ARDI Neylәyim, sabit olsa bu әһval?»
Dedi: «Olsun sәnә bu canım һәlal».
Tülkü getdi, qoyun yazıq, miskin,
Gәlib evdә oturdu çox qәmgin.
Ağanın bir böyük iti var idi,
Bir һücumda pәlәngi yırtırdı.
Gaһ olardı çoban ilә һәmdәm,
Evi dә gözlәyәrdi o һәr dәm.
Qorxusundan onun sәmada belә, Јaxlaşmmazdı göy şiri һәmәlә.
Ona nәql etdi macәranı qoyun,
һirsi coşdu bu mәcәraya onun.
Dedi: «Tülkü kәlәk qurub bir bax, Dostumun qanına susuyur, axmaq».
O qoyunla gedib ora çatdı,
Bir çuxur qazdı, gizlәnib yatdı.
Dedi: «Get, otla, qorxma, arxayın ol, Tülkü şaһid gәtirsә etmә qәbul.
And üçün yanıma gәtir onu sәn,
Sonra gör neylәrәm o şaһidә mәn?!
İt ki, gizlәndi qazdığı yerdә,
Sizә qoy tülküdәn deyim bir dә.
Özün tülkü çöllәrә vurdu,
Qoca bir qurda rastlaşıb durdu
klassik sairler
Printable View
-
06-24-2007, 11:00 PMmahsum_
-
06-24-2007, 11:02 PMmahsum_
Getdi, һörmәtlә o salam etdi
Ona çox izzәt, eһtiram etdi.
Dedi: «Ey vәһşilәr әmiri, sәnә,
Verirəm muştuluq, məni dinlә!
Görmüşәm bir qoyun sәfeһ, nadan Bayramın lap içindәdir qurban».
Söylәdi macәranı tülkü tamam,
Qurda gәldi fәrәһli bir ilһam.
Dedi: «һaqqı danammarıq һeç biz, Dediyin yer sizinkidir şəksiz».
Belә şaһid tapıldı çox «adil»,
Müddәn һәr nә söylәsә qail.
Müxtәsәr qan içәn iki qәddar,
Gülüşüb verdilәr һücuma qәrar.
Elә ki, oldular ora varid,
Dedi tülkü: «Budur, bu da şaһid.
һәr sözü doğrudur, һәqiqәtdir,
Mәqsәdi dünyada әdalәtdir.
Necә olmaq bu һökmә narazı,
Özü һәm şaһid, һәm dә ki, qazi».
Dedi: «Yox, yox bu söz qәbul olmaz, Müddәa sabnt olmalı bir az.
Tanıram qurdu, istəyir ala can,
Şәri-һaqqı o tapdayar һәr an.
Saһibim yoxsa da yanımda mәnim,
Bir ocaq var yaxında xeyli qәdim.
Gedәrәk and için ona, dәrһal,
Qanım olsun sizә o anda һalal».
Qurd dedi: — «Sәnәtimidir and içmәk, Qorxu olmaz tәmizsә һәr bir ürәk».
Dedi tülkü: — «Mәnim dә qorxum yox, İçmişәm böylә andları mәn çox».
Sözlәşib getdilәr ocağa. sarı,
Yol һәlә olmamışdı orda yarı.
Tülkü baxdı ocağa һeyrәtlә,
Ürәyi vurdu bir әlamәtlә.
Gördü bir göz parıldayır altda,
Sanki bir şam yanır o zulmatda.
Dedi qurda: «Ocağa and içmәk,
Bizim әcdada olmamış mәslәk.
Atam and içdi, düşdü bәndә һaman, Ovçu soydu dәrisini nalan.
Anam and içdi, yeddi il yatdı,
Yeddi il dәrdә, qüssәyә batdı.
İndi mәn qorxuram bu anddan çox, Özün and iç, sәnin ki, qorxun yox».
Qurd dedi: «һiylәni burax, tülkü,
Güc olan yerdә һiylәlәr bil ki,
Boş olar, qorxmuram ocaqlardan, Tülkülәr qorxuya düşәr һәr an».
Qurd әl atcaq ocağa, it çıxdı, һülqumundan yapışdı, bәrk sıxdı
Tülkü görcәk әkildi tez aradan,
Qışqırıb qurda söylәdi: «Nadan,
Demәdim burda gizli һikmәt var,
Bu ocaqda yәqin bir illәt var?!».
ABBASQULU AGA BAKIXANOV -
06-24-2007, 11:03 PMmahsum_
MİRCƏFƏRƏ XİTAB
Cəfər ey nuri-dideyi-Seyyid!1
Qönçeyi-novrəsideyi-Seyyid2
Uləma haqqını rəayət qıl,
Əhli-elmə həmişə hörmət qıl . Demə bu kafər, ol müsəlmandır,
Hər kimin elmi var o insandır.
