Sayfa 2/4 İlkİlk 1234 SonSon
34 sonuçtan 11 ile 20 arası

Yuxu yozmaları

  1. #11
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Yuxu yozmaları

    XADİMƏ – Sərbəst ticarətdə xoş tale sahibi olacaqsınız.

    XAKİ RƏNG – Röyada xaki rəng görmək – yuxu sahibi oğlandırsa əsgərliyə gedəəcək, gənc qız isə ərə gedib ailə quracaqdır.

    ardı yaxın zamanlarda əlavə olunacaq ……….
    [

  2. #12
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Yuxu yozmaları İ

    İANƏ-Röyada birinə ianə verildiyini görmək-röya sahibinin sağalmaz bir xəstəliyə tutulmaq ehtimalı var. Bu cür yuxu görən adamın tezliklə həkim müalicəsindən keçməsi, onun sağlamlığı baxımından çox yararlı ola bilər.

    İAŞƏ-Röyada iaşə işləriylə məşğul olduğunu görmək-qəza və bəlanın sizdən yan keçəcəyinə, Tanrının sevimli qulu olmağa namizəd bulunduğunuza yozulur.

    İBADƏT LİBASI-Röyada həcc zamanı ibadət libasının geyilməsi-xeyirli və müqəddəs bir xəbər alacağınıza yozulur.

    İBADƏTXANA-Yaxın vaxtlarda xeyirlə nəticələnəcək bir səyahətə çıxacaqsınız.

    İBRAHİM ƏLEYHİSSƏLAM-Böyük peyğəmbərlərdən İbrahim əleyhissəlamı yuxuda görmək-Allah-təalanın mərhəmətinə nail olmaq deməkdir. Bu böyük peyğəmbəri röyasında görənin üzünə bütün rəhmət qapıları açılacaq və həyatı xoşluqla keçəcəkdir.

    İDARƏ (iş yeri)-Bir idarəni, müəssisəni, dəftərxananı, ümumiyyətlə iş yerini yuxuda görmək-yaxşı bir iş təklifi alacaqsınız.

    İDEAL-Röyada bir idealın müsbət nəticə verdiyini görmək-nəqliyyat qəzasının xəbərçisi olaraq qəbul edilir.

    İDEALİST-İdealist bir adamı yuxuda görmək-yoldaşlarınız arasında şərəf və etibarınız artacaq, əlinizə çoxlu pul gələcəkdir.

    İDRİS ƏLEYHİSSƏLAM-İdris peyğəmbəri yuxuda görmək-röya sahibinin işləri düzələcək, biliyi artacaq, xalq onu çox sevəcək, evində əmin-amanlıq və xoşbəxtlik hökm sürəcək. Bu röyanı görən ibadət və inanc sahibidir.

    İY-Qadın yuxuda iyə ilişdiyini görərsə və evlidirsə, qızı olacaq, ya da bacısı dünyaya gələcək. İyə dolanan ip tağalağının kəsildiyini görmək-röya sahibi səfər üstədirsə, bu işdən vaz geçəcəkdir. İp əyirmək-qəriblikdə yad bir adamdan yardım istəməyə yozulur. Yuxuda iy görmək-səfərə çıxmağa və yuk daşıyan bir minik heyvanına da əlamət sayılır. Polad iy də eyni şəkildə yozulur.

    İYDƏ-İydə ağacı-iş həyatında bir uğursuzluğa yozulur. Bu cür röyalar eşq və mənəvi həyatınızda gözlənilməz və qeyri-adi gəliılər olacağına da yozula bilər.

    İYNƏ-Röyada iynə görmək-həyatda çox yorulmuş olduğunuza və səhhətinizə diqqət yetirməyin gərəkliyinə işarədir. Subay adam iynə görərsə-evlənəcək, kasıb isə iqtisadi durumunu yaxşılaşdıracaqdır. İynənin üzərundə sap da varsa və röya sahibi hər hansı bir söküyü, yaxud paltarını tikirsə-o, hər muradına, istəyinə yetişəcəkdir. İynənin qırıldığını görmək-yuxu görənin halı pisləşəcək, işləri pozulacaq. Röyada əlində çuvalduz olduğunu görənin arvadı hamilədirsə-qız olacaq, hamilə deyilsə səfərə çıxacaq. Yuxuda iynə yediyini görən adam bir nəfərə sirrini açacaq və bundan zərər çəkəcək. Kiməsə iynə batırıldığını görən şəxs o adamı pisləyəcək. Röyada bir neçə iynə görmək də eyni cür yozulur.

    İZ-Röyada bir izi tutub getmək-sirləri açmağı, gizli şeylərin üzə çıxmasını, elm yolunda getməyi ifadə edir. İzciliklə, bələdçiliklə ilgili yuxular güvənilən bir dostla qısa bir səfərə çıxılacağına yozulur.

    İLAN-Röyada ilan-çox təhlükəli və hiyləgər bir düşmənlə qarşılaşmağa yozulur. İlanın üstünüzə hücum çəkməsi-düşməniniz sizi qəfildən vurmaq üçün fürsət gözləyir.

    İLAN BALIĞI-Qısqanclıq əlaməti kimi açıqlanır.

    İLAHİ VARLIQLAR-Röyada mələk, övliya kimi müqəddəs varlıqların görülməsi həmişə xeyrə yozulur.

    İLBİZ-Röyada ilbiz-yavaş-yavaş da olsa, işlərinizdə uğur qazanacağınıza, qarşılıqlı sevgiyə, əlinizə çoxlu sərvət imkanı düşəcəyinə, xoşbəxt olacağınıza yozulur.

    İLĞIM-Röyada ilğım-mümkün olmayan, nəticəsiz qalacaq boş bir işə işarə olyb, ümid olunan işin başa gələmyəcəyinə, arzuların boşa çıxacağına yozulur. İlğım-ayrılıq, dində küfr, dünya ziynətlərinə meyl və rəğbət, arzu və təmənna, əl yetməyən bir şeyə ümid bağlamaq deməkdir. Müxtəlif yozumlara görə, yuxuda ilğım görmək-əsli olmayan xəbərlərə və ya yalançı şahidliyə də işarə sayılır.

    İLDIRIM-Röyada evə ildırım düşdüyünü gormək-əzab, xəstəlik, ölüm anlamındadır. Bir adamı ildırım vurması-o adam haqqında yalan xəbərləri və xoşağəlməz söz-söhbəti ifadə edir. Düşdüyü yerdə ildırımın bir şeyi vurması-o bölgədə olacaq fitnə-fəsada və din baxımından ödənməsi lazım gələn borca, tövbəyə işarədir.

    İLİK-Sümük içində olan iliyi yuxuda görmək-gömülü (gizlin saxlanan) şeylərə və miras olaraq qalan taxıla işarədir. Öz sümüyünün içində ilik olduğunu görmək-röya sahibinin torpağa göməcəyi mala yozulur. Yuxu görən xəstədirsə, xəstəlikdən qurtilib ayağa duracaqdır.

    İLYAS PEYĞƏMBƏR-Röyada İlyas peyğəmbəri görmək-bir xəstəliyin sona yetəcəyinə, şad xəbərə, arzuların gerçəkləşəcəyinə, xoşbəxtliyə yozulur.

    İLK BAHAR-Röyada yaz mövsümü görmək-xeyrə əlamət sayılır. Bolluq və bərəkət anlamına gəlir.

    İMAM-Yuxuda imam görənin mərtəbə və məqamı yuksələcək, şöhrət sahibi olacaq. İmamın minbərə çıxdığını görmək-röya sahibini bacarığı varsa, böyük bir məqama şatacaq. Xəstə və qayğılı bir adam belə yuxu görərsə, yaxşılaşacaq, tezliklə xəstəliyi keçəcək.

    İMARƏT-Röyada əski zamanlarla bağlı bir imarət görmək-röya sahibinin mənəvi baxımdan böyük bir ucalığa yüksələcəyini göstərir.

    İMDAD-Röyada birisindən imdad istəmək-işlərin pisləşəcəyinə işarədir. İmdad istəyənə yardım etmək isə doğum, ya da evlilik xəbəri sayılır.

    İMZA-Röyada imza atmaq-xeyirli bir yuxu olaraq yozulur. Bu cür röya görən adam qısa müddət ərzində düşdüyü sıxıntıdan qurtulacaq, əmin-amanlığa qovuşacaqdır.

    İMPERATOR-Yuxusunda imperator görənin bəxti açılacaq, lotoreya, sport-loto kimi oyunlardan böyük miqdarda pul qazanacaqdır.

    İMTAHAN-Çeşidli yozumlarla açıqlanır. Belə ki: İmtahandan uğurla çıxmaq-bir sıxıntıdan qurtulmaqdır. İmtahanda uğursuzluq-qəfil xoş xəbərdir. İmtahan etmək-qəfil bəd xəbərə işarədir. İmtahan məsuliyyəti-eşqə düşməkdir. İmtahan qorxusu-yeni bir işə girişməyin başlanğıcındasınız.

    İNAD (inadcıllıq)-İnadkarlıqla ilgili yuxular röya sahibinin işlərində böyük uğur qazanacağı şəklində yozulur.

    İNQİLAB-Röyada inqilab görən adam özünü psixiatr həkimə göstərməli, sağlamlığı qayğısına qalmalıdır.

    İNƏK-Yuxuda inək-bolluq və bərəkət anlamına gəlir. Belə yuxu görən adamın əlinə bolluca pul gələcəkdir. Ancaq inəyin sağılığını röyada görmək-pul xərcinə, pul itgisinə yozulur.

    İNGİLİS-Şərqin röya təbirçiləri yuxuda ingilis görməyi son dərəcə pis yuxu kimi yozurlar. Röyada ingilis görmək-gözləmədiyiniz bir adamdan xəyanət görəcək, ya da iftiraya məruz qalacaqsınız.

    İNSAN-Tanımadığınız və anşırda bilmədiyiniz bir insanı yuxuda görmək-etrəsi gün xeyirli bir xəbər, ya da məktub alacaqsınız.

    İNTİHAR-İntihar ilə ilgili yuxular aşağıdakı kimi yozulur: İntihar etmək-cavanlığınız sıxıntılı, yaşlı çağlarınız isə rahatlıq içində keçəcəkdir. İntihar edəni yuxuda görmək-üzüntülü bir xəbərdir. İntihar təşəbbüsündə olmaq-bir eşq xəbərçısı olaraq yozulur.

    İNCƏ (zərif) BUDAQ-Ər-arvad arasında lüzumsuz yerə narazılıq olacaq, fəqət bu narazılıq qısa müddət içində aradan qaldırılacaqdır.

    İNCƏLMƏK (zəifləmək)-Röyada özünü incələn, zəifləyən görmək-xeyrə əlamətdir. Yuxuda zəifləmək-taleyinizin açılacağına və giriçdiyiniz işdən böyük qazanc əldə edəcəyinizə işarədir.

    İNCİ (mirvari)-Röyada sapa düzülmüş inci görmək-Qur`anı, elmi, oğlan övladı, yaxud kölələri ifadə edir. İnci dəldiyini görmək-Qur`ani-Kərimi haqq və səvab üzrə təfsir etməyə; inci udmaq və ya satmaq-Qur`anı unutmağa işarədir. İnci-bigi anlamına gəlir. İnci almaq-elm, fəzilət sahibi olmaq və xalq tərəfindən sevilmək deməkdir. Ağzına inci soxmaq-röya sahibinin dininin gözəl olduğuna yozulur. Ağzından inci, dürr tökmək, camaatın və ya röya sahibinin özünün bu inciləri toplaması-yuxu görənin bir çox hikmətamiz hekayətlər anlatmaqla xalqa xidmət etməsini və nəsihətdə bulunmasını, xalqın bundan yararlandığını bildirir. Röyada sizə inci bağışlanarsa, öz qohumlarınızdan inci kimi zərif bir qız alacaqsınız. Yuxuda inci sahibi olduğunu görən adam evlənəcək. Bir kimsənin röyasında əlamət bir inci alması-ömrü çox qısa bir cocuğu olacağını xəbər verir. Dəniz və ya çaydan çoxlu inci çıxarmaq, qutulara yerləşdirmək-röya sahibi dövlət xəzinələrindən, yaxud o çayın sahibi olan kimsənin malından halal sərvətə qovuşacaqdır. Çoxlu inci görülməsi-xidmətçilərə və böyük mirasa yozulur. Röyada görülən inci axan göz yaşı da sayıla bilir. Böyük bir inci dənəsini yuxuda görmək-hamilə qadın üçün bu yuxu oğlu olacağına yozulur. İnci çeynəmək-riyakarlığa, inci qusmaq-hiyləgərliyə əlamətdir. İncini qabığındançıxarmaq və qabığını götürmək-o kimsənin qəbir açıb kəfən soyan bir soyğunçu olduğunu göstərir. Bir xəzinəni açarla açıb, ordan inci və cəvahir aparmaq-röya sahibi bir bilginə önəmli bir məsələ barədəsorğuda bulunacaqdır. Yuxuda inci saymaq-çətinliyə uğrayacaq, sıxıntıya düşəcəksiniz. Xam, cilalanmamış inci almaq-yuxu görənin küçə başında və yol üzərində Qur`ani-Kərim oxuması deməkdir.

    İNCİL-Röyada İncili görmək-nə qədər pul xərcləmişsinizsə, əlinizə o qədər pul gələcəkdir.

    İNCİÇİÇƏYİ-İciçiçəyini yuxuda görən adamla yaxınları araında mövcud olan umu-kusulərə son qoyulacaq, ortada barışıq olacaqdır.

    İP-Uzun ömürdən dolayı belin bükülməsi anlamına gəlir. Yuxuda ip-xoş xəbərlər müjdəçisidir.

    İPƏK-Yuxuda ipək görmək bu şəkildə yozulur: Saf ipək-xoş xəbərdir. İpək qalstuk-ailə həyatında, xoş davranışa işarədir. İpək paltar-bir tanış vasitəsilə böyük miqdarda sərvət əldə etməyin mümkünlüyünə əlamətdir. ipək iplik-uzaqdakı bir yaxınınızla görüşə bilmək ehtimalı var. İpək mələfə-qısa müddətdə keçıb gedəcək sıxıntılı günlərə yozulur.

    İPƏKQURDU (barama qurdu)-Röyada ipəkqurdu görən adamın içindəki şəkk-şübhələr əsassızdır.

    İPOTEKA (malın, mülkün girov qoyulması)-Röyada bir şeyinizi girov qoyduğunuzu görmüşsünüzsə, sıxıntı içində keçən yaşayışınız xoş bir təsaduf nəticəsində dəyişəcək, xoşbəxtliyə qovuşacaqsınız.

    İRAQ (ucqar) YER-Röyada iraq, ucqar bir yerə getdiyini görən adam yaxınlarda mövqeyində yüksələcək, sevgidə uğur qazanacaqdır.

    İRANLI (fars)-Yuxuda iranlı (fars) görmək-yaxın vaxtlarda şişirdilmiş bir iftiraya düçar olacaqsınız.

    İRQ-Röyada başqa irqdən olan adamla danışıb söhbət eləmək-çox keçmədə xarici ölkələrə səfərə çıxacağınızı bildirir.

    İRİN
    -Yuxuda bir yerinizdən irin çıxdığını görmək-ruhunuzu saran acılarda və iztirablardan uzun zaman qurtara bilməyəcəyinizə işarədir.

    İRMAQ (çay)-Röyada böyük bir irmağa düşmək-təhlükəyə işarədir. Əgər çapalayıb çıxa bilsə, salamatlıq olacaq, çıxa bilməsə-röya sahibi vəfat edəcək.

    İSA PEYĞƏMBƏR-Yuxuda İsa əleyhissəlamı görmək-Allahın məthəmətini qazanmağa, təhsilə, uzun səfərə, xeyirə, ibadət əhli olduğunuza işarə sayılır. İsa peyğəmbəri röyada görmək-qənaətcil və tibb elmində mərifət sahibi olduğunuza, on il sizə heç bir pisliyin, hiylənin yetişməyəcəyinə yozulur. Belə yuxu görən adam tibb təhsili almaq arzusundadırsa, muradına çatacaq, alim olacaqdır. Qara qorxudan qurtarmaqla bərabər çəkingənliyə də əlamət sayılır. Bir çəhər və ya camedə bütün camaatın İsa peyğəmbərə baxdığını görmək-xalq müsibət və bəla içindədirsə, bu bəladan qurtaracaq, əmin-amanlıq içindədirsə-aralarında fitnəkarlıq olacaqdır. İsa peyğəmbər anasıyla birlikdə görülərsə, bu, böyük bir əmin-amanlıq xəbəridir. İsa peyğəmbərin çəklini almaq, onun surətinə çevrilmək-röya sahibi hökmdar və dövlət başçısı isə, səltənəti böyük olacaq; alim və ya dindardırsa, mənfəəti çox, fəziləti açıq olacaqdır. Həkimdirsə -şöhrəti artacaqdır. Harda olur-olsun, İsa peyğəmbəri yuxuda görmək-izzəti və bərəkəti, ucuzluğu, xəstəlikdən sağalmağa xəbər verir. Peyğəmbəri xəstə görmək-xalqın çaşıb heyrətdə qalacağına, haqqa, ədalətə işarədir. Hamilə qadının İsa peyğəmbəri yuxuda görməsi-gözəl bir oğlan övladı doğulacaq. Sənət sahibi üçün bu röya onun sənətində yüksələcəyini, səadətə qovuşacağını göstərir. Uşaq röyasında İsa peyğəmbəri görərsə, o uşaq atadan yetim qalacaq, anasının tərbiyəsi altında yararlı, yetgin və bilikli bir adam olacaqdır. Bu böyük peyğəmbəri yuxuda görən adam başlanğıcda şöhrət və etibardan düşmüş olsa belə, ömrünün sonu xeyirli keçəcəkdir.

    İSVEÇRƏ-İsveçrəni yuxuda görmək-bir neçə gün dincəlməyiniz məsləhətdir.

    İSLAQ (höyüş) ƏŞYA-Röyada islaq bir şeyi əlləşdirən adamın yolu yaxın gələcəkdə məhkəmə qapısına düşəcək və işinin həll etmək məqsədiylə xeyli pul sərf etməli olacaqdır. Əgər islaq əşya pambıq və ya buna bənzər bir şeydirsə, onda bu röya acı xəbər anlamına gəlir.

    İSLANMAQ-Yuxuda başdan-ayağa islandığını görmək-həyatınız bir müddət ümidsizlik və uğursuzluq içində keçəcək, sonra isə səadət və sevinc dolu yaşayış tərzinə qədəm qoyacaqsınız.

    İSLAH-ƏMƏK KOLONYASI-Röyada islah-əmək düşərgəsi görən adamın özünün islaha möhtac olduğuna və hərəkətlərinə diqqət etməsi gərəkliyinə yozulur. İslah-əmək düşərgəsində bağça və ağaclar görülərsə, röya sahibinin ozünü psixiatr həkimə göstərməsi və əməlli-başlımüayinə olunması lazım bilinir.

    İSMAYIL PEYĞƏMBƏR-Röyada İsmayıl əleyhissəlamı görən adam haqqın yoluna hamıdan çox bağlıdır. Xeyirxahlıq yolunda xalq içində iman sahibi olan və sevilən bir kimsədir. İsmayıl peyğəmbəri yuxuda görən adamlar şər işlərdən çəkinir və Allahın kitabına uyğun hərəkətlər edirlər. Xoş xasiyyətlidirlərsə, uşaqlara şəfqət və məhəbbət göstərirlər, əxlaqlı və yurdsevərdirlər.

    İSPAN-Yuxuda ispan görən adamın ertəsi gün işi şən-şaqraq keçəcək, sonrakı gün isə pozulacaqdır.

    İSPANAQ-Röyada ispanaq yemək-muradınız, istəyiniz hasil olacaqdır.

    İSRAİL-İsraili yuxuda görənin başına ya fəlakət gələcək, ya da başına dövlət quşu qonacaqdır.

    İSTEFA-Röyada istefa verdiyini görən adam işində yüksək bir pilləyə yüksələcək.

    İSTEHKAM (qoruğan)-Röyada yaxşı qorunan bir yer, istehkam görmək-röya sahibinin sıxıntı içinə düşəcəyinə, başına fəna işlər gələcəyinə, ancaq qısa müddət ərzində bu sıxıntılardan qurtaracağına yozulur.

    İSTİQLAL-Röyada bir ulusun istiqlalı uğrunda savaşdığını görmək-röya sahibinin ərdəmli, ləyaqətli bir adam olduğuna, öz çıxarını düşündüyü kimi, başqalarının da çıxarı barədə fikirləşdiyinə işarə sayılır.

    İSTİLİK (hərarət)-Röyada istilik hiss edib tərləmək-yaxınlarda bir xəstəliyə tutulacağınıza işarədir.

    İSTRİDYƏ (dəniz ilbizi)-Dənizdə istridyə, yaxud midyə (molyusk) görmək-etgili kişiliyi olan bir nəfərlə tanış olacaqsınız və bu tanışlıq həyat tərzinizdə yaxşılığa doğru böyük dəyişikliklərə səbəb olacaqdır.

    İSHAQ PEYĞƏMBƏR-Röyada İshaq peyğəmbəri görmək-zalım düşmənlərinizi məğlub edib qalib gələcəksiniz.

    İSHAL-Yuxuda birinin özünü ishal olmuş görməsi xeyrə yozulmaz. Belə röya görən adam ən yaxın dostundan pislik görəcəkdir. Diqqtli olması gərəkdir.

    İTALYAN-Yuxuda italyan görmək-röya sahibi vaxtını boş və gərəksiz gəvəzəliklərlə keçirir. Ağlını başına toplamasa, başına xoşagəlməz işlər gələcək və sonrakı peşmançılıq fayda verməyəcəkdir.

    İTGİN ADAMIN DÖNMƏSİ- Çoxdan görünməyən itgin adamın yolçuluqdan geri döndüyünü və yurduna qovuşduğunu röyada görmək – narahatçılıqdan, həyəcanlardan qurtulmağa, xəstəlik və illətin yaxşılaşacağına, sağlığa, öz əslinə dönüşə işarədir. Əgər röya sahibi itginin qayıtması səbəbindən qayğı və tasaya düşərsə, bu yuxu qorxuya yozulur.

    İFLAS - Röyada iflasa uğradığını və özünü üzüntü içində görən adam qazanclı və mənfəətli işlərə girişəcək, çoxlu fayda və qazanc əldə edəcəkdir.

    İFLİC – Röyada özünü iflic olmuş görmək-tam tərsinə yozulan bir röyadır, həyatda çox sağlam və hər zamankından daha fəal yaşayacağınıza əlamətdir.

    İFTAR-Röyada iftar edildiyinin görülməsi xeyrə əlamətdir. Ya röya sahibi, ya da onun yaxın bir adamı çox qısa müddət içində xəstəlikdən qurtulacaqdır.

    İFTİRA-Yuxuda iftiraya məruz qaldığını görmək-qaibdə bir xəbər gələcək və gözlənilməz bir olay baş verəcəkdir. Röyanı görən qadındırsa, ərinin sözlərinə son dərəcə diqqət yetirməli, övladlarına qarşı daha şəfqətli və xeyirxah olmalıdır.

    İXRACAT-Yuxuda ixracaq işləriylə məşğul olduğunu görmək-röya sahibinin acgöz, özündən razı adam olduğuna, hərəkət və davranışlarıyla çevrəsindəkilərin hörmət və sevgisini itirməkdə olduğuna işarə sayılır.

    İXTİYAR ADAM-Tanımadığınız ixtiyar bir adamı yuxuda görmək-o adam qüvvətli isə, röya sahibini qüvvətinə işarədir. Əgər həmin qocaman adam zəifdirsə, röya sahibi də o durumda olacaq. İxtiyar adamın yuxarıdan aşağı sizə baxması-xeyirli bir iş görməyə yetərli və qabiliyyətli olduğunuza əlamətdir. Röyada tanımadığınız yaşlı bir adama uyub onun arxasınca getmək-xeyirə və bolluğa çatacaqsınız. Görülən qoca kəndçidirsə, o, röya sahibinin səmimi dostu kimi yozulur. Əgər ixtiyar kişi türk təbəəsidirsə və müsəlman deyilsə-vəfasız dost kimi mənalandırılır. Röyada ixtiyar adam görüb ondan xoşlanmaq-röya sahibinin birdən-birə dostu peyda olacaq və ona öyüd-nəsihət verəcək, ancaq bu öyüdlər eşidilməyəcək. İxtiyarı sevib, nəsihətini eşıtmək isə xeyrə yozulur. Cavan adam yuxuda ixtiyar bir kişinin söhbətinə qulaq asarsa, o gənc elm və ədəb yiyəsi olacaqdır.

    İXTİRAÇILIQ ŞƏHADƏTNAMƏSİ-Yuxuda ixtitaçılıq şəhadətnaməsi görmək-röya ahibi çox xəyalpərvərdir və həyatda uğur qazanmaq üçün real işlərin qulpundan tutması gərəkdir.

    İÇ YAĞI-Qonaq gedəcəyinizə, ya da sizə qonaq gələcəyinə işarə sayılır.

    İÇMƏK-Röyada ləzzətlə su içdiyini görmək-elmə və haqq yoluna çatmağa yozulur. Yuxuda səhər tezdən soyuq və dadlı su içdiyini görən adam halal mala və xeyrə qovuşacaq.

    İCAD (kəşf)-Bir şeyi icad etdiyini yuxuda görən adam müdhiş bir macəraya atılacaqdır.

    İCARƏ-Röyada hər hansı bir bina və ya evin icarə haqqını ödəmək-gözləmədiyiniz halda əlinizə pul gələcək. Kirə pulunu verməmək, borclu olmaq-bəzi əmlakın itiriləcəyi deməkdir.

    İŞ-Röyada hər hansı bir iş üzərində çalışdığını görmək-yuxunu görənin sıxıntı içində olduğuna və ailədə baş açmadığı durumda bulunduğuna işarədir. Yuxuda özünü bir işçi və ya günəmuzd çalışan görmək-yaxşılığa yozulacaq röya deyildir, etibar və etimadınızın itirilmək təhlükəsi var.

    İŞIQ-Röyasında işıq görən adam çeşidli çətinliklərdən sonra rahatlığa və xoş güzərana qovuşacaq, rahat nəfəs alacaqdır. Gecəyarısı işıq görmək-röya sahibinin ay parçası kimi nurlu bir övladı dünyaya gələcəkdir. Kibrit işığı-qismət anlamındadır. Ay işığı-üzüntülü və həzin bir vəziyyətə işarədir. Çıraq işığı-əyləncə, boç vaxt keçirmək imakanıdır. Şam işığı-parla gələcək deməkdir. Gün işığı-parlaq gələcək deməkdir.

    İŞGƏNCƏ-İşgəncə ilə ilgili yuxular həmişə tərsinə yozulur. Yuxuda işgəncəyə məruz qalmaq-rahatlığa, əmin-amanlığa işarə sayılır. İşgəncəverən isə məsuliyyətli, ciddi durumlara düşəcəkdir.
    [

  3. #13
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Yuxu yozmaları J

    Jaluzi – Röyada taxta pəncərə pərdəsi – jaluzi görmək – yaxın vaxtlarda xeyirli bir xəbər alacağına, yaxud bir xəstəliyin carəsini bulub sağalacağınıza işarə sayılır.
    Jandarma - Yuxuda jandarma görən adamı yaxın gələcəkdə böyük mübarizələr gözləyir və o, bu mübarizələrin sonunda qətiyyətli uğurlar qazanacaqdır.
    Jambon (vetçina, donuz budu) – röyada jambon görmək və ya yemək – qərbli yuxu yozucularına görə, zənginliyə, var-dövlətə əlamət sayılır. Şərqin müsəlman yozucuları isə bu cür yuxuları xeyrə yozmur, uğursuzluq olaraq qəbul edirlər.
    Jeton – Yaxşı pul qazanılacağına yozulur.
    Juri - Röyada juri görmək – yaxın zamanda qələbəlik, bir bayram mərasiminin olacağına və röya sahibinin bu törəndə (mərasimdə) ön sıralarda bulunacağına yozulur.
    [

  4. #14
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Yuxu yozmaları K

    KABAB-Röyada kabab görmək-ruzi, güzəran müjdəsidir. Bişməmiş kabab-röya sahibinin cocuğu tərəfindən gələcək bir tasaya, üzüntüyə yozulur. Qızarmış yağlı quzu kababı-çoxlu var-dövlətə; quzu arıqdırsa-az mala, sıxıntı və çətinliklə əldə ediləcək ruziyə işarədir. Yuxuda quzu kababı yemək-övladının qazanc və mənfəətindən röya sahibinin güzəranı yaxşılaşacaq. Sığır kababı-qorxaq adam üçün əmniyyət , iman; hamilə qadın üçün-oğlan uşağı ilə müjdələnir. Mal və dana ətindən kabab-ucuzluğa və bolluğa işarədir. Oğlaq kababı-oğlan uşağını ifadə edir. Erkək dəvə ətindən kabab yeyən adamın oğlu olacaq. Dəvənin budlarından tutulmuş kabab-röya sahibinin qüvvətli və qüdrətli olacağına, ölüm təhlükəsindən qurtulacağına yozulur. Quş ətindən kabab yemək-bir qadından hiylə və fitnəylə gələcək haram mala; yetginləşməmiş quş ətindən kabab yemək isə o qadının şərəfli, hörmətli olacağına, eyni zamanda, zülmə, zəhmət və çətinliklə əldə ediləcək mala yozulur. Bütün heyvanların bud ətindən tutulmuş kabab-sıxıntıya, qəmə, kədərə və qadına işarədir. Kabab satın almaq-bir nəfəri pulla tutub öz işinizi gördürəcəksiniz. Dişi qoyun ətindən kabab yemək-röya sahibinin arvadı,anası, yaxud ailə üzvlərindən biri xəstələnəcəkdir.

