Sayfa 1/5 123 ... SonSon
50 sonuçtan 1 ile 10 arası

klassik sairler

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493

    klassik sairler

    GƏNCLƏRƏ NƏSİHƏT

    Fitnə törətmə, ey fitnəkar cavan
    Fitnədir elləri dərd-şərə salan.

    Cana məlhəmsə də vəfa, etibar,
    Fitnəkarlıq edər onu tarımar.

    Məhşərin sübhüdü, lağım atma sən,
    Gizli lağım qazan qorxar sübhdən.

    Hiylə—oğurluqdur, xoşsa əvvəli,
    Oğrunun axırda kəsilər əli.

    Hiylənin şişindən qızarır üzün,
    Qızaran üzvlər şişdəndir bütün.

    Nifaq xəstəsisən nə qədər ki sən,
    Əlac saymaqdan da ziyan görərsən.

    Vəfa küçəsində ev tut, yəqin bil:
    Vəfa mənzilidir ən yaxşı mənzil
    Bu gün yoxdursa da kimsədə vəfa,
    Vəsiyyət edirəm: olma bivəfa,

    Çalış az dostluq et, etsən də əgər
    Dostluqda möhkəm ol, sözdə mötəbər,

    Dostu qovanları alma yanına,
    Yoxsa gözün ağlar sənin halına.

    Dostun haqlı vursa birini zinhar,
    Demək ki, layiqdir, çıxma havadar.

    Dostun bir adamı ayaqdan salsa,
    Ucaltma başını Cəmşid də olsa.

    Dost müttəhim edib, kimi etsə rədd,
    Qardaşın olsa da önünə çək sədd.

    Qırsa bir budağı dost hirslənərək,
    O, cənnət ağacı olsa da əl çək
    Dostun əkdiyi gül olsa da tikən,
    Çıxarıb yerindən onu atma sən.

    Özgənin əlilə adam olanlar
    Dost qədri bilməzlər, nankor olarlar.

    İsa düzəldən gil quşdur ki, quşdur,
    İdris əkən qamış qələm olmuşdur.

    Haqq yolunda çalış o qədər ki, həqq
    Razı qaldığını biləsən mütləq.

    İsanı narazı, keşişi məmnun
    Edəndən olarmı, de, həvvariyyun?

    Bir kiçik adama nəvaziş etsən,
    Sənin böyüklüyün getməz əlindən.

    İtə nə rəng vursan itdir, arslandan
    Qalan sümükləri yeyər hər zaman.

    Razılıq etsə də təriflərindən,
    Naəhlin başını havalatma sən.

    Sən onu öydükcə, o lovğalanar,
    Özünü yoldaş yox ,əmoğlun sanar.
    Daha boyun qoymaz işə, xidmətə,
    Lovğalar yabançı olur hörmətə.

    Kiçiyə böyüklər ad qazandırar,
    Şaha xidmət edən bayraq ucalar
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    EY XAQANI

    Ey xaqani, çörək üçün öz abrını tökmə sən,
    Abırını tökən tamah canı alar əlindən.

    Bilirsən ki, nələr çəkdi Adəm burda ucundan, Onun kimi dərdə düşər çörək deyən hər insan.

    Yol üstündən qırıntılar daşıyan qarışqalar İnsanların ayaqları altında tapdanarlar.

    Uşaq bir az çörək taxıb qarmağına hər zaman Balıqları şikar ediğ bu yol ilə çox asan.

    Boğaz üçün suda balıq keçirsə öz canından, Təəccübə dəyərmi heç canından keçsə insan

    Xaqani
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    TƏMSIL

    Kufəli bir gözəl kor bir əcəmlə
    Oturub eşqdən edirdi söhbət.

    Dedim həmin kora: aldanma qıza,
    O sənin puluna salmış məhəbbət.

    Axmaqlıq ucundan aldanma ona,
    Belə bir məsəl var, ver buna diqqət;

    Eşşəyə dedilər: «buyur toya gəl»,
    Eşşək qah-qah çəkib güldü, nəhayət.

    Dedi: «Siz istəyən rəqqas deyiləm,
    Nə də çalğıçı tək tapmışam şöhrət

    Hamballıq etməyə çağırılıram.
    Su, odun daşımaq lazımdır əlbət
    XAQANI
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    VƏTƏN

    İraqa, İrana eyləsəm səfər,
    Başıma yağış tək yağar simuzər.

