1 - Soruşdum : Bu ürəyimdəki boşluq nədir ? Dedilər ki : Aşiq oldunmu heç ya da
də çox sevdinmi ? Dedim : Xeyr , o necə olan bir şeydir , yeyilir mi , içilər
mi ? Dedilər : Sən yanmısan , vay sənin halına.
Çaşdım...Düzü bir qədər duruxdum...
2- İşi-gücü buraxıb aşiq olmağa qərar verdim.
Soruşdum. Araşdırdım hər seqmentə. Kimindən yaxşı
kimindən mənalı, kimində tük ürpəşdirən, kimində də məzəli cavablar aldım. Artıq bir sevgili tapmağa qərarlıydım.
İnadcıl biri olduğum üçün dediyimi etməyə qərarlıydım.Qolumu çırmalayıb məqsədə çatmaq üçün tər tökməyə başladım.Bəlkə də gülməli səslənir ki,məhəbbəti heç belə də axtararlar,amma neynəyə bilərəm,axtardığım heç doğru-düzgün nə olduğunu belə özüm bilmirdim...
3- Biri dəydi gözümə , maraqlandım
öz-özümə , ey Allahım bu nədir belə deyə.
bir işıq vurdu içimə , isti bir vulkan seyrində ,
nə etməli tanış olmalı , necə qəfəsə bağlamalı.
Düşündüm bu problemi , sanaram tapdım yəqin yolunu
Tanış oldum.
4 - Gözləri maviyə çalan , gözəlliyi bir
damla su aydın və duru , ağ bədənli , canlı baxışlı
və bir az da sirli. O da məni sevdi , adı .....de.
İçimdəki eşqmiydi yoxsa sevgimi ? Mən yaşadıqlarımı hiss etmədən o çox asanlıqla oğurladı ürəyimi.
Yenə də gözəl bir o qədər xüsusi idi bu duyğu
Bağlandım...
5- Gəzdik dolandıq parklarda , kafelərdə.
Bir əlim əlində , digər belində çox da məni sevdi
bəlkə də. Başladım şeirlər yazmağa , eşqimi ən incə
dillə köçürməyə , günəş sarı , dəniz mavi , yarpaqlar
yaşıl , bir təbiət möcüzəsi sanki , ürəyimdəki eşq deyilən melodiya...
Aşiqdim...
6- Sevdim , sevildim. Limitsiz.
Sərhədsiz olaraq. Məcnun bilməzdi məni. Mövlam təqdir edərdi.
Bu nə duyğu Allahım yuxumu , gerçəkmi ?
Nə bildiyim ağlımda , nə yaşadığımın fərqində
deyildim. Sağa baxsam o , sola dönsəm o.
İnanmayacaqsınız heç baxmasam , gözlərimi bağlasam da yenə o.
Dəlicəsinə Aşiqəm...
7- Sonra nələr oldu anlamadım.
Birdən birə boşluğa düşdüm sanki. Salamlarım cavabsız ,
telefonlarım cavabsız. Günlər , gecələr keçdi
onsuz və tək. İçimdə incədən bir acı , ürəyim
hüzn və bir az da sızıltı. Bu sanki bir heçdən fərqsiz idi.
Axtarmadı. Soruşmadı. Bir dəfə qarşılaşdıq da tanımadı.
Çökdüm...
Səbəb nə idi bilmirəm.
Fəryad edib ağlamaq istəyirəm.
Bu cür ucuzmu sevmək və ayrılmaq inanmıram.
Yalan da olsa ürəyimi o dönəcək deyərək təsəlli edirəm.
Bilirəm , bir daha heç dönməyəcək və sevməyəcək.
Yanıldım...
9- Məni axtarmadı. Bir dəfə olsun soruşmadı. Mən də heç
axtarmadım. Məni sevməyəni , sevməm
deyib ürəyimi əyləndirdim. Nə Çarə ? Ayrılıq bu cür
asanmıydı , eşq ağrısı bu qədər incidərdimi ,
dözəcək canım da qalmadı, bu taleyin bir
oyunu idi və beləsinə mərhəmətsiz idi.
Ayrıldım...
10- Unutmaq istəyərkən yaşanan hər şeyi ,
bir-bir yığmışam fərqində olmadan gözəl günləri.
Ürəyimə də yazmışım o bənzərsiz keçmişi. Gəzdiyimiz parkda səsini
eşitməyə , sakitcə uzanıb əlini tutmağa , qulaqlarına eşq nəğmələri
pıçıldamağa , necədə alışmış ürəyim , başladım yenə ağlamağa.
Unudacaqdım vəfasızlığı , siləcəkdim tək-tək bütün xatirələri ,
basdıracaqdım keçmişə , açmamaq üzrə bitən eşqimi.
İndi Bilirəm...
11- Artıq eşqlərim ürəkdən və
sərhədsiz olmayacaq , ürəyim vəfasızlara dastan yazmayacaq ,
hisslərim eşq küləyinə qapılmayacaq və son bir dəfə
baxdığımızda keçmişə , məni bir tək yenə mənliyim qucaqlayacaq.
Anladım...
12- Ürəyimdəki boşluğun hər səbəbini , sevib ,
ayrılanın eşqə nifrətini , vəfasız ürəklərin keçmişi çirklətdiyini
içimizdə yandırdığımız söndürən atəşi və inadına ağıllanmayıb
içdiyimiz eşq iksirini.
İndi bilirəm və anlayıram Eşqə susayanları , Vəfasızları da
Qınayıram...
PS.Adətən mövzunun sonunda sual ünvanlandırılır.Mənsə bundan fərqli olaraq sual verməyəcəm.Sadəcə silin keçmişdə sizə xəyanət edənləri,dəyərinizi bilməyib sizi üzənləri bir dəfəlik silin.Bağışlamayın qəlbinizin həssaslığına dözməyib ürəyi yumşaqlıq etməyin.Sonra özünüz bağışlanma diləyərsiniz.Haqlıykən haqsız olarsınız.Sevin həmişə sizi sevənləri,sevginizə dəyər verməyənlərisə silin həyatınızdan(zaman ayırıb oxuduğunz için de ayrıca teşekkür)
Qəlbimdəki boşluq nədir? Bir arkadaşın dilinden...
Printable View
-
07-24-2009, 02:47 PMsuzi333Qəlbimdəki boşluq nədir? Bir arkadaşın dilinden...
-
07-24-2009, 03:07 PMSindyRe: Qəlbimdəki boşluq nədir?bir arkadasın dilinden...
guzel yaziydi,icten hiss etdikleri.hec vaxt xeyaneti bagislamaram ister dostluqda ister sevgide.ama gedene uzulmeyin ,eksine ziyanin yarisindanda donmek kardir deye sevinin. sizi uzen ucun aglamaga deymez,deyen insan zaten aglatmaz,aglarkende basinizi dik tutun ki,goz ayslariniz sizi agladan qeder alcatmasin. tesekkurler...
-
07-24-2009, 06:21 PMNuriyeVRe: Qəlbimdəki boşluq nədir? Bir arkadaşın dilinden...
qelbimdeki boşluq ele özümem yalnızlıq özü en böyük boşluq etrafımda çox insan var amma ne yazar meni anlayan olmadıqdan sonra
-
07-24-2009, 11:07 PMXeyallarimRe: Qəlbimdəki boşluq nədir? Bir arkadaşın dilinden...
Cox gozel bir movzu . Esas odur ki , realliq var burda . Amma ne asatdi sil at demek , unut demek , bunu heyata kecirmek goresen dediyiniz qeder asantdimi ?
-
07-25-2009, 11:36 AMalenaRe: Qəlbimdəki boşluq nədir? Bir arkadaşın dilinden...
Vallah sevgi bitib ,yerine boshluq girdiyinde insan ruhsuz bir can dashiyir sanki.Bu dunyada insanlarin cox ferqli xaraktere sahib olmaqlari ile yanashi, cox da ikiuzludurler, kimin dogru, kimin yalan soylediyini artiq qarishdirmaga bashlayirsan,heyatda o qeder menasizlashirki, ne edeceyini, ne dushuneceyini bilmirsen, menim heyatim tam bir xaosdu ,amma nece olsa heyatdi bu mene verilen,verilene razi gelmekden bashqa elden ne gelir :meyus:
-
07-25-2009, 11:41 AMXeyallarimRe: Qəlbimdəki boşluq nədir? Bir arkadaşın dilinden...verilene razi qalmaqdan basqa elden hec ne gelmir ,sadece ozumuzu bezen nifretimizle sakitlesdiririk amma inan ki ozumzu aldadiriq hec ne inudulmur hec ne yaddan cixmir , ona gore de en yaxsisi suyun axari ile getmekdi harda qirildi qirildi ,Alıntı:
alena Nickli Üyeden Alıntı
-
07-25-2009, 11:48 AM_SeDRiK_Re: Qəlbimdəki boşluq nədir? Bir arkadaşın dilinden...hmm.. :cry:Alıntı:
Xeyallarim Nickli Üyeden Alıntı
-
07-25-2009, 11:54 AMXeyallarimRe: Qəlbimdəki boşluq nədir? Bir arkadaşın dilinden...Sene ne olub ??? sen niye aglayirsan ???Alıntı:
_SeDRiK_ Nickli Üyeden Alıntı
-
07-25-2009, 04:53 PMas_suaRe: Qəlbimdəki boşluq nədir? Bir arkadaşın dilinden...
Aglaram aglar kimi, derdim var daglar kimi :meyus:
-
07-25-2009, 05:08 PMXeyallarimRe: Qəlbimdəki boşluq nədir? Bir arkadaşın dilinden...Aglama , derdin nedir senin ??? :mad:Alıntı:
as_sua Nickli Üyeden Alıntı
