2 sonuçtan 1 ile 2 arası

Səma qəsri tortu resepti

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Səma qəsri tortu resepti



    Dadlı səma qəsri tortu resepti

    Tərkibi:
    Biskvit üçün:
    6 ədəd yumurta
    1 stəkan şəkər tozu
    1 stəkan un
    Beze üçün:
    4 ədəd yumurtanın ağı
    1 stəkan şəkər ( və yaxud 0,5 stəkan şəkər tozu+ 0,5 stəkan şəkər pudrası)
    1-2 ç.q. vanil şəkəri
    Sirop üçün:
    3 x.q. çiyələk mürəbbəsi
    1 x.q. qaynadılmış su
    1 ç.q. konyak
    Krem üçün:
    200 qram kərə yağı
    1 banka qatılaşdırılmış süd
    Tortu bəzəmək üçün:
    100 qram acı şokolad
    qoz ləpəsi
    Hazırlanma qaydası:
    Biskvit hazırlayın. Sonra soyumuş biskviti 8 saata kənara çəkib,
    saxlayın. Biskviti eninə iki hissəyə (korja) bölün.

    Sirop hazırlamaq üçün:

    Mürəbbəni su ilə qarışdırıb, bir azca istilədin. Üzərinə konyak töküb, yaxşıca qarışdırın. (konyakı soyumuş siropun üzərinə tökün).
    Hazırladığınız siropla korjları yaxşıca sürtün.
    Yumurtanın ağını şəkər tozu ilə mikserlə çalıb, xırda bezelər bişirin.

    Kremi hazırlamaq üçün:

    Yumşaldılmış kərə