    KABARE-Birisinin röyada kabareyə getdiyini görməsi-röya sahibinin mənasız bir məsələ üstündə yaxın dostu ilə arası dəyəcək, münasibətləri pozulacaq.

    KAĞIZ-Röyada insanın kağıza yazı yazması-bir şeyi aşkar etməyə işarə sayılır. Yuxuda kağız, bəzi yozumlara görə, üzüntülü, kədərli adamı, yaxud hidayətə yetən və ya üzüntüdən, kədərdən qurtulan kimsəni ifadə edir. Bir adam röyasında əlində kağız görərsə, onun ehtiyacı təmin ediləcək, işi görüləcək. Kağızşılıqla məşğul olan adamı yuxuda görmək-insanlara hiylə öyrədən və ya hiyləgərliyə yardım edən kimsələrə işarədir.

    KADAYIF (qənnadı növü)-Xoş xəbərə, toy-düyünə yozulur.

    KAZİNO-Röyada bir kazinoda oturub əylənmək-bütün cəhdlərə baxmayaraq,ruhi və mənəvi rahatlığı saxlamağın mümkünsüzlüyünə yozulur. Kazinoda dava-dalaş salmaq da yaxşı röya sayılmır.

    KAYUT-Röyada gəmi kayutu görmək-dost zənn etdiyiniz bir adamdan gözləmədiyiniz halda xəyanət görəcəksiniz. Kayut xidmətçisi-yoxsul adam üçün bu röya var-dövlətə yozulur.

    KAMANÇA-Kamança ilə ilgili yuxular işlərinizdə tələsmək lazım olduğunu göstərir.

    KAMELİYA ÇİÇƏYİ-Uğurlu bir eşq macərasının xəbərçisi kimi yozulur.

    KANAL VƏ YA SU SƏDDİ-Röyada içi su dolu bir kanalın kənarıyla yerimək-həyatınızda çox önəmli bir an yaxınlaşmaqdadır. Gündüz vaxtıdırsa və su da təmizdirsə-fərəhə, əmin-amanlığa qovuşacaqsınız. Gecədirsə və su bulanıq axırsa-bir müddət çətinliklərlə qarşılaşacaqsınız.

    KANAT-Gəlirli bir işə ortaq olacaqsınız.

    KARAMEL-Röyada bir qutu karamel almaq-qadın üçün özündən xeyli yaşlı bir kişi tərəfindən seviləcəyinə; kişi üçün isə maddi vəziyyətinin düzələcəyinə işarədir. Karamel yemək-evinizə və ya işinizdə kəsgin problemlə qarşılaşacağınızı göstərir. Karamel hazırlamaq-başınızdan dadlı bir eşq macərası keçəcəkdir.

    KARVAN-Yuxuda karvan görmək-uzaq bir yerdən çoxlu qonaqlarınız gələcək.

    KARVANSARAY-Karvansarayla ilgili bütün röyalar-karvansarayda qalmaq, orda çalışmaq, karvansaray sahibi olmaq və s.-xeyrə yozulan yuxulardandır. Zehni, mənəvi, sosial, tibbi baxımdan təmin olunmuş bir halda yaşayacağınız anlamına gəlir.

    KARİKATURA-Röyada karikatura görmək-yaxın vaxtlarda könülaçan bir xəbər alacaq və ünlü bir adamla dostluq quracaqsınız.

    KARLIQ-Röyada kar olduğunuzu görmək-xeyrə yozulmur,o günlərdə bir haram iş tutacağınıza işarə sayılır.

    KARTON-Rəsmə həvəs göstərdiyiniz təqdirdə gələcəkdə məşhur bir rəssam olacağınızı xəbər verir.

    KARTOF-Yuxuda kartof-sərvət, nemət, şöhrət, sevinc və könül rahatlığı deməkdir. Çeşidli yozumlarla açıqlanır: Kartof soymaq-qismət və arzu olunan muraddır. Kartof əkmək-yeni və qazanclı bir işə başlayacaqsınız. Kartof almaq və ya tapmaq-ümid edilməyən bir yedən xeyli pul alacağınıza işarədir. Kartof satmaq-zərərə düşəcəksiniz.

    KASA-Röyada kasa belə yozulur: Dolu kasa-qismətdir. Boş kasa-üzüntüdür. Qızıl və ya gümüş kasa-bol qazanc və işdə uğurların artmasıdır. Kasadan bir şey içmək-bir eşq xəbəridir. Kasadan yerə su tökmək-pul itgisidir. Kasa ilə içgi içmək-eşqdə üzüntü və itgidir.

    KASKAT (kepqa)-Yaxşı bir iş təklifi alacağınıza yozulur.

    KASSA (daxıl)-Əlinizə ya çoxlu pul gələcək, ya da əlinizdən çoxlu pul çıxacaqdır.

    KATİB (mirzə)-Röyada katib-hiyləgər bir kimsədir. Katib yazısını çirkin yazsa-tövbə edərək başqasına hiylə gəlməkdən çəkinər. Yuxuda özünü yaxşı bir katib kimi görmək-röya sahibi başqa birisinin işindən dolayı suçlanacaq və bu səbəbdən çox sıxıntılar çəkəcək, heç bir fayda görməyəcəkdir. Xəstələr üçün bu röya ölümə yozulur. Katib yuxuda, eyni zamanda, qadın dərzisinə də işarə sayılır. Əkinçilər üçün mirzənin qələmi-onların kotanıdır. Röyada dövlət başçısının katiblərini görmək, yaxud onların yerində özünü görmək-işinizdə yüksələcəksiniz.

    KAUÇUK-Üzüntülü günlərin başlayacağını xəbər verir.

    KAFİR-Allahin birliyini və kitablarını danan kafirdir. Yuxuda kafir görmək-düşmənə yozulur. İxtiyar, yaşlı kafir görmək-kinli və əski bir düşməni ifadə edir. Röyada kafir ilə birlikdə bir cariyə görmək-gizli şeylərə və sevincə işarədir. Bir kimsə röyada kafir olduğunu və önündə bal olduğu halda, yemədiyini görərsə, o adam Allahın peyğəmbərini inkar edəndir. Kafir olduğunu və küfründən dönmədiyini görən adam öldürülür. Röya sahibi əkinçi isə, tarlasına toxum əkib-səpməklə məşğuldur.

    KAFTAN-Yuxuda ipək atlasdan kaftan görmək-güc və yardıma yozulur. Əbrişim, yun və ipək işləməli atlas kaftan görmək-kaftanın dəyəri nisbətində yatişəcəyiniz sərvəti və səadəti ifadə edir. Geyilmiş kaftan görmək-işinizdəki sıxıntı və tasadan qurtulacağınıza və uzun ömrə yozulur.

    KAFTAR (goreşən)-Röyada görülən kaftar çox zalım bir düşmənə yozulur. Belə düşmənə qarşı ayıq olmaq gərəkdir. Dişi kaftar əti yemək-sehrbaz bir qadına işarədir. Dişi kaftarı minmək-bir qadınla izdivaca yozulur. Bu röya əsil-nəsəbsiz bir adamın arvadına işarə olmaqla hiyləgər bir kimsəni də ifadə edir. Erkək kaftarı minmək-hökmdar və dövlət başqanlığına qovuşmağa, sorli işlərin üstünü açmağa işarə sayılır.

    KAFUR (kamfora)-Yuxuda dərman kimi istifadə edilən kafur görmək-yüksəliş və zənginliyə, şərəfə, ləyaqətə yozulur. Röya sahibinin yaşayışının yaxşı olduğuna, sədəqəyə və uşaq doğulacağına da işarə sayılır. Kafuru həyat və ya ölümlə ilgili olaraq görmək-xoş davranışlı gözəl işlər görən adamlara yozulur.

    KAHİN-Röyada kahin görmək-əskidən ilişginiz olan bir adamla yenidən qarşılaşıb əlaqə yaradacağınıza və dadlı eşq günləri yaşayacağınıza yozulur.

    KEFAL BALIĞI-Xeyrə yozulur, bir xəstəliyin qısa zaman içində yaxşılaşacağını göstərir.

    KEÇƏ-Röyada keçə paltar geymək-get-gedə yoxsulluq üz verəcəyini, kədərli və üzüntülü günlərin yaxınlaşdığını bildirir. Rəngli keçə-xeyir xəbərə yozulur. Yırtıq keçə-yaxın gələcəkdə var-dövlət sahibi olacağınızı göstərir.

    KEÇƏL-Röyada keçəl adam görmək-axır zamanlar ətrafınızdakı adamları çox üzməkdə olduğunuza işarədir.

    KAŞİKÇİ GƏMİSİ-Röyada kiçik keşikçi gəmisi görən adam çoxdan gözlədiyi bir məktuba qovuşacaqdır.

    KƏ`BƏ-Ən gözəl röyalardan sayılır. Yuxuda Kə`bəni görən qadındırsa, böyük bir mövqe sahibi tərəfindən evlənmək təklifi alacaq. Röyada Kə`bə-görüləcək xeyirli bir işin müjdəçisidir, yuxuda röya sahibi ürəyindən keçən pis bir əməldən sakınacaq. Röyada Kə`bəyə girən adam hökmdar hüzuruna çıxar. Kə`bədən bir şey aldığını görən kimsə hökmdardan birşey alar. Kə`bədə namaz qıldığını görmək-bir başkan və ya imamdan qüvvət almağa, düşmənlərinbədxahlığından qurtarmağa və xeyrə qovuşmağa yozulur. Kə`bəyə gedib orda həcc mərasimiylə bağlı bir iş görmək-din vəzifə borclarından çıxmaq üçün səy göstərmək, çalışmaq lazımdır. Kə`bənin divarlarından birinin yıxıldığını görmək-hökdarın öləcəyini xəbər verir. Məkkədə bir vəzifəyə təyin edildiyini görmək-dini işlərlə ilgili bir vəzifə anlamına gəlir. Məkkədə ölülər arasında olduğunu və sorğu-suala tutulduğunu görən adam şəhid olacaq. Röyada Kə`bənin üstündə namaz qılan şəxs dinini dəyişdirəcək. Röyada mələklərin göydən endiyini və Kə`bəni təməlindən qaldırıb başqa bir şəhərə qoyduqlarını görmək-o yerdə fitnəkarlıq olacaq. Kə`bədə bir xəta işləndiyini görən kimsə günahkar adamların yoluna qədəm qoyub. Çeşidli yozumlara görə, Kə`bə-cənnəti, İmamı, Qur`anı, sünnəti, alim bir adamı, ata və ana kimi övladlarını haqq yoluna, hidayətə çağıran kimsələri ifadə edir. Yuxuda öz evinin Kə`bə olduğunu görmək-bu röya o adamın elmini və görduyu işdən dolayı qapısının qələbəlik olacağını göstərir. Röya sahibi kölə isə, azad olacaq. Röyada Kə`bəni təvaf etdiyini (dörd dolandığını) görən adam bir alimin, ibadət əhli bir kimsənin, valideyinlərinin, arvadının, yaxud əsilzadə bir şəxsin qulluğunda duracaq.

    KƏ`BƏDƏ MÜQƏDDƏS “QARA DAŞI” GÖRMƏK-Bu röyanı görən adamın bütün diləkləri yerinə yetəcək, tay-tuşu arasında həsəd doğuracaq uğurlar qazanacaqdır.

    KƏVƏR-Yuxuda kəvər-kor və kar bir adam tərəfindən gələcək ruziyə işarə sayılır. Kəvər yemək-haqsızlığa, zülmə, haram mal yeməyə əlamətdir. Kəvəri bişirib yemək-tövbəyə, haram maldan imtinaya yozulur. Kəvər almaq-röya sahibi söylədiyi bir sözün peşmançılığını çəkəcəkdir.

    KƏKOY (pəltək adam)-Röyada pəltək adam görmək-uşağınız olacağına yozulur.

    KƏKOTU-Bu günün işinin sabaha qoyulmaması gərəkliyini göstərir.

    KƏLBƏTİN-Yuxuda kəlbətin görən adamqüsurlu davranışları səbəbindən sıxıntı işinə düşəcəkdir.

    KƏLƏ-KÖTÜR BİR ŞEY-Röyada kələ-kötür bir şey görmək-gələcəyiniz çox parlaq olacaq, girişəcəyininz işlər yaxşı sonluqla bitəcək, mənfəətiniz artacaq, xoş xəbərlər alacaqsınız.

    KƏLƏM-Röyada kələm yeməyi görmək-gələcəkdə çox xoşbəxt həyat sürəcəksiniz.

    KƏLLƏ-PAÇA-Əti yeyilən heyvanların kəllə-paçasını yuxuda görən adamın güzəranı yaxşı, qazancı bol olar.

    KƏMƏR-Sıxıntıya yozulur.

    KƏND-Yuxuda kənd görmək-zülmü, ölüm-itimi ifadə edir. Röyada qurulu, abad bir kəndə girdiyini görən adam bir kimsəylə qovğaya girişəcək və ya onu öldürəcək. Kənddən bir itin getdiyini görmək-yüksək pul müqabilində əskik bir işi gözəl sayıb, sonra peşman olmağa yozulur. Xaraba və torpaqları əkin-biçinsiz kənd görmək-o kəndin camaatı pis yoldadır. Barlı-bərəli, firəvan yerlər isə-dinin sağlamlığına və tövbəyə işarədir. Sel və ya yanğın fəlakətinə uğramış kəndliləri yuxuda görmək-o kəndin camaatı dövlət rəhbərinin zülmünə məruz qalacaq. Kənddən çıxıb şəhərə getdiyini görən adam sıxıntılardan qurtularaq rahatlığa, qorxudan əmniyyətə qovuçacaq. Bir şəhərdən kəndə getmək isə-rahatlıqdan sıxıntıya və məşəqqətə düşüləcəyinə yozulur. Röyada görülən kənd qarışqa yuvasını, qarışqa yuvası da kəndi ifadə edir.

    KƏND MOLLASI-Kənd mollasını yuxuda görmək-qısa müddətdə əməllərinizə qovuşacaqsınız.

    KƏNDİR (çatı)-Qara xəbərə əlamətdir.

    KƏNDİRBAZ-Yuxuda kəndirbaz görən adamınmaraq və həvəs göstərdiyi peşəsində,sənətində gözəl uğurlar və şöhrət qazanacağına şübhə edilməz.

    KƏPƏK-Pul baxımından böyük qazanc əldə edəcəyinə yozulur.

    KƏPƏNƏK-Yuxuda kəpənək-röya sahibinin çox həssas ruhlu və sənətkar yaradılışlı bir adam olduğunu göstərir.

    KƏRƏ YAĞI-Röyada kərə yağı görmək-faydalı elmə,şübhədən uzaq olmağa, bəzən də bəyənilən bir qadına yozulur. Çeşidli yozumlara görə, kərə yağı-dava-dərmana, mala, taxıla, qazanca; çətinlik içində yaşayan adam üçün-bolluğa və ucuzluğa işarə sayılır. Yuxuda yağ yediyini görən xəstə şəfa tapacaq.

    KƏRKƏS QUŞU-Axmaqlıqla, idiotluğa işarədir. Adətən burnu iri olanlar belə yuxu görürlər. Yuxuda kərkəs quşuna çevrildiyini görən adamı güclü bir dava-dalaş gözləyir. Xəstə olan evinə kərkəs quşu gəldiyini görərsə-evlərdən iraq, çox pis şeyə-ölümə yozulur. Ölü kərkəs quşu-yamanlığın, şər işlərin keçib gedəcəyinə, yox olacağına işarədir.

    KƏRPİC-Yuxuda kərpic və ya kərpicdən tikilmiş ev görmək-qız övladınız doğulacağını xəbər verir.

    KƏRTƏNKƏLƏ-Böhtançı və fitnəkar adama işarə sayılır.

    KƏSKİ (tiyə)-Röyada bir kəski aləti görmək-önəmli bir qərar ərəfəsində olduğunuzu göstərir.

    KƏTAN (çətənə)-Pis xəbər əlamətidir.

    KƏTİL (taburet)-Səfər xəbəri olaraq yozulur.

    KƏFƏN-Bir doğum, ya da ölüm xəbəri kimi yozulur.

    KƏFKİR-Qısa vaxt ərzindəsıxıntılardan qurtulacağınıza işarə olaraq qəbul edilir.

    KİBRİT-Röyada yanan kibrit görən cavan oğlan onu xoşbəxtliyə çatdıracaq yaxşı qazanclı yeni bir işə girəcək. Orta yaşlı kişi üçün bu röya-başqalarının səbəb olacağı qovğaya; subay qız üçün-ani və xoşbəxt evlənməyə; evli qadın üçün-ailədə bəzi narazılıqlara yozulur.

    KİLİD-Röyada düşmən ehtimalı ilə qapını kilidləmək-həyatda hər kəsdən şübhələnməyə və bu pis xasiyyətdən vaz geçməyin gərəkliyinə yozulur. Yoxsa, ən yaxın dostları belə hirsləndirib özünüzdən incik sala bilərsiniz. Qapının üzünə bağlandığını və bir müddət beləcə içəridə qaldığını görən adam yüngül bir xəstəlik keçirəcək. Röyada kilid açmaq-üzüntüdən, kədərdən qurtulmağa; kilid bağlamaq-kədərə işarə sayılır.

    KİLİM-Röyada kilim-geyimə, bürüncəyə işarədir. Qış mövsümü yuxuda kilim görmək, daha xoş və daha faydalı röya hesab edilir. Bir kimsənin yuxuda belinə kilim salması, yaxud kilimə bürünməsi-bu vəziyyət röya sahibinin adət etdiyi hallardan deyilsə, onun yoxsulluğu,başqasına möhtac olması kimi açıqlanır.

    KİLSƏ-Yuxuda kilsə görmək-bilik və davranış, ibadət, qorxu, ağlamaq, kədər, qussə anlamına gəlir. Kilsə-Boş, mənasız şeylərə, qovğaya, zülmə, oyun və əyləncəyə,içkiyə, qadına, zalım hakimə də yozulur. Röyada kilsəyə girdiyini görən adam subaydırsa-evlənəcək, yaxud uşağı olacaq. Bu yuxu, eyni zamanda, doğru yoldan sapmağa da işarə sayılır. Kilsədə namaz qıldığını görmək-röya sahibi bir qəbri ziyarət edərkən, yaxud cənazə namazı vaxtı qorxacaq. Yuxuda kilsənin içində ölü görmək-o ölünün günahkar kimsələrlə birlikdə cəhənnəmdə əzab çəkdiyinə yozulur. Kilsədə xristian ainini icra etdiyini yuxuda görən adam günah işləyəcək.

    KİMYAGƏR-Röyada kimyagər görmək-işlərinizin qarışıq duruma düşəcəyinə və gərəksiz yerə əlinizdən pul çıxacağına yozulur.

    KİNƏ-Acı xəbərə yozulur.

    KİNƏ AĞACI-Bir dostunuzun sizə yardım edəcəyi anlamına gəlir.

    KİRƏ (kirəçilik)-Röyada hər hansı bir şeyin kirə haqqını ödəmək-əziz bir dostunuzdan ayrılacağınıza işarədir. Başqa birisinin yuxuda sizə kirə haqqı ödədiyini görmək-Çoxdan gözləmədiyiniz bir adamı və ya bir yeri yenidən görəcəksiniz.

    KİRƏÇ-Hisslərinizin qarşılıqlı olacağı anlamına gəlir. Kirəç məhlulu-sıxıntıların sona yetəcəyinə işarədir.

    KİRƏMİT-Tasa, qayğı və kədər anlamına gəlir.

    KİRPİ-Yuxuda kirpi görmək-həyatınızda yeni bir dövr başlayacaq, mühüm qərarlar qəbul edəcək və bu qərarları uğurla həyata keçirəcəksiniz. Düşmən şərindən qorunacaqsınız.

    KİSƏ-Röyada xırda pul kisəsi-insanın bədəninə işarədir. Boş kisə-röya sahibinin ölümünə yozulur. Bir kimsə yuxuda belində bir kisə olduğunu görərsə, bu, o adamın həyatda faydalandığı biliklərə yiyələnmiş olduğuna işarədir. Kisənin içindəki xırda pullar qırıq və ya əzik-üzük görülərsə, bu röya biliyin az olduğunu və yuxu görənin yenidən dərs alması gərəkliyini göstərir. Kisə insanın sirrinə işarə olub, yuxuda başaşağı çevrilərsə və içindən pullar tökülərsə, bu, röya sahibinin sirrinin yayılacağını xəbər verir. Cüzdanın (kisənin) deşilməsi və pulların tökülməsi xeyrə yozulmur. Kisə, eyni zamanda, röya sahibinin sahib olduğu şeylərə və qəlb anlamına da gəlir.

    KİTAB-Röyada kitab-qüvvətə və yüksəlişə işarə sayılır. Kitab açıqsa-məşhur bir xəbər anlamına gəlir. Orta yaşlı kişilərin yuxuda kitab görmələri qeyri-adi bir kəşfə yozulur. Gənc qadın üçün-bu röya-secdiyi peşəsində uğur qazanacağını və yüksələcəyini; daha yaşlı qadınlar üçün isə rahat, sakit, xoşbəxt bir gələcəyi xəbər verir. Yuxuda kitabı örtülü, qapalı görmək-gizli xəbərdir. Oğlan uşağının əlində kitab görmək-müjdədir. Bir kimsə yuxuda kitabı cırdığını və ya kəsdiyini görərsə, o adam üzüntü və kədərdən, pisliklərdən qurtularaq xeyrə qovuşacaq. Göydən özünə kitab endiyini görən adam kitab əhlidir. Yaxud kitabda xeyir yazılıbsa xeyri, şər yazılıbsa şəri ifadə edir.

    KİTABXANA-Röyada ümumi kitabxana görmək-uğursuzluq ucbatından işinizi tərk edəcəksiniz. Şəxsi bir kitab evini yuxuda görmək-röya sahibinin ona yaxşı bir mövqe təmin edəcək bir imtahan və ya müsabiqədən uğurla çıxacağını xəbər verir.

    KİF-Röyada kif görmək-illərdən bəri qarşılaşmadığınız bir dostunuzla təsadüfən rastlaşacaq və onunla birlikdə xeyirli bir işə başlayacaqsınız.

    KİŞİ (cavan oğlan)-Cavan oğlanın gözəl bir gənci yuxuda görməsi-düşmənlərin hamısını yenəcək, məğlub edəcəkdir. Ayəti-cəliləyə görə, İbrahim peyğəmbər daş və heykəllərə tapınan düşmənləriylə savaşda onları nece yenib aciz hala gətirmişsə, cavan oğlan da ona zülm edən, düşmən olan kəslərə eləcə üstün gəlib öcünü alacaqdır. Yuxuda gözəl, gənc bir dəliqanlı görmək, bəzən də ürəkaçan xoş işlərə və ya ehtiyaclardan qurtulmağa işarə sayılır. Cavan oğlanın gözoxşayan taxıl tarlası görməsi-üzündə və bədənində bitəcək tüklərdən, saç-saqqaldam hamı hürküb qorxuya düşəcək. Yuxuda gənc bir adamla oynamaq-hiylə və fəsada yozulur. Röya sahibi hərəkətlərini, davranışını ölçüb-biçməlidir.

    KİŞİ CİNSİYYƏT ÜZVÜ-Bacarıqla bir övlad sahibi olacağınıza və uzun ömrə işarə sayılır. Ağrıması-çox sevdiyiniz bir yaxınınızı əbədilik itirməyə yozulur. Kəsilmiş olması-xəstələr üçün ölümü, sağlam adamlar üçün malının-pulunun gedəcəyini ifadə edir. Bir qadınla münasibətdə olduğunu görmək-övladınız dünyaya gələcək. Yox olduğunu görmək-ətrafınızı bədniyyət adamların sarmış olduğunu göstərir.

    KAFUŞ (oyuq)-Son zamanlar boş işlərlə məşğul olduğunuzu göstərir.

    KOLBASA-Yuxuda kolbasa yemək-rahat həyata qovuşacağınıza işarədir.

    KOL-KOS (ağaclıq)-Röyada gözəl, yaşıl bir ağaclıqda gəzmək-röya sahiobi romantik bir həyat keçirəcək.

    KOMA-Röyada özünü bir komada və ya bağ evində görmək-sizi məmnun edəcək bir qonağınız gələcək, yaxud bəzi xırda-para işləriniz bir müddət yaxşı gedəcəkdir. Qadın üçün bu yuxu-gözəl bir sürprizə, hədiyyəyə sahib olacağına işarədir.

    KOMANDİR (zabit)-Yaxın günlərəd şan-şöhrət və etibar sahibi olacağınıza yozulur.

    KOMİK (gülməli) BİR ŞEY-Xoşbəxtlik müjdəsidir.

    KOMİSSAR-Gələcəkdə yüksək mövqelər qazanacağınıza işarədir.

    KOMİSSİYA-Bu cür röyalar iş həyatınızda uğur qapıları açılacaq deməkdir.

    KOMPOT-Röyada kompot içmək-dadlı günlərin keşiyində olduğunuza yozulur.

    KONQRES (qurultay)-Röyada bir konqresə (qurultaya) getdiyini görmək-yaxın vaxtlarda sürprizli bir xəbər alacaqsınız.

    KONDUKTOR-Nəqliyyat vasitələrində çalışan konduktoru röyada görmək və ya onunla söhbət etmək-kişilər üçün-işdə bir sıra çətinliklərin olacağına; qadınlar üçün-başqasının hərəkətlərini izləyən bir adama işarə sayılır. Özünün konduktor olduğunu görmək-kişilər üçün sonunda peşmançılıq olacaq bir həyata; evlənməmiş qadınlar üçün-sonu o qədər də dəyərli olmayan nişanlanmaya; evli qadınlar üçün-bacarmadığı bir işi öz üzərinə götürəcəyinə yozulur.

    KONKİDƏ SÜRÜŞMƏK-Ay işığında buz üstündə konkidə sürüşmək-çox maraqlı röyalardandır, səadət, fərəh, gözəl bəxt anlamındadır. Gündüz vaxtı konkidə sürüşmək-bir sıra şətinliklərə və üzüntüyə yozulur. Buz üstündə sadəcə sürüşmək-həyatda ani yüksəlməyə; qrup halında sürüşmək isə-sıxıntıya, pul itgisinə əlamət sayılır.

    KONSERV-Yuxuda konserv görmək-işləriniz pozulacaq və çətin anlar yaşamalı olacaqsınız.

    KONSERT-Yuxuda bir konsert salonunda musiqi dinləmək, mahnıya qulaq asmaq-cavan oğlan üçün-uğurlu,müştərək bir işəgirmək fürsəti əldə edəcəyinə, yaxud bir kapitalistləəlaqə yaradacağına; orta yaşlılar üçün-işlərində bəxtinin gətirəcəyinə, ailə və iş həyatında firəvanlığa və səadətə qovuşacağına; gənc qız üçün-çox sevdiyi bir ziyarətdə olacağına; yaşlı qadın üçün-qiymətli bir hədiyyə alacağına yozulur.

    KONTRAKT (müqavilə)-Yuxuda müqavilə bağladığınızı görmək-birisi sizdən pul qoparacaq.

    KORLUQ-İnsanın yuxusunda kor olduğunu görməsi-yaxud bir kor adama yol göstərməsi-röyanı çox vaxt olandırıcı olduğuna dəlalət edir. Belə röya görən adam lüzumsuz cəsarətdən, risqdən çəkinməlidir.Çunki onun cəsarətli və cürətli hərəkətlərindən yararlana biləcək düşmənləri vardır.

    KOSA-Qara xəbərə, ölümə, ağır xəstəliyə yozulur.

    KOTAN-Bolluq və bərəkət işarəsi olaraq qəbul edilir.

    KÖVSƏR-Cənnət çaylarından birini adıdır. Röyada cənnətdəki kövsərdən su içdiyini görən adam kafirdirsə-müsəlmanolacaq,günahkarsa-tövbə edəcək, yaxud fitnə-fəsadçı bir qadından ona bir qazanc qalacaq.

