindar deyilsə, qayğıya, sıxıntıya düçar olacaq.

    YIXILMAQ-Röyada bir evin yıxıldığını görmək-ölümə işarə sayılır. Bir köhnə binanın və ya öz evinin yıxıldığını görmək-sıxıntıya, qəm-qüssəyə yozulur. Bir qadın yaşadığı evin tavanının uçduğunu görərsə, əri öləcək.

    YOZUCU (yuxu yozan)-Yuxuda röya yozucularını görmək-məhzun olanın sevinəcəyinə, çadlıq içində olanların isə məhzun həyata keçəcəyinə, itgin düşənləri barədə bir xəbər bilmək istəyənlərin həmin adamlar haqda xəbər tutacaqlarına işarə olaraq qəbul edilir.

    YOL-Röyada uzanıb gedən yol görmək və ya uzun asfalt yolla yerimək-işlərinizdə böhranlı və sıxıntılı bir dövrün yetişdiyinə və buna görə də bir qərara gəlməyin, diqqətli və ehtiyatlı olmağın gərəkliyinə işarə sayılır. Dağlar arasında geniş yol görmək-hər cür narahatlıq və sıxıntıdan qurtulmağa, yaxud uzun bir yolçuluğa yozulur.

    YOLDAN SAPMAQ-Yuxuda birinin doğru yoldan sapdığını görmək-o kimsənin haqqdan ayrılmasına, din və məzhəbində yolunu azmasına, doğru yoldan çıxmağa, sapıqlığa, eyni zamanda, doğru yola meyl etməyə işarədir. Röyada yolunu itirən adam pis işlərlə məşğul olar.

    YOLDAN ÇIXARMAQ-Yuxuda oğlanın gənc bir qızı yoldan çıxardığını görməsi, onun xəyallar içində üzdüyünü və gerçək həyata qayıtmağın gərəkliyini göstərir. Yoldan çıxarıldığını görən cavan qız isə muradına çatacaq.

    YONCA-Röyada yonca xeyrə yozulur. Cavan oğlanın özünü yoncalıqda gəzən görməsi-sevdiyi yeni həyat yolunda uğur qazanmaq üçün yaxşı bir imkan olduğuna öşarədir. Yaşlı adam üçün bu röya-işlərində gözlənilməz bir uğur və bolluq; gənc qızlar üçün-varlı, lakin təcrübəsiz birisinə ərə getmək; evli qdınlar üçün-iqamətgah dəyişikliyi və ya baö evinə köçmək anlamındadır.

    YORĞAN-Yuxuda yorğan görmək-rahatlıq, qüvvət, əmniyyət, dinclikvə istirahət anlamındadır. Gənc qızların yorğan görməsi-onları gözləyən xoş gələcəkdən xəbər verir. Qadınkar üçün bu röya-çıxdan görmədiyi bir dostuyla görüşüb qovuşmağa işarədir.

    YOX OLMAQ-Röyada yox olmaq, itmək-hər cürə fayda və mənfəətdən uzaq qalmağa, xəstəliyə, həsədə, məhsulun bərəkətsizliyinə işarə sayılır.

    YOXUŞ-Yuxuda bir ehtiyac üzündən sarp bir yoxuşa çıxmaq məcburiyyətində qalmaq-axirətdən haqq qazanmaqdır.

    YUVA-Röyada bir quş yuvası görmək-ailə xoşbəxtliyinə yozulur.

    YUYUNUB-YAXALANMAQ-Tasa və sıxıntılardan qurtulmağa; qulağını yumaq-xoş xəbərlərə; başını yumaq-düşməninizdən üstün olmağa yozulur.

    YULAF-Yuxuda yulaf-qazanca və var-dövlətin artmasına işarədir.

    YUMURTA-Röyada toyuğun yumurtladığını görən adamın uşağı olacaq.Təzə bişmiş yumurta-asan qazancdır. Çiy yumurta yemək-haram mala, zinakarlığa, hüzn və kədərə işarədir. Çoxlu yumurtası olduğunu görən adamın mal və əşyasının əldən getmək ehtimalı var. Yumurta qabığı yemək-bu röyanı görən kəfən soyar, ya da örtülü bir şeyin üstünü açar. Ümumiyyətlə, yumurta ilə ilgili röyalarürəkaçan yuxulardan sayılmır.