Elmdən oldu həzrəti-Loğman,
hikmət ilə səramədi-dövran.3
Elm bir nur, cəhl zülmətdir,
Cəhl duzəxdir,4 elm cənnətdir.„
Sənə hər kimsə elm edə təlim,
Ona vacibdir eyləmək təzim.
Harda görsən ona salam eylə,
Baş əyib, qul tək ehtiram eylə.
Özgəni vəsf5 qılma yanında,
Sən dur, o söyləyən zamanında.
İznsiz etmə xidmətində cülus,6
--------------------------------------------------------------------------------
1Seyidin gözünün işığı
2Seyidin təzə açılmış qönçəsi.
3Zamanın başçısı
4Cəhənnəmdir
5Tərif
6Əyləşmə
Olma zəncirindən,1 ey oğul əyus.
Adəm ol, incimə qiraətdən,
Çubi-molla2 çıxıbdı cənnətdən. «Gülsitan» içrə bülbüli-Şiraz3 Fars dilində edib bu nəğməni saz:
«Padişahi pesər be məktəb dad, Lövhi-simini dər kənar nehad,
Bər səri-lövhi-unəveşte be zər;
Cövri-ustad beh zimehri-pədər»4.
Bil ki, ustadın, ey rəşid pəsər,5 Sənə ruhaniyətdə oldu pədər.6 Pədərin bir mənəm, bir ustadın,
Cəhd qıl yaxşı çıxmağa adın.
Səy qıl aqi-valideyn7 olma,
Ziştu mərdudi-xafiqeyn olma.8
Elə ustadına həmişə dua,
Məğfirət9 qıl tələb xudadən ona.
--------------------------------------------------------------------------------
1 bur. Qəzəbindən
2 Mollanın çubuğu
3 Şirazın bülbülü (Sədiyə işarədir)
4Bir şah öz oğlunu məktəbə verdi (göndərdi). Ona qızıl ilə yazılmış gümüş bir lövhə verdi .lövhənin üstündə yazılmışdı: «Müəllimin əziyyəti atanın nəvazişindən yaxşıdır».
5Böyük oğul
6 Ata
7 Valideynin üzünə ağ olma
8 Hər iki dünyanın pisi, qovulmuş olma
9 Bağışlanmaq
SEYID EZIM SIRVANI -
06-24-2007, 11:04 PMmahsum_
MİSİR ŞAHZADƏLƏRİ
Misir mülkündə var idi peyda
İki şahzadeyi-sütudə əda.*
Birisi elmə oldu bəs talib,1
Birisi dövlətə olub rağib.2
Birinə elm, fəzl3 olub hasil,
O biri dövlətə olub vasil.
Birisi əsrə oldu əllamə,
O biri yetdi mal ilə kamə.
Biri asudə idi rahat ilə,
Birisi var idi məşəqqət4 ilə.
Bir gün, o əhli-sərvətü5 dövlət
Dedi qardaşına, tapıb xəlvət;
—Ey bəradər,6 bu nə məşəqqətdir, Bu nə elmü bu nə riyazətdir?7
Sən gedib elm eylədin təhsil,
Zahir oldu hezar8 cərrü səqil.9 Nədir axır bu elmdən məqsud,10 Atəşi-fəqrdən11 çəkirsən dud.12
Açdı dürci-dəhanın ol fazil,13
Bəhri-zəxxarü alimi-kamil.14
Dedi ki, ey bəradəri-əhmər,15
Mənə vacibdi şükri-neməti-hər.16
Ənbiya17 irsinə mənəm varis, Məndən afaqə18 elm edir hadis.19 Mülki-Firona20 sən də varissən, Qəmü azari-xəlqə baissən.21
Mən ki, bir payimal olan murəm,22
Şükürlər ki, nə nişi-zənburəm.23
--------------------------------------------------------------------------------
*Tərifəlayiq şahzadə
1Ehtiyat dənizi və təkmilləşmiş alim 2Elm öyrənməyə səy etdi
3Rəğbət göstərdi
4Fəzilət
5Əziyyət
6Dövlətli
7Qardaş
8Özünə əziyyət vermək
9Min
10(burada). Ağırlıq, çətinlik
11Məqsədlər
12Kasıblıq atəşindən
13 Tüstü, his
14Qi]mətli qaş-daş saxlanan qabın ağzını o fəzilət sahibi
açdı (danışdı).
