Qalmaqallı hadisələrlə gündəmdə qalmağı bacaran müğənni Rəqsanə 8 Mart Qadınlar Günü münasibətilə Moskvada solo konsert verməyi planlaşdırır.
Rusiyalı bəstəkar İqor Krutoyla əməkdaşlığa can atan Rəqsanə daha bir əcnəbi musiqiçi ilə işbirliyi qurmaq niyyətindədir. Müğənninin verdiyi məlumata görə, bu günlərdə o, Türkiyəyə səfər edib və orada ünlü sənətçi Sərdar Ortacla görüşüb. Həm bəstəkarlığı, həm də ifası ilə şöhrət qazanmış Sərdar Ortac azərbaycanlı sənətçiyə mahnı verməyə razılaşıb. Amma bir şərtlə ki, Rəqsanə üçün yazacağı mahnı üçün müəllifə 60 min dollar qonorar ödənsin. Verilən məlumatda Rəqsanənin bu şərtlə razılaşdığı, S.Ortacın Bakıya növbəti səfəri zamanı bu işbirliyinin baş tutacağı bildirilir.

525ci qazet