    YUN-Röyada yun paltar geymiş bir adam görmək-dəyərli və çoxlu mal əldə etməyə yozulur. Yun görmək-kədərdən qurtulmaq və külçə gümüş kimi də açıqlanır. Yun üstündə yatmaq-arvadınız tırıfindən çoxlu sərvət sahibi olacaqsınız. Yunun yandığını görmək-sərvətin əldən getməsinə işarədir.

    YUPİTER-Röyada Yupiter planetini görmək-dövlət xəzinəsinin dəftərdarı və ya köməkçisi anlamına gəlir. Yupiteri Ayla birlikdə görmək-alış-veriş, ruziyə, qədir-qiymətin yüksəkliyinə işarədir. Yupiterin aşağı endiyini, yaxud yandığını görmək-nağılçıya, hədisçıyə, röya yozuçusuna, qəmdən-sərdən yazan şairlərə, namaza, oruc tutmağa, ibadətə və həccə yozulur.

    YUXU-Röyada özünü yatmış görmək-dalğınlığa, tənbəlliyə, işsizliyə, yaxud da istirahətə işarədir. Özünü məzr və ya yol üstündə uyuyan görmək-xətələr üçün ölümə; sağlam adam üçün-ətalətə, bekarçılığa, boş-boşuna oturmağa yozulur. Xalqı yuxuda görmək-tasaya, qəm-qayğıya, bahaçılığa, yaxud müşkül və qarışıq işlərə əlamət sayılır. Üzüqoylu uyumaq-xeyrə yozulmur. Yuxu-qızlar üçün nigaha; oğlanlar üçün yozsulluğa, eyni zamanda, günahların bitməsinə işarədir. Yuxuda qorxu içində olduöunu görən adam qorxudan qurtulur. Arxası üstə yatdığını görmək-xoş davranışlardan uzaqlaşmağı, qəfləti; sağ böyrü üstə yatmaq-xeyirli bir işi; çoxlu ağac altında yatmaq-nəslin böyük olduğunu ifadə edir.

    YUXU DƏRMANI – Röyada yuxu dərmanı içdiyini görən adam üzüntülü günlər görəcək, lakin çox keçmədən fərəhə, sevincə qovuşacaqdır.

    YÜK (tay)-Röyada yük, səfər əşyaları yığılmış heybə, xurcun, çemodan və çanta kimi şeylər görmək-uzaq səfərə yozulur. Görülən yük, heybə, çanta və s. gözəl və təzədirə, qarşıdakı səfər xeyirli və mənfəətli olacaq, əksinə, köhnədirsə səfərin sıxıntılı keçəcəyi gözlənilir.

    YÜK-Yuxuda belində yük daşıdığını görən adam yüksək məqam və mənsəb sahibi olacaq. Yük maşını-sıxıntı içinə düşəcəyinizə işarədir.

    YÜK QATARI-Bəzi ayıblı olaylarla qarşı-qarşıya qalacağınıza yozulur.
    [

  9. #29
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Yuxu yozmaları Z

    ZABIT-Yuxuda hərbi gyimdə bir polis və ya zabit görmək-dartışmaya və əndişəli üzüntülərə səbəb olacaq bir çağrıya (dəvətə) işarədir.

    ZANBAQ-Eşq və gözəl niyyət əlamətidir.

    ZARAFAT-Bir komediya artistinin gülüşlə, zarafatla, hazırcavab ifadələrlə dolu çıxışına tamaşa edib gülmək-xoş xəbərlər alacağınıza əlamətdir. Zarafatdan xoşlanmamaq-önəmli bir sosial vəzifəni unutmuş olduğunuzdan əfv diləmək məcburiyyətində qalacağınıza dəlalət verir.

    ZAHI QADIN-Bu röya kişilər üçün xoş bir iş müjdəçisi olaraq yozulur. Qadını yuxuda özünü yenicə doğmuş görməsi-keçici bir xəstəliyə: doğum yatağından durmuş görməsi isə-xeyrə və sağlamlığa işarə sayılır.

