Mən ikı həftə zad olar bu furuda uz olmuşam və azərbaycan bolumundə sizləri səlamlamişdım ama mənı bir alqişlayan olmadı və sılamım cavabsiz qaldı.oraya yazdiğım sozlərimı bira kopı ilirəm balkə bir cavab verən ola.
Guney azərbaycandan quzeyə səlam
Quzeyli baci-qardaşlarima itthaf
Guneydən quzeyə səlam gətirmişəm
Təbrizdən bakıya səlam gətirmişəm
Ərdəbildən,marağadan,zəngandan
Nəxcəvana,lənkərana,zəngilana
Örmudan,sulduzdan,qöşaçaydan
Sumqatyita,qəfqazilan gənciyə
Bollu səlamım var mənim həpisinə
Butun azərbaycan, guney-quzeyə
Qaradağdan Qarabağa
"Şəhriyar"dan "bəxtiyar"a
"Kərimi"dən "suleyman"a
Bollu səlam gətirmişəm
Ana yurdum "Bəyqurd"dan,"Adigözəl" ölkəsindən
Quzey dəki elimizə bollu səlam gətirmişam
Mənim bir ürək dolusu səlamım var quzey azərbaycan da yaşıyan hormətli baci-qardaşlarima.halıviz necədi yoldaşlar? İnşallah ki olu tanrinin lutfuilə şad yaşayib və ğəmkədariviz olmasin .
Amma neyləməli ğəm kədər bizim belimizi bukub.qara dağı qara bağdan və qara bağı azərbaycan dan ayrı salandan buyana bizim üragimiz qanilan dolub və bir xoş gun gorməmişik.
Indisə ana dilimiz yasaqdir! Və öz dilimizdə yazib oxuya bilmirik! Öz tariximizi və kimliğimizi bilməyimiz , və onu gənclərə və öşaqlara bildirmağimiz yasaqdir,yasaq!ş
Bu son ku aylarda quney azərbaycanda bir böyuk və yöksək inqilab yaranib,indisə quney azərbaycan cavanlar(gənclər) və tələbələrinin arasinda bir müqəddəs təəsub yaranib, yəni bu ki onlar öz varliqlarina ,dillərinə ,tarixlərinə,ədəbıyatlarina və öz həqlərinə çox həssas dılarş
Başıvızı çox ağridmayim.
Mən 21 yaşinda quney azərbaycan lı bir oğlanam.
"bəyqud" kəndimizin adıdı və mənim ana yurdum.
Mən bu saytı gorəndə çox sevindım ,çoxdanıydı azərbaycan turkucəsıla bir forum axtaridım , çukr olsun tanrıya bugun bu saytda üzv olmuşam və ürək sozlərımı siz baci qardaşlarima yaziram.
Mən çun latin əlifbasin özum orənmişəm buna gorə imkanı var bəzi kəlmələrı duz və doğru yazmıyam və yada yazilarimda fars kəlmələri çox işlədəm , buna gorə sizdən üz istırəm və məni bağişlarsiniz.(lutfən imkani olsa duz yazmadığim kəlmələrin duzun mənə orədə siz)
Mənım üragim dolanda sozlərim bir azca da şeırə oxşar.buna gorədə bir şeirə oxşar səlam yazilarımin əvvəlinda(ılkində) itthaf elədim butun quzey də yasıyan baciqardaşlarima.
Gələcəkdə quney azərbaycan şaırlərin gozəl şeırlərindən və özumun ürək sozlərimdən sizlərə yazacıyam.
Yazilarimın sonunda bir başqa şeır quluqlariza itthaf eliyrəm(bu şeır özumun deyli başqa şaeırdandı heyf adin bilmirəm)
Sərin sulu bulaqlardan,bulaqlardan
Yaşıl yarpaq budaqlardan,budaqlardan
Lalə rəngli yanaqlardan,bal suzulən dodaqlardan
Sizə səlam , sizə səlam gətirmişəm
Goy xəzərin kinarından,gozəl otlar dıyarindan
Savalanin viqarindan,kor oğlunun nigarindan
Sizə səlam , sizə səlam gətirmişəm
Qoç nəbinin həcərindən, həcərindən
Sətarxanin hönərindən, hönərindən
"bəyqudun",dan ülduzlu səhərindən
Sizə səlam , sizə səlam gətirmişəm.
"quney azərbaycanı önutmayın"
Olu tanridan sizə və butun azərbaycana(quneylı-quzelı) xoş gunlər diləyirəm.
Bəyqud.
Guney azərbaycandan quzeyə səlam
Printable View
-
07-30-2007, 02:08 AMbeyqudGuney azərbaycandan quzeyə səlam
-
07-31-2007, 11:25 PMTuraneli
Hoşgelmişsin. Yazı gerçekten çok güzel.
Güney Azerbaycan gezim aklıma geldi. :wink:
