10 sonuçtan 1 ile 10 arası

Qəlbimdəki boşluq nədir? Bir arkadaşın dilinden...

  1. #1
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Qəlbimdəki boşluq nədir? Bir arkadaşın dilinden...

    1 - Soruşdum : Bu ürəyimdəki boşluq nədir ? Dedilər ki : Aşiq oldunmu heç ya da
    də çox sevdinmi ? Dedim : Xeyr , o necə olan bir şeydir , yeyilir mi , içilər
    mi ? Dedilər : Sən yanmısan , vay sənin halına.
    Çaşdım...Düzü bir qədər duruxdum...
    2- İşi-gücü buraxıb aşiq olmağa qərar verdim.
    Soruşdum. Araşdırdım hər seqmentə. Kimindən yaxşı

    kimindən mənalı, kimində tük ürpəşdirən, kimində də məzəli cavablar aldım. Artıq bir sevgili tapmağa qərarlıydım.

    İnadcıl biri olduğum üçün dediyimi etməyə qərarlıydım.Qolumu çırmalayıb məqsədə çatmaq üçün tər tökməyə başladım.Bəlkə də gülməli səslənir ki,məhəbbəti heç belə də axtararlar,amma neynəyə bilərəm,axtardığım heç doğru-düzgün nə olduğunu belə özüm bilmirdim...
    3- Biri dəydi gözümə , maraqlandım
    öz-özümə , ey Allahım bu nədir belə deyə.
    bir işıq vurdu içimə , isti bir vulkan seyrində ,
    nə etməli tanış olmalı , necə qəfəsə bağlamalı.
    Düşündüm bu problemi , sanaram tapdım yəqin yolunu
    Tanış oldum.
    4 - Gözləri maviyə çalan , gözəlliyi bir
    damla su aydın və duru , ağ bədənli , canlı baxışlı
    və bir az da sirli. O da məni sevdi , adı .....de.
    İçimdəki eşqmiydi yoxsa sevgimi ? Mən yaşadıqlarımı hiss etmədən o çox asanlıqla oğurladı ürəyimi.
    Yenə də gözəl bir o qədər xüsusi idi bu duyğu
    Bağlandım...
    5- Gəzdik dolandıq parklarda , kafelərdə.
    Bir əlim əlində , digər belində çox da məni sevdi
    bəlkə də. Başladım şeirlər yazmağa , eşqimi ən incə
    dillə köçürməyə , günəş sarı , dəniz mavi , yarpaqlar
    yaşıl , bir təbiət möcüzəsi sanki , ürəyimdəki eşq deyilən melodiya...
    Aşiqdim...
    6- Sevdim , sevildim. Limitsiz.
    Sərhədsiz olaraq. Məcnun bilməzdi məni. Mövlam təqdir edərdi.
    Bu nə duyğu Allahım yuxumu , gerçəkmi ?
    Nə bildiyim ağlımda , nə yaşadığımın fərqində
    deyildim. Sağa baxsam o , sola dönsəm o.
    İnanmayacaqsınız heç baxmasam , gözlərimi bağlasam da yenə o.
    Dəlicəsinə Aşiqəm...
    7- Sonra nələr oldu anlamadım.
    Birdən birə boşluğa düşdüm sanki. Salamlarım cavabsız ,
    telefonlarım cavabsız. Günlər , gecələr keçdi
    onsuz və tək. İçimdə incədən bir acı , ürəyim
    hüzn və bir az da sızıltı. Bu sanki bir heçdən fərqsiz idi.
    Axtarmadı. Soruşmadı. Bir dəfə qarşılaşdıq da tanımadı.
    Çökdüm...
    Səbəb nə idi bilmirəm.
    Fəryad edib ağlamaq istəyirəm.
    Bu cür ucuzmu sevmək və ayrılmaq inanmıram.
    Yalan da olsa ürəyimi o dönəcək deyərək təsəlli edirəm.
    Bilirəm , bir daha heç dönməyəcək və sevməyəcək.
    Yanıldım...
    9- Məni axtarmadı. Bir dəfə olsun soruşmadı. Mən də heç
    axtarmadım. Məni sevməyəni , sevməm
    deyib ürəyimi əyləndirdim. Nə Çarə ? Ayrılıq bu cür
    asanmıydı , eşq ağrısı bu qədər incidərdimi ,
    dözəcək canım da qalmadı, bu taleyin bir
    oyunu idi və beləsinə mərhəmətsiz idi.
    Ayrıldım...
    10- Unutmaq istəyərkən yaşanan hər şeyi ,
    bir-bir yığmışam fərqində olmadan gözəl günləri.
    Ürəyimə də yazmışım o bənzərsiz keçmişi. Gəzdiyimiz parkda səsini
    eşitməyə , sakitcə uzanıb əlini tutmağa , qulaqlarına eşq nəğmələri
    pıçıldamağa , necədə alışmış ürəyim , başladım yenə ağlamağa.
    Unudacaqdım vəfasızlığı , siləcəkdim tək-tək bütün xatirələri ,
    basdıracaqdım keçmişə , açmamaq üzrə bitən eşqimi.
    İndi Bilirəm...
    11- Artıq eşqlərim ürəkdən və
    sərhədsiz olmayacaq , ürəyim vəfasızlara dastan yazmayacaq ,
    hisslərim eşq küləyinə qapılmayacaq və son bir dəfə
    baxdığımızda keçmişə , məni bir tək yenə mənliyim qucaqlayacaq.
    Anladım...
    12- Ürəyimdəki boşluğun hər səbəbini , sevib ,
    ayrılanın eşqə nifrətini , vəfasız ürəklərin keçmişi çirklətdiyini
    içimizdə yandırdığımız söndürən atəşi və inadına ağıllanmayıb
    içdiyimiz eşq iksirini.
    İndi bilirəm və anlayıram Eşqə susayanları , Vəfasızları da
    Qınayıram...

    PS.Adətən mövzunun sonunda sual ünvanlandırılır.Mənsə bundan fərqli olaraq sual verməyəcəm.Sadəcə silin keçmişdə sizə xəyanət edənləri,dəyərinizi bilməyib sizi üzənləri bir dəfəlik silin.Bağışlamayın qəlbinizin həssaslığına dözməyib ürəyi yumşaqlıq etməyin.Sonra özünüz bağışlanma diləyərsiniz.Haqlıykən haqsız olarsınız.Sevin həmişə sizi sevənləri,sevginizə dəyər verməyənlərisə silin həyatınızdan(zaman ayırıb oxuduğunz için de ayrıca teşekkür)

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Dec 2006
    Yer
    Baki
    Mesajlar
    1.089

    Re: Qəlbimdəki boşluq nədir?bir arkadasın dilinden...

    guzel yaziydi,icten hiss etdikleri.hec vaxt xeyaneti bagislamaram ister dostluqda ister sevgide.ama gedene uzulmeyin ,eksine ziyanin yarisindanda donmek kardir deye sevinin. sizi uzen ucun aglamaga deymez,deyen insan zaten aglatmaz,aglarkende basinizi dik tutun ki,goz ayslariniz sizi agladan qeder alcatmasin. tesekkurler...
    gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Qəlbimdəki boşluq nədir? Bir arkadaşın dilinden...

    qelbimdeki boşluq ele özümem yalnızlıq özü en böyük boşluq etrafımda çox insan var amma ne yazar meni anlayan olmadıqdan sonra

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Qəlbimdəki boşluq nədir? Bir arkadaşın dilinden...

    Cox gozel bir movzu . Esas odur ki , realliq var burda . Amma ne asatdi sil at demek , unut demek , bunu heyata kecirmek goresen dediyiniz qeder asantdimi ?

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    527

    Re: Qəlbimdəki boşluq nədir? Bir arkadaşın dilinden...

    Vallah sevgi bitib ,yerine boshluq girdiyinde insan ruhsuz bir can dashiyir sanki.Bu dunyada insanlarin cox ferqli xaraktere sahib olmaqlari ile yanashi, cox da ikiuzludurler, kimin dogru, kimin yalan soylediyini artiq qarishdirmaga bashlayirsan,heyatda o qeder menasizlashirki, ne edeceyini, ne dushuneceyini bilmirsen, menim heyatim tam bir xaosdu ,amma nece olsa heyatdi bu mene verilen,verilene razi gelmekden bashqa elden ne gelir

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Qəlbimdəki boşluq nədir? Bir arkadaşın dilinden...

    Alıntı alena Nickli Üyeden Alıntı

    verilene razi qalmaqdan basqa elden hec ne gelmir ,sadece ozumuzu bezen nifretimizle sakitlesdiririk amma inan ki ozumzu aldadiriq hec ne inudulmur hec ne yaddan cixmir , ona gore de en yaxsisi suyun axari ile getmekdi harda qirildi qirildi ,

  7. #7
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    701

    Re: Qəlbimdəki boşluq nədir? Bir arkadaşın dilinden...

    Alıntı Xeyallarim Nickli Üyeden Alıntı

    hmm..
    [

  8. #8
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Qəlbimdəki boşluq nədir? Bir arkadaşın dilinden...

    Alıntı _SeDRiK_ Nickli Üyeden Alıntı

    Sene ne olub ??? sen niye aglayirsan ???

  9. #9
    Junior Member
    Üyelik tarihi
    Jun 2009
    Mesajlar
    5

    Re: Qəlbimdəki boşluq nədir? Bir arkadaşın dilinden...

    Aglaram aglar kimi, derdim var daglar kimi

  10. #10
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Qəlbimdəki boşluq nədir? Bir arkadaşın dilinden...

    Alıntı as_sua Nickli Üyeden Alıntı
    Aglaram aglar kimi, derdim var daglar kimi
    Aglama , derdin nedir senin ???

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.