    KÖYNƏK-Röya sahibi yaxın zamanlarda zənginliyə qovuşacaq. Cırıq köynək-böyük bir sərvətə işarədir.

    KÖK-Röyada bir bitki kökü görmək övlad sahibi olacağınız anlamına gəlir.

    KÖKƏ-Xeyirli bir qismət anlamındadır.

    KÖLGƏ-Yaz günündə röyada kölgəlik görmək-rahatlığa, bir şeydən fayadalanmağa, yaxud yüksək bir məqam sahibindən himayə görəcəyinizə yozulur. Qış günündə kölgəlik görmək-tasaya, qayğıya, kədərə, dini yasaqlara meyilli olmağa işarədir. Sərinləmək üçün kölgəyə çəkildiyini görmək-röya sahibi qayğı və tasadan qurtulacaq, qazanc əldə edəcəkdir. Qadının kölgəyə çəkilməsi-kölgə onun əridir, ərinə arxalanır, güvənir deməkdir. Əri olmayanın kölgəyə çəkilməsi-o qadın zəngin bir adama ərə gedəcəkdir. Qaynar gün istisindən kölgəyə çəkilmək-sıxıntı və qayğılardan qurtuluşu müjdələyir. Günəşə isinmək üçün kölgədən çıxmaq-yoxsulluğun daşını atmağa yozulur, çünki soyuq-kasıblıqdır.

    KÖMÜR-Röyada kömür, ocaq görmək-mala-sərvətə yozulur.

    KÖNÜL DARLIĞI (qüssə, kədər)-Könlün sıxılıb qərarsız olması-tövbəyə, duaya, peşmanlığa yozulur.

    KÖPƏK-Röyada köpək-günahkar və hər cür pis əməlin yiyəsi olan səfeh bir adama işarədir. Köpəyin hürdüyünü görmək-o səfeh adamın həddən artıq tamahkar olduğunu göstərir.Yuxuda köpəyin sizi tutduğunu və ya cırmaqladığını görmək-kədərə və əmələ, düşməndən zərər çəkdiyinizə yozulur. Bəzən də röya sahibininxəstəliyə tutulacağı anlamına gəlir. Röyada görülən köpək zövq və səfaya düşkün bir adamı ifadə edir. Çoban köpəyinə sahib olmaq-dövlətdən gələn faydadır. Ev köpəyi-zalım bir düşməndir. Yuxusunda köpəklərlə bərabər hürdüyünü görən adam arzusuna yetişəcək. Köpəkləri öldürmək-düşmənə qalib gəlməkdir. Yuxuda görülən köpək, eyni zamanda, qızdırma xəsətliyinə də işarə sayılır. Röyada bütün cinslərdən olan köpəklər görmək-pərişan bir qövmü iadə edir. Oynatmaq və boğuşdurmaq üçün istifadə olunan köpəklər-fərəhli, zövqlü-səfalı ömür sürməyə işarədir. İtləri hirsləndirib bir-biryilə boğuşdurmaq-üzüntüyə, kədərə yozulur. Dişi köpək-bitməyən işi və yalançı ümidi ifadə edir. Röyada bir itin ona tərəf hürdüyünü görən adam bədniyyət bir adamdan qanqaraldıcı söz eşidəcək. Yuxuda it əti yemək-düşmən üzərində qələbəyə və düşməndən mal ələ keçirməyə işarədir. Ov köpəyi-qüdtər, ucalıq və ruzidir. Röaya köpək-gözətçi və uyğarlı bir adam anlamına da uyğun gəlir.

    KÖRPÜ-Röyada körpü dünya nemətlərinə işarədir. Körpü üstünə çıxmaq-heyvana minməkdir. Kirəmitdən qurulmuş körpü-o yerin əhalisi zülmə məruz qalacaq, durumları pozulacaq. Çeşidi yozumlara görə, körpü-rahatlıq, arvad; kədər və sıxıntılardan qurtulmaq kimi də mənalandırılır. Körpü, eyni zamanda, zənginliyi, uzun ömrü, xəstəliyi, əhdə xilaf çıxmağı ifadə edir. Röyada küçə üzərində qurulmuş körpü görmək-körpü daş kərpic və kirəmitdən hörülmüşsə, səltənət sahibi bir adama işarə sayılır. Kiçik körpü-qapıçı və ya komandir anlamına gəlir. Yuxuda körpü olduğunu görən adam səltənət və dövlətə yetişəcək, şöhrəti və üstünlüyündən dolayı ona möhtac olacaqlar.

    KÖRPÜ (gəmilərin yan alması üçün)-Röyada körpü görən adamın qəlbi çox təmizdir. O adam əgər körpüdə dayanıb qağayıları seyr edirsə və popiros çəkirsə, gözlədiyi iş gerçəkləşəcək, arvadı-uşağıyla birgə rahatlığa, firəvanlığa qovuşacaqdır. Körpüdə gəmi gözləmək isə, röya sahibinin xeyirxah bir iş tutacağına yozulur.

    KÖRÜK-Röyada ağacdan körük görmək-yuxunu görən etibarını, mövqeyini itirəcək, malı-mülkü əldən gedəcək. Bir körüyə sahib olduğunu görmək-röya sahibi sənətkar və öz işini bilən adamdırsa, səltənət, vilayət yiyəsi olacaq; ləyaqəti yoxsa, xeyrə, mənfəətə çatacaq. Körüyün yanında ocaq da görülərsə, bu röya-ehtiyacların ödənəcəyinə və güzərəna, mala işarə sayılır. Əgər ocaq yanmırsa, bu yuxu sıxıntıya və kədərə yozulur. Bəzən yuxuda körük-hamilə olub, lakin uşağı saxlaya bilməyən (uşaq salan) qadını, tez inciyən və həssas bir qocanı, həbsi də ifadə edir. Dəmirçi körüyü-işlərin asanlaşacağını xəbər verir.

    KÖSÖY-Şoxdan arzusunda olduğunuz bir iş axır-axırda gerçəkləşəcək və rifaha qovuşacaqsınız.

    KÖÇ-Röyada ev əşyalarını bir mahaldan daha yaxşı bir yeə daşımaq-dinin yasaq saydığı şeylərdən qaçınmağa yozulur. Ev avadanlığını əvvəlki yerdən daha aşağı və pis yerə daşımaq-dini yasaqlarla, yaxud yasaq edilən işlərləuğraşmağa işarədir, yaxud pis bir şeyi yaxşı şeylə dəyişdirəcəyinizi bildirir.

    KÖŞƏK-Gözləmədiyiniz bəzi adamların əleyhinizə olmazın dedi-qodu yaydığına işarə sayılır.

    KRAB (balıq)-Həsədçi və bədniyyət adamlar arasına düşəcəksiniz.

    KRAL-İş həyatınızda uğurlar qazanacaqsınız.

    KRALİÇA-Kraliça ilə ilgili yuxular xeyrə, şan-şöhrətə və etibara yozulur.

    KRAN-Kranla ilgili bütün röyalar xeyrə, bərəkətə, sağlamlığa, bolluğa, işlərin düzələcəyinə, xoş xəbərlərə yozulur.

    KREDİT-Röyada bir maliyyə müəssəsindən kredit alındığını görmək-işdəki uğursuzluqların səbəbi özünüzsünüz, başqalarını günahlandırmağa haqqınız yoxdur.

    KREYSER (hərb gəmisi)-Xeyirli bir xəbər alınacağına yozulur.

    KREM (şokaladlı şirin qaymaq)-Yaxın bir adamınız çətin durumdadır və sizin ona yardım etməniz gərəkdir.

    KUPE-Röyada kupedə səyahətə çıxmaq-bir səfər xəbəri olaraq yozulur.

    KÜKÜRD-Röyada kükürd görmək-yorğunluğa və istirahət etməyin gərəkliyinə yozulur.

    KÜL-Cavan oğlanın röyada kül görməsi çox xeyirlidir, yaxın günlərdə xoş və mənfəətli təkliflər alacaqdır. Orta yaşlılar üçün bu yuxu-ümidsizliyə; ərə getməmiş qız üçün-ümidsizliyə, məyusluğa; yaşlı qadın üçün-ona uğur gətirməyəcək işlərdən və bəd niyyətlərdən vaz keçməyin gərəkliyinə yozulur.

    KÜLAH (papaq)-Bəxtin açılacağına işarə sayılır.

    KÜLÜNG (qazma)-Əlinizə bol miqdarda pul gələcək.

    KÜNCÜT-Yuxuda küncüt görmək və ya yemək-malınızın artacağına, işlərinizin düzələcəyinə əlamətdir.

    KÜP-Çoxlu pul qazanacağınıza işarə sayılır.

    KÜRƏK (bel)-Dəmir kürək-qulluqçuya, mənfəətli və faydalı işlərə, mala-mülkə işaərdir.

    KÜRƏK (çiyin)-Yuxuda özünü enli kürəkli görən adam qüvvətli olar.

    KÜRƏKƏN-Röyada zəngin bir ailəyə kürəkən olduğunu görmək-yaxın adamlarınızdan birinin nankorluğuyla qarşılaşacaqsınız. Kürəkəni yuxuda görmək-sevinc dolu xoşbəxt anlar yaşayacaqsınız.

    KÜRK-Röyada kürk-zənginlik və xoşbəxtlik müjdəsidir.

    KÜRSÜ-Röyada kürsü görmək-padşah tərəfindən meydana gələcək ucalığa, yaxud qadına işarə sayılır. Kürsü dəmirdəndirsə-qüvvət və yardım deməkdir. Yuxuda özünü bir kürsü üzərində oturan görmək-röya sahibi qabiliyyətli və bacarıqlıdırsa, ona valilik veriləcək. Qürbətdədirsə-vətəninə dönəcək, muradına çatacaq. Üstü örtülü kürsüdə oturmaq-böyük bir biliyə, ərmağana və pula qovuşmaqdır. Röyada kürsüdən danışmaq-rütbə sahibləri üçünyüksək mövqe, ucalıq, qadın, övlad, ev və geyimşeyləri anlamına gəlir.

    KÜFTƏ-Röyada küftə görən adamın iştahası acgözlük dərəcəsindədir, bu xasiyyətindən vaz keçsin gərək.

    KÜÇƏ-Yxuda küçədə dolaşaraq bir nəfəri aramaq-qrışıq bir olayla qarşılaşacaqsınız. Gecə vaxtı zil qaranlıqda küçədə gəzib-dolaşmaq-dərin bir kədər əlamətidir. Günəşli bir havada küçədə gəzməkxoşbəxt, məsud bir ömrə işarədir. Çıxılmaz və dolaşıq bir küçədə olduğunuzu görmək-bir dedi-qoduya tuş gələcsiniz. Tənha və ucqar bir küçədə dolaşmaq-üzüntüyə və kədərə yozulur.
    [

  5. #15
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Yuxu yozmaları Q

    QABAQ-Röyada qabaq görmək-ən yaxşı yuxulardan sayılır. Etibarlı, şanlı adam, xoşrəftar rəhbər, alim və ya həkim anlamındadır. Yuxuda qabaq-xəstə üçün şəfadır.
    Röyada bişmiş qabaq yediyini görən kimsəyediyi qədər elm öyrənəcək, yaxud dağınıq olan şeyləri bir araya cəmləyə biləcək. Yuxuda görülən qabağın başa qaxmaq, azarlamaq, kədər, sıxıntı, darlıq, xəstəlik kimi mənaları da var. Qabaq yemək-aydın zəkaya və möhkən zehnə də yozula bilir.

    QAB-QACAQ-Torpaqdan, gildən düzəldilmiş qab-qacaq görmək-nökər, xidmətçi, bənna anlamına gəlir. Eyni zamanda, röya sahibnin mal-mülık yiyəsi olacağını bildirir.

    QABIQ-Ağac qabığı-bir səyahət xəbəri sayılır. Dəniz heyvanı qabığı-xoş xəbərdir.

    QABIRĞA-Qabırğa yuxuda qadına, röya sahibinin arvadına işarədir.
    Qabırğa-çadır və dirəkləri, evin çardağını, döşəmə və tavanını ifadə edir, eyni zamanda, sayğıda, sevgidə fərq qoyulmayanailə müzvlərinə də yozulur. Yuxuda qabırğa-sinəyə çəkiləcək hər cür pisliklərə, zəhmətə, şirin əzablara da işarə sayılır. Öz qabırğlarının sanadığını, dəri altından çıxdığını görməkröya sahibinə yetişəcək əzab və çətinliklər analmına gəlir.
    Röyada qabırğaların böyüdüyünü və ya üzərindəki dərinin qalınlaşdığını görmək-ruziyə, şişmanlığa və xəstəlikdən qurtuluşa yozulur.
    Qabırğalarının olmadığını görmək-ailə üzvlərindən birinin itgisinə; qabırğa yemək-röya sahibinin ailəsinə və qohumlarına yük olduğuna və ya ğynindən pal-paltarını satmağa işarədir.

    QADIN-Röyada qadın-dünyadır. Bir kimsə yuxuda qadının ona tərəf gəldiyini və gülərək ona baxdığını görərsə, bu-xeyrə yozulur, dünyanın yaxşılığa doğru getdiyini göstərir.
    Yuxuda qadının sizə bir şey verdiyini görmək-dünya işiylə məşğul olduğunuza işarədir. Ziynətli və gözəl qadın görən zəngin olur. Çirkin qadın-yoxsulluq deməkdir. Müsəlman olmayan qadın və ya qız görmək-haram mala; qadınlarla topluca oturmaq-röya sahibinin işsiz və tənbəl olduğuna, xeyrə-şərə yaramadığına yozulur.
    Röyada görülən şişman qadın-ilin ucuzluq və bolluq içində keçəcəyini; arıq, zəif qadın isə-ilin qıtlıq və bahalıq içində keçəcəyini göstərir.

    QAYA-Röyada qaya görən adamın inadçıllıqdan vaz keçməsi, davranışlarını məqbul və anlayışlı ölçülərə uyğun olaraq tənzimləməsi gərəkdir.

    QAYDA (tuluq zurnası)-Röyada qayda görmək və ya səsini eşitmək-evlənmə işinizin xeyli gecikəcəyinə işarədir.

    QAYIQ-Röyada özünü qayıqda görən cavan oğlan səmimi bir dostu tərəfindən aldadılacaq, müşkül bir durumda qalacaqdır. Röyanı görən orta yaşlarında olarsa, pul itgisi üznüdən onun yaşayışı dəyişəcəkdir. Cavan qadın üçün bu cür yuxu-səmimi bir dost əldə etməyə; yaşlı qadın üçün-uçuq-sökük, xaraba bir evə daşınmağa yozulur.

    QAYIŞ-Xeyrə yozulmur, pis, üzüntülü bir sürprizlə qarşı-qarşıya qalacağınıza işarə sayılır.

    QAYMAQ-Yuxuda qaymaq yemək və ya satın almaq-hamı üçün gələcəkdəki varlığı və xoşbəxtliyi müjdələyir.

    QAYMAQÇİÇƏYİ-Məcburi bir yolculuğun xəbərçisi sayılır.

    QAYNAQ (mənbə)-Röyada bir su qaynağı (mənbəyi) görmək-uzun və sağlam bir həyat sürəcəksiniz.

    QAYINANA-Yuxuda qayınana görmək-xeyirli bir xəbərlə bəabər, əlinizə xeyli miqdarda pul, ya da istiqraz keçəcəyini göstərir.

    QAYINATA-Çox yaxın zanamada səfərə çıxacağınıza yozulur.

    QAYSİ (ərik)-Xoş xəbərə yozulur.

    QAYÇI-Röyada qayçı-doğrunu yalandan ayırmağın və alimlərin rəmzidir. Qayçı-uşaqların və övladların çoxluğuna da işarədir.
    Yuxuda əlində qayçı görən adamın bacı və qardaşları çox, ruzisi bol olacaq. Röyada qayçı görən adam subaydırsa-evlənəcək. Göydən üstünə qayçı düşdüyünü görən kimsənin ömrü tükənir deyirlər. Qayşıyla bir şey, yaxud saç kəsdiyini görmək-röya sahibi üçün işdə xeyirli bir fürsət yaranacaq.

    QAZ-Röyada qaz görmək-arvada və qulluqçuya işarədir.
    Yuxuda qaz əti yemək-röya sahibi qonşularından varlı və nəşəli bir qadınla evlənəcək.
    Röyasında qazla danışan adam arvadı tərəfindən şərəf və şöhrətə yetişər.

    QAZ-Yuxud yanar qaz görmək-sevincə və işinizin qabağa gedəcəyinə, daha çox ölçülü-biçili yaşayışa başlamaqla həyat tərzinizdə böyük dəyişikliklər əldə edəcəyinizə yozulur.

    QAZ SƏNAYESİ ZAVODU-Bu röya hər kəs üçün qazancın artacağına, yaxud xalqa böyük xidmətdə bulunacaq bir yerə təyin edilməyə yozulur.

    QAZAN-Rəsmi dairələrdə olan işinizi, əvvəl-axır, bitirəcəyinizə yozulur.
    Qazanın qaynadığını görmək-bu röyanı görən qadın ərindən boşanacaqdır.
    Yuxuda qazan-qüvvətli olmağa və düşmənə qalib gəlməyə də işarə sayılır.
    Qazanın içində şorba və ət görmək-şərəfli ruzi anlamındadır.

    QAZANC-Röyada bol qazanc əldə edildiyinin görülməsi-əlinizdən pul gedəcəyinə işarədir.

    QAZLI SU-Röyada qazlı su şüşəsi görmək-iyirmi dörd saat içərisində gözləmədiyiniz bir xəbərlə qarşılaşmağa; qazlı su içmək isə-pul itgisinə yozulur.

    QALA-Qayğı və sıxıntıdan qurtulmaq, qadın rəhmi kimi yozulur. Qala-hökmdar və ya dövlət başqanını şərdən xeyrə çevirən qüdrətli bir güc deməkdir.
    Yuxuda özünü qalaya girən görmək-röya sahibinin dinində ibadət və itraət sahibi olduğuna, düşməninə üstün gələcəyinə işarədir.
    Uzaqdan görünən qala-bir evdən başqa evə daşınmağa; qalanın dəmir qapısının qapandığını görmək-işlərinizdə uğur qazanacağınızı, günah və cəzadan qurtulacağınızı ifadə edir.
    Qalanı fəth etmək-bir qızın qızlığını almaq deməkdir.

    QALAY-Parlaq bir gələcək şəklində yozulur.

    QALAYÇI-Sizi çox nəşəli günlər gözləyir.

    QALDIRICI KRAN-Son zamanlar sıxıntı içində olduğunuza və ağır bir borc yükü altına girəcəyinizə yozulur.

    QALİBİYYƏT-Röyada özünü hər hansı bir idman yarışında qalib gəlmiş görən, ertəsi gün cəhd elədiyi bir işdə yeniləcəkdir. Əgər yarışda uğur çox fərqli bir üstünlüklə əldə edilmişsə, röyanı görən adama durduğu yerdə hardansa pul gələcəkdir.

    QALXAN-Röyada qalxan görən adam zəngin olacaq, oğlu dünyaya gələcək, bir az çətinlik çəksə də, sonu yaxşı olacaqdır.

    QAMIŞ-Yuxuda qamış görmək-röya sahibnin heç gözləmədiyi bir anda tanışları qarşısında çətin və anlaşılmaz bir duruma düşəcəyini göstərir.

    QAMIŞLIQ-Sıxıntı içinə düşməyə və bu sıxıntıdan bir dostun yardımı sayısində qurtara biləcəyinizə yozulur.

    QAMÇI (qırmanc)-Röyada qamçı-gərəksinmə (ehtiyac) və istəyin ödənəcəyinə, yerinə yetəcəyinə, düşmənlərin yeniləcəyinə yozulur. Qamçı, eyni zamanda, uşağa və ürəyəyatrımlı təmiz bir dosta işarə sayılır. Göydən enən qamçı-sərt adama, qəzab və əzaba, yaxud hökmdar və dövlət başqanına da yozulıa bilər.
    Heyvanın quyruğundan, sağrısından kəsilərək düzəldilmiş qamçı və ya qırmanc görmək-yetgin, heybətli, gözəl və əzəmətli hökmdara və ya dövlət başqanına yaxınlıq, bu yaxınlıqdan qazanılacaq məqam və rütbə anlamına gəlir. Əgər qamçı səliqəli və qaydasında düzəldilməmişsə, bu yuxu gəzici, (səyyar) vergi məmurunu ifadə edir. Yuxuda öz qırmancı ilə öz heyvanını qırmanclamaq-yuxu görən yaşayışı, dolanşığı üçün Allah-təalaya dua niyazda bulunacaq. Qamçıyla öz atını vurub ona qoşmaq istədiyini yuxuda görən adam çətin bir işinin həyata keçməsi üçün Allaha dua edəcəkdir. Qamçı zərbəsindən bir yerinin ağrıdığını görən adamın nəsihəti təsirli olur. Yuxuda padşah tərəfindən yüz və yüzdən az qırmanc vurulduğunu görmək-o adam vurulan qırmancın sayı qədər hökumətdən yardım alıb var-dövlət sahibi olacaqdır.

    QAN-Bədəninizdə yara olmadığı halda, qan axdığını görmək-böyük bir zərərə uğrayacaqsınız.
    Bir yaradan çoxlu qan axdığını görmək-mənəvi və maddi baxımdan böyük irəliləyişiniz olacaq, yüksələcəksiniz.
    Qan içmək-haram mal əldə edəcək, lakin xeyrini görməyəcəksiniz.
    Bədəninizin bir yerindən qan axdığını və üst-başınızın bulandığını görmək-qeyri-məqbul yollarla pul və mal qazanmağa yozulur. Axan qan paltarınıza bulaşmasa-günahlarınızdan təmizlənəcəksiniz.
    Güllə, bıçaq və s. silahlarla alınan yaradan qan axması-malınız-varınız artacaq, miras yoluyla əlinizə pul gələcək, yaxud xeyirli bir səyahətə çıxacaqsınız.
    damarlarınızdan qan axması-varlı üçün kasıblığa, kasıb üçün var-dövlətə işarədir.
    Dişlərinizdən qan gəlməsi-qohumunuzdan zərər görəcəksiniz.
    Bir yerdə qan görüb içinə düşmək-iftira və dedi-qodudur.
    Bir irmağı, çayı qanlı axan görmək-müharibəyə işarədir.
    Gözdən qan axdığını müşahidə etmək-sevdiyiniz bir kimsədən əbədi olaraq ayrılığa yozulur.
    Qan aldırmaq-davamlı səhhətə və afiyətə işarə sayılır.

    QANALMA-Bilgiyə (elmə) və əmanətə işarə olub, qorxunun, təhlükənin sovuşduğuna yozulur. Qan alan ixtiyar adamdırsa, bu röya çox xeyirlidir. Cavan oğlan belə yuxu görərsə, sərvətə və şöhrətə qovuşar.

    QANQSTER-Yuxuda qanqster görən adamın həyatı və gələcəyi himayə altındadır.

    QANTAR (yaylı əl tərəzisi)-Kasıb üçün var-dövlət anlamına gəlir.

    QAPAN-Ynlış bir hərəkətə yol verərəkişlərinizi alt-üst edəcəyinizə dəlil olaraq qəbul edilir.

    QAPI KİLİDİ-İşlərin çözüm yoluna girəcəyinə yozulur.

    QAPI CIRILTISI-Röyada ev və ya mənzilin qapısının cırıltısını eşitmək-gözətçi, yaxud qapıçı tərəfindən bir pisliyə, ya da ər-arvad arasında baş verəcək narazılığa işarə sayılır. Eyni zamanda, bir sirrin ifşa ediləcəyini göstərir.
    Bir mirzənin yazı yazarkən (yazı taxtası və ya kağız üzərində) qələminin cırıltısını yuxuda eşitmək-elm adamları üçün Allah və xalq nəzərində dərəcələrinin yüksək olmasını və yaxşılıqla anılmalarını; başqa adamlar üçün-gizli şeylərin meydana çıxmasını və çətinliklərlə qarşılaşacağını xəbər verir.
    Qapını yıxılmış və ya yanmış görmək-qayğıya, zəifliyə; təzə qapı-röya sahibinin evlənərək bəla və müsibətlərdən qurtulacağına yozulur.

    QAPLAN-Yuxuda qaplan (pələng) görmək-çox hiyləgər və qüvvətli düşmənə işarədir. Qaplan əti yemək, yaxud südünü içmək-mənfəət və qazanca; qaplanı tutduğunu görmək-düşməni yenməyə yozulur.

    QAR-Röyada pəncərədən yağan qarı seyr etmək-üzüntü və sıxıntıların ən qısa zamanda öz-özünə yox olacağını xəbər verir. Qar fırtınasına düşmək-tasalı, qayğılı günlər başlayacaq və bir təhlükəni dəf edə biləcəksiniz. Qarda yerimək, üzərində ayaq izlərini görmək-xoş bir sürprizlə qarşılaşacağınıza işarədir.

    QARA BİBƏR-Acı xəbərə yozulur.

    QARA DƏNİZ-Qara dənizlə ilgili yuxular çətin bir işlə qarşı-qarşıya qalacağınıza yozulur.

    QARA RƏNG-Yuxuda qara rəng-ucalıq və var-dövlət deməkdir.
    Parlaq qara rəng-hökmdar tərəfindən sizə bəxş ediləcək ucalıq və qüdrət anlamındadır.
    Qara paltar geydiyini görmək-ucalığa işarədir. Qara rəngli paltar geyməyə adət etməmiş adamın yuxuda qara geyimdə olduğunu görməsi-üzüntüyə və kədərə yozulur.
    Çeşidli yozumlara görə, qara rəng, həm dı röya sahibinin böyük bir qüsuruna, o kimsənin ata-ana üzünə ağ olmasına, yaxud əlini-ayağını sındıracağına işarə sayılır.

    QARA TUT-Yüngül bir xəstəliyə tutulma ehtimalını göstərir.

    QARA CİYƏR-Röyada qara ciyər görən adam içki içir və qızartma yeyirsə, dərhal bunlardan vaz keçməlidir, serroz ola bilər.

    QARAĞAC-İşinizdə uğur, evinizdə xoşbəxtlik deməkdir.

    QARABASMA (kabus)-Tez-tez qorxulu yuxu, kabus görmək-röya sahibinin gizli düşməninin meydana çıxmasına və onu yenəcəyinə yozulur.

    QARABATDAQ-Dərin bir eşq və məhəbbətlə birisinə bağlanacağınıza yozulur.

    QARAYEL-Röyada qarayel rüzgarının şiddətlə əsdiyini görmək-bir tanışınız vasitəilə işinizdə yüksələcəksiniz.

    QARAJ-Röyada qarajda avomobili təmizlədiyini, yaxud benzin doldurduğunu görmək-çox yaxşı yuxu kimi yozulur. Yaxın zamanda qovuşacağınız sərvətə və etibara işarədir. Qarajda işləmək-gəliri artırıb çoxaltmaq üçün yaxşı bir fürsət ələ düşəcəkdir.

    QARANLIQ-Yuxuda qaranlıq-qayğıların, üzüntülərin artacağına; qaranlıqdan işığa çıxmaq-qayğılardan qurtulmağa, yüksək mövqeli dövlət adamlarına yaxınlıqdan faydalanmağa işarədir.

    QARATOYUQ-Çox sevdiyiniz bir dostla bərabər səyahətə çıxacaqsınız.

    QARAÇI-Buröya cavan oğlan üçün yaxın vaxtlarda gözlənilməz səfərə; orta yaşlılar üçün-pul itkisinə; evlənməmiş qadın üçün-gözləməyi çox sevən birisiylə izdivaca; evli qadın üçün-bəzi gizli məsələlərin aşkar olacağına işarə sayılır.

    QARĞA-Qaba, yalançı və söpzündə durmayan adama işarə sayılır.

    QARĞIDALI-Yuxuda qarğıdalı yemək, qarğıdalı tarlası görmək-cavan kişi üçüntikinti işlərindəki uğura; daha təcrübəli və yaşlı adam üçün çətinliyi olsa da, tutduğu işin sonunda böyük bir qazanc gətirəcəyinə; gənc və subay qadın üçün-çox dedi-qodulu bir evliliyə; evdar qadın üçün-gözləmədiyi bir yerdən gələcək pula yozulur.

    QARDAŞ-Qardaşını yuxuda görən adamyaxınlarından və ya dostlarından xoş xəbər alacaqdır. Kişilər üçün bu röya maddi durumunun düzələcəyinə; qadınlar üçün-sıxıntılı anında gözləmədiyi bir adamdan yardım gələcəyinə işarə sayılır.

    QARDEROB-Uzun illər qurduğunuz xəyallar bir anda gerçəkləşəcək deməkdir.

    QARIN-QARTA ŞORBASI-Yuxuda qarın-qarta şorbası içmək-röya sahibinin geniş miqyaslı bir iş dolayısıyla yorğun olmasına və onun dincəlməsi, istirahət etməsi gərəkliyinə işarədir.

    QARINQULU (acgöz)-Röyada qarınqulu birini görmək-mədə pozğunluğuna işarədir.

