Süd və süd məhsulları təkcə uşaqlar üçün deyil, həmçinin qadınlar, qocalar, gənclər üçün də çox faydalıdır.
Süd də meyvə-tərəvəz kimi kalsium və orqanizmə lazım olan digər elementlərlə zəngindir. Lakin bəzən bu məhsulda da orqanizm üçün təhlükə mənbəyinə çevrilən müxtəlif xəstəliklər olur. Bu xəstəliklər nədən qaynaqlanır? - Südün yaxşı sterilizə edilməməsindən, yəni lazımi qədər qaynadılmamasından, mikroorqanizmlərin tamamilə məhv olmamasından və qablarda ağzı açıq saxlanmasından. Ümumiyyətlə, belə hallara küçədə satılan südlərdə daha çox təsadüf edilir. Süd alüminium qazanda çox saxlandıqda da təhlükəli olur, tərkibində zəhərli maddələr əmələ gəlir. Yeri gəlmişkən, onu da qeyd edək ki, küçədə satılan südlər orqanizm üçün daha çox fəsadlar ortaya çıxarır. Belə ki, bu cür süd məhsullarının tərkibində olan zərərli maddələr nəticəsində orqanizm tuberkulyoz, tif, brusellyoz, ishal kimi xəstəliklərə yoluxur. Belə ki, bu xəstəliklər immunitet baxımından zəif olan uşaqlarda özünü daha çox göstərir. Məlumdur ki, bütün xəstəliklər mikroblar vasitəsilə orqanizmə yoluxur. Südün bişirilməsində, eləcə də süd məhsullarının hazırlanmasında gigiyenik qaydalara riayət edilmədikdə qidanın tərkibindəki mikroblar orqanizmə daha tez yol tapır. Odur ki, uşaqlar üçün süddən müxtəlif cür yeməklər hazırlayarkən daha diqqətli olmaq lazımdır. Çünki inkişafda olan orqanizmdə kök salan mikrob sonralar ağır xəstəliklərin təməlini atmış olur.
Bəli, südün tərkibi protein, karbohidrat və yağlarla zəngin olduğundan sağlamlığımız üçün çox vacibdir. Lakin yaddan çıxarmaq olmaz ki, digər məhsullar kimi süddən də istifadə edərkən qızıl qaydalara əməl etmək lazımdır.
Açıq südlər təhlükəlidir!
Printable View
-
04-02-2007, 03:24 PMElifAçıq südlər təhlükəlidir!
-
04-02-2007, 03:27 PMSevirem
Hergün süd içmek lazımdı. Diqqet elemeliyik içdiyimiz südlere. Sağol Elif-Elif
-
04-02-2007, 04:48 PMAhdes
Teşekkürederiz elif güzel paylaşımdı
-
04-03-2007, 10:24 PMbakilibalasi
Tesekkürler Elif cok güzel yazmisin
-
04-03-2007, 11:32 PMyeshu
bu hansı süd? İnek südü ya Aslan südü? :loll:
-
04-04-2007, 12:02 AMElifİnek sütünden bahsediyor Yeshu Abi zira aslan sütü açıq olsa da olmasa da tehlikelidir... :DAlıntı:
yeshu Nickli Üyeden Alıntı
-
04-04-2007, 11:08 AMyeshuBax... teksti bir de 'Aslan südü' elave edib oxu... :loll:Alıntı:
elif-elif Nickli Üyeden Alıntı
-
04-04-2007, 03:09 PMyesterdayMende her günü südüm içirem :lol:Alıntı:
yeshu Nickli Üyeden Alıntı
-
04-04-2007, 04:20 PMyeshu
demeli senin ineq südünden xoşun gelmir... :wink:
-
04-05-2007, 11:23 AMyesterdayMen dana mıyam ineq südü içmeliyem :lol:Alıntı:
yeshu Nickli Üyeden Alıntı