    Orada şairə qiymət verən var,
    Xəzinəm ləl ilə, gövhərlə dolar.

    Şahlar məclisimdə diz çökər mənim,
    Başıma tabaqla zər tökər mənim.

    Bakir sözlərimin aşiqi olan
    Ariflər əlimi öpər hər zaman.

    Nemətə, dövlətə qərq olaram mən,
    Barınar el-oba mənim süfrəmdən.

    Lakin üzüm gülməz, gözlərim ağlar... Qəlbimdə dağ qədər ağır intizar.

    Vətən həsrətilə töküb göz yaşı,
    «Ah, vətən!» deyirəm mən hər söz başı.

    Şamaxı! Ey mənim sevimli yurdum,
    Mən sənin qoynunda xanıman qurdum.

    İndisə acığın tutmuşdur mana,
    Sənin qucağından ayrılsam, ana,

    Ümidim, pənahım Təbrizdir, Təbriz
    O şəhər də mənə doğmadır, əziz.

    Siz mənə həyatı etdiniz əta,
    Sən mənə anasan, Təbrizdir ata.

    Anasından küsən körpə bir uşaq
    Ata ağuşunda yer tapar ancaq


    XAQANI
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    YÜZ MIN CƏFA QILSAN MƏNƏ

    Yüz min cəfa qılsan mənə,
    Mən səndən üz döndərmənəm.
    Canım ola qurban sənə,
    Mən səndən üz döndərmənəm.

    Sevdim səni mən can ilə,
    Qul olmuşam qurban ilə,
    Qoy and içim Furqan ilə
    Mən səndən üz döndərmənəm.

    İsamısan, Musamısan?.
    Ya Yusifi-Kənanmısan?
    Vallah ki, canım, canısan
    Mən səndən üz döndərmənəm.

    Ey Nəsimi, sən aşiqmisən?
    Ğəqq yolquna sadiqmisən?
    Gözləməyə layiqmisən?
    Mən səndən üz döndərmənəm
    IMAMEDDIN NESIMI
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  6. #6
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    EY NURI-DILU DIDƏ

    Ey nuri-dilü didә,
    Didarına müştaqәm,
    Vey yari-pәsәndidә,
    Didarına müştaqәm.

    Ey maһi-pәri-peykәr,
    Vey һuri-mәlәkmәnzәr,
    Ey lәli-lәbi şәkkәr,
    Didarına müştaqәm.

    Ey şәmsü qәmәr üzlü,
    Şirin dodağın duzlu;
    Vey şәһdü-şәkәr sözlü,
    Didarına müştaqәm.

    Ey dәrdimә sәn dərman,
    Mәn gövdәyәm, eşqin can.
    Ey tazә güli-xәndan,
    Didarına müştaqәm.

    Ey dilbәri-pünһani,
    Sәnsiz nedәrәm cani.
    Vey Yusifi-Kənani,
    Didarına müştaqәm.

    Ey dilbәrü dildarım,
    Sәnsәn әbədi yarım.
    Vey yari-vәfadarım,
    Didarına müştaqəm.

    Ey һüsnü bәdayәtsiz,
    Vey lütfü niһayәtsiz,
    Vallaһ ki, bәğayәtsiz,
    Didarına müştaqәm

    Ey rәһmәti-illaһi,
    Sәnsәn yeri-göy maһi.
    Vey qamu xubun şaһi, Didarına müştaqәm.

    Ey çeşmeyi-һeyvanım, Sәnsiz nedәrәm canım? Vey şaһimü sultanım, Didarına müştaqәm.

    Ey cümlә caһan cani, Aşiqlәrin imani,
    Vey simü göһәr gani, Didarına müştaqәm.

    Ey saһibi-tәxtü tac, Canlar canına möһtac.
    Ey görklü üzün merac, Didarına müştaqәm.

    Ey nuri-sәmavati,
    Vey mәzһәri-ayati,
    Vey canü caһan zati, Didarına müştaqәm.