    QARIŞQA-Yuxuda qarışqa-zəif və hirsli bir qövmü, milləti, əsgəri, ordunu, ailəni və uzun ömrü ifadə edir.
    Qarışqa-ucuzluq, bolluq və ruzi əlamətidir.
    Xəstə olan adam yuxuda bədənində qarışqa gəzdiyini görsə, vəfat edəcək.
    Röyada qarışqanın qanadlandığını görmək-çoxlu əsgərin həlak olacağını xəbər verir.
    Bir şəhər və ya məmləkətdən qarışqaların qaçdığını görmək-oğruların həmin yerdən bir şey oğurladığını və ya orda təmir, quruculuq işləri gördüyünü xəbər verir.
    Röyada qarışqa öldürdüyünü görən adam başqasının təhrikiylə günah iş tutacaq.
    Yuxuda görülən böyük bir qarışqa-savaşçıların öldürüləcəyinə, xəstələrin vəfat edəcəyinə, səyahət arzusunda olanların ölüm xəbərinə və zərər çəkəcəklərinə işarədir.
    Böyük bir qarışqanın evindən yüklə bərabər çıxdığını görən adamın oğlu və ya qardaşı onun var-dövlətini oğurlayacaq.

    QARMON-Yuxuda qarmon-uzaqdakı bir dostunuzdan və ya qohumunuzdan şad xəbər alacaqsınız.

    QARNİZON-Röyada özünü hərbi qarnizonda görənin bəxti açılacaq, girişdiyi işlərdə uğur qazanacaq, sevdiyi adamdan qarşılıq görəcəkdir.

    QARPIZ-Çeşidli yozumlarla açıqlanır:
    Qarpız satın almaq-bir işə pul qoyub maya buraxmağa işarədir.
    Qarpız kəsmək-pis xəbərdir.
    Qarpız yemək-haqqınızda dedi-qodu çıxacaqdır.
    Bostandan qarpız toplamaq-yaxın bir adamınızla aranız pozulacaq.

    QARSON (ofisiant)-Röayada restoranda və ya qəhvəxanada qulluq edən bir qarson dostunuzla rastlaşmaq-ailənizdən çətin vəziyyətə düşən bir nəfər sizdən yardım istəyəcək.
    Yuxuda ozünü qarson görmək-ortaya xoşagəlməz ani bir iş çıxacaq və ya evinizi dəyişdirəcəksiniz.
    Fıştırıq çalan və ya şərqi söyləyən qarson-gözləmədiyiniz bir qonağınız gələcək.

    QARTAL-Çox xeyirli yuxulardandır, böyük bir qismət deməkdir.

    QAT (mərtəbə)-Röyada bir evin mərtəbəsini satın almaq-bəzi boş xəyallara baş qoşduğunuzu göstərir.

    QATAR-Yuxuda qatar-işinizdə yüksəlmək üçün yaxşı bir fürsət yaranacağına yozulur. Qatarda birisini görmək-dostlarınızdan yaxşılıq görəcəksiniz. Qatarda səyahətə çıxmaq-çox ömənli nəticələri olacaq bir toplantıya dəvət alacağınızı göstərir.

    QATİL-Röyada qatil görmək-şərqli və qərbli yozuculara görə, şad bir xəbərlə qarşı-qarşıya qalacaqsınız deməkdir.

    QATIQ-Yaxşı qazanca, çoxlu pula, uzun ömrə yozulur.

    QATIR-Aşağıdakı biçimdə yozulur:
    Qatıra minmək-zəhmətli bir işdən üz ağlığıyla çıxmaqdır.
    Qatır satın almaq-evdə bəzi üzüntülərə işarədir.
    Qatırdan düşmək-pul-mal itkisidir.
    Qatırdan şıllaq yemək-gözləmədiyiniz bir dostdan xəyanət görəcəksiniz.

    QATIRDIRNAĞI (bitki)-Röyada qatırdırnağı çiçəyini görmək-yuxu görənin şair, ya da çox romantik ruhlu bir adam olduğuna işarədir.

    QATLAMA BIÇAQ-Ailədə dedi-qodu olacağına işarədir.
    Bıçaq bülövləmək-haqqınızda dedi-qodular çıxacaq və bundan çox üzüləcəksiniz.
    Bıçaqla bir çey kəsmək-işlərinizin qarışacağına yozulur.

    QATRAN-Çoxdan bəri arzuladığınız və ardınca düşmüş olduğunuz bir iş müsbət nəticələnəcək.

    QAFA-Röyada qafa görmək-bir sınaqdan uğurla çıxacağınıza yozulur.

    QAÇAQ-Röyada fərari bir qaçağı yaxalamaq-gizli, fəqət çox qüdrətli düşmənə işarədir.

    QAÇAQ-QUDUR-Aranızda duran, yardım edən adam sizi bu köməkdən məhrum edəcəkdir.

    QAÇAQMALÇI (kondrabandaçı)-Yuxuda qaçaqmalçı görmək-röya sahibinin bir qəbahət işləyəcəyinə və bu səbəbdən çox diqqətli olmağın gərəkliyinə işarə olaraq qəbul edilir.

    QAÇIŞ (cıdır) MEYDANI-Röyada cıdır meydanı-nəşəyə, sevincə, düşmən üzərində qələbəyə, kişik yaşlı uşaqlar üçün Qur`ani-Kərimi öyrənməyə yozulur.

    QAÇMAQ-Bir təhlükədən və ya qovğadan qaçmaq-gününüz bir müddət qorxu və əndişə içində keçəcək, lakin sonu xeyirli olacaqdır. Əgər röya sahibi həbsdən qaçdığını və ya başqasının qaçmasına yardım etdiyini görmüşsə, çox önəmli bir sirrini söyləmiş olduğu bir dostu onu ifşa edəcəkdir.
    Röyasında qaçdığını, lakin qaçma səbəbinin nə olduğunu bilməyən adam tövbə edər və günahlarının bağışlanmasını dilər.

    QAŞ-Yuxuda qaş görmək-xeyrə yozulur, işlərinizin, sağlamlığınızın yaxşı olacağına işarə sayılır.

    QAŞIQ-Bolluq və bərəkətə yozulur.

    QAŞINMAQ-Röyada qaşındığını görmək-sıxıntılı günlərin başlayacağına, lakin bu sıxıntının çox sürməyəcəyinə yozulur.

    QEYİ-TƏBİİ RÖYALAR-Həyatda mümkün olmayan şeyləri yuxuda görmək, iştirak etməyin mümkünsüz olduğu bir ziyafətdə bulunmaq, dünyada tayı, oxşarı olmayan bir çox əcayib məxluq görmək və onlarla söhbətləşmək, dostluq etmək-röya sahibinin normal həyatında gözlənilməz dəyişikliklər olacaqdır.

    QƏBAHƏT-Röyada qəbahət bir iş tutmaq-xeyrə yozulmur, pis xəbər əlaməti sayılır.

    QƏBİLƏ-Röyada qəbilə görmək, bir qəbilə içində olmaq-yuxunu görən pula, var-dövlətə nail olacaq.

    QƏBİR-Röyada qəbir həbsxanaya, həbsxana da qəbrə işarə sayılır. Yuxuda qəbir qazmaq-evi təmir etməyə, yaxud evlənməyə yozulur.
    Cənazə görmədən qəbrə girdiyini görən kimsə vəfat etmiş bir adamın miras qalan evini satın alacaq.
    Subay adamın röyasında qəbri qazdığını görməsi-onun hiyləylə bir qadına evlənəcəyini göstərir.
    Röyada bir qəbir satın alaraqiçinə girmədiyini görən adam bir qadınla nigahlanıb evlənəcək.
    Qəbrin bir yerdən başqa yerə dəyişdirildiyini görmək-qəbir sahibinin övlad və törəmələrindən birisinin orda ev tikəcəyini xəbər verir.
    Dam üstündə qəbir qazdığını görən adamın ömrü uzun olar.
    Röyada qəbirləri ziyarət etmək-həbsxanada olan məhkumları yoxlamaq, ziyarət etmək deməkdir.
    Bir şəhərdə özünə və ya başqasına qəbir qazdığını, yaxud özü üçün bir qəbir qazıldığını görən adam o yerdə ev tikib məskən salacaq.
    Yuxuda ölmədən dəfn edildiyini görən kimsəyə üzüntü və kədər üz verəcək, yaxud o adam həbsxanaya düşəcəkdir.
    Yuxuda bir qəbiri açmaq-röya sahibinin qəbir yiyəsinin həyatdakı yolu və əməlləriylə uğraşmaq arzusunda olduğuna işarədir. Məzarda uyuyan alimdirsə, röya sahibi də elm alıb hikmət sahibi olacaq; varlıdırsa-var-dövlətə yetişəcək.
    Röyada tanış olmayan ölülərin qəbirlərindən sıçrayıb qalxdıqlarını və evlərinə doğru getdiklərini görmək-röya sahibinin yaşadığı yerdə pis adamların müsəlman olmalarını, yaxud əkinçilərin bitəcəyinə umid etmədikləri əkin məhsullarının bitib mçəhsul verəcəyini göstərir.

    QƏBİRQAZAN-Hiylə ilə aldadılacağınızı xəbər verir. Özünün qəbir qazdığını görən adam rəhmətə nail olavaq.

    QƏBİRİSTAN-Röyada qəbiristan görən tutduğu günah əməllərə görə tövbə edəcək. Özünü ölmüş görənin ömrü uzun olacaq. Bir ölünü ağlamaq-xeyir xəbərə; ölünü qaçarkən görmək-uzun ömrə əlamətdir. Ölüyə bir şey vermək və ya ölünün röya sahibinə bir şey verməsi-evdə də, işdə də bolluq və bərəkət olacaqdır. Ölülərlə bərabər getmək-əcəlin yaxınlaşdığını xəbər verir. Öz evində ölü göərn adam istəyinə və muradına çatar deyirlər.

    QƏDƏH-Daha çox evin xanımına və qulluqçuya yozulur. Qızıl və gümüş qədəhlər-sağlamlığı, gizli işlərin açığa çıxmasını ifadə edir.
    Röyada görülən dolu qədəh-hamilə qadındır. Əgər qədəhin içindəki su tökülürsə, hamilə qadın uşaq salacaq; qədəh qırılarsa-qadın öləcək.
    Yuxuda əlində qədəh olduğunu, qədəhin əlindən düşüb qırıldığını, lakin suyun əlində qaldığını görmək-röya sahibinin arvadı oğlan doğacaq, özü isə öləcək, uşaq sağ qalacaqdır. Əgər qədəh qırılmazsa, lakin içindəki su tökülərsə-uşaq öləcək, qadın sağ qalacaq.
    Başqa bir yozuma görə isə, büllur qədəh qırılarsa, sıxıntı, kədər üz verər.

    QƏDİR GECƏSİ-Röyada orucluq ayının 27-ci gecəsini, Qədir gecəsini görmək-yuxu görənin işlərində və istəklərində böyük uğurlar qazanacağına və onun Allahın sadiq qulu olduğuna yozulur. Bu röya ən uğurlu və xeyirli yuxulardan sayılır. Şərqin röya yozucuları “Qədir gecəsi” yuxularının çox az görüldüyünü söyləyirlər.

    QƏYYUM (məscid xidmətçisi)-Xeyirli bir işə girişəcəyinizə işarə sayılır.

    QƏZET-Röyada qəzet oxuyan adam yaxın vaxtlarda gözləmədiyi, lakin çox maraqlandığı bir olayla qarşılaşacaq. Əgər mətbəə yuxuya girərsə, daha karlı bir işə girişəcəksiniz. Özünü qəzetçi, müxbir görmək isə ərmağan və şöhrətə yozulur.

    QƏLB (ürək)-Röyada görülən qəlb yuxu sahibinin ürəkli və nəşəli olduğuna, cəsarətinə, ağıl və zəkasına, əliaçıqlığına, ciddi və sadə adam olduğuna işarədir.
    Qəlbində bir qorxu və əndişə hiss etmək-röya sahibinin haqqa, həqiqətə uymasınavə doğru yolu bulmasına yozulur.
    Ürəyinin ağzından çıxdığını görmək-dinin gözəlliyinə işarədir. Yuxuda qəlb-qadın rəmzi kimi də mənalandırılır.
    Ürəyin parça-parça oduğunu görmək-röya sahibi xəstə isə yaxşılaşacaq, qayğı və qüssədən qurtulacaq.
    Qəlbində göz olduğunu görmək-zəka və anlayışa, dinində sağlam olmağa, gözəl və açıq sözlülük anlamına gəlir.
    Yuxuda ürəyin ağrıdığını hiss etmək-pislik edəcəksiniz. Ürəkdə xəstəlik olduğunu görmək-böhtana, araqarışdırıcılığa yozulur.
    Yuxuda ürək, bəzən də insanın hörmət etdiyi alicənab rəhbərə, müdirə, sirdaşa işarə sayılır.

    QƏLƏM-Yazı yazmaq üçün istifadə edilən qələmi yuxuda görmək-elmə, Allah əmrinə və uşağa yozulur.
    Röyada bir qələmə malik olduğunu görən adam elm, bilik sahibi olacaq. Əgər o qələmlə yazı yazdığınızı görsəniz, yazacağınız əsərlər anlamına gəlir.
    Bir kimsə röyasında əlində və ya yanında qələm olduğunu görərsə, bu yuxu onun qardaşıyla bir yerdə olacağına və əgər anası hamilədirsə, oğlan uşağı doğacağına işarə sayılır.
    Bir varlı yuxuda əlində dövlətdən aldığı bir qələm olduğunu görərsə, bu-ucalığı, qüdrəti, mötəbər əmri ifadə edir. Əgər röya sahibi vəzifədən götürülmüşsə, bir şəhərə vali və orda hökmü keçərli olur.
    Röyada qələmin mürəkkəb içərisinə batırdığını görən adam çirkin bir işə girişəcək.
    Yuxuda qələm, eyni zamanda, hökmdara, alimə, dil və qılıncla özünə şərəf, şöhrət təmin edən, hökümü icra edən şəxsiyyətlərə və qəhrəmanlara da yozulur.
    Röyada görülən qələm-comərdlik və xeyirxahlıq, insanın sirr sahibi olmasını, yaxud düşməni üzərində zəfər çalacağını ifadə edir.

    QƏLYAN-Dambatlıq və çoxbilmişlik əlaməti olaraq qəbul edilir.

    QƏLP PUL KƏSƏN (saxtakar)-Röyada qəlp pul kəsən bir saxtakar görmək-heç bir işdə duruş gətirilməyəcək avara və başıboş bir həyata və bu durumun uzun müddət davam edəcəyinə işarədir.

    QƏM-Röyada özünü qəmli durumda görən adam ertəsi gün şən-şaqraq dəqiqələr keçirəcəkdir.
    Röyada özünü qayğılı və kədərli görmək-günaha batmaq deməkdir, eyni zamanda, röya sahibinin tezliklə tövbə edərək, qayğı və üzüntüdən qurtulacağı anlamına gəlir.

    QƏMƏ (xəncər)-Gənc oğlanın özünü müdafiə üçün başqasına qəmə çəkməsi-girişiləcək bir işə, qüvvətli bir rəqiblə qarşılaşmağa, yaxud da eşqə və sevgiyə işarə olaraq yozula bilir.
    Yaşlılar üçün bu röya-ciddi bir rəqabət üzündən meydana çıxacaq çətinlikləri; qadın üçün-pis bir yoldaşından görəcəyi zərəri xəbər verir. Röya görən daha yaşlı adamdırsa, ailə qovğalarını önləyə, aradan qaldıra biləcəkdir.

    QƏMZƏ-Röyada nazlı-qəmzəli adam görmək-ertəsi gün işləriniz yaxşı gedəcək, nəzərdə tutduğunuz şeyi əldə edəcəksiniz. Məmursunuzsa, işdə yüksələcək; fəhləsinizsə-əlinizə pul gələcəkdir. Şagird, yaxud tələbə belə yuxu görərsə, dərslərindən yaxşı qiymət alacaqdır.

    QƏNDİL (çıraq)-Röyada yanar qəndil görmək-hamilə qadın üçün oğlan uşağı doğacağına; xəstə üçün isə həyat yoldaşı kimi yozulur.
    Röyada qəndilinin söndüyünü görən xəstə ölər. Bir kimsənin yuxuda qəndil və ya şamının düzgün yandığı yerdə birdən işığının artmasını görməsi-xəstəsi varsa yaxşılaşacaq.
    Yuxuda işığı zəif və kiçik qəndil-hamilə qadın üçün bir qız uşağını ifadə edir.
    Röyada evinin qəndilini işıqlı olaraq görmək-yuxu sahibinin ev işlərini görən adamın yaxşı xasiyyətli olmasına işarədir.
    Yuxuda evin qəndilini sönmüş görmək-o evin işlərinə baxan adamın qarışıq və bəd əməllərinə və ya ev sahibinin işlərinin çətinləşməsinə, yaxud ailə üzvlərindən birinin vəfatına yozulur.
    Röyada əlində qəndil olduğunu və onun sönəcəyindən qorxduğunu görən adam xəstədirsə vəfat edəcək.
    Röyada gecə ikən əlində bir şam getdiyini görən kimsə bir günah işlər, sonra da tövbə edər.
    Yanan şamı üfürüb söndürməyə çalışmaq-röya sahibi dürüst bir kimsənin işini ləğv etməyə çalışsa da bacarmayacaq.
    Bir vali əlində sönmüş qəndil görərsə, işindən azad ediləcək. Röya sahibi tacirdirsə-zərər çəkəcək; xeyirxah adamdırsa-maılı gedəcək.
    Məsciddə qəndilin söndüyünü görmək-məscidə gedib-gələn adam alimdirsə, vəfat edəcək.
    Röyada qəndili vaxtında yandırmaq-şan-şöhrətli və faydalı bir uşağı ifadə edir.

    QƏNİMƏT-Röyada bir döyüşdən sonra qənimət ələ keçirdiyini görən adamın başından talesiz bir eşq macərası keçəcək və bu səbəbdən o, uzun illər üzüntü içində qalacaqdır.

    QƏPİK-QURUŞ-Röyada cibindəki xırda qəpik-quruşu şaqqıldatmaq-pul baxımından həyatda sıxıntı çəkəcəyinizə işarədir. Yolda qiymətli bir metal pul tapmaq-çalışdığını müəssisə sizi daha məsuliyyətliu və daha yaxşı bir maaşla başqa şöbəsinə işə götürəcəkdir. Röyada xırda pul itirmək-qarşınıza çıxan mühüm bir fürsəti əldən verəcəyinizə işarə sayılır.

    QƏRARGAH-Röyada hərbi qərargah görmək-igidliyə, mərdliyə, toy-düyünə işarə sayılır.

    QƏRƏNFİL-Çeşidli yozumları var:
    Qırmızı qərənfil-şiddətli eşqdir.
    Bəyaz qərənfil-təmizlik və saflıqdır.
    Alabəzək qərənfil-nəşəli günlər və səadətdir.
    Sarı qərənfil-üzüntü və xəstəlikdir.
    Yaxaya qərənfil taxmaq-yüngülxasiyyətlikdir.
    Qərənfil çeynəmək-əndişədir.

    QƏSƏBƏ-Öünü balaca bir qəsəbədə görmək, içində dolaşmaq və ya kimisə axtarmaq-dedi-qoduya düşüb üzüntülərə dücar olacaqsınız.

    QƏSSAB-Röyada tanımadığınız bir qəssab görmək-Əzrayıl mələyiylə yozulur. Yuxuda qəssablıq edən üsyan edər, qoyun kəsən zülm edər. Qoyunun başını gövdəsindən ayırdığını görən adam arvadından ayrılacaq. İnsan əti yemək-başqasının arxasınca pis-pis danışmaqdır. Əlini qanla yaxalayan-muradına çatacaq.

    QƏTL-QIRĞIN-Röyada qırğın, qarət görmək-yünkül bir xəstəliyin başlanğıcı kimi yozulur.

    QƏHVƏ-Röyada qəhvə içmək, cavan oğlan üçün-yabancı bir məmləkətdə yurd salıb xoş ömür sürməyə; orta yaşlılar üçün-cəsarətli bir cəhddə bulunub bəxt, qismət tapmağa; gənc qız üçün-varlı bir gənclə evlənməyə; evli qadın üçün-fitnə-fəsadçı bir yoldaşının təqsiri üzündən ən yaxın dostlarına güvənci, inamı itirməyə yozulur.

    QƏHVƏXANA-Röyada qəhvəxana önündən keçmək-yaxınlarda alacağınız bir təklifin aldadıcı olduğuna və bu səbəbdən diqqətli olmağın gərəkliyininə; qəhvəxanada oturmaq-uğur gətirəcək bir işi öz üzərinizə göyürəcəyinizə işarə sayılır.

    QƏHVƏ ÇÖKÜNTÜSÜ-Ömrün uzun və xoşbəxt olacağına yozulur.

    QƏHQƏHƏ-Röyada qəhəqəhə ilə gülmək-xeyrə yozulmur, pis xəbərə işarədir.

    QƏHRƏMAN-Adı tarixlərə düşmüş bir qəhrəmanı yuxuda görmək-indiyə qədər olduğu kimi, bundan sonra da doğruluqdan ayrılmadığınız təqdirdə həyatınızın bütün dövrlərində uğurlarınız davam edəcəkdir. Qarşıda sizi parlaq bir istiqbal gözləyir.

    QƏFƏS-Gözləmədiyiniz bir vaxtda böyük sıxıntıya düşəcəksiniz.

    QİYAMƏT (məşhər)-Röyada qiyamət gününü görmək-röya sahibinin itaətsizlikdən və çirkin şeylərdən çəkinməsini, günah işlərdən sakınmasını ifadə edir.
    Yuxuda qiyamət günün görülməsi, eyni zamanda, ədalətə, insafa və məzlumunzalımdan intiqamında da yozula bilir. Yalnız öz üzərində qiyamət qopduğunu görən adam ölür.
    Qiyamət-qan tökülməsi, xalq arasında fitnə-fəsada, ixtilaf, savaş, qovğa və sair bu kimi məşhər əlamətlərinin zühur etməsini ifadə edir.
    Röyada qəbirlərin yarılıb açıldığını və ölülərin qəbirdən çıxdığını görmək-o yerdə haqqın-ədalətin yayğın olduğuna işarə sayılır.
    Röyada qiyamət qopduğunu və dünyanın əvvəlki halına qayıtdığını görmək-bir qövm tərəfindən ediləcək zülmə, haqsızlığa yozulur.
    Yuxuda qiyamət qopduğunu görmək-düşmənin bəd əməllərindən qurtarmağa və ya qiyamətin qonduğu yerdə camaat arasında bir fitnə-fəsad törədəcəyinə işarədir.

    QİYMƏ (döyülmüş ət)-Bolluq və bərəkət anlamına gəlir.

    QIZARTMA-Yuxuda özünün balıq, quzu əti və ya badımcan qızartdığını görmək, yaxud başqasını mətbəxdə bu iş başında seyr etmək-ciddi sonuclar verəcək bir qovğanı xəbər verir.

    QIZIL-Yuxuda qızıl görmək həm Qərb, həm də Şərq yuxu yozucuları tərəfindən, ümumiyyətlə, xeyrə yozulur, firəvanlıq və sağlamlıq deməkdir. Yuxuda qızılın başqa bir mənası ümid və parlaq gələcəkdir.
    Qızılla bağlı digər yozumlar:
    Qızıl bilərzik və ya əsil qızıl-şəxsi ləyaqət hissi və xətir-hörmət get-gedə artacaq.
    Hər iki əlin birdən qızıl olduğunu görmək-iflic xəstəliyinin yaxşılaşacağına işarədir.
    İki gözün birdən qızıl olduğunu görmək-verdiyini qərar tamamilə doğru və yerindədir.
    Özünün qızıl zinət şeyləriylə bəzənmiş görmək-var-dövlətə və işində yüksəlməyə yozulur.
    Başqasından qızıl almaq-adlı-sanlı bir adamdan gözləmədiyiniz halda böyük maddi və mənəvi yardım alacaqsınız.
    Qızıl xəzinəsini görmək-xoşbəxtliyə və röya sahibinin istədiyi qədər oğul-uşaq yiyəsi olacağına yozulur.
    Bir torba qızıl görmək-yeni işlər ortaya çıxacaq və böyük miqdarda pula sahib olacaqsınız.
    Qızıl saymaq-qısa sürən bir xəstəlik asanca dəf ediləcək.
    Qızıl tökmək-bir eşq uğruna, ancaq sonradan vicdan əzabına yozulur.
    Qızıl zəncir-xeyir xəbər alacaqsınız.

    QIL KÖRPÜ-Röyada özünü axirətdə qil körpünün üstündə duran görmək-işləriniz düzələcək, arzu və istəkləriniz başa gələcək.

    QILINC-Röyada qılınc qurşadığını görmək-böyük bir vilayətə vali olacaqsınız. Qılıncın ağır olduğunu və sizi əydiyini görməniz-valisi olduğunuz vilayətdə qüvvətlənərək yüksələcəksiniz.
    Qılıncın asqısının kəsildiyini görmək-o vilayətin gözəlliyinə işarədir.Ərin arvadına, yaxud arvadın ərinə yuxuda qılınc verməsi-ailənizdə bir oğlan uşağı doğulacaq.
    Dəmir, mis, qalay və ağacdan olmaqla dörd qılınc qurşadığını görən adamın dörd oğlu olacaq. Dəmir qılınc-güclü, qüvvətli oğula; mis qılınc-zəngin və bol gəlirli oğula; qalay qılınc-qadın təbiətli qorxaq oğula; taxta qılınc-böhtançı, fəsadçı oğula işarə sayılır.
    Röyada qılıncı qınından çıxarmaq və onun kirli-paslı olduğunu görmək-çirkin oğlan uşağına yozulur. Qılıncın qında qırılmış olduğunu görmək-uşaq anasının qarnındaykən öləcək. Qılıncı qınından dartıb sıyırmaq, qılıncın parlaq və kəskin olduğunu görmək-röya sahibi haqq söz söylər; qılınc parlaq deyilsə-söylənən sözlər batil və mənasızdır.
    Röyada qılınc sıyırmaq-yuxuna görən xalqdan şahid istəyəcək və xalq tərəfindən təqdir ediləcəkdir.
    Qılıncın korşalıb kəsmədiyini görmək-röya sahibinin daha sözünü eşidən yoxdur deməkdir.
    Birisinin yuxuda üstünüzə qılınc çəkməsi-o adamın sizə deyiləsi sözünə işarədir. Birini qılıncla vurmaq və qan çıxdığını görmək-qılınc vuranın deyəcəyi söz doğrudur.
    Röyada görülən qılınc-ruzunu, mal-mülkü və elmi, biliyi də ifadə edir.

    QILCIQ-Röyada balıq qılcığı-mal-mülk və pul itgisinə işarə sayılır.

    QIRMAQ (sındırmaq)-Röyada hər hansı bir şeyi qırmaq o qədər də pis əlamətə yozulmur.
    Cavan oğlanın yuxusunda çini qab-qacaq və s. qırması-verdiyi sözü, müqaviləni və ya nişanlanma işini pozacağına, sonralar bunun onun özüyçün xeyirli olacağına, böyük bir fəlakəti dəf edə biləcəyinə yozulur. Orta yaşlılar üçün bu röya-iş həyatında diqqətli və ayıq olmağın gərəkliyini göstərir. Daha yaşlı adamlar da bu cür yuxu görərsə, tədbirli və təmkinli olmalıdırlar.

    QIRMIZI (mebel) AĞAC-Röyada qırmızı ağac görmək, yaxud mebel almaq-gözəl, yaraşıqlı evə işarə sayılır.

    QISRAQ (madyan)-Muradınıza yetişəcəksiniz.

    QIÇ-Röyada gözəl bir qadıın qıçı görmək-istədiyiniz və arzuladığını şeylərə əsla nail ola bilməyəcəksiniz.
    Zəif və qyışbaldır adam görmək-zəif və qüdrətsiz bir duruma düşməkdəsiniz.
    Qıçın əzilib zədələnməsi-kədər və üzüntüyə işarədir.
    Qıçlarınızı kəsik görmək-nəşəyə və sevincə yozulur.
    Gözəl qıçlara malik olub güzgüyə baxmaq-dostlarınız və ailə üzvləriniz sizi əvvəlki kimi sevirlər.
    Röyada hər hansı bir kimsənin qıçlarını tutmaq-əndişə və kədərə işarə sayılır.
    Qıçları olmayan adam görmək-işlərinizin çox ləng getdiyini və başınızda bir fəlakətin dolaşmaqda olduğunu göstərir.

    QIÇLARIN ARASI (qadında)-Bir qadının qıçlarının arasına şəhvətlə baxmaq və toxunmaq-ikrah doğuran, xoşagəlməz işlə, yəni qeyri-qanuni alış-verişlə məşğul olmağa işarədir. Bilmədən çılpaq qadının ən məhrəm yerinə baxmaq-çətin narahat bir işə yozulur.