    ZEYTUN AĞACI-Muradınıza çatacaq, istəklərinizə yetişəcəksiniz.

    ZƏİFLİK-Röyada özündə zəiflik, gücsüzlük hiss etmək-qorxuya; zəiflikdən şikayət etmək isə-istəyə qovuşmağa yozulur.

    ZƏKAT-Röyada zəkat verdiyini görən adam son dərəcə sevindirici bir xəbər alacaq və işləri düzələcəkdir. Birisindən zəkat pulu almaq-bəzi yozuculara görə, bolluq və bərəkətə, bəzilərinə görə isə, fəqirliyə və çətin güzərana işarə sayılır.

    ZƏLİ-Yuxuda zəli-röya sahibinin coluq-cocuğuna işarə sayılır. Burnundan və ya başqa bir yerindən zəli çıxdığını görən adamın arvadı uşaq salacaq.

    ZƏNBİL-Bolluq və bərəkət işarəti olaraq yozulur.

    ZƏMZƏM SUYU-Röyada zəmzəm suyu içdiyini görən adam dərd və xəstəliklərdən qurtulur, arzularına çatır.

    ZƏNG-Röyada qapı və ya məktəb zənginə oxşar bir səs eşitmək-xeyrə əlamətdir. Cavan oğlan üçün-daha yüsək bir mənsəbə çatacağına; yaşlı adam üçün-durumunda daha xoş bir dəyişiklik olacağına; ərə getməmiş qız üçün-xəşbəx bir ailə quracağına; evli qadın üçün-gələcəyi parlaq bir oğlan uşağı doğacağına yozulur.

    ZƏNGİN (varlı) ADAM-Yuxuda varlı bir adam görmək-sıxıntı içində olmağa işarədir.

    ZƏR-Röyada zər oynatmaq və oyunu udmaq-haram mala və pul itgisinə işarədir.

    ZƏRGƏR-Röyada zərgə rvə ya qızıl əşyalar satan bir adam görmək-sevincə işarədir. Yuxuda zərgər görmək, bəzən, riyakarlığa, hiylə və yalana, elmə, haqq yoluna, evlənməyə, övlada da yozula bilir. Röyada zərgər görmək, eyni zamanda, özünə xeyri olmayan pis və yalançı bir adam anlamına da gəlir.

    ZƏRF-Yuxuda zərf-mühüm bir sirri öyrənməyə, üstünlüyə, öncüllüyə işarədir.

    ZƏFƏR-Röyada zəfər qazanmaq-sıxıntı içində olduğunuza yozulur.

    ZƏFƏR TAĞI (alaqapı)-Bir yerdən mükafat alacağınıza işarədir.

    ZƏFƏRAN-Sevincə, xoşbəxtliyə yozulur.

    ZƏHƏR-Yuxuda zəhər görmək-malı, sərvəti ifadə edir. Zəhər içirildiyini və bədəninin şişdiyini görmək-röya sahibinə bir yerdən mal gələcək, sıxıntı və kədərdər qurtulacaq. Yuxuda zəhə içdiyini görən adamın ömrü uzun olar. Öldürücü zəhər-ölümü, üzüntü əv kədəri ifadə edir.

    ZİBİLXANA-Röyada görülən zibilxana-çoxlu mala, var-dövlətə yozulur. Özünü zibillik bir yerdə görmək-miras olaraq əlinizə sərvət keçəcək.Yuxuda özünü çirkab içində görən adam əgər xəstədirsə və öləcəyindən qorxursa, bu qorxudan qurtulacaq. Bu röya, eyni zamanda, dünya mülkünü toplamağa da işarə sayılır. Yoxsul adamın belə yuxu görməsi-fəqirlikdən, kasıblıqdan qurtarmağa və ya bir mirsa qovuşmağa; subay adam üçün-evlənməyə yozulur. Röya sahibini rəhəbər içdə işləmək qabiliyyəti varsa, belə bir məqama nail olacaqdır. Yuxuda zibillik, bəzən də, dövlət malına, yetimxanaya işarə sayılır. Zibillikdə çılpaq olduğunu görən adam vali və ya rəhbər işdədirsə, vəzifəsini itirəcək; yoxsul isə-varlanacaqdır.

    ZİYAFƏT-Röyada ziyafət vermək-xeyir işlərə toplanmaq və itgin bir adamın qayıtması anlamındadır. Bir topluluğu ziyafətə dəvət etdiyini və orda yemək yeyildiyini görən adam o topluma başqan olacaq.

    ZİYİL-Röyada ziyil-mal-dövlətdir. Əlində, yaxud ayağında ziyil görmək-getdikcə artıb-çoxalan sərvətə yozulur.

    ZİNDAN (dəmirçi zindanı)-Əmin-amanlığa işarədir. Zindan üstündə dəmir döymək-özünə güvənməyə və işdə qazanılacaq uğura yozulur.

    ZİNCİR-Yuxuda zincir görmək-ömrü uzun qadını, halal malı, qorxunu, günahı, işlərin durğunluğunu və çətinləşməsini ifadə edir. Boynunda zincir olduğunu görən adam əxlaqsız bir qadınla evlənəcək.

    ZİRƏ BİTKİSİ-Xeyrə yozulmur, üzüntulu bir xəstəliyə işarədir.

    ZİRZƏMİ-Yuxuda şərab çəlləkləriylə dolu ambar və ya zirzəmi görmək-ailə səadətinə işarədir. Ərzaqla ağzınacan dolu zirzəmi-pul və maliyyə baxımından gələcəyinizin təmin olunduğuna, uzun və xoşbəxt bir ailə həyatı yaşayacağınıza yozulur. Boş zirzəmi-qocalığınız xoşbəxt və dərd-sərsiz keçəcək. Su ilə dolu zirzəmi-yabancı adamlara bəzi məhrəm işləriniz barədə qətiyyən söz açmamanız məsləhətdir.

    ZOOPARK-Röyada uşaqlarıyal birgə zooparkda gəzmək-bir müddət sıxıntı və əndişə içində qalacaq, sonra istəməriyiniz bir məsuliyyəti üzərinizə götürəcəksiniz. Görülən heyvanlar çox yırtıcıdırsa və onlardan qorxmursunuzsa, işlərinizdə bəzi anlaşılmazlıqlar olacaqdır. Yuxuda heyvanları tək-tənha seyr edirsinizsə, yeni bir vəzifə diləyində bulunduğunuza yozulur.

    ZOPA-Yuxuda əldə zopa dolaşdığını görmək-bir dostunuza yaxşılıq edəcək və ya dostunuzdan yaxşılıq görəcəksiniz. Zopa ilə birisini vurmaq-hürriyyətə qovuşacaq və ya ailənizdən ayrılaraq ayrıca ev alacaqsınız. Zopayla vurduğunuz adam haqlı yerə vurulmuşsa, düşmənlərinizə və sizəi istəməyənlərə qarşı mübarizədə qəti zəfər qazanacaqsınız.

    ZÖKƏM (tumov)-Röyada zökəm olduğunu görmək-həyatda daha mətin və qabiliyyətli olmağın gərəkliyinə yozulur. Bu röya-yolçular üçün gözlənilən xəbərin gecikəcəyini göstərir.

    ZÜLM-Röyada iqtidar sahibi adamlardan zülm görmək-erkən ölümə işarədir. Özünü zalım, zülmkar görmək-yoxsulluqdur. Yuxuda zalımlığını etiraf edən adam tövbə edər. Zülmünü gördüyünüz adama bəd dua etmək-müjdə və sevincə yozulur.

    ZÜMRÜD-Yuxuda zümrüd-halal mala, xeyirxahlığa, uğur qazanmağa işarə sayılır. Dəlikli zümrüd görən qadın güzəranın pisliyi üzündən ərindən boşanaraq başqa kişiyə ərə gedəcək və ya dedi-qodu ünvanı olacaqdır.

    ZÜRAFƏ-Boylu qadına, yaxud ərinə itaət etməyən arvada yozulur.
    [

  10. #30
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Re: Yuxu yozmaları

    Sağol bucür gözel bir mövzu üçün. Mence azeri.net saytında yuxu yozmaları bölmesi de olmalıdır.

Sayfa 3/4 İlkİlk 1234 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.