15Axmaq qardaş
16Allahın nemətlərinə şükür etmək
17 Peyğəmbərlər
18Dünya
19 Yayılır
20Firon dövlətinə
21Xalqa dərd-qəm verirsən
22Ayaq altında qalan qarışqayam
23 Allaha şükür ki, arı tikanı deyiləm
SEYID EZIM SIRVANI -
06-24-2007, 11:06 PMmahsum_
OĞLUMA NƏSİHƏT
Çəfər, ey neməti-xudayi-cahan,1 Olsa bir şəxs əgər sənə mehman
Elə ol şəxsə ehtirami-təmam,2 Xidmətində dolan bəsani-qulam.3
Nə qiza4 xahiş etsə övladır,5
Demə bu ziştdir,6o zibadır.7
Sahibi-süfrə diqqət eyləməsin, ..Yesin kim, təbabət8 eyləməsin.
Ey oğul, olsa süfrədə nanın,
Tikəsin sayma mərdi-mehmanın.9
--------------------------------------------------------------------------------
1 Dünyanın allahının neməti
2Lazımi hörmət
3Qul kimi
4Yemək
5Artıqdır
6Pisdir, çirkindir
7Gözəldir
8Həkimlik
9Qonağın
SEUID EZIM SIRVANI -
06-24-2007, 11:07 PMmahsum_
SADƏLÖVHLÜYÜN TƏNQIDI
(Oğluma nəsihət)
Ey oğul, olma çox da sadə zəmir,1
Ta sənə mərdum2 eyləyə təzvir.3 Xəlq olub məkrü4 hiylədə kamil, Sadəlövh olma sən də, ey qafil.
Zirək ol, yaxşıya yaman olma, Xalqdan çox da bədgüman olma. Hər sözü yoxla, eyləmə bavər,5 Dari-dünyadə6 azdı doğru xəbər. Çoxdu dünyadə mərdi-hiyləşüar,7 Zahiri sadədil, özü əyyar.8
Məsti-layəqil9 olma, hüşyar10 ol, Xalqın övzainə11 xəbərdar ol.
Necə kim bu hekayəti-ziba12
Sənə bu macərani eylər əda.
--------------------------------------------------------------------------------
1 Sadəlövh
2Xalq, camaat
3Hiylə
4Biclik
8 Etibar, inam
6Dünya evində
7Hiyləkər kişi
8Kələkbaz
9Ağılsız sərxoş
10Ağıllı , ayıq
11Vəziyyətinə
12Gözəl hekayə
SEYID EZIM SIRVANI -
06-24-2007, 11:08 PMmahsum_
MARAL HEKAYƏSİ
Var idi bir maral çox ətşan1,
Gəldi bir çeşmə üstə ol heyvan.
Bu təmənna ilə ki, su içsin,
Su içib, çeşməsardan keçsin.
Çün nəzər qıldı suyə ol heyvan, Baxıb öz əksin onda gördü əyan. Gördü nazik ayağın, ol dilxun2 Tutulub könüllü, oldu çox məhzun, Gördü buynuzların fəxamətlə3 Xatiri şad olub fəxarətlə.4
Ki, bu əsnadə bir neçə səyyad5 Düşdülər ol maral qəsdinə şad. Binəva görcək onları qaçdı,
Leyk təqdir6 öz torun açdı.
Qovdu səyyadlər onu çox tul. Olmadı leyk bir murad hüsul.7 Oldular ol şikardən8 məyus,
Etdilər çox təəssüfü əfsus.
Gəldi nagəh qabağə bir bişə,9
Çox qalın bişə idi, pürrişə.10 Ovçulardan o gün qurtarmağa can Girdi ol bişə içrə ol heyvan.
İlişib buynuzu budaqlarə,
Olmadı bəs nicatına çarə.
Tutdular ovçular o heyvanı,
Düşdü dami-həlakətə11 canı,
Dedi ol binəvayi-xatirdağ.12
Ey həqarətlə13 baxdığım əl-ayaq, Sən məni xoş nicatə çatdırdın, Ölmüş idim, həyata çatdırdın.
Ey fəxarətlə baxdığım buynuz, Övci-çərxə14 buraxdığım buynuz Saldın axır məni həlakətə sən, Vərteyi-möhnətü15 fəlakətə sən...
--------------------------------------------------------------------------------
1Susuz
2Qəmgin
3 Əzəmətlə
4 Fəxrlə
5 Ovçu
6 Allahın yazısı (qəza-qədər, olacaq, qismət)
7 Hasil
8Ovdan
9Meşə
10Köklü , rişəli
11Ölum toruna
12Ürəyidağlı yazıq
13Alçaq gözlə, təhqiramiz
14Göyə
15Qəm, möhnət uçurumuna
SEYID EZIM SIRVANI -
06-24-2007, 11:09 PMmahsum_
ASLAN VƏ İKİ ÖKÜZ
Bir çəragah1 içində iki öküz Otlayırlardı şad gecə-gündüz. Nagah onlara bir qəvi2 aslan
Eylədi həmlə səxt seyhəgünan.3
Çün öküzlər görüb o əhvali,
Oldular fikri-xəsmdən4 hali. Verdilər dal-dala o heyvanlar,
Qıldı buynuzlarıyla cövlanlar. İttifaq eyləyib diliranə,5
Durdu onlar müqabil aslanə. Gördü aslan çu surəti-karı,6
Bildi ki, həmləsi deyil karı. Görüb aslan ki,yox işində zəfər, Oldu rubəh misalı7 hiyləkər. Hiylə fikriylə ol qəvisovlət8 Öküzün eylədi birin dəvət.