    Ey eşqi-dürәfşanım,
    Vey bülbüli-dәstanım,
    Ey tazә gülüstanım, Didarına müştaqәm,

    Ey buyi-baһaristan,
    Vey һuri-nigaristan,
    Vey dilbәri-sәrmәstan, Didarına müştaqәm.


    Ey çeşmeyi-һeyvanım, Sәnsiz olamaz canım.
    Vey bәһri-göһәr kanım, Didarına müştaqәm.

    Ey dilbәri-simintәn,
    Sәn canü Nәsimi tәn.
    Ey sәrvü kuli-gülşәn, Didarına müştaqәm
    IMAMEDDIN NESIMI
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  7. #7
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    İSTƏRLƏR

    Sərsəri, girmə meydana,
    Aşiq, səndən yol istərlər. Qəllaş ilə oturmadan,
    İman əhli, pul istərlər.

    Bu yola girən oturmaz,
    Haqq sözə hiylə qatılmaz, Bunda heç hiylə satılmaz, Gövhərindən qul istərlər.

    Bir qılı min parə edər,
    Bu yolu ixtiyar edər,
    Şahım bir yol qurmuş gedər, Yol içində, yol istərlər.

    Şah Xətai der: neylərsən,
    hər müşküli həll eylərsən, Arısan çiçək dərərsən,
    Yarın səndən gül istərlər


    SAH ISMAYIL XETAI
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  8. #8
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    NƏZƏR EYLƏ

    Aqil, gəl bəri, gəl bəri,
    Gir könülə nəzər eylə,
    Görür göz, eşidir qulaq, Söylər dilə nəzər eylə.

    Başdır—gödəyi götürən, Ayaq—mənzilə yetirən, Durlu məsləhət bitirən,
    İki ələ nəzər eylə.

    Sufi isən, alıb satma, Həlalına haram qatma, Yolun əyrisinə getmə,
    Doğru yola nəzər eylə.

    İki əlin qızıl qanda
    Çox günahlar vardır məndə, Ya ilahi, kərəm səndə, Düşkün qula nəzər eylə.

    Xətai eydür: ya ğanı,
    Verən mövla alır canı, Əvvəl kəndi-kəndin tanı, Sonra elə nəzər eylə.


    SAH ISMAYIL XETAI
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  9. #9
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    EYLƏ

    Gövhərin keçməyən yerdə, Satma, qardaş, kərəm eylə
    Ləl daşını, çay daşına, Qatma, qardaş, kərəm eylə.

    Gördün bir yerdə aşina,
    Hər nə dersən özbaşına,
    Yol daşını, yol quşuna, Atma, qardaş, kərəm eylə.

    Gördünsə bir yerdə rəqib, Neylərsən yüzünə baxıb, Münkiri qatara çəkib, Getmə, qardaş, kərəm eylə..

    Xətaim çağırır, ərə,
    Dünya böylə gəlmiş zirə, Arif oxun əbəs yerə,
    Tutma, qardaş, kərəm eylə.





    SAH ISMAYIL XETAI
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  10. #10
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    GƏRƏK

    ...Bir işi bitirmək gərək,
    Əksigin yetirmək gərək,
    Yar ilə oturmaq gərək,
    Heç sitəmə qoymaz ola.

    Bir sözü söyləmək gərək,
    Bir acı doyurmaq gərək,
    Bir dildən söyləmək gərək,
    Firiştələr bilməz ola.

    Quş oluban uçmaq gərək,
    Ovalara köçmək gərək,
    Bir qədəhdən içmak gərək,
    İçənlər ayılmaz ola.

    Rayət çabuq olmaq gərək,
    Dəryalara dalmaq gərək,
    Bir gövhər çıxarmaq gərək,
    Dəkmə sərraf bilməz ola.

    Gerçək aşiq olmaq gərək,
    Məşuqunu bulmaq gərək,
    Ölməzdən ön ölmək gərək,
    Varub, onda ölməz ola.

    Bağçalara girmək gərək,
    Güllərindən dərman gərək,
    Bir gülü qoxlamaq gərək,
    Hərgiz ol gül solmaz ola.

    Gəl, Xətai, sən keç otur,
    Dəviyi məniyə yetir,
    Söhbətinə bir ər gətir,
    Cana, başa qalmaz ola


    SAH ISMAYIL XETAI
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

Sayfa 1/5 123 ... SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.