Yolumu gözləyən bir qadını tərk etdim. Qarşılaşdıq bir müddət sonra. Gözlərinin işığı sönüb dedi mənə. nə oldu sənə?-deyə gerçəyi söyləyincə, mən də doğru söyləməyə çalışdım ona.
Sənin gözəlliyinə nə oldusa mənim gözlərimə də o oldu dedim.
5 - 10 cümləyə sığışmış qəmli bir eşq hekayəsi... Buruq, qırılmış oyuncaqlar qədər...
Və məğlub. 'kaş ilə dolu cümlələr kimi... Bu sözü neçə cümlənizin əvvəlinə əlavə etmisinizsə o qədər səhv etmisinizdir həyatda...
Dörd mövsümlük bir il olsa ömür, 'kaş ki', onun payızına bərabər gəlir.
Bütünlüklə imtina etmək üçün tezdir, Uyğunlaşmaq üçün gec...
Məğlubiyyətin ilişikliyidir 'kaş ki'...
Qaçırılmış fürsətlərin, basdırılmış duyğuların, xərclənmiş həyatların, boşa yaşanmış ya da haqqıyla yaşana bilməmiş illərin, gecikmiş etirafların ağrısıdır.
[
Vurulub çıxılmış bir qapıda, yazılıb göndərilməmiş bir məktubda, göz yumulmuş bir haqsızlıqda, vaxt varkən öpülməmiş bir əldə, dilin ucuna gəlib təxirə salınmış bir sözdədir.
Parıltısı sönmüş bir cüt gözdə ya da itib getmiş bir gözəlliyin ardından ah çəkməkdə...
'Yolunu gözləməsəydim', 'elə deməsəydim', 'tərk edib getməsəydim', 'ən gözəl illərimi verməsəydim' deyə deyə sızlanar gedər.
'Kaş kinin antoqonisti yəni onun zəhərini məhv edən 'yaxşıki dir.
İlki nə qədər cılızdırsa, ikinci o cür igiddir.
[
'Kaş ki', əksəriyyətlə bir 'ah ilə qopub gəlir ciyərdən... təəssüflər, hayıflanmalar, sürüyər arxasından...
'Yaxşı ki' isə, müzəffər bir 'oh ilə böyüyər; cürətiylə öyünər.
'Kaş kili cümlələrdə necə yaşanmamışlığın, yarım qalmışlığın o əzik quruluğu varsa, 'yaxşı kililərdə də, riskə girə bilmişliyin, dadına baxa bilmişliyin məğrur yaraları qanayar.
Məktəbdən heç qaçmamısınız, sevgilinizlə öpüşməmisiniz;
[
Danışmağınız lazım olduğunda susmuş, qaçacağınız zaman dayanmış, qucaqlayacağınız yerdə qopmusunuz.
Bir insana, bir işə, bir iddiaya ömrünüzü həsr etmisiniz. O insanın, o işin, o iddianın, buna layiq olmadığını hissetmənin xəyal qırıqlığındadır 'kaş ki'...
'İndiki ağlım olsaydı' döyünməsindədir. Geriyə dönüb baxdığınızda, ayıblayaraq, qadağan edərək, qorxulara, fəda edilmiş, 'Nələrəsə qurban verilmiş, son istifadə etmə tarixi keçmiş bir yığın həzz
'Kaşkililərin həyatı, bir peşmanlıqlar qəbiristanlığıdır.
[
'Yaxşı ki'! ...
Onda, yara bərə içində də olsa, yana yana, amma doyunca yaşamış olmanın iç dincliyi və haqlı qüruru qışqırar.
'Yaxşıkilərinizi yığın bu gün və 'kaşkilərinizdən çıxardın. Çoxdursa qazancdasınız deməkdir.
[
Vecinizə almayın ürəyinizdəki ağrıları, acı xatirələri.....
'Kaşkiləriniz, 'yaxşı kilərdən çoxsa...
Kompensasiya üçün əlinizi tez atıb tutun. Tutunki, yolunuzu gözlərkən tərk etdiyinizlə bir gün yenidən qarşılaşdığınızda siz susayarkən, işığı sönən gözləriniz 'kaş ki' deyə nəmlənməsin...
PS : Həyatda heç vaxt kaş ki deməyin. Sadəcə onu bilin ki Allah da bu kəlməni sevmir...
"Kaş ki"...
Printable View
-
11-09-2009, 06:13 PMsuzi333"Kaş ki"...
-
11-09-2009, 06:19 PMsuzi333Re: "Kaş ki"...