    QOV-Röyada qovlu çaxmaqdan istifadə etmək-işdə uğur qazanılacağına yozulur.

    QOVAQ-Röyada qovaq ağacı-ev=eşik sahibi olacağınıza işarədir.

    QOVĞA-Röyada birisiylə qovğa elemək-əvvəlcə xoşa gəlməyən, lakin sonu yaxşı olan dəyişiklik olacağına işarədir. Tanış bir adamla qovğa etmək-bəzi özünə aid olmayan məsələlər ucbatından sıxıntıya və üzüntüyə düçar olmaqdır. Yaşlı adamlar üçün bu röya etimad etdiyi birinin xəyanətinə; pozğun qadın üçün-öz qüsuru və günahı üzündən qovğaya düşəcəyinə; daha yaşlılar üçün-çox danışan birisiylə qovğada qalib çıxmağa yozulur.

    QOVUN-Qarşıda sizi həyatınızda baş verəcək bəzi mühüm dəyişikliklər gözləyir.

    QOYUN-Röyada qoyun-qadın anlamına gəlir. Qoyun almaq, əldə etmək-evlənməyə işarədir. Bir qoyunu qabağına qatıb aparmaq-bir qadının ardınca düşməyə, lakin məqsədə və murada çatmayaraq geri dönməyə yozulur. Qoyun sağmaq-röya sahibi həmin il xeyirli bir iş apacaqdır.

    QOYUN PENDİRİ-Xeyrə yozulmaz, bir xəstəliyin işarəsi olaraq qəbul edilir.

    QOZA-Yuxuda qoza-yaxında ev-eşik sahibi olacağınıza yozulur.

    QOL-Röyada iki qolunu yuxuda görən adamın iki yaxşı dostu olacaqdır.

    QOL SAATI-Başqasına bağışlamaq üçün röyada qol saatı almaq və ya vermək-insanların gələcəyinin bir-birinə bağlı olduğunu, yaxud yaxın vaxtlarda bir-birinə yardım edəcəklərini göstərir. Saat almaq və ya satmaq-röya sahibi ilə onun böyükləri arasında bir dartışma olacağını xəbər verir.

    QOLTUQAĞACI-Birisinin sizə yardım edəcəyini göstərir.

    QONAQ-Yuxuda tanımadığınız və ya xoşunuz gəlməyən adamlarla bir qonaqlığa getmək-zəhləniz gedən bir adam tərəfindən narahat ediləcəksiniz. Bir dostunu və ya yoldaşını ziyarət etməyə getmək-gözləmədiyiniz böyük xoşbəxtlikdən xəbər verir.
    Xoşunuza gəlməyən bir qonağı qəbul etmək-peşmançılığa, ümidsizliyə yozulur. Gələn qonaq ürəyinizcədirsə-sizə səadət gətirəcək bir hadisəyə işarədir. Əgər həmin qonaq qürbətdədirsə-bu röya onu öz vətəninə dönəcəyi anlamına gəlir.

    QONŞU-Qonşusunu yuxuda görən adamın bir qohumu yaxşı günlərdə ona qonaq gələcək.

    QORXU (qorxmaq)-Qayğı və tasayla yozulur. Allahdan qorxan bəlalardan qurtular.

    QORXUNC RÖYALAR-İnsanlar yuxuda qorxunc röyalar da görüb və bundan çox narahat olurlar. Hətta günlərlə o qorxulu röyaların təsiri altında qalırlar. Lakin bu cür yuxuların çox vaxt gerçəkliklə əlaqəsi olmur və mədə rahatsızlığından irəli gəlir.

    QOTAZLI QAYTAN-Röyada pərdə və s. üçün istifadə olunan qotazlı qaytan görmək-gec0tez muradınıza, arzularınıza qovuşacaqsınız.

    QOTUR-Röyada qotur-vəba xəstəliyidir. Qotur olduğunu görmək və ya qaşınmaq-yaxın adamlarınızdan sizə yetişəcək üzüntüyə, kədərə, çətinliklərə işarədir.
    Yuxuda qoturluq, keçəllik-kasıblığa və çoxlu uşaq istəməyə də yozulur. Qoturla bərabər, qan və irin də görmək-məqsədinizə çatacaqsınız deməkdir.
    Yuxuda bədənini qaşıyan adam yaxın adamlarının zəhmətinə, əzab-əziyyətinə qatlaşacaq.
    Röyada qotur bir adam görmək-üzüntü və kədər anlamındadır.

    QOXULAMAQ-Röyada gözəl ətirli bir şeyi qoxulamaq-yüngül bir xəstəliyə işarədir. Bu qoxu pis və ağır olarsa, röya sahibi acı və çirkin bir sözə, yaxud bir tasaya tuş gələ bilər, özünü qoruması gərəkdir.

    QOÇ-Röyada qoç-şərəfli və etibarlı bir adamın rəmzi kimi qəbul edilir.
    Yuxuda qoç bunuzu almaq-yüksək mövqeli və mötəbər bir adam başlayacağınız işə əngəl törədəcək. Qoç yunu almaq isə, şərəfli və mötəbər bir adam tərəfindən sərvətə malik olacağınızı göstərir.

    QOÇ QOYRUĞU-Qoç quyruğu almaq-möhtərəm və etibarlı bir adamın işinə və malın aortaq olmaqla bərabər, röya sahibi qızını da ona nigahlayacaq.
    Qoyun içalatından bir çey aldığını görən adam şərəfli və yüksək bir məqama yetişəcək.
    Qoç əti yemək-şöhrətli və mötəbər bir adamıöldürməyə işarədir.
    Bir suru qoçun boğazlandığını görmək-bəlkədə hərb və ya iftişaş nəticəsində bir çox adamın öldürüləcəyinə yozulur. Qəssabdan qoç almaq-şərəfli və yüksək mövqeli bir adamın röya sahibinə yardımına və onun ölüm təhlükəsindən qurtulmasına, yaxud bir çox dava-dərmanla onun ölümdən xilas olmasına işarədir.
    Yuxuda qoç bəsləmək-düşmənə qalib gələcəksiniz. Qoçun dərisini soymaq-düşməndən mal alacaqsınız. Öz evində soyulmuş qoç görmək-röya sahibi yaxınlarından birini itirəcək. Qoç ətindən kabab tutmaq-röya sahibinin xəstəliyinə və ya dövlət başçısından cəza alacağına yozulur. Röyada bir adama qoç verilərsə, həmi adam rəhbər vəzifəyə keçəcək, vali olacaq.
    Qoyunu qoç şəklində görmək-röya sahibinin arvadı uşağa qalmayacaq. Əgər arvadı yoxdursa, bu röya onun hörmət-izzət sahibi olacağını, düşməni üzərində qalib çıxacağını xəbər verir.

    QOŞULUB QAÇMAQ-Röyada sevdiyinizlə bərabər qoşulub qaçmaq-həyat yoldaşı sevdiyiniz adam bəyəniləcək və quracağını ailə həyatında birlikdə xoşbəxt olacaqsınız. Gizlicə qoşulub qaçan qoşa sevgiliyə yoldaşlıq etmək-bəziləri öz şəxsi problemlərini yoluna qoymaqdan ötrü sizinlə yaxınlaşacaq. Məsləhət üçün sizə yanaşacaqlar. Böyüklərin icazəsi olmadan qoşulub qaçan sevgililər barədə qəzet və ya məcmuələrdən xəbər oxumaq-bir toplantıya, əyləncəyə dəvət ediləcəksiniz və o əyləncənin sizin üçün əhəmiyyətli sonucları (nəticələri) olacaqdır.

    QOCA QARI-Röyada qoca qarı (çirkin, ixtiyar qadın) görmək-iş həyatı və peşəylə bağlı bir istəyin gerçəkləşməsi kimi yozulur.

    QRAMMOFON VALI-Qarşıdan gələn günlərdə şən və şaqraq dəqiqələr keçirəcəksiniz deməkdir.

    QRAFİN-Röyada içi su dolu qrafin görmək-sadə və hay-küysüz bir ömür sürəcəksiniz.
    Boş qrafin-ayağı sürüşkən bir qadınla dostluq edəcəyinizə işarədir.

    QRİM-Röyada qrim yapıldığını görmək-qısa ömürlü, lakin dadlı bir eşq həyatı sürəcəyinizə işarədir.

    QU QUŞU-Yuxuda qu quşu görən adam açıq ürəkli, təmiz qəlbli bir adamdır.

    QUDUZ-Röyada quduz it görmək-bəzi olaylardan və adamların hərəkətlərindən gərəksiz yerə əndişəyə düşdüyünüzü və bu səbəbdən də yanlış davranışlara yol verdiyinizi, qorxunuzun əbəs olduğunu göstərir.

    QUYRUQLU ULDUZ (kometa)-Böyük bir sərvətə yaxınlaşdığınızı, bəxtin açılacağını xəbər verir. Sərvətin böyüklüyü ulduzun parlaqlığı ilə ölçülür.

    QUYU-Röyada quyudan su içmək, kişi üçün-tutduğu pis bir işdən dolayıittiham edilməyə; orta yaşlı kişi üçün-yeni bir gəlir yeri tapacağına; gənc qadın üçün-təklif alacağına; evli qadın üçün-təhlükəli bir duruma düşəcəyinə işarə sayılır.

    QUZĞUN-Röyada quzğun görmək-bəzi dostlarla aranızin pozulacağına, umu-küsülərin ortaya çıxacağına işarədir.
    Yuxuda üstünə quzğun düşdüyünü görən adamın yolu kəsilər.

    QUZU-Röyada quzu görmək və ya quzu tapmaq-gözəl bir uşağınız doğulacaq, bu uşaq ata və anasına sadiq xidmətçi olacaq. Yuxuda quzu kəsmək-ululuğa işarədir. Başqa yozumlara görə isə, bu röyanı görən kəsin uşağı, yaxud ailə üzvlərindən biri vəfat edəcək.

    QUZUQULAĞI-Aranız dəymiş bir dostunuzla barışacaqsınız.

    QUL (kölə)-Röyada qul görən və ya kölə, yaxud xidmətçi satın alan adam xeyrə və bərəkətə qovuşar, düşmən üzərində qələbəyə nail olar. Əgər kölə göyçək və qara olarsa, bu yuxu xeyrə və bərəkətə yozulur. Kölə çirkin və zəif görülərsə, bu röya tasa və sıxıntını bildirir.

    QULAQ-Röyada qulağın kirini yumaq-çox sevincli xəbərlərə işarədir. Başqasının qulağının çirkini təmizləmək-röya sahibinin xain və hiyləgər adamların bəd niyyətlərinə mane olmaq və onlardan gələ biləcək ziyankarlıqları yox etmək gücünə, qüdrətinə yozulur.

    QULP-Röyada qulp dinlə ilgilidir. Bir şeyin qulpundan tutmaq-dinə sıx bağlılıqdır.
    Qulp tutmaq və ya düymə düymələmək-hər ikisi qadın simvolu olub, röya sahibinin arvadını ifadə edir. Subay adam belə yuxu görərsə evlənəcək.

    QUM-Var-dövlətə yozulur.

    QUMAR-Röyada qumar oynandığının görülməsi-röya sahibinin ehtiraslı xarakterə malik olduğunu və bunun ona baha başa gələcəyini xəbər verir.

    QUMAŞ-Sıxıntıya,üzüntüyə yozulur.

    QUMRU-Erkək qumru quşu röyada şer deyən, yaxud gözəl şərqi oxuyan bir adama işarədir. Yuxuda qumru görmək-xeyrə və nəşəyə qovuşacağına, bir istəyin yerinə yetəcəyinə yozulur.
    Qumru quşunu məhzun və kədərli görmək-sıxıntılardan və kədərdən qurtuluşdur. Yazda yuxuda qumru görmək-röya sahibinin muradı yazda hasil olacaq. Erkək qumru quşu-hamilə qadının oğlan uşağı dünyaya gətirəcəyinə və nemətə; dişi qumru quşu-dindar qadına işarə sayılır.

    QUNDAQ-Röyada çağa qundağı görmək-yaxın vaxtlarda muradınıza çatacaqsınız.

    QUNDUZ-Dadlı bir eşq həyatının başlanğıcı olaraq yozulur.

    QURAQLIQ-Bolluğa və bərəkətə yozulan yuxulardandır.

    QUR`ANİ KƏRİM-Röyada Qur`an ayələrini, yaxud Qur`an oxumaq-xidmət, şərəf, sevinc və yardımı ifadə edir. Yuxusunda əzbərdən Qur`an ozuduğunu görən adamtələblərində, şikayətində haqlıdır. O adam verdiyi sözə əməl edər, ədalətli hökm verər və pislikdən uzaq olar.
    Mənasını bilərək Qur`an oxuduğunu görmək-röya sahibinin ağıl və zəkasını göstərir.
    Cahil bir kimsə röyada Qur`an oxuduğunu görərsə, öləcək. Yuxuda çılpaq Qur`an oxuduğunu görən adam nəfsinin əsiri olan adamdır.
    Röyada Qur`anı yediyini görən kimsə Qur`an oxumaqla keçinən, ruzu qazanan adamdır. Qur`anı oxuyub başa çıxmaq-röya sahibi arzuladığı şeyi əldə edəcəkdir.
    Röyada Qur`an dinlədiyini görən bir adamın dövləti və sərvəti qüvvətli olar, hiyləgərlərdən qorunar. Bilmədiyi bir ayəti oxuyan kimsə xəstədirsə şəfa tapacaq.
    Yuxuda Qur`anı diliylə yalayan adam günaha batacaq.
    Röyada xəstənin üstündə Qur`andan surələr oxumaq-sevincə, fərəhə, ruziyə və ailədə Qur`an oxuyacaq bir uşağın doğulacağına işarədir.
    Röyada Qur`an oxuduğunu görən adam qüdrət və ucalığa qovuşacaq, günahkarsa-tövbəsi qəbul olunacaq, kasıbsa-varlı olacaq, borclu isə-borcunu ödəyəcək, şahidlik etməli olsa-haqqın tərəfində duracaq, onda olan bir əmanəti sahibinə təslim edəcək.
    Gözəl səs və avazla Qur`an oxuduğunu görmək-qüdrət, ucalıq və gözəl şöhrət yiyəsi olmaqdır.
    Röyada Qur`an oxuduğunu və başqalarının da onu dinlədiyini görən adam bir yerə məmur olacaq, onun əmr və yasaqları qəbul ediləcəkdir. Ölü üstündə oxunan surələri oxumaq-xəstənin öləcəyinə işarə sayılır.
    Yuxuda Qur`ani-Kərimi cırıb parçalamaq-Müqəddəs Kitabı inkar etməyə yozulur.
    Xəstə birisinin yuxuda Qur`anı-Kərimi görməsi-o adam xəstəlikdən qurtulacaq. Qur`anı-Kərimi satın alamaq-hər cür bəd əməldən çəkinib uzaq olmağa işarədir.

    QURBAĞA-Yuxuda qurbağa görmək və ya səsini eşitmək-bir toplantıda rəis, yaxud rəhbər bir işə seçiləcəksiniz. Qurbağanı hopbana-hopbana gedən görmək-izlənirsiniz deməkdir.
    Röyada qurbağa əti yediyini görən adam qohumlarından və qonşularından, az da olsa, bir mənfəət əldə edəcəkdir.

    QURBAN BAYRAMI-Röyada qurban bayramı-keçmiş bir nəşə və sevincin təkrar qayıtmasına, hər cür ölüm və təhlükədən qurtuluşa yozulur.
    Özünü qurban bayramında görmək, röya sahibi kölə isə-azad ediləcək; həbsdə isə-qurtulacaq; borclu isə-borcunu ödəyəcək.
    Özünü ramazan bayramı günündə görmək-üzüntü və kədərdən qurtulacaq, sevincə, nəşəyə qovuşacaqsınız, işləriniz asanlaşacaqdır. Malı zay olan, yaxud zərərə uğrayan adama o malın əvəzi, dəyəri ödənəcəkdir.

    QURBAN KƏSMƏK-Röyada dəvə, sığır və ya qoyun boğazladığını görən kimsə cariyə, yaxud köləsini azad edəcək, borclu isə-borcundan qurtulub var-dövlətə qovuşacaq, niyyət edibsə-Həccə gedəcək, xəstə isə-yaxşılaşacaqdır.
    Kəsdiyi qurbandan bir şey saxladığını görən yalan danışar, etiqadında təmiz olmaz.
    Röyada qurban əti payladığı görən adam üzüntülərdən və kədərdən qurtulacaq, qüdrət və şərəf sahibi olacaqdır.

    QURĞUŞUN-Röyada qurğuşun mədəni, yaxud silah qurğuşunu görmək-işlərinizdə bəzi uğursuzluqlara uğrauyacaq, ətrafınızdan xəyanət görəcəksiniz.

    QURD (canavar)-Yuxuda bir qurdun röya sahibinə hücum edib onu qovması-bu, çox təhlükəli röya olmaqla bərabər, sənə uğurla bitəcək bir işə işarə sayılır.

    QURD (soxulcan)-Röyada yaşıllıqlar arasında sürünən qurdlar, soxulcanlar görmək-dost-yoldaş bildiyiniz adamlar ucbatından sıxıntıya və əngəllərə düşəcəksiniz.

    QURU YONCA-Bol ruziyə işarədir.

    QURU MEYVƏLƏR-Ceviz, fındıq, fısdıq kimi quru meyvələr görmək-röya sahibinin qazanc və gəlirinin artacağına; onlardan birini sındırmaqxoşlamadığınız bir nəfərlə tanış olacağınıza;o meyvələrdən dadmaq, yemək-əndişəyə, narahatlığa yozulur.

    QURUMUŞ AĞAC-Bu cür röyalar yaxşılığa yozulmur, yoxsulluq, güzəranın çətinliyi və rahatsız olmaq anlamına gəlir.

    QURŞAQ-Röyada qurşaq-sağlam bir iş anlaşmasıəldə ediləcəyini xəbər verir.

    QUSMAQ-Oruclu bir adam röyasında qusduğunu və onu yaladığını görərsə, bu yuxu onun borcunu ödəyə bildiyi halda ödəmədiyini və dolayısıyla günahkar olduğunu göstərir.
    Röyada qusmaq-röya sahibinin haqsız almış olduğu bir şeyi sahibinə qaytarmasını, tövbə və peşmanşılığı ifadə edir. Yuxuda qan qusduğunu görən adam günah işləməkdən vaz keçər və haram mal qazanmağına peşman olar, ona tapşırılmış əmanəti öz sahibinə qaytarar. Yuxuda şərab içən və onu qusan kimsə haram bir malı ələ keçirər, sonra isə onu sahibinə verərək tövbə edər.
    Röyasında ağız dolusu acı sarfa qusduğunu görən adam bir cəzadan dolayı günah işləməkdən uzaq durar. Bəlğəm qusmaq-röya sahibi öz istəyilə günah işləməkdən vaz keçər.Röyada yediyini qusan adambaşqasına bəzi şeylər bağışlar.
    Röyada qusduğu yeməyi təkrar udan kimsə vermək istədiyi bəxşeyişdən vaz keçər. Röyada qusuntu yediyini görən mala-sərvətə, xeyrə və şöhrətə yetişər. Yuxuda qusaraq taqətdən düşmək-röya sahibi ölümə yaxınlaşır deməkdir.
    Bəzi yozumlara görə, yuxuda qusmaq-çox mal israf etməkdir. Eyni zamanda, qusmaq-kasıblar üçün xeyri, zənginlər üçün isə maldan zərəri ifadə edir.

    QUTU, SANDIQ-Röyada qutu, sandıq və s. bu kimi şeylər görmək-röya sahibi istəklərində ümudsizliyə qapılacaq, işsizdirsə-bu ümudsizlik onun həyatına təsir göstərəcək dərəcədədir.
    Qutu, sandıq, çamadan və s. toplamaq, onları sırayla yerləşdirmək, yaxud biryerə daşımaq-gözləmədiyiniz bir dəyişikliyə işarədir.

    QUŞ-Quşlara aid bütün röyalar xeyrə yozulur, xoş xəbərləri və müjdələri bildirir. Yuxuda quşu vurmaq və ya daş atmaq bəxtin əbədi olaraq bağlanacağına işarə sayılır.

    QUŞ BALASI-Röyada qaz balası görmək-gəvəzəliklə vaxt keçirdiyinizə və düzgün həyat tərzinin gərəkliyinə işarədir.

    QUŞARMUDU KOLU-Uzun ömrə yozulur.

    QUŞ QƏFƏSİ-Bu röya cavan oğlan üçün gözəl yuxulardan hesab edilir. Qəfəsdə quş görmək-səadətə, zənginliyə və uğura yozulur. Orta yaşlı adamlar üçün bu yuxu işdə çətinliklərə düşəcəyinə işarə sayılır. Yuxusunda qəfəs görən gənc qız tezliklə ərə gedəcək. Evli qadın belə yuxu görərsə, işləri bir-birinin ardınca çətinləşəcək. Yuxuda boş qəfəs-hər kəs üçün bir sürprizdir.

    QUŞQONMAZ (qulançar)-Yuxuda qulançar görmək-səhhətiniz dərhal düzələcək, xəstəlikdən qurtuluş yolu tapılacaqdır.

    QUŞ DİMDİYİ-Çox keçmədən dəniz səyahətinə çıxacaq və ya mənfəətli bir işə başlayacaqsınız.

    QUŞ YUVASI-Ağacda quş yuvası görmək-uyğunsuz yerləri ifadə edir. Hamilə qadının yuxuda quş yuvası görməks

    i-doğacağı anlamına gəlir.

    QÜBBƏ-Röyada qübbə-qadın deməkdir. Qübbə düzəltmək və ya satın almaq-evlənməyə yozulur.
    Röyada qübbə sahibi olmaq-vəzifə sahibi olmağa işarədir.
    Çoxlu qübbə və günbəz görmək, yaxud tikmək-röya sahibinin şan-şöhrətinin artacağını, iqtidar sahibi olacağını göstərir.
    Yuxuda qübbə və onun üstündə quş görmək-röya sahibi rütbəcə yüksələcək. Bulud üzərində qübbə tikmək-qadına, qüvvətə və xoşbəxtliyə qovuşmağa işarədir.
    Özünü çoxlu yaşıl qübbələr arasında görmək-röya sahibini gözəl işlər gördüyünə və şəhid olaraq öləcəyinə yozulur.
    Ev içində qübbə görmək-qadın tərəfindən əldə ediləcək yüksək məqam anlamına gəlir.

    QÜVVƏTSİZLİK (güzsüzlük)-Röyada adamın özünü gücsüz, zəif hiss etməsi-o adamın dininin zəif olduğunu göstərir.

    QÜLLƏ-Röyada qüllə görmək-yuxunu görən bəzi tərs davranış və düşüncələr içərisində vurnuxur.
    [

  6. #16
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Yuxu yozmaları L

    LABORATORIYA-Yuxuda laboratoriyada isləmək-röya sahibinin çox bilikli və yetgin bir adam olduğunu göstərir.

    LAVA-Röyada yanardağdan (vulkandan) axan lava görən adam bir eşq macərası yaşayacaqdır. Ancaq çox diqqətli olması gərəklidir.

    LAVANDA ÇİÇƏYİ-Anormal bəzi durumlarla qarşı-qarşıya qalına biləcəyinin bəlirtisi olaraq qəbul edilir. Lavanda çiçəyi qurusunu yastıq, yataq arasına qoymaq-qara sevda bəlirtisi kimi yozulur. Lavanda odekolonu isə müjdəyə yozulan röyalardan hesab edilir.

    LAĞIM-Yuxuda lağıma düşdüyünü görən adam iş həyatından dolayı asanlıqla qurtara bilməyəcəyi bir duruma düşəcəkdir. Röyanı görən qadınsa, dostu onu aldadaraq pulunu əlindən alacaqdır.

    LADİN (şam ağacı növü)-Röyasında ladin ağacı görən adam qısa zamanda muradına yetişəcəkdir.

    LAL-Özünü yuxuda lal və danışmayan görmək-dostlarınız fikir və düşmənlərinizi təqdir etmir və sizi anlamır deməkdir.

    LALƏ-Yuxuda lalələrlə bəzənmiş bir çəmənlik görmək-röya sahibi öz mühitində faydalı bir vəzifəyə təyin ediləcəksə də, bu vəzifə onun şəxsi rahatlığını və əmin-amanlığını pozacaqdır. Röyada lalə toplamaq-təhlükəli bir yoldaşlıqdan sonra vaxtında ayılıb işin fərqinə varacaq və bu təhlükəni aradan qaldıra biləcəksiniz.

    LAMPA-Röyada lampa yandırmaq və ya işığında oxumaq-bu röya cavan oğlan üçün müşkül və çətin bir duruma düşəcəyinə; orta yaşlı adam üçün-həyatda uğur qazanmaqdan ötrü hələ təcrübə sahibi olmadığına; gənc qız üçün-xoş və əyləncəli bir ziyafətə gedəcəyinə; yaşlılar üçün-yaxşı bir işdə gözlənilmədən bəxtinin gətirəcəyinə işarə sayılır.

    LAF ATMAQ (söz atmaq)-Röyada birisinə, yaxud gənc bir qıza söz atmaq-acizliyə işarədir.

    LACİVƏND (səmavi rəng)-Rəsmi bir toplantıya çağrılacaqsınız.

    LEYLƏK-Röyada leylək görmək yolçuluğa, səfərə yozulur, eyni zamanda, toplantı və ortaqlığı sevən kimsələri ifadə edir. Qış aylarında leyləkləri bir yerə toplanmış görmək-oğurluğa və ya yol kəsməyə, düşmənlə savaşa, havanın soyuq olmağına, üzüntü və iztiraba içarədir. Leyləklərin dağınıq olduğunu görmək-səfərə çıxmaq istəyən, yaxud səfərə ərəfəsində olan adam üçün xeyrə əlamətdir. Röyada leylək görmək-evə qonaq gələcəyini də ifadə edir.

    LEHİM-Röyada bir tənəkə lehimlədiyini görən adam başladığı işi uğurla sona çatdıracaqdır.

    LEHİMÇİ-TƏNƏKƏÇİ-Röyada lehimçi-tənəkəçi görmək-qadının xəstələnəcəyinə işarədir.

    LEŞ-Çox pis bir xəbər alacağına işarə sayılır.

    LƏYƏN-Evlənməyə yozulur.

    LƏKƏ-Bir adamın yuxuda öz paltarında ləkə görməsi-üzüntüyə və kədərə; günəşdə ləkə görmək-qorxu və dəhşətə işarədir.

    LİKÖR-Röyada bir toplantıda likör içdiyini görən adamın başına pis bir iş gələcək.

    LİLİPUT-Səhnədə və ya başqa bir yerə liliput görmək-xeyrə yozulur, dərd-sərinizin yuxuda görülən balacaboy insanlar kimi xırda və əhəmiyyətsiz olduğunu göstərir. Röyada bir liliputa yardımda bulunmaq-əvvəllər kiməsə eləmiş olduğunuz yaxşılıq uzun zaman unudulmayacaq və bəlkə də ehtiyac duyduğunuz bir məqamda bunun əvəzini, mükafatını görəcəksiniz.

    LİMAN-Yuxuda liman görmək-gələcəkdə çox məsud və xoş olaylara şahid olacaqsınız.

    LİMON-Röyada limon görmək-birisini qınamaq, məzəmmət etməkdir. Yuxuda görülən limon sarıdırsa və röya sahibi tərəfindən yeyilmişsə-malı, var-dövləti ifadə edir. Yaşıl limon sarı limondan daha xeyirli yuxudur. Röyada birisi birisinə limon verərsə, limon verən alanı qınayacaq, utandıracaq. Yuxuda limon ağacı görmək-varı və xeyirxahlığıyla məşhur, lakin nəfsində, tədbirlərində doğru olmayan qadına yozulur.

    LİMONAD-Yuxuda limonad içmək-xoş xəbər alacağınıza yozulur.

    LİRƏ (pul)-Röyada yoldan bir lirə tapmaq-uzun bir səfərə çıxılacaq deməkdir.

    LOBYA-Röyada lobya görmək və ya lobya xörəyi yemək-hər sirrinizi dostlarınıza açır və bu səbəbdən də daima zərər görürsünüz.

    LOBYA SALATI-Yuxuda lobya salatı yeyən adamın yaxın günlərdə əlindən pul gedəcəkdir.

    LOVĞA, ƏDABAZ ADAM-Yuxuda lovğa və ədabaz bir adam görən şəxs ətrafındakıların sevgisini və etibarını qazanacaq, çətinbir mübarizədən zəfərlə çıxacaq, sevgisi qarşılıqlı olacaq, sağlığı (səhhəti)düzələcəkdir.

    LOPABIĞ-Röyada lopabığ bir adam görmək-macəralı bir eşq həyatına başlamaq üzrəsiniz deməkdir.

    LORD-Röyada bir lord, daha doğrusu, ingilis lordu görmək-fırıldağa düşəcəksiniz.