Dedi: ey gavi-xoşələf,9 hərgah Olasan ol rəfiqdən igrah,10
Sənə minbəd6 etmərəm azar, Olursan hər çəməndə bərxurdar11
Sənə verrəm hamı ələfzarı, Görəməsən bir dirəndə12 azarı. Olusan daima pənahımda, Dərkəhi-ərş-iştibahımda13
O qədər vəsf edib özün satdı, Axır o binəvanı aldatdı.
Onları bir-birindən etdi cüda,14 Oldu aslanə müddəa peyda,i Onların parə qıldı əzasın.
Ey gözüm nuru, anla mənasın. Əgər olsaydı ittifaqləri,
Gavlər15 görməz idi bu xətəri.
Xah* ruh əhli olsa, gah firənk Vətən əhlilə olgilən yekrəng.** İttihad eylə, ittifaq eylə.
Üzüvi hər məkanda ağ eylə.
--------------------------------------------------------------------------------
1Çəmənlik, otluq
2Qüvvətli
3 Bağıraraq
4Düşmənin fikrindən
5Qəhrəmancasına
6 Vəziyyəti
7Tülkü kimi
8Qüdrətli
9Otlayan
10Nifrət etsən, üz döndərsən
11Artıq, bundan sonra
12İstifadə edərsən
13Vəhşi, yırtıcı heyvan
14Uca dərgahımın şübhəli güşəsində də olsan mənim amanımda olarsan.
15Ayırdı
16İstəyinə nail oldu
17Öküzlər
* İstər
**Birrənk, həmrənk
SEYID EZIM SIRVANI -
06-24-2007, 11:10 PMmahsum_
AYI VƏ SİÇAN
Bir ayı yatmış idi rahətlə,
Uzanıb xeyli istirahətlə.
Bir siçan ayı üstdən etdi güzar,5 Oldu ol ayı xabdən bidar.4
Əl atıb muşi5 eylədi nəxcir,6
Durdu yalvarmağa ona o fəqir.
Dedi ki, sən məni gəl eylə rəha,7
Yer düşər, eylərəm əvəz peyda.
Ayı güldü, onu rəha qıldı,
Siçanın mətləbin rəva qıldı.8
Bir zaman ovçu qurmuş idi dam,9 Düşdü dam içrə ol qəviəndam.10
Nə qədər zur qıldı11 ol məzur,12 Damı13 qırmaqlıq olmadı məqdur. Bağırıb naləvü fəğan etdi,
Göz yaşın seyl tək rəvan etdi. Ayının naləsi eşitdi siçan,
Bildi kim, dami-dərdədir pican.*** Gəldi kəsdi dişiylə ol damı,
Ayıya eylədi sərəncamı.
Dedi ayı ki, qalmadım qəmdə, Yaxşılıq itməz imiş aləmdə...
--------------------------------------------------------------------------------
1Keçdi
2Luxudan oyandı
3Siçanı
4Şikar etdi, ovladı
5Burax
6İstəyini y'erinə yetirdi
7 Tələ
8Beyuk bədənli
9Güc eylədi
10bur. Yazıq
11Tələni
***Bəla toruna düşmüşdür
SEYID EZIM SIRVANI -
09-27-2007, 10:24 AMkombat80Kəndli və Muzdur!
[b]
Bir kəndli muzdur ilə
Axşam üste biçindən,
Qayıdırdı evinə
Qalın meşə içindən.
Qaranlıqda ayıyla
Gəldi burun-buruna,
Ah da deyə bilmədi
Ayı mindi boynuna.
Xışmalayıb kəndlini
Pəncəsiylə əzirdi,
Möhkəm yapışmaq üçün
Münasib yer gəzirdi.
Gördü işi əngəldi
Birdən qışqırdı aman!!
Öldürdü ayı məni
Kömək eylə Stepan!!
Yalvararaq muzdura
Çəkirdi minnətini,
Cavan muzdur topladı
Bütün var qüvvətini.
Balta ilə ayının
Dağıtdı kəlləsini,
Yabasını soxaraq
Kəsdi lap nəfəsini.
Öllümdən qurtularaq
Kəndli durdu ayağa,
Muzduru söydü-söydü.
Dedi: Axı nə üçün söyürsən??
Çünki axmaqsan-axmaq!
O ayının dərisindən
Yaxşı kürk tikəcəkdim,
Deşik deşik oldu o,
Neyləyim o dərini mən!!??