Bir şafak vakti güneş "keşke" der
Ve girer penceremden içeri/sormadan
Oysa seni getirmiştir ışıklarının kucağında
Sen girmişsindir aslında penceremden
Seninle birlikte bütün "keşke"ler bir de
Boy boy/irili ufaklı
Bilir misin Bilir misin sen
"keşke"lerin nasıl notaya büründüğünü
Nasıl şarkı olup yapıştığını dilime
Gün boyu nasıl söylediğimi
Mukaddes bir dua gibi Ya da bir türlü atamadığını
Ömrümün 'keşke'lerin tomurcuklandığı
Bir gül bahçesi olduğunu
Bilir misin
Bilir misin sen
Gidişinde attığın her adımının
Bir yüreği
Yüreğimi nasıl çiğnediğini
Her "keşke"nin
Bedenimden bir parça koparıp ***ürdüğünü
Kör bir kurşun gibi vurup geçtiğini
İçimi sızlatan bir ağıt
Sonsuza düğümlenen bir feryat
Sahipsiz bir çığlık gibi
Dudaklarıma yapıştığını
Bilir misin
[ -
11-10-2009, 11:11 AMsus-qunRe: "Kaş ki"...
Kaşki tanımasaydım səni....
Kaşki tanımasaydım səni..
Çiyinlərimə bu qədər yük minməzdi,
O zaman gözlərim ağlamağı bilməzdi..
Bu qədər qəlbim sıx döyünməzdi,dəlicəsinə..
Mənimdə əllərim isti olardı,heç üşüməzdim,
Gecələr yuxusuz qalmazdım səhər kimi..
Röyalarım, hətta şirin xəyallarım olardı,
Qan çanağına dönməzdi gözlərim,
Zaman-zaman məndə gülərdim..
Kürəyimdə qara saplı bıçaq dostum olmazdı,
Günəşsiz dünyamda ciyərim qovrulmazdı..
Göz yaşım ruhumu daraltmazdı, məliyimi sıxıştırmazdı,
Özümü unutmazdım....
Ya da kaşki səni tanımazdım...
Kaşki... -
11-10-2009, 11:15 AMsuzi333Re: "Kaş ki"...
TŞK EDERİM GÜZEL SİİR İÇİN.
-
02-18-2010, 12:34 PMDamla1Re: "Kaş ki"...
EŞQ BAĞIMIN SOLDU QÖNÇƏ GÜLLƏRİ,
SƏN GEDƏLİ HƏDƏR OLDU İLLƏRİM.
YAŞAMAĞA HƏVƏS YOXDUR NEYLƏYİM ?!
QAYIT DESEM QAYIDARSAN ? BİLMİRƏM !
UZUN EŞQ YOLUMUZ SONAMI ÇATDI?
YOXSA BİTDİ hƏR ŞEY YARIMÇIQ QALDI?
SENDEN MƏNƏ YALNIZ XATİRƏ QALDI.
QAYIT DESEM QAYIDARSAN ? BİLMİRƏM!
QAYIDARSAN, QAYIDARSAN DEYİRƏM,
ÜMİDMİ EDİRƏM BİLƏ BİLMİRƏM.
MƏN SƏNƏ SEVGUİLİM QAYIT DEYİRƏM
QAYIDARSAN SÖYLƏ GÖRÜM GERİYƏ? :cool: -
02-26-2010, 12:24 AMRuzgar_GuluRe: "Kaş ki"...
[
-
02-26-2010, 10:20 AMPOWER_RANGERSRe: "Kaş ki"...
calisin ki heyatda hech vaxt kas ki sozunu demeyesiniz cunku Allah teala bu sozu sevmir
-
03-18-2010, 03:41 PMDamla1Re: "Kaş ki"...
Kaş ki...
Kaş ki deniz olaydı,
Kaş ki göy sema.
Kaş ki güneş olaydı,
O doğma sima...
Kaş ki qelbim ruhuna neğmeler söyleyeydi,
Kaş ki elim cismine fereh, sevinc sepeydi...
Su olaydım yanında, bedenine axaydım,
Kaş bütün ömrüm boyu başına dolanaydım.
Kaş ki bir quş olaydım,
Kaş ki bir yarpaq.
Kaş ki bihuş olaydım,
Kaş ki bir dodaq...
Xelvetce yaxınlaşıb dodağından öpeydim...
Doğma sesin eşidib, ağlayaydım, güleydim.
Kaş ki gece olaydım,
Qap-qaranlıq bir gece.
Kaş ki yuxu olaydım,
Oxuyaydım sakitce...
Sen yuxuya dalardın,
Men baxardım sessizce...
Kaş ki ulduz olaydım,
Geceler parlayaydım,
Kaş ki bulaq olaydım,
İçine damla-damla,
Serin-serin dolaydım...
Kaş ki ürek olaydım,
Sinende döyüneydim,
Kaş ki bir şam olaydım,
Nefesinle söneydim...
Kaş ki göz yaşın olub
Gözlerinde qalaydım.
Kaş ki soyuqdan, buzdan
Qucağında donaydım...
Kaş ki arzun olaydım,
Kaş heyatın menası.
Kaş bir denen olaydım,
Kaş qelbinin parası... -
03-18-2010, 03:46 PMAgLaYaN_BuLuDRe: "Kaş ki"...
:alqis: sende seir yaza bilirsen maraqli idi cox sag ol
-
03-18-2010, 03:47 PMDamla1Re: "Kaş ki"...:al: demek burda qoyduğum şerleri oxumamisan?Alıntı:
AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