    LOTEREYA-Röyada lotereyasını udduğunu görən adam, gözləməriyi halda, çox xeyirli bir sərvətə qovuşacaq. Lotereyanın uduşa düşməməsi-həyatda irəli gedə bilmək üçün başqa imkanlar tapılacağına yozulur.

    LOXMA-Xeyrə yozulmaz, ümumiyyətlə, ölüm xəbərinə işarə sayılır.

    LÖVHƏ-Röyada lövhə görmək-yaxın vaxtlarda xeyirli bir səfərə çıxacaqsınız.

    LÜT PEYĞƏMBƏR-Röyada Lut peyğəmbəri görən adam düşməninə üstün gələcək və onun bütün düşmənləri Allah tərəfindən yeniləcəkdir. Əgər xalq Lut peyğəmbərin dövdündəki kimi bədxahlıq və əxlaqsızlıq yolundadırsa, onda onlar məhv olacaq, şəhərləri alt-üst ediləcəkdir. Bir qadın yuxuda həzrəti lütün qarısını görərsə, o qadın öz ərinə itaət etməz, varını-dövlətini israf edər. Lüt peyğəmbərin ailəsini yuxuda görmək-o yerdə yaşayan qadınlar haqqında fitnə-fəsad törəyəcək.

    LÜĞƏT (sözlük)-Röyada açıq lüğət kitabı görmək-əzmkar və diqqətli olmağınız sayəsində çoxlu pul qazanacağınıza işarədir. Bağlı lüğət kitabı-dostlarınızın haqqınızda söylədiyi gurultulu sözlərə və təriflərə uymamağın gərəkliyini ifadə edir.
    [

  7. #17
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Yuxu yozmaları M

    MAAŞ (aylıq)-Yuxuda maaş aldığını görmək-əldən böyük miqdarda pul çıxacağına, lakin bu çıxan pulun iki mislinin əldə ediləcəyinə işarə sayılır.

    MAVİ RƏNG-Röyada xoşbəxtlik sırasına görə düzülmüş rənglər cədvəlində mavi rəngi görmək-ailənizdə hökm sürən səadətdən və məhəbbətdən xəbər verir. Rənglər cədvəlində mavi ən uğurlu rəng olan qırmızının altındadır. Yuxuda mavi səma görmək-eşqdə sədaqəti ifadə edir, səadət və əmin-amanlıq deməkdir. Röyada mavi cisimlər-dostların çevrəsində olduğunuza işarə sayılır.

    MAQNİT-Uğurlu bir eşq həyatının xəbərçisi olaraq yozulur.

    MAĞAZA-Yuxuda mağaza görmək cavan oğlan üçün-faydalı bir işə; orta yaşlı və təcrübə sahibi adamlar üçün-karlı və qazanclı güzərana, ruziyə; qadın üçün-ailə həyatında xoşbəxt və xoş bir ömür sürəcəyinə yozulur.

    MAĞARA-İnsanın yuxuda mağara görməsi-röya sahibi müəlliminin, atasının, ustadının, həyat yoldaşının himayəsinə sığınacaq deməkdir. Yuxuda mağara, bəzən, işlərini başqalardan gizli saxlamağa, boşda qalmış adam üçün vəzifə almağa, sıxıntılardan qurtulmağa da yozulur. Röyanı görən xəstə və ya həbsdə isə, bunlardan qurtulacaq. Başqa bir yozuma görə isə, mağara görmək-röya shibinin ömrünün uzunluğuna və xeyrinin, faydasının çoxluğuna işarə sayılır. Yuxuda mağaraya girdiyini görən adam bir idarəçiyə, qüvvətli və qüdrətli bir kimsəyə kələk gələr.

    MAZI (bitki)-Röyada mazı yeməyi yemək-özünüzdən yaşca kiçik yaxın bir adamınızla olmuş anlaşılmazlıq aydınlaşdırılıb yoluna qoyulacaqdır.

    MAY AYI-May ayını, bu ayla ilgili günləri yuxuda görmək-bolluğa, bərəkətə yozulur.

    MAY BÖCƏYİ-Yaxın günlərdə bacarıqlı və işbilən bir adamla qazanclı işlərə girişəcəyinizə işarədir.

    MAYA (acıtma)-Ruh düşgünlüyü anlamına gəlir. Mayanın daşıb qabardığını görmək-könül xoşluğuna yozulur.

    MAYAK (dənizdə)-Röyada gəmiylə güdərkən mayak görmək aydınlığa və səadətə işarədir, arzu və əməlləriniz həyata keçəcək deməkdir.

    MAYALLAQ AŞMAQ-Röyada başı üstündən mayallaq aşmaq-hərəkətlərinizdə daha ciddi və təmkinli olmağın gərəkliyinə işarə sayılır.

    MAYONEZ-Qərb ölkələrində səyahət ediləcəyinə yozulur.

    MAKARA (ip çarxı)-Röyada iplik sarınmış makara görmək-işlərin asanlaşacağına və düzgünlüyünə; quyu və tros makaraları isə-çox zəhmətli işlərər yozulur.

    MAKARON-Acgözlüyə və qarınqululuğa işarədir.

    MAL-QARA-Röyada öküz, inək, sığır və s. kimi iribuynuzlu mal-qara görmək-uğur və qazanc anlamına gəlir. Cavan oğlan üçün bu röya-həyatda uğur və qazanc kimi yozulur. Daha yaşlı kişilər üçün-mirasa qovuşmaq şəklində mənalandırılır. Gənc, ərə getməmiş qız belə röya görərsə, varlı bir adamla evlənəcək. Evli qadının yuxuda mal-qara görməsi-onun bir malikanəyə sahib olacağını xəbər verir. Əgər gördüyü heyvanlardan biri onun arxasınca gəkirsə, heç gözləmədiyi bir sərvətə, var-dövlətə yetişəcək.

    MALİKANƏ-Röyada bir əkinçiylə çənə-boğaz döymək-mühüm bir məsələnin aydınlaşdırılmasında ustalıq göstərəcək və lazımlı bir adamı məmnun edəcəksiniz. Malikanədə (təsərrüfatda) istifadə olunan maşınlar almaq-başqa bir şəxsin yapacağı xətadan (o xətada sizin heç bir suç və məsuliyyətiniz yoxdur) sonra işinizi daha da artırıb inkişaf etdirmək üçün əlinizə fürsət düşəcəkdir. Bir malikanədə dincəlmək, istirahət etmək-istirahətdən qayıtdiqdan sonra xoş xəbərlər alacaqsınız.

    MAMAÇA-Hamilə qadının yuxuda mamaça görməsi-onun sağlam və gözəl bir cocuğu olacağına işarə sayılır.

    MANDARİN-Röyada mandarin yemək-cənub bölgələrinə nəşəli bir səyahətə çıxacağınıza işarə sayılır.

    MANDOLİNA (musiqi aləti)-Yuxuda mandolina görən-yaxın dostlarıyla nəşəli günlər keçirəcəkdir.

    MANTI (xəmir yeməyi)-Yuxuda mantı yediyini görən adam ən yaxın dostlarından birinin xəyanətinə məruz qalacaq və bundan əzab çəkəcəkdir. Nə qərbli, nə də şərqli röya yozucuları mantı ilə ilgili yuxuları xeyrə yozmurlar. Sarımsaqlı mantı yemək isə ölüm xəbəri olaraq açıqlanır.

    MANTO (qadın paltosu)-Bu cür röya görən adam yaxın günlərdə böyük bir sıxıntı içinə düşəcəkdir.

    MARQARİN-Yuxuda marqarin yemək-mədə xəstəliyinə yozulur.

    MARKA-Girişəcəyiniz işdə ziyana düşəcəksiniz.

    MARMELAD-Röyada marmelad yemək-əvvəli pis şərtlərlə başlayan bir işin sonda uğurla bitəcəyinə dəlil olaraq qəbul edilir.

    MARS-İnasnın yuxuda mars ulduzunu görməsi və ya seyr etməsi-pisliyə, əzab-əziyyətə, qorzuya, qan töküləcəyinə işarədir. Marsın göydən aşağı endiyini görmək-yanğına, zulmə, bağlı, kilidli şeylərin açılmasına, qadınları boşamağa, evlərin yıxılmasına yozulur.

    MASA-Yuxuda üstü hazır yeməklərlə dolu masa-zənginliyə, rifaha; üstü boş masa-kasıblığa əlamət sayılır.

    MASKA-Bəzi xəyalların gerçəkləşə biləcəyinə işarə sayılır.

    MASKALI ADAM-Röyada maskalı adam görmək-bəzi sirləriniz yaxınlarınız tərəfindən dilə-dişə düşəcəkdir.

    MASSAJ-Röyada özünü massaj etdirdiyini görmək-idmanın sizə yaradığına yozulur.

    MATARA (çiyindən asma su qabı)-Bir qismət işarəsi olaraq yozulur.

    MATƏM-Matəmlə ilgili röyalar, ümumiyyətlə, aydın günlərin xəbərçisi kimi yozulur.

    MATÇ (idman yarışı)-Röyada bir futbol matçına tamaşa etmək-vaxtınızı boş-boşuna keşirməkdə olduğunuza işarə sayılır.

    MAUZER-Röyada başqasının əlndə mauzer görmək-hiylə və fitnə-fəsada yozulur. Mauzeri öz əlində görmək-sakitliyə, əmin-amanlığa işarə sayılır.

    MAHMIZ-Röyada mahmız görmək-röya sahibinin çətin bir durumda bulunduğuna, amma bu durumdan qısa müddət içində qurtulacağına işarə sayılır. Mahmız qızıldan görülərsə, röya sahibini böyük uğur gözləyir.

    MACAR-Macar millətindən olan bir şəxsi röyada görmək-yaxın günlərdə hay-küylü, şan-şaqraq əyləncələrə girişəcəksiniz.

    MAŞIN (cihaz)-Röyada hər hansı bir maşın və ya cihaz görmək-işiniz, yaşayışınız asanlaşacaq.

    MAŞİNİST-Röyada bir maşinistlə söhbət etmək-işinizdə, vəzifənizdə mühüm dəyişiklik olacağına işarədir.

    MEBEL-Cavan kişinin yuxuda ev üçün ev əşyaları alması, atması, yaxud ona hədiyyə edilmiş əşyalara baxdığını görməsi, o, ürəkaçan bir iş uğrunda mübarizəyə qoşulacaq. Bu röya orta yaşlı kişilər üçün-işlərini öz yoluna qoyacağına; ərə getməmiş qadın üçün-tezliklə ərə gedəcəyinə; evli qadın üçün-xoş bir əyləncəyə yozulur. Boş və mebelsiz evdə gəzmək-şəraiti pis olan bir evə daşınacağınıza işarədir. Mebelle dolu bir evdə boş otaq görməkisə-ümidlərinizin boşa çıxacağının ifadə edir.

    MEDAL-Röyada medalla mükafatlandirilmaq-istedad və yetənəkləriniz (qabiliyyətiniz) əvvəl-axır başa düşülüb qiymətləndiriləcək, öz sənətinizdə yüksələcəksiniz. Röyada başqa birini mükafatlandırıb yaxasına medal taxmaq-maddi baxımdan qiymətli olan və vaxtilə itirmiş olduğunuz bəzi əşyalar tapılıb sizə təqdim ediləcəkdir. Yuxuda özünün bəzi adamlara və qurumlara medal payladığını görmək-tanımadığınız bir adamın xidmətindən faydalanacaqsınız.

    MEYVƏ-Röyada meyvə ağacı görmək-hamı üçün ürəkaçan bir iş görməyə, sərvətin və etibarın yüksələcəyinə işarə sayılır. Bu röya bütün meyvələr üçün eyni şəkildə yozulur. Yuxuda dadlı meyvə görmək-ruzini , mənfəəti və faydalı elmi ifadə edir. Köhnə meyvə yemək də ruziyə və elmə yozulur. Gözəl və xoş ətirli meyvələr olan bir ziyafətdə iştirak etmək, ancaq hec birinə əl vurmamaq-xeyrə əlamətdir. Yetişməmiş, kal meyvə-tələsik, düşünülməmiş bir hərəkətdən ortaya çıxacaq təhlükəyə; dəymiş meyvə-gecikməniz ucbatından işinizin tərs gedəcəyinə işarədir. Yuxuda görülən meyvənin rəngi solğun olarsa, xəyanət üzündən ziyana uğrayacaqsınız.

    MEYVƏ BAĞI-Yuxuda meyvə bağında gəzib dolaşmaq-çox xeyirli bir röya olub, səadət və zənginlik dolu bir gələcək kimi açıqlanır. Bağda meyvə toplamaq isə-gözəl, ürəkaçan bir iş görüb böyük sərvət sahibi olmağınıza yozulur.

    MEYVƏ SUYU (şirəsi)-Gözləmədiyiniz halda, birisi sizinlə şit, bayağı zarafat edəcək.

    MEYVƏ-TƏRƏVƏZ SATİCİSİ-Yaxşılığa, gözəlliyə yozulur.

    MEYDAN-Röyada geniş bir meydan görmək-iş həyatında irəliləyiş və yeni imkanlar yaranacağına, qazancın artacağına yozulur.

    MEYMUN-Röyada meymun görmək-əxlaqsız və hər cür eyib yiyəsi olan bir kimsəni ifadə edir. Yuxuda meymunla güləşmək və ona qalib gəlmək-röya sahibi xəstələnəcək, ancaq şəfa tapacaqdır. Meymuna yenilmək isə-əlacsız bir xəstəliyə işarədir. Röyada meymun görmək, bəzən də, böyük günahlara; meymunla cinsi əlaqədə olmaq-pis, xişagəlməz işlərə; meymunun yanından sivişib getmək-düşməni üstələməyə; meymun əti yemək-təzə paltar geyməyə; meymunun adamı cirmaqlaması-birisiylə qovğaya, düşmənçiliyə yozulur. Meymun röyada sehrbaz və hiyləgər bir adam anlamına da gəlir. Meymun balası-sehirbazlıqdan gəlir əldə etməyə; meymunun belinizə mindiyini görmək-bir evdən mal-pul oğurlayacağınıza əlamət sayılır. Yuxuda meymuna döndüyünü görmək-ziyankarlığa meyilli və həvəsli olmağa işarədir.

    MEYXANƏ-Ən xeyirli röyalardandır. Röya sahibinin işdə, eşq həyatında, sağlamlıq durumunda həmişə bəxti gətirəcək, həyatda yaxşı dostlar qazanacaq, əlinə bol-bol pul gələcəkdir.

    MELODİYA-Röyada çox yaxşı bildiyiniz bir melodiyanı eşitmək-sevdiyiniz bir dostunuza qovuşacaqsınız.

    MERAC-Röyada Merac qəndilində Allaha dua etmək-ən xeyrə yozulan röyalardan biridir, diləklərinizin yerinə yetəcəyi anlamına gəlir.

    MERİNOS QOYUNU-Bol gəlir deməkdir.

    MERKURİ PLANETİ-Yuxuda Merkuri planetini görüb ondan xoşu gəlmək-məşhur qələm sahibinə və nüfuzlu hökumət adamına işarədir. oyanıq halda ayın Merkuri ilə qarşılaşdığı zaman bu röyanı görməkxeyrə əlamət sayılmır; yalana, ayrılığa, qorxunc, çirkin xəbərlərə və söz-söhbətə yozulur. Merkurini bütün parlaqlığı ilə görmək-böyük kamandan və başqan kimi bir adamı ifadə edir.

    MEHMANDAR (mehmanxana sahibi, işçi)-əsgi xatirələrinizi yenidən yaşayacağınıza yozulur.

    MEHTƏR BÖLÜYÜ (türk ordusunda marş çalan musiqiçi dəstəsi)-Röyada bir mehtər bölüyü görmək, ya da mehtər marşı dinləmək-ətrafınızda böyük bir səadət havası əsəcək, toy-duyun olacaq. Özünü mehtər bölüyündə bir musiqi alətində çalan görmək-bir səfər ərəfəsində olduğunuza yozulur.

    MEŞİN (dəri)-Eşqdə uğursuzluğa işarədir.

    MEŞİN DÖŞƏK-Röyada tumacdan və ya dəridən hazırlanmış döşək görmək-bir qadının qulluqçusu və ya onun sirrini bilən yaxın bir adam anlamına gəlir. Bu yuxu, eyni zamanda, röya sahibinin arvadına və ya ona yaxın olan bir kimsəyə işarədir. Bəzən də, anaya yozulur.

    MƏBƏD-Sağlıq və xoşbəxtlik bəlirtisi olaraq qəbul eilir. Məbəd islam məbədi və röya sahibi başqa dindən olarsa, bu yuxu həmin adamın müsəlmanlığı qəbul edəcəyi şəklində yozulur.

    MƏQALƏ-Röyada bir qəzet məqaləsi oxumaq-bir iş-güc yiyəsi deyilsiniz deməkdir.

    MƏQAM (mövqe, vəzifə)-Röyada hər hansı bir mövqeyə, məqama yüksəldiyini görən adam işində uğursuzluğa uğrayacaq.

    MƏDDAH-Şad xəbərlər alınacağına yozulur.

    MƏDƏ (qursaq)-Röyada mədə-ömrə, ghüzərana və ruziyə yozulur. Yuxuda mədəsini qüvvətli və saölam görən adam xeyrə qovuşacaq, uzun ömür sürəcək. Əgər röya görənin mədəsi qüvvətli və sağlam deyilsə-yozum əvvəlkinin tərsidir. Mədənin boş olması-kədərdən, xəstəlikdən qurtulmağa, xeyrə, arxayın və rahat yaşayışa işarədir.

    MƏDƏN-Röyada mədəndə işləmək, ümumiyyətlə, mədən görmək-bolluğa və xoşbəxtliyə yozulur. Gümüş və qızıl mədəni-ululuğa, ucalığa; mis mədəni-rahatlığa, əmin-amanlığa işarədir.

    MƏDƏN SUYU-Röyada mədən suyu və ya sodası görmək-mədənizin pozuq olduğuna işarədir.

    MƏDƏN FƏHLƏSİ (qazmaçı)-Röyada mədən fəhləsi görmək, mədən ocaqlarını, filiz quyularını gəzmək-kişi üçün-inandığı bir dostuyla anlaşmaya, əməkdaşlığa; təcrübəli bir adam üçün-işini artırıb genişləndirəcəyinə; subay qadın üçün-varlı bir adamla evlənəcəyinə; evli qadın üçün-xoş taleyə, açıq bəxtə yozulur.

    MƏDİNEYİ-MÜNƏVVƏRƏ-Mədineyi-münəvvərəni yuxuda görmək-din və dünyaca xeyir işlərə, tövbə edib əfv olunmağa yozulur. Çeşidli yozumlara görə, mədinəni yuxuda görmək-əmin-amanlığa, rəhmətə, uzuntudən-sıxıntıdan qurtarmağa, xoş güzərana işarə sayılır.

    MƏDRƏSƏ-Xetirxahlığa, cəza şərtlərini yerinə yetirməyə, alqı-satqıya, kölə azad etməyə, eyni zamanda, fəsad çıxarmağa, arvad boşamağa yozulur.

    MƏZAR DAŞI (başdaşı)-Röyada bir məzarlıqda gəzərək başdaşılarının üstündəki yazıları oxumaq-röya sahibi subay və yalqızdırsa, uzun və anlamsız bir həyat yaşayacaq; evlidirsə-uzun ömür sürəcəkdir.

    MƏKKEYİ-MÜKƏRRƏMƏ-Röyada Məkkeyi-mükərrəməni (Müqəddəs Məkkə şəhərini) görmək-imam olaraq yozulur. Röyasında Məkkəyə getdiyini görən adam xəstədirsə, xəstəliyi uzun sürər və ya ölər. Günahkarlar üçün Məkkəyə girmək-tövbəyə; kafirlər üçün-islama tapınmağa; subaylar üçün-evlənməyə işarədir. Məkkəyə girən adam hər cür qorxu və şübhədən qurtulur. Həcc üçün Məkkəyə getmək-Allahü-təala röya sahibinə həcc nəsib edəcək. Bu gözəl şəhərin civarında olduğunu görmək-uzun ömrə əlamətdir. Röyada Məkkəyə arxasını döndərmək-işindən və ya ortağından ayrılmağa işarədir. məkkənin yıxıldığını görmək-röya sahibinin ibadəti, namazı qüsürlüdür. Məkkədə bolluq və ucuzluq görmək-xeyrə; qıtlıq görmək-şərə dəlalət edir.

    MƏKTƏB-Röyada məktəb görmək-mədəniyyət baxımından yeni və geniş imkanlara işarə sayılır.

    MƏKTUB-Röyada poçtalyonun evə məktub gətirdiyini görmək-kiməsə yazılacaq məktuba işarədir. Kişilər üçün bu röya-vəzifədə yüksəlməyə;ticarət adamları və qadınlar üçün-qazancın artmasına; ev qadını üçün-vaxtını boş keçirməyə, bir toplantıya dəvətə; gənc qızlar üçün-maraqlı və macəralı bir eşqə yozulur.

    MƏLƏZ AT
    -Yuxuda mələz at-qüdrət və şərəfi ifadə edir. Eyni zamanda, yüksək bir rütbəyə və məqsədə çatmağa, yaxud, əsilzadə cocuğa işarə sayılır.

    MƏLƏK-Röyada mələk görmək-qəmdən, kədərdən qurtulub sevincə, şadlığa qovuşacaqdır. Bir yerdə çoxlu mələklərin toplaşmış olduğunu görmək-o yerdə müharibə olacaq. Mələklə bərabər uçmaq-axirətdə səadətdir. Gözəl və nurlu bir mələk görmək-xeyirli və sevincli xəbərlərə; mələyi çirkin vəziyyətdə görmək-qəmə, kədərə işarədir. Mələyin yerə endiyini görmək-o yerə xeyir və bərəkət gələcək. Mələyi qadın qılığında görmək-günaha batacaqsınız. Bir mələyin sizə lənət etdiyini görmək-dində fəsada və etiqadsızlığa yozulur. Özünü mələk olmuş görmək-böyük mövqeyə yüksələcəksiniz. Cəbrayıl əleyhissəlamı görmək-əgər bir səyahət niyyətindəsinizsə, səfəriniz qəzasız-bəlasız keçəcək, düşmənə qələbə çalacaqsınız. Mikayıl əleyhissəlamı görmək-mala, mülkə və şərəfə qovuşacaq, yaxud karlı, xeyirli bir səfərə çıxacaqsınız. Əzrayıl əleyhissəlamı görmək-düşmənlərinizin birinin vəfatına içarə sayılır. Ümumiyyətlə, yuxuda mələk görmək-şərəfli və bəxtioyar ömür yaşayacağınıza yozulur.

    MƏLƏMƏ-Röyada bir quzunu mələrkən görmək-bir uşağınız dünyaya gələcək və ondan çox xeyir görəcəksiniz.

    MƏLHƏM
    -Bir xəstəliyin başlandığını xəbər verir.

    MƏMLƏKƏT-Hər hansı bir məmləkəti (ölkəni) yuxuda görmək-bəzi adamlarla yeni və faydalı dostluqlar quracağınıza işarədir.

    MƏMƏ-Röyada bir qadın məməsi görmək-bir qız övladınızın dünyaya gələcəyinə işarədir. Məmənizdən süd axdığını görmək-qısa zamanda evlənəcəyinizi göstərir. Məmə vermək-uşaqlarınızın uzun ömürlü və xeyirli olacağına yozulur.

    MƏMUR (qulluq sahibi)-Röyada özünüzü bir məmuriyyətə (qulluğa) təyin olunmuş görmək-yorucu və bezdirici işlərlə baş-başa qalacağınıza işarədir. Röyada kiçik bir məmur (qulluqçu) və ya özünü əhəmiyyətsiz bir qulluqda görmək-bir çox çətin işlərlə qarşılaşacaqsınız.

    MƏNDİL (əl yaylığı)-Yuxuda məndil almaq və ya vermək-ayrılıqdır.

    MƏNZİL (otaq)-Yuxuda gözəl bəzədilmiş bir mənzil (otaq) görmək-zənginlik, var-dövlət mənasında yozulur. (Belə bir yuxunu yoxsul adam görərsə, onun birdən-birə rifaha və səadətə qovuşacağı bəlli olur). Özünü bir otaq içində tək-tənha və yalnız görmək-təhlükədən uzaq, rahat bir həyat sürəcəksiniz.

    MƏRASİM-Yuxuda mərasim keçirildiyini görmək-yüksək mövqe sahibi olan bir adamdan xeyirxahlıq görərək çox sevinəcəyinizə yozulur. Mərasimdə iştirak etmək-iş həyarında böyük zərərə uğrayacaqsınız. Toy mərasimi-bir övladınız dünyaya gələcək. Yas mərasimi-bir fəlakət xəbərinə işarədir.

    MƏRMƏR-Yuxuda mərmər görmək-güclü bir mübarizədən sonra uğua qazanacağınıza və bu uğurun davamlı olacağına yozulur.

    MƏRMƏR KARXANASI-Yeni bir iş yeri açacağınıza işarə sayılır.

    MƏRUZƏ (raport)-Röyada birisinin məruzə (raport) etdiyinin görülməsi-röya sahibinin başına bəlalı bir iş gələcəkdir. Əgər raport verən röya sahibinin özüdürsə, bəla daha böyük olacaqdır.

    MƏRCAN-Yuxuda mərcan görmək-zənginlik əlaməti olub, çox gözəl bir cariyə və ya qıza sahib olacağınıza işarə sayılır. Mərcan boyunbağı-Uca Tanrının qadaöaları anlamına gəlir.

    MƏRCAN ÇİÇƏYİ-Röyada bu çiçəyi qoxlayan adam o il sağlam olacaq. Mərcan çiçəyi əkənin ağıllı bir oğlan uşağı doğulacaq. Qadının yuxuda mərcan çiçəyi qoxulamasıdini sağlam bir oğlan uşağı doğulacağına və ya ərə gedəcəyi anlamına gəlir.

    MƏRCİMƏK-Yuxuda mərcimək görmək-yaxın bir adamınızın sizin eşq həyatınızla ilgili söz-söhbətlər yaymaqda olduğuna işarədir.

    MƏSKƏN (ev)-Röyada gözəl bir ev görmək, içinə girmək-bu günlərdə xeyirli bir xəbər alacağınıza və ya sizi hədsiz sevindirəcək bir hadisə olacağına işarə sayılır. Bir evi inşa etdirmək-zənginlik və səadətdir. Yanan bir ev görmək-üzüntüdür. Öz evini yuxuda görmək-kədər və əndişələrin artıq sona çatacağını ifadə edir. Yıxılmış ev görmək-yeni bir ev inşa etdirəcəksiniz.

    MƏTBƏƏ-Hökumət dairələrində olan bir işiniz həll olunacaqdır.

    MƏTBƏX-Röyada mətbəx görmək-çox zəngin olacağınıza, lakin əsil səadəti əsla görüb hiss etməyəcəyinizə işarədir.

    MƏTBƏX BIÇAĞI-Xeyirxah bir işi xeyirlə başa vuracağınıza işarədir.

    MƏXMƏR-Röyada ipək məxmər alan, satan, geyən hər kəs-xalq arasında şöhrət qazanacaqdır. Pambıq məxmər-röya sahibi heysiyyət və şərəfini, toplumdakı yerini itirəcəkdir.

    MƏHƏBBƏT VƏ DOSTLUQ-Röyada bir adamla məhəbbətlə qarşılıqlı hörmətlə dostluq etdiyini görmək-röya sahibinin şan-şərəfininyüksək olduğunu açıqlayır, hədisi-şərifə görə, “dərin ağıla, yetginliyə” işarə sayılır. Yaxud da hər işin sonunu düşünmək anlamına gəlir.

    MƏHƏLLƏ-Nəşəli bir xəbər müjdəsi olaraq yozulur.

    MƏHƏMMƏD ƏLEYHİSSƏLAM-Hədisi-şərifdə Həzrəti Məhəmməd belə buyurmuşdur: “Bir kimsə röyasında məni görərsə, o kimsə axirətdə ən yaxın bir sifətlə şəfaətimlə, xüsusi bir görüşlə məni görəcəkdir”. Başqa bir söyləməyə görə, Həzrəti Məhəmməd: “Bir kimsə yuxusunda məni görərsə, o kimsə həqiqətən və gerçəkdən məni görmüşdür” buyurub. Yenə bir hədisi-şərifdə: “Bir kimsə röyasında məni görərsə, o kimsə gerçəkdən və eynən məni görmüş kimi olur. Zira, şeytanın mənim şəklimə girməsini düşünməsi mümkün deyildir”-söyləyir kainatın əfəndisi Həzrəti Peyğəmbərimiz. Bir kimsə yuxuda uca İslam Peyğəmbərini görmüşsə, röyası doğrudur. Yəni, Rəsulullahı görən adamın durumu həmişə yaxşı, könlü daima şən olur. Röya sahibi üzüntü içindədirsə-üzüntüdən, kədərdən qurtulur; həbsdədirsə-azad olur. Röyada Həzrət Peyğəmbəri görənlər mühasirədə və ya qıtlıq içindədirlərsə, bu durumlardan qurtulacaqlar, dünyada ucuzluq olacaq. Röyada Həzrəti Petğəmbəri görmək-dəlil-sübutları açıqlamağı, sözündə doğru olmağı, vədə əməl etməyi ifadə edir. Röya sahibi ailəsində və qohumları arasında heç birinin çata bilmədiyi bir məqama yüksələcəkdir. Röyada Həzrəti Məhəmmədi görmək-əziyyət və cəzaya sinə gərməyə işarədir. Röya sahibi əgər yetim və qəribsə, böyük bir mövqeyə çatacaq; həkimdirsə-xalq arasında tanınıb seviləcək. Röyada Həzrəti Məhəmmədin vəfat etdiyini görən adamın öz nəslində şərəfli və hörmətli bir şəxs vəfat edəcək. Həzrəti Məhəmmədin bir yerdə cənazəsini görmək-o yerdə böyük bir uğursuzluq və bəla olacağını xəbər verir. Röyada Həzrəti Peyğəmbərin cənazəsini uğurladığını, hətta qəbri-şəriflərinə qoyduğunu görən adam bidətə, küfrə meyl edər. Rəsulullahın qəbri-şəriflərini ziyarət etdiyini görən kimsə böyük var-dövlətə çatacaq. Röyada Həzrəti Peyğəmbərin gördüyünüz işlərə baxdığını görmək-röya sahibi həyat yoldaşının hüquqlarına hörmət və riayət etməlidir. Bir kimsənin iki cahan Günəşinin məstlərini geydiyini görməsi-o kimsəyə cihad əmr edildiyini göstərir. Yuxuda sevgili Peyğəmbərimizin xütbə oxuduğunu görən adam ədalətlə amirlik edər, pislikdən qaçar. Yuxuda Həzrəti Peyğəməbirn sizə bir şey verməsi-elm sahibi və haqqa tabe olduğunuza işarədir. həzrəti Peyğəmbərin verdiyi şeyi almaq-haqq yolundan uzaqlaşmaq deməkdir. Həzrəti Peyğəmbərin hər hansi bir yerdə vəfat etdiyini görən adam həmin il o yerdə vəfat edəcəkdir.

    MƏHKƏMƏ-Yuxuda məhkəmə görmək çox xeyirli röyalardandır. Cinayət işinə baxan məhkəmə-sıxıntıya və əzab-əziyyətə işarə sayılır. Məhkəmədə dinləyici və şahid sifətiylə iştirak etmək-həyəcanlı olaylarla qarşı-qarşıya olduğunuzu xəbər verir.

    MƏHKƏMƏ BİNASI-Röyada ədliyyə binasını, xüsusən də, vəkillərlə dolu olan məhkəmə binasının görülməsi xeyrə yozulmaz, işlərin pozulacağını göstərir. Məhkəmədə hakim görmək isə xeyrə yozulur.

    MƏHSUL
    -Röyada torpaqdan bərəkətli və bol məhsul aldığınızı görmək-bol gəlirli, xoşbəxt bir il keçirəcəksiniz. Məhsulunuzun talana uğradığını görmək-çoxlu pul qazanmağa işarədir.

    MƏCBURİ İŞ-Yuxuda istəmədən məcburi bir işə qoşulmaq-bir sıra çətinliklərlə üz-üzə gələcəyinizə və çox iztirab çəkəcəyinizə işarədir.

    MƏCƏLLƏ-Röyada Məcəllə (köhnə islam hüququnu bir araya toplayan kitab) görmək-gələcək üçün ümid işığı olaraq yozulur.

    MƏCLİS-Röyada bir məclis görmək-durduğunuz yerdə birdən-birə başınızı bəlaya salacaq, ən azı, arvadınız və ya ərinizlə dava-dalaş çıxaracaqsınız.

    MƏŞƏQQƏT-Röyada qan-tərə bataraq məşəqqətli bir iş görmək, zəhmət çəkmək-rahatlığa, rifaha işarədir. Özünü ağır zəhəmt və məşəqqət içində görmək-röya sahibi arxayın nəfəs alıb rahatlığa qovuşacaqdır. Yuxunu görən vali isə, vəzifəsindən sui-istifadə edəcək, xalqın malına hiylə ilə əl atacaqdır.

    MƏŞƏL-Təlim-tərbiyə işlərində böyük uğur qazanacaq, mükafatlandırılacaqdır.

    MƏŞƏLÇİ-Röyada məşəlçi-xalqı doğru yola aparan bir adamı ifadə edir. Eyni zamanda, elmə, xeyrə, xalqın etibar etdiyi bir şəxsə işarə sayılır.

    MİDYƏ (dəniz molyusku)
    -Röyada dənizə girib midyə topladığını görmək-sıxıntı və üzüntü içində keçəcək anların, ağla gəlməyənbir təhlükənin yaxınlaşmaqda olduğunu xəbər verir.

    MİZAN VƏ TƏRƏZİ-Mizan və tərəzi-ölçməyə dəlalət edir. Mizan və ölçü-dini borclardan çıxmağa, əhdə və verilən sözə əməl etməyə işarədir. Qızıl çəkmək üçün zərgərlərin istifadə elədiyi ölçü alətini görmək-iflic və dilsiz uşağa; müşk, əmbər və ya başqa ətir maddələri üçün işlədilən ölçü aləti-qəflətdən ayıqlığa, nəfsini gözləməyə yozulur. Qiyamət mizanı-sirlərin açılmasını, eyni zamanda, sevinci və fərəhi xəbər verir. Röyada özünü mühakimə olunan görmək və haqq tərəzisində əməli ağır gəlmək-mühakimlikdən qurtaracaqsınız. Əməliniz yünkül gələrsə-zərərə uğrayacaqsınız.

    MİZRAB-Yaxın günlərdə musiqili, şən bir toplantıya, əyləncəli məclisə gedəcəyinizə işarə sayılır.

    MİZRAQ (nizə)-əgər mizraq silahla bərabər görülərsə və dəmirdən qayırılmışsa-qüvvətə və qalibiyyətə; silahsızdırsa və dəmirdən deyilsə-qüvvətli və sərt bir uşağa, faydalı və qazanclı ticarətə yozulur. Bu röyanı kasıb bir adam görərsə-varlanacaq; hökmdar və dövlət başqanıdırsa-qüvvət və qüdrətiylə bərabər, təmkinli hərəkət edəcək və zəfər qazanaraq məmləkətini düşməndən qurtaracaqdır.

    MİKAYIL ƏLEYHİSSƏLAM-Röyada Mikayıl Əleyhissəlamı görmək-inananlar üçün dünyada məqəsdinə, muradına və əmələ nail olamağa dəlalət edir. Əgər o kimsənin imanı kamil deyilsə, həmişə ehtiyatlı davranması tövsiyə olunur. Yuxuda Mikayıl Əleyhissəlamı böyük bir şəhərdə görmək-o şəhərə bərəkətli yağışlar yağacaq, xalqın güzəranı bolluq və ucuzluq içində keçəcək. Bu böyük Mələk yuxuda röya sahibindən bir söz soruşarsa, yaxud ona bir şey verərsə-o adam nemətlərlə və sevuncə qovuşaraq, cənnətliki olar. Cünki Mikayıl Əleyhissəlam rəhmətə müvəkkli bir mələkdir. Onu yuxuda görmək-gün-güzəran, bərəkət, bolluq, istəklərinizin könlünüzcə yerinə yetməsi və bol yağış deməkdir. Bu Mələyi görmək bəzən də təbəəsinə qarşı şəfqətli və rəhmətli bir padşaha və dövlət başçısına əlamət sayılır, yaxud qıtlığı, quraqlığı və susuzluğu bildirir. Mikayıl mələyi görmək-əlil və uşağı olmayan qadınların uşağı olacağına, çox müşkül və çətin işlərin asan həllinə işarə sayılır. Mikayıl Əleyhissəlamı dənizdə səfərdə olan bir yoçu görərsə, o fırtına və boğulma təhlükəsindən hifz olunacaq. Bu röyanı quruda olan bir adamın görməsi də eyni şəkildə yozulur. Səfərdə olan adamın Mikayıl mələyi görməsi-yağış yağmasi səbəbindən səfərin ləngiyəcəyinə işarə sayılır. Əkin-biçin adamının Mikayıl Əleyhissəlamı görməsihər cür məhsul baxımından xeyrə yozulur. Özünün Mikayıl Əleyhissəlama oxşadığını görmək-röya sahibinin böyük qismətə, bolluğa yetişəcəyinə və gözəl xasiyyətli olmasına yozulur.

    MİKROSKOP-Uşağınızın elmə çox meyilli olduğunu göstərir. Uşağınız yoxdursa, bu qabiliyyətdə əvəzsiz olacaqsınız deməkdir.

    MİKROFON–Röyada mikrofon görmək-siyasi həyata atılacağınıza yozulur.

    MİLYONER–Röyada milyoner və milyarder görmək-çox xəyalpərəst olduğunuza və ağlınızı başınızda toplamağın gərəkliyinə işarədir.

    MİLLƏT VƏKİLİ (deputat)-İşlərinizin alt-üst olacağına yozulur.

    MİLLƏT MƏCLİSİ (parlament)-Röyada bir millət vəkili kimi parlamentdə iştirak etmək-yaxında görüləcək bir çox işləri asanlıqla başa vurub, uğur qazanmağa yozulur.

    MİLLİ GEYİM-Röyada özünü milli geyimdə görmək-həqiqətən müşkül bir işin çətinliklə başa gələcəyinə işarədir. Başqa adamları milli geyimdə görmək-kişi üçün genişürəkli böyük bir adamın yardımı ilə yüksəlməyi; evlənməmiş qadın üçün-özündən yüksək səviyyəli birisiylə izdivacı; evli qadın üçün-təsəvvür və düşüncələrində başqasına əngəl olmağı xəbər verir.

    MİMOZA (küsdüm ağacı)-Röyada mimoza çiçəyi görmək-eşqə düşəcəyiniz ehtimalına işarə sayılır.

    MİNAÇİÇƏYİ (göyərçin otu)-Yaxın günlərdə sevdiyiniz bir adamdan şad xəbərlərlə dolu bir məktub alacaqsınız.

    MİNDƏR-Əmin-amanlığa, rahatlığa işarədir.

    MİNİATUR-Həddən artıq duyğulu və həssaə adam olduğunuza işarədir.

    MİNTƏNƏ (geyim)-Röyada mintənə geymək-sıxıntı içində olduğunuz anlamına gəlir. Bu sıxıntıdan qurtulmaq üçün röyada geyilən mintənənin yırtılmış olması gərəkdir.

    MİRZƏ (katib)-Yaxşılığa, sevinc, şadlığa işarədir.

    MİS-Röyada misdən düzəldilmiş əşya görmək-yaxın vaxtlarda övladınız dünyaya gələcəkdir.

    MİSSİONER-Röyada bir missioner (təbliğçi) görmək-başınıza bir bəla gələcək və bu dərddən böyük çətinliklər nəticəsində qurtula biləcəksiniz.

    MİÇƏTKƏN-Röyada miçətkən-əri ilə münasibətdə bulunmaq üçün iki qıçları arasına girilmiş qadına işarədir. Miçətkən altında yatmaq, bəzən də, qayğı və qüssə içində olmağa yozulur.

    MİŞAR (bıçqı)-Yuxuda mişarla bir şey kəsmək-çətin və mürəkkəb məsələləri asanlıqla aydınlaşdıracaqsınız.

    MODEL-Röyada bir şeyin modelini görmək-bir-birinə bənzər günlər keçirəcəksiniz deməkdir.

    MOZAİKA-Yaxın vaxtlarda tarixi bir turist səfərinə çıxacaqsınız.

    MOR (bənövşəyi) RƏNG-Uğursuzluqlariniz sona çatacaq deməkdir.

    MORSALXIM (bitki)-Röyada morsalxım çiçəyi görmək-bəzi paxıl və pis niyyətli adamların ardınızca düşüb, sizə qəsd hazırlamaq istədiklərini xəbər verir.

    MOTOR (mühərrik)-Röyada işləyən motor görmək-işlərinizin öz yolunda olduğuna; dayanmış motor-bunun tərsinə yozulur.

    MOTOSİKLET-Yuxuda motosikletə minmək, kirayə götümək və satın almaq-maraqlı və çox xeyirxah bir adamla dostluq edəcəyinizə işarədir.

    MÖVLƏVİ (dərviş)-Röyada bir mövləvi görmək-işlərinizin birdən-birə düzəlib, sonra yenidən baş-ayaq olacağına işarədir.

    MÖHLƏT-Röyada möhlət vermək-əzab işarəsidir. yuxuda bir şeyin möhlətini, vaxtını uzatmaq-röya sahibi şiddətli əzaba məruz qalacaq.

    MÖHÜR-Əmin-amanlığa, etimada yozulur.

    MUZDUR (günəmuzdçu)-Röyada qan-tər içində əlləşən muzdur görən adamın başında bir fəlakət var. Əgər röya sahibi həmin muzdurun tərini silərsə, fərəhli, xoş günlərə yetişəcəkdir.

    MUZEY-Bir muzetdə gəzmək-xoşunuza gələn, bacaedığınız və zövq aldığınız bir işə keçənəcən çoxlu ev və iş yeri dəyişəcəyinizə işarədir. Bir muzeydə muxtəlif əntiq və qədimi əşyalara tamaşa etmək-bir işə hədsiz maraq göstərəcək və bundan qeyri-adi mənəvi həzz duyaraq, çoxlu qazanc əldə edəcəksiniz.

    MUMİYA-Röyada mumiya görmək-əski dostlarinizin birindən heç gözləmədiyiniz bir vaxtda xeyirli xəbər alacaqsınız. Yuxuda bir cəsədi mumiyalamaq-ruhunuzdakı acı bir xatirəni başınızdan çıxarmaq, unutmaq üçün çox çalışır, lakin buna müvəffəq olmayıb dərin iztirablar çəkirsiniz deməkdir.

    MUNDİR (forma)-xoşbəxtliyə, şöhrətə, işdə uğurlara yozulur.

    MUNCUQ-Yaxınlarınızdan birinin başına xeyrə yozulmayan bir hadisə gələcəkdir.

    MUSA PEYĞƏMBƏR-Röyada Musa əleyhissəlamı görən adam şan-şöhrətə, yüksək rütbəyə çatacaq. Ona heç bir qorxu və sıxıntı üz verməyəcək. Çünki o adam haqqa riayətlə hər baxımdan qüvvətli və haqsevər bir insandır. Bir kimsə röyada Musa peyğəmbərin surətinə döndüyünü və ya paltarını geydiyini görərsə-o, məqsədinə nail olacaq və düşmənlərinə üstün gələcəkdir. Röya sahibi dustaqxanadadırsa,ordan qurtulub muradına çatacaqdır. Musa peyğəmbəri röyada görmək-həmin il nə qədər zalım və qəddar adam varsa, hamısının öləcəyinə işarədir. Musa peyğəmbərin məşhur əsasını əlində görmək-böyük məqama, yüksəlişə, düşmənə qalib gəlməyə, uzun səfərə qarşı tərəfin sehri-tilsimi varsa-çözüləcəyinə, kafirlərin məhvinə, sıxıntıdan, kədərdən qurtarmağa yozulur.

    MUSİQİ-Röyada mahnı, yaxud musiqi alətlərində ifa olunan musiqi dinləmək-işinizdə böyük uğurlar qazanacaq və çoxlu oğul-uşaq yiyəsi olub xoşbəxt bir ailə həyatı yaşayacaqsınız. Dinlədiyiniz musiqi qulağı oxşamırsa və qarma-qarışıq səs yığınıdırsa, bu röya-saxta və qeyri-səmimi adamların tövsiyəsinə qulaq asdığınız təqdirdə ciddi bir xətaya yol verəcəyinizə işarə sayılır. Röyada rəqs musiqisi dinləmək və bu musiqiyə uyaraq rəqs etmək-sosial mövqeyinizlə kübar cəmiyyətdə sevilən bir şəxs olduğunuzu göstərir. Romantik bir musiqi dinləmək-eşqə və səadətə işarədir. Kədərli, hüznlü musiqi-cansıxıcı xəbərlərə hazır olmanızı bildirir.Röyada özünün musiqi çaldığını görmək-yaxınlarda hazırki vəzifənizdən də yaxşı bir vəzifəyə keçmək üçün təklif alacaqsınız.

    MUSİQİ ALƏTLƏRİ-Röyada musiqi alətlərindən birini çalmaq-muradınıza nail olub, parlaq bir gələcəyə qovuşacaqsınız. piano və ya başqa bir musiqi aləti almaq-gözəl sənətlər sahəsində gözlədiyinizdən də artıq uğurlar qazanacaqsınız. Gənc bir qız belə röya görərsə, onun ailə həyatı əmin-amanlıq və xoşbəxtlik içində keçəcəkdir.

    MUSİQİÇİ-Yuxuda bir musiqiçi (sazəndə) görmək-bir çox eşq macərası yaşadığınıza və ya yaşayacağınıza işarədir.

    MÜBARİZƏ (savaş)-Tanış və ya tanış olmayan bir düşmənlə mübarizə etmək-röya sahibinin yaşayışı çətin olcaq, pulu daşdan çıxacaq. Düşmənini yenərsə-həyat savaşında uğur qazanacaq. Əgər mübarizədə hansı tərəfin qalib çıxacağı bəlli deyilsə-röya sahibinin gələcək həyatı şübhə altındadır. Savaşda düşmənə yenildiyini görən sadamın başına bir qəza gələcək.

    MÜĞƏNNİ QADIN-Yuxuda qadın müğənni görmək-mənəvi böhranlar keçirəcəyinizi xəbər verir.

    MÜDİR (rəhbər işçi)-Röyada öz müdirini, yaxud şefini görmək-yaxşılığa və ya pisliyə doğru bir dəyişikliyi bildirir. Özünün şef və ya müdir olduğunu görmək-cavan oğlan üçün bu röya-vəzifədə böyüyüb aylığının artacağına; təcrübəli yaşda adam üçün-bir yerdə çalışdığı yoldaşları arasında umu-küsüyə, narazılığa; gənc qadın üçün-əyləncəli istirahətə; yaşlı qadın üçün-aşbaz və qulluqşusu üzündən sıxıntıya və narahatlığa yozulur.

    MÜƏZZİN-Röyada müəzzin görmək-xeyrə çağıran bir adamı, nigah məmurunu və ya elçini ifadə edir. Yuxuda əzan oxuduğunu görmək-həccə gedəcəyinizə işarədir. Bəzi yozuculara görə, əzan-oğurluğa da işarə sayılır. Bir qadının minarədə əzan oxuduğunu görmək-cəmiyyətdə cahil və nadan adamların çoxalması deməkdir. Röyada əzanın vaxtsız oxunduğunu görmək-bir işin əvvəlcədən bəyan edilməsinin gərəkliyinə işarədir.

    MÜƏLLİM
    -Biliyinizin artacağına, dost-yoldaş arasında etibar və sayğı qazanacağınıza işarədir.

    MÜNAQİŞƏ-Röyada bir nəfərlə münaqişədə olmaq-kişilər üçün bu yuxu-məhkəməyə düşmüş bir işi uğurla başa vurmağa, bəraət qazanmağa; qadınlar üçün-küsülü olduğunuz birisiylə barışmağa yozulur.

    MÜNƏCCİM-Röyada münəccim görmək-qabaqcıl adamlarla söhbət etməyə və bəzi sirləri öyrənməyə, çox danışmağa, doğru və yalan söz-söhbətə, hadisələri nəql etməyə işarədir. Münəccim görmək, bəzən də, üzüntüyə və sıxıntıya; kədərli, qayğılı adamın qəm-qüssədən qurtulmasına, xoş xəbərə, elmə, görülən yaxşı işlərə yozulur.

    MÜRƏBBƏ-Röyada mürəbbə yemək-gəlirə və mənfəətə yozulur. Evdə mürəbbə bişirmək-ürəkaçan, sevincli bir qazanc xəbəridir.

    MÜRƏKKƏB-Röyada mürəkkəb görmək-hərəkətlərinizə diqqət göstərməsəniz, davranışınızın yanlış mənalandırılacağı anlamına gəlir. Mürəkkəb tökmək-istedadınız görünməyən, eyni zamanda, arzu və həvəs duymadığınız bir sənət sahəsində boş yerə zəhmət sərf etməkdə olduğunuzu göstərir. Yuxuda bir mürəkkəb ləkəsini silib təmizləməyə çalışmaqüzünüzə gülən dostlarınız daldala adınızı ləkələməyə çalışırlar. Mürəkkəb şüşəsi-çoxlu pul qazanacağınızı göstərir.

    MÜRƏKKƏB QABI-Röyada mürəkkəb qabi görənin övladı və varı çox olur.

    MÜFTİ-Röyada müfti görmək-mənəm fərəhə, şadlığa qovuşacaqsınız deməkdir.

    MÜHARİBƏ (döyüş)-Röyada qarşı-qarşıya dayanıb bir-birinə hücm edən əsgərləri görmək, bu döyüşə tamaşa etmək və ya bu müharibədə iştirak etmək-kişilər üçün bu röya şəxsi bir iş təşəbbüsündə bulunmağa və ya ailə həyatında güzəran çətinliyinə; qadınlar üçün-peşmançılıq gətirəcək bir xətaya, yaxud maddi sıxıntıya işarə sayılır.

    MÜHASİRƏ-Röyada ətrafə düşmənlər tərəfindən sarılmış olan bir kimsə gündəlik yaşayışını düzəltməli, dost-tanışı daha diqqətlə tələbkarlıqla saf-çürük edib seçməlidir.

    MÜHAFİZƏ (keşikçi)-Röyada mühafizlə ilgili olay, yaxud mühafiz görmək-hamının etimadını qazanacağınıza işarə sayılır.

    MÜHƏNDİS-Röyada mühəndis görmək-yaxşı tikilib təmir eilmiş bir şeyin xarab olmasına, xarab edilmiş bir yerin isə tikilib qurulmasına, fəsad və pisliklərə işarədir. Röyada mühəndis olduğunu görən adamın ömrü uzun olur, qüdrətə, şərəfə və amirliyə yetişir. Bu röyanın sahibi bəzən də, hakim və ya nigah məmuru olur. Bir hökmdarın özünün mühəndis olduğunu görmək-o hökmdar ərazisi üzərində çox dəyişikliklər edəcək və tutduğu işlərdə çox tədbirli davranacaq. Mühəndis görmək-kasıbçılıqdan qurtulub var-dövlət sahibi olmağa və xəstəlikdən şəfa tapmağa da yozulur.

    MÜŞƏMBƏ (linoleum)-Yeni bir evə daşınacağınıza yozulur. Röyada ğzünüzü bir düşəmbə (linolium)-dükanında görmək və ya evinizə müşəmbə döşətmək-bir çox yeni və uğurlu işlərə atılacaq, çoxlu qazanc götürəcəksiniz.

    MÜŞK-Röyada müşk qoxulamaq və qoxusunu hiss etmək-sirrə, sədəqəyə və uçağı olmağa yozulur. Ölüdə görülən müşk-onun cənnətdə olduğunu xəbər verir. Müşk, ticarət adamı üçün karlı və faydalı alış-verişə, böyük əmlak ticarətinə, meyvə bağlarına, eyni zamanda, böyük alimlərə işarə sayılır. Yuxuda görülən müşk-var-dövlətdir. Müşk qoxulayan və müşkü olan adam gözəl yaşayış və xeyir sahibidir. Müşk istintaq altında olan adamın bəraət alacağını da ifadə edir. Oğru və ya yolkəsənlərin birində mükş olduğunu görmək-onu dərhal tutulacağı anlamına gəlir.

    MÜŞTƏRİ-Röyada alış-veriş edən adam görmək-darda qalmış, möhtac və çarəsiz bir adama işarədir.
    [

  8. #18
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Yuxu yozmaları N

    Nağıl – röyada nağıl dinləmək bəzi xəyalların gerçəkləşə biləcəyinə yozulur.
    Naz- qəmzə – qız olsun, ya oğlan, röyada naz qəmzə satan adam eşqdə uğursuzluğa uğrayacaqdır.
    Nalbənd – yuxuda nalbənd görən adam səfər zamanı avtomobil qəzasına uğraya bilər.Röya sahibi özü maşın sürəndirsə, çox diqqətli olmalı, dilinə içki vurmamalıdır. Yoxsa özünü də yanında əyləşənləri də məhv edə bilər.
    Nalça (nal)- qazanca və şad xəbərə işarə sayılır.
    Namaz qılmaq – röyada abdəst alıb, qaydasıyla üzü qibləyə namaz qılmaq, həccə getmək kimi haqq tərəfindən fərz olan bir şeyi ifadə edir, yaxud röya sahibi zalım bir adamdan aldığın malı və ya borcunu ödəyəcək, pis hərəkətlərdən, çirkin işlərdən kənar olacaq.
    Fərz namazı qılmaq – öz yerini bilməyə və sözündə durmağa işarədir. İşsiz qalan işə girəcək, küsülü olan barışacaq. Röya sahibi imamdırsa, borca düşəcək. İmama inanandırsa, bir məsələ üzündən başqa bir adam uğrunda borca düşəcək.
    Günorta namazı – qarşılıqlı köməyə, gizli bir şeyin aşkara çıxmasına, ehtiyac və istəklərin yerinə yetəcəyinə yozulur. Çünki namaz bir işi bitirmək, istənilən şeyi tamamlamaq şəklində yozulur.
    Günorta namazını buludsuz və açıq havada qılmaq, röya sahibi işə başlayacaq və hamı bu işdə ona yardım edəcəkdir. O, ehtiyacı qədərincə, pula və ad sana qovuşacaqdır.Namaz buludlu və tutqun havada qılınmışsa, qayğılı və çıxıntılı xidmətə işarədir.
    İkindi namazı- özünün və başqasının əvəzinə and aman etməyə və ya ölməyə, həlli vacib çətin bir işə yozulur. Namaz tamamlanmazsa, röya sahibinin işlərində çətinliklər olacaqdır.
    Qürub namazını qilarkən günəş qeyb olmamışsa və ya batmamışsa, arzusunda olduğunuz bir işin artıq vaxtı keşmişdir. Röya sahibi namazını tamamlarsa, niyyət etdiyi işin vaxtı çatmış və niyyəti hasil olmuşdur deməkdir.
    Axşam (yatsı) namazı – ömrün tamamına və ömrün tükənməsinə işarədir, belə ki istirahət vaxtı olduğundan, yuxuya və ya istirahətə çəkilmişdir. Anlamı ailənin məişətini təmin etməkdən ibarətdir.
    Namusa toxunmaq – röyada bir başqasının namusuna toxunduğunu görən adam yaxin vaxtlarda bir pisliyə məruz qalacaq və başına olmazın bəlalar gələcək.
    Nanə – xeyirə yozulmur, ölüm xəbərinə işarədir.
    Nar – yuxuda yetişmiş narları yığmaq iqtidarlı bir adamla bərabər sərvətə qovuşacaqsınız. Dəyməmiş nar- xəstəliyə, ələmə, kədərə dəlalətdir.
    Nar ağacı – halal mala yozulur.
    Nar dənəsi – asanlıqla əldə edilən ruzidir.
    Natəmizlik (çirkab) – təmizliyə yozulur.
    Nafaka (aliment) – röyada nafaka görmək röya sahibinin maliyyə durumunun yaxşı olduğuna, əlindən çıxmış olan şeyin yenidən özünə qayıdacağına işarədir. Yuxuda malını məcburən sərf edildiyini və nafaka olaraq verildiyini görən adamın əcəli yaxın olar.
    Naftalin – röyada naftalin görmək böyüklərinizin birindən gözləmədiyiniz bir zamanda və gözləmədiyiniz miqdarda maddi yardım görəcəksiniz.
    Naxış – röyada naxış işləmək işlərinizdə uğur qazandığınız bir vaxtda eşq həyatınızda böyük bir uğursuzluğa uğrayacaqsınız. Başqa bir adamın naxış işlədiyini görmək başınıza gələcək bir olayın ucbatından milisə, polisə, məhkəmələrə, xəstəxanalara düşəcəksiniz.
    Naxışlı dəsmal - röyada çəkili ( naxışlı ) dəsmal hazırlayan bir sənətçi görmək elmli bir kimsəyə və ya elçiyə, diplomata işarədir.
    Nahiyyə müdiri – Bir nahiyyə müdirini yuxuda görmək dövlət dairələrində işlərinizin çətinləşəcəyinə işarədir.
    Ney – yuxuda ney, tütək çalmaq oyuna əyləncəyə, fitnə fəsada işarədir.Bəzən də fərəhə sevincə yozulur. Ney çalmaq – röya sahibi oxumağı bacarırsa, qurani-kərimi oxumaqdan həzz alır və o uzun illər bol nemətə nail olacaq. Ney və tütək – bəzən də, vay-şivənlə ağlayan qadını ifadə edir. Yuxuda bir mələyin sizə ney verməsi – qabiliyyətiniz varsa, bir vilayətə vali olacaqsınız. Yuxuda qızıl ney və ya tütək tapmaq və çalmaq – röya sahibinin bilikli olduğunu və öz elmini başqalarına da öyrətdiyini göstərir. Ney çalmaq – xəstə üçün ölümə, cahil üçün dedi-qoduya, uşaq istəyən üçün övladın olacağına yozulur.
    Nehrə – işlərin öz axarına düşəcəyinə, qazancın artacağına işarədir.
    Nəbz - yuxuda nəbzin döyündüyünü görmək, həyat və sağlıq xəbərlərinin alınacağına yozulur.
    Nəqqaş - xeyirə yozulmur. Yuxuda nəqqaş görən adam ayağına, ya da qolunu qıracaq deməkdir. Yolda-izdə diqqətli olmaq gərəkdir.
    Nəğmə – yuxuda nəğmə eşitmək, şərgi söyləmək qabiliyyətinizin olmadığına işarədir.
    Nənə - çoxlu uşağınız olacaq və məsud, firavan bir ömür yaşayacaqsınız.
    Nərd oyunu – röyada bir dostuyla nərd oynadığını görmək, mənəvi ucalığa, hörmət-izzətə işarədir.
    Nərdivan – röyada nərdivana çıxmaq, üstün və şərəfli bir iş görüb, bütün dünyada tanınmağa, şöhrətə və yüksək mərtəbəyə yetişməyə işarədir. Nərdivanla enmək – bəxtinizə çıxan xeyirli bir fürsəti əldən verəcəksiniz. Yuxuda səyyar bir nərdivanla dırmanmaq – bu röya hamı üçün önəmli bir işdə uğur qazanmaqğa və şöhrət sahibi olmağa yozulur. Röyada çıxdığınız nərdivanın qırılması – düşməninizə məğlub olacaqsınız.
    Nərgiz -röyada nərgiz gözəl bir qadına əlmətdir. Başında nərgiz güllərindən hörülmüş tac görmək – gözəl bir qadınla evlənməyə, dadlı eşq həyatına işarədir. Baxçada nərgiz görmək – uzun ömürlü uşağınız olacaq. Kəsilmiş nərgiz gülü – uşağın vəfat edəcəyinə yozulur. Nərgiz bəzən də sevincə, qızıl və gümüş cəvahirat sahibi olmağa işarə sayılır.Sarı nərgiz gülü – qızıl pulu, bəyaz – gümüş puldur. Qadının yuxuda başında nərgizdən tac görməsi – davamlı olmayan ailə həyatına, evlidirsə – ərinin onu boşayacağına, yaxud ərinin vəfatına əlamət hesab edilir.
    Nəsihət (məsləhət) – yuxuda düşməniniz sizə öyüd nəsihət verirsə, bu röya – xəyanəti və aldanmağı ifadə edir.
    Nəstərən çiçəyi (ərik gülü)- röya sahibi çox uğurlu bir ailə quracaq. Evlidirsə xoşbəxtliyə qovuşacaqdır.
    Nəfəs almaq – röyada bol-bol, dərindən nəfəs almaq, can sıxıntısına işarədir.
    Nəfəs darlığı (təngnəfəslik) - sıxıntılardan qurtarmaq,yolunun artıq açıldığına işarə olaraq qəbul edilir.
    Nəfəs tutulması - xəstəliyə yaxud da ölümə dəlalət edir.
    Nəcis – əlinizə haram mal və ya pul keçəcəyinə, iş həyatında böyük zərərə düşəcəyinizə, yaxud xəstəliyə işarədir.
    Nigah – yuxuda bir adamın tanımadığı bir qadınla nigahlandığını görməsi, röya sahibinin oruc və namaz kimi dini ayinlərə əməl etdiyinə işarədir.
    Nigah məmuru – röyada nigahkəsmə məntəqəsində çalışan məmur görmək – subay adam üçün evlənməyə, evli adam üçün boşanmağa əlamət sayılır. Bu röya eyni zamanda bir anlaşmaya, müqavilə bağlanmağa da yozula bilər.
    Nikel – röya sahibinin pul sarıdan ehtiyac içində olduğunu göstərir.
    Nil çayı – yuxuda nil çayından su içmək və suyun çox dadlı olduğunu hiss etmək, içilən suyun miqdarı qədər qəzıla qovuşacaqsınız. Sadəcə çayı görmək isə dövlətə, iqtidarlı və qüvvətli olmağa yozulur.
    Nilufər - röyada nilufər evli olmayan kimsələr üçün gözəl gələcək bal ayını xəbər verir. Evlilər üçün isə – əyləncəli istirahətə işarədir. Nilufər toplamaq – çətin bir işiniz uğurla nəticələnəcək deməkdir.
    Nimdaş paltar alverçisi – tanıdığınız bir nəfər sizi yamanca aldadacaq.
    Nitq söyləmək – bir yığıncaqda nitq söyləmək, rütbə və ya mənsəbiniz yüksələcəkdir.
    Nişanlanmaq – röyada tanımadığınız bir adamla nişanlanmaq, xoş xəbərə yozulur. Nişanı pozmaq isə, röya yozucularına görə, xeyirə əlamət sayilmır.
    Nişasta - qalmaqallı, dedi-qodulu bir ailə həyatına işarə sayılır.
    Nov (navalça) - novla ilgili röyalar aşağıdakı biçimdə yozulur. Nov – şöhtətli və xoşsöhbət bir adamla dostluq edəcəksiniz. Yağmursuz bir vaxtda novdan su axdığını görmək – bir fitnə – fəsada düşəcəksiniz. Novdan qan axdığını görmək – yaşadığınız şəhərdə bəzi qanlı olaylar baş verəcəkdir. Novdan saf, dumduru su axdığını görmək – bolluq və ucuzluq olacaq. Novdan bulanıq və pis qoxulu su axdığını görmək – uğura və Tanrı yardımına yozulur.
    Novruz bayramı – yuxuda özünü novruz bayramında gprmək, sevinc dolu bahara, xatirəyə çevrilmiş xoş bir günün geri dönüşünə, sıxınti və üzüntülərdən qurtulmağa, əldən getmiş malın yenidən sahibinə qayıdacağına yozulur.
    Notarius – yaxşı yuxulardan sayılmır. Hərəkətlərinizdə diqqətli olmalısınız.
    Noxta – dəyərli bir ərmağan alacağınıza yozulur.
    Noxud - yaxın günlərdə yaxşı bir iş xəbəri alacaqsınız.
    Növbətçi əsgər - röyada qaravulda duran əsgər görmək, həyatınızın əminamanlıq içində keçdiyinə işarədir.
    Nöqsan (qüsur) – var-dövlətdəki kəm-kəsiri, qüsuru bildirir.
    Nökər – röyada nökər görən və ya satın alan adam bolluq və xoş güzəran içində yaşayan, düşmənə üstün gələn kimsədir. Nökər zənci, yaxud həbəşdirsə – bu röya xeyrə yozulur. Nökər ağbənizdirsə – sıxıntıya, qəmə-qayğıya işarə sayılır.
    Nur (aydınlıq) – doğru haqq yola işarədir. Kafir bir adamın qaranlıqdan aydınlığa çıxdığını görməsi, o kafir imana və islama pənah gətirəcək. Aydınlıqdan sonra qaranlıq – zənginlikdən yoxsulluğa, haqq yoldan azmağa və kafirliyə yozulur. Qaranlıqdan aydınlığa çıxmaq isə əksinə açıqlanır. Yuxuda nurdan paltar geymək – röya sahibi elmli, xoş rəftarlı və ibadət əhlidir.
    Nuh peyğəmbər – Həzrəti Nuhu yuxuda görmək, röya sahibinin elmli, həlim xasiyyətli və ilahi ibadətlərə bağlı olduğunu xəbər verir. Bu röya düşmənlərinizin çoxluğuna, lakin onlara üstün gələcəyinizə də yozulur.Nuh əleyhissəlamı yuxuda görən adamın pis bir qadından övladı doğulacaq və o, Allaha sahib bir qul olacaqdır. Nuh peyğəmbəri yuxuda görmək, il çox yağmurlu keçəcək, ceylab və tufanlar baş alıb gedəcəkdir. Nuh peyğəmbəri yuxuda görən adam nə qədər zülmə və əzaba düçar olsa da, o, bu sıxıntilardan qurtulacaq və intiqamını alaraq zəfər qazanacaqdır. Nuh peyğəmbər qıtlıq və quraqlıq ilində görülərsə, həmin il yağmurlu keçəcək. Nuh peyğəmbəri gəmidə görmək, o gəmi və içindəkilər hər dürlü qəzadan uzaq olacaq, yaxud fitnə-fəsadçı adamlar çoxalacaq, iman əhli azalacaqdır.
    Nümunəlik əşya (örpək) – röyada nümunə üçün qoyulmuş bir əşyanı almaq, bəzi arzuların gerçəkləşməsini, imkansız olduğunu göstərir.
    [

  9. #19
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Yuxu yozmaları O

    Obyektiv (fotoaparatda) – yuxuda fotoaparat obyektivi görən adama nəzər dəyəcək, o, bəd nəzərlər altındadır.
    Ov nizəsi – yuxuda ov nizəsi ilə bir heyvanı yaralamaq – gəlirli bir işə girişib, bol pul qazanacağınıza işarədir.
    Ov iti – işlərinizin tezliklə düzələciyinə işarədir.
    Ovalıq (vadi) – röyada göz işlədikcə uzanan geniş bir ovalıq görmək – gənc bir qız üçün bu röya, sakit və rahat keçməyəcək bir ailə həyatına yozulur.
    Ovsun – röyada birisinin ovsunlandığını, sehirləndiyini görmək- bu yuxu kişilər üçün dostluqda hansısa bir sui istifadə halının üzə çıxacağını, ərə getməmiş qadın üçün sevgilisinin əlindən alınma təhlükəsinə, evli bir qadın üçün isə böyük bir sirrə ortaq olacağı anlamına gəlir.
    Oğlaq -röyada oğlaq uşağa yozulur. Boğazlanmış oğlaq görənin uşağı ölər.Bir oğlaq sahibi olduğunu görmək- uşağınız olacaq deməkdir. Yemək üçün oğlaq kəsmək- uşağınıza səbəb əlinizə sərvət keçəcəkdir.
    Oğlan uşağı – yuxuda oğlan uşağı görmək – etibarlı dostlarınızın olduğuna, bütün hərəkətlərinizin hamı tərəfindən qayğıyla qarşılandığına yozulur.
    Oğru (oğurluq) - röyada qorunan bir şeyi oğurlamaq zinakarlığa və məqsədinə çatmağına yozulur. Əgər röyada görünən oğru tanınırsa, həmin oğru malını çaldığı kimsədən fayda görəcək, ondan bir elm, sənəti, ya da bir sözü öyrənəcək. Yuxuda tanınmayan oğru da bu şəkildə yozulur. Röyada bir evdən qulluqçulara aid bir şeyi oğurlamaq – bu yuxu onlardan birisinin öləcəyinə işarədir. Əgər röyada tanınan biri gümüş pul oğurlayarsa, bu həmin adamın pis söz söhbət gəzdirdiyini göstərir. Oğru yaşlıdırsa və tanınmırsa – röya sahibinin bir dostu onun əleyhinə söz gəzdirir və onu pisləyir. Cavan oğru – röya sahibinin düşməni onun əleyhinə söz gəzdirir. Çeşidli yozumlara görə, röyada oğurluq etmək – gözəlliyə və xeyirə əlamət sayılır. Eyni zamanda yuxuda oğurluq edən adamın evinə oğru girməsindən ehtiyat edilir. Röyada görülən oğurluq oğrunun işləyəcəyi günahı ifadə etdiyi üçün zinakarlığa və yalana da yozulur.
    Oğul-uşaq – röyada qucaqda gəzdirilən balaca uşaq görmək- üzüntü və kədər, həddi buluq yaşına yaxın oğlan isə, müjdəyə yozulur. Röyada həddi buluğa çatmış oğul – qüvvəti və qüdrəti ifadə edir. Quran oxumağı bilən bir adamın məktəbə gedən oğlu olduğunu görməsi – röya sahibi günahının bağışlanmasını istəyir deməkdir. Yuxuda yeniyetmə bir oğlu olduğunu görən adam anası tərəfindən mirasa qovuşacaq. Çoxlu uşağı olduğunu görmək – üzüntü və kədəri bildirir. Görülən uşaq oğlandırsa, röya sahibinin aqibəti yaxşı, qızdırsa- pis olacaq. Subay adamın yuxuda körpə bir uşağı olduğunu görməsi – o adam qüdrət və izzət sahibi olacaq, sağlam və əminamanlıq içində yaşayacaq, işində uğur qazanacaqdır. Röyada görülən kiçik uşaqlar – xırda-para üzüntülərə sayılır. Qucağında qışqırıb ağlayan bir uşaq tutduğunu görən adam ud çalan olacaq. Müxtəlif yozumlara görə, röyada görülən oğlan uşaqları- var-dövlətə, xeyrə də yozulur.
    Od (yanğın) – odla ilgili yuxular müxtəlif cür yozulur. Qaranlıq gecədə xalqa yol göstərmək məqsədilə od qalanması elmə və biliyə yiyələnmək mənasına gəlir. Gündüz çağı yol üstündə od qalanması boş şeylərlə məşğulsunuz. Oda ibadət etmək – savaşçı və qovğaçı olduğunuza, günah işlərlə şeytana qulluq göstərdiyinizə işarədir. Qış günündə od qalamaq və istisində qızınmaq – zənginliyə, var-dövlətə, od yediyini görmək – dustaqxanaya düşməyə; Oda girib çıxmaq – cənnətə düşməyə; Oda girmək – malından dolayı zərərə və cəhənnəmə düşməyə yozulur. Bu cür yuxular görən adamın günah işlərdən çəkinməsi gərəkdir. Alovlu və gur bir tonqalın ətrafında adamların dövrə vurduğunu görmək – bərəkətə işarədir. Çöldə od görüb rahat olmaq- vəhşət və yalnızlıqdan firavan həyata qovuşacaqsınız. Taxıl zəmilərinin yandığını görmək – taxılın qiyməti artacaq. Üstündə qazan olmayan ocaq görmək- evi qoruyan gözətçidən zərər yetişəcək. Üstündə qazan, ağzında tüstüsüz ocaq görmək – yuxunu görən həccə gedəcək.Bir məhəlləyə, ya da şəhərə od düşdüyünü görmək – o yerdə müharibə olacaq və ya çiçiək, taun, vəba kimi məhvedici xəstəliklər epidemiya halını alacaqdır. Göydən od yağdığını görmək- o yerdə yaşayanlar şiddətli və dəhşətli sıxıntılara məruz qalacaq. Alovun göyə qalxdığını görmək – həmin yerin adamları qorxusuz, hürküsüz günah işlərlə məşğul olaraq, Uca Tanrıya qarşı sayğısızlıq göstərirlər. İsinmək və ya başqasını isitmək üçün od qalamaq – hədə-qorxuyla, təhriklə bir şeydən faydalanmaq, bu yolla yoxsulluqdan qurtarmaq anlamına gəlir. Od üstündə kabab çəkmək – camaatın əzab və iztirablarına, məyusluğuna səbəb olacaq bir sözə yozulur. Kababdan yemək isə – gündəlik ruzi anlamını verir. Od üstündə qazan qaynatmaq – yuxu sahibi öz qulluqçusu və ya işlərini görən bir kimsə tərəfindən gələcək gəlirindən məhrum olacaqdır. Paltarın yandığını görmək – pal-paltarla bağlı zərərə düşəcəksiniz. Xəyali yanğın – qorxulu vəziyyətdə olan adam üçün əminamanlığa və təhlükəyə yozulur. Öz evindən alov çıxdığını görmək – röyanı görən bir vilayətə vali təyin ediləcək, yaxud kommersiya və peşə fəaliyyətində güc-qüdrət sahibi olacaqdır. Bir adam öz ocağının nuruyla, işığıyla qərbdən-şərqə bütün dünyanın aydınlaşdığını görərsə – bu röya onun dünyaca məşhur olacağına, dünya şöhrətli elm adamı kimi tanınacağına yozulur. Evinə yanğın düşdüyünü görmək – ucuzluq, bolluq, var-dövlət anlamını verir. Alovun başından yuxarı qalxdığını görmək – röya sahibinin arvadı boyludursa gözəl bir oğlan uşağı dünyaya gətirəcək. Dağ başında ocaq qalamaq – mənəviyyatın sağlamlığına, Allaha yaxınlığına, Röya sahibi qürbətdədirsə – sağ-salamat yurduna dönəcəyinə yozulur. Alov içində olmaq, lakin yanmamaq – mələyə yaxınlaşaraq onunla söhbətdə bulunacaq və başınızdan keçənləri anladaraq, düşmən üzərində zəfər çalacaqsınız. Evdə yanan ocağın nuru ailə üçün faydalı olur, lakin bu nurun söndüyünü görmək – o evin böyüyünün vəfat edəcəyinə işarədir. Sönmüş ocağı külək közərdərsə – o evə oğru girəcək. Od eyni zamanda, cin tayfasına, qıtlığa və çəyirtkə basqınlarına da yozulur. Fırın ocağı – sərvəti və gəliri bildirir. Yuxuda qazan içində alov görənlər – yerli-yersiz danışar, cin və pərilərin təsiri altında olan tutmalı adamlar kimi havalı sözlər söyləyərlər. Alov yemək – gümüş və qızıl qablarda haram yeməyə yozulur, bəzən də kasıblarla dostluq etmək mənasına gəlir. Odun çox gur yanması – itkiyə və ölümə işarədir.
    Oda (otaq) – röyada oda görmək – girişdiyiniz işdə və mübarizədə çətin də olsa böyük uğur qazanacaqsınız.
    Odekolon – röyada odekolon qoxulamaq, sıxıntı içində olduğunuza və bir müddət bu sıxıntının davam edəcəyinə yozulur.
    Odun – röyada yanan ocağa odun atmaq – cavan oğlan üçün dost bilib görüşdüyü bir nəfərin ona düşmənçilik edəcəyinə; təcrübəli, yaşlı olanlar üçün – mənsəb sahibi olmaq ehtimalına; gənc qız üçün – ağac emalı və ya texnika sahəsində çalışan bir mühəndisə ərə gedəcəyinə; evlilər üçün – pul ucbatından qovğaya düşməyə yozulur.
    Oyaq qalmaq – röyada oyaq qaldığını görmək- röya sahibinin yaxınlarından birinin itgisinə işarədir. Gecə oyaq qaldığını və yata bilmədiyini görən adam dostlarından ayrılacaq. Yuxuda özünü oyaq görmək işlərin doğru yolda olduğunu, çirkin işlərdən uzaq durmağı, uzun ömür ifadə edir. Röyada yatan bir adamı oyandırmaq röya sahibinin yatan adamı doğru yola sövq etdiyini göstərir.
    Oyanmaq – yuxuda özünü oyanmış olaraq görmək – ciddi və səmimi hərəkət, iqbal, tövbə, ticarət və səfərdən əldə olunacaq qazanc anlamına gəlir.
    Oymaq -röyada oyma sənəti ilə məşğul olmaq və ya oymalı taxta görmək – kədərli xəbər anlamındadır.
    Oynaş – röyada oynaş tutmaq və ya kiməsə oynaş olmaq- başınızda böyük bir fəlakətin dolaşmaqda olduğunu xəbər verir.
    Oyun kartı (qumar) – röyada kart oyunu oynayan adamın işlərində hiylə var. Bu səbəbdən gördüyü işlərdən zərər görəcək. Röyada möhürü açılmamış bir dəst oyun kartı görmək – sizə heç də dost duyğular bəsləməyən şəxslərin əleyhinizə çalışmaqda olduqlarına işarədir. Dəst açılmışsa sizi tutduğunuz mövqedə ləkələmək, zərər vermək üçün tutulan işlərin uğursuz olacağına yozulur.
    Oyun oynamaq – qürura, istehzaya,dini baxımdan qüsurlru olmağa yozulur. Nərd oynamaq- mənəvi yüksəkliyə, ləyaqətə və ya lağlağılığa işardir. Qumar oynamaq- önəmli bir işdə rəqabətə dəlalət edir. Futbol oynamaq – düşmənlə barışmaq deməkdur. Röya sahibi xəstədirsə yaxşılaşacaq.
    Oyuncaq – Yuxuda özünü oyuncaqla oynayan görmək ürəkaçan yaxşı vəziyyətə, əyləncəli bir toplantıya, dəvətə yozulur. Əgər oyuncaq satın alınarsa və ya hədiyyə edilərsə, peşmanlığı uzun sürəcək bir xətaya düşəcəyinizi bildirir. Röyada oyuncaq almaq – yaxın vaxtlarda şad bir xəbər alacaqsınız. Uşaqları əyləndirmək üçün oyuncaqla oynamaq- mərhəmətsizlik üzündən bəzi itkilərə uğrayacaqsınız. Oyuncaq dükanı işlətmək- röya sahibinin yüksək dairələrdəki etibarı gözlədiyindən də artıqdır.
    Omar (dəniz xərçəngi) – Yuxuda omar görən adam bəxt, qismət sahibi olacaq. Omar diri görülərsə əlinizı böyük miqdarda pul keçəcəkdir.
    Omba (bud) - Röyada omba görmək – röya sahibinin ailəsinin və ya mənsub olduğu qəbiləni, milləti ifadə edir. Ombasında bir qüsur olduğunu görmək – yuxu görənin kimsəsizliyinə, qərib olduğuna işarədir. Ombasında ağrı hiss edən adam öz millətinə bir pislik edəcək. Ombasını özündən aralı görmək – röya sahibi aciz duruma düşəcək, lakin bu zavallı vəziyyətdən qurtulacaqdır. Bir parça ətin ombasına yapışdığını görmək – özünün olmayan bir uşağı röya sahibinin boynuna qoyacaqlar. Yuxuda omba görmək eyni zamanda evin dirəyi, ata-ana, uşaq, var-dövlət, qazanc və mənfəət anlamına da gəlir.
    Omlet(yemək növü) – bir ziyafətə dəvət ediləcəksiniz.
    Onbaşı(yefreytor) – Yuxuda onbaşı rütbəsində bir hərbiçi görmək xeyirə əlmətdir, həyatda uğur qazanacağınıza işarə sayılır.
    Opera – bəzi anormal durumların ortaya çıxa biləcəyinə yozulur.
    Oraq – Ruziyə, doğru xəbərlərə, yaxud da ömrün sonuna yozulur.
    Ordu - yuxuda ordu bir pozğunluzun və qarışıqlığın qarşısının alınacağına, orduda olmaq isə düşmənin hücumuna yozulur.
    Orman (meşə) – Yuxuda bir meşədə gəzmək, yaxud ağac kəsmək-içşləri yoluna qoymaq və qaydasına salmaq üçün öncə bütün əngəlləri ortadan qaldırmağın gərəkliyini göstərir. Sıx ağaclarla örtülü meşədə aslan yatağı görmək- fəryada və fitnəkar bir adamın fəsadçı işləklərinə yozulur.
    Ortanca çiçəyi – yuxuda ortanca çiçəyi – qara dəniz bölgəsinə çıxılacaq səyahətə işarədir.
    Oruc tutmaq – röyada oruc tutduğunu görmək- nəzir etməyə, deyilən nəzir- niyazı ödəməyə, oruc tutmağa yozulur. Oruclu bir kimsənin orucunu pozması onun sağlamlığına və ya bir yerə səfər edəcəyinə işarədir. Bilmədən oruc pozmaq- gözəl ruziyə nail olacaqsınız. Özünü oruclu görmək röya sahibinin mənəvi ucalığını və tövbəyə nail olacağını göstərir. Ramazan ayında oruclu olduğunu görmək – Şəkk-şübhə etdiyiniz bir iş alınacaqdır. Oruc ayında qəsdən orucunu pozmaq – qəsdən və bilərəkdən adam öldürməyə yozulur. Yuxuda oruc tutmaq bəzən xəstənin vəfatı kimi də yozula bilər.
    Ot – röyad gözəl qoxulu və qur ot görmək – keçici bir fəlakəti; heç qorusu olamayan otluq – bir əşyanızın və ya var-dövlətinizin oğurlanacağını, əlinizdən gedəcəyini xəbər verir.
    Otaq iti - Yuxuda otaq iti görən adam ailə xoşbəxtliyi baxımından çətin vəziyyətdə qalacaq. Bu vəziyyətdə ən yaxşı davranış ailənin böyükləri ilə məsləhətləşmək, onların sözü ilə oturub durmaqdır.
    Otlaq – Yuxuda yaşıl bir otlaq görmək – muradınıza çatacaqsınız.
    Ox – Röyada görülən ox başqa məmləkətlərə göndərilən elçiyə, məktuba, ya da düşmənə qalib gəlməyə yozulur. Qadının yuxuda ox görməsi o qadının ərini ifadə edir. Röyada ox ataraq hədəfə düz düşən adam əgər uşaq arzusundadırsa oğlu olacaq.
    Oxatan (oxçu) – Röyada oxçu görmək-cəsus anlamına gəlir. Eyni zamanda, yolçuluğa, sıxıntaya, rahatsızlığa, hərbə və qədər-qismətə də yozula bilər.
    Oxlov – acı söz eşidəcəksiniz.
    Oxucu – yuxuda oxucu görmək- söz eşitməyən, öyüd-nəsihət qəbul etməyən bir adama öyüd verməyə, elçiliyə, vəkalətə, amirliyə, yasaq və qadağanlara, önəmli işlərdə yüksəlməyə, gözəl şöhrətə işarədir. Kitab və s. oxucu görmək – əndişəli, vəsvəsəli xəstəyəvə kitab yiyəsini sevməyə yozulur.
    Ocaq (soba) – Röyada tək-təmha bir soba qırağında oturmaq – min cür dedi-qoduya və hiylələrə düçar olamaqdır. Ocaq səmimi dostlarla oturub söhbət etmək-böyük bir sədətə qovuşacaqsınız. Yanan ocaq-yeni ürək dostları qazanmağa işarədir. Dəmir soba kömür görmək-var-dövlətdir. Mis və ya tunc soba-dünya zinətlərinə malik olan bir ailənin xanımına işarədir. Ağacdan düzəldilmiş soba-var-dövlət sahibi olan, eynio zamanda böhtançı adamların həyat yoldaşını ifadə edir. Palçıqdan tikilmiş soba-dini kamli və aydın olan bir ailədə tərbiyə almış qadın anlamındadır. Subay adamın ocaq görməsi evliliyə; evlidirsə-arvadının hamilə olmasına; xaçpərəstdirsə müsəlman olacağına yozulur.
    [

  10. #20
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Yuxu yozmaları Ö

    ÖVLAD – Qız övladı işlərin yaxşı gedəcəyinə işarədir. Ananın qız övladını görməsi – darlıq və sıxıntıdır.

    ÖVLİYA – Mələk övliya kimi müqəddəs varləqları röyada görək həmişə xeyrə işarədir, böyük bir xöşbəxtliyi və var-dövləti müjdələyir.

    ÖD KİSƏSİ – Öd kisəsinin yuxuda şişdiyini görmək – son günlər işləriniz və səhətiniz bir az pozulacaqdır.

    ÖDƏMƏK – Yuxuda bir borcunu ödəmək röya sahibinin gördüyü dünyamiqyaslı işlərdə maneələr və çətinliklər aradan qalxacaqdır. Bu röya, eyni zamanda, ianəyə, şahidliyə, günahları yumağa və həccə getməyə də işarə sayılır.

    ÖYÜNMƏK – Röyada öyündüyünü görən adam var-dövlət və yaşayış sarıdan çox zəngindir.

    ÖKÜZ – fərəhə, var-dövlətə yozulur. Röyada öküz görmək – bir əşirət və ailənin, bir evin, şəhərin və kəndin işlərini boynuna alan, idarə edən adama işarədir. Öküzə minmək – bolluq və ucuzluq əlamətidir. Yuxuda öküz hökmdar, böyük adam simvoludur. Bəyaz öküzü görən adam xeyirxah işlər görər. Öküz röyada sahibini buynuzlarsa, o adam Allahın qəbzinə gələr. Öküz əti yemək – var-dövlətdir. Röyada öküzü çox buynuzlu görən kimsənin ömrü-günü yoxluq içində keçər. Alaca öküz – nəşə və sevincə. Qara öküz – ucalığa, xəstəlikdən şəfa tapmağa yozulur. Yuxuda öküz bəzən də, axmaqlığı, cəhaləti ifadə edir.

    ÖGEY – Röyada ögey ana, ata, yaxud yaxud qardaş görmək – cansıxıcı bir xəbər alacağınıza yozulur.

    ardı yaxın zamanlarda əlavə olunacaq ……….
    [

Sayfa 2/4 İlkİlk 1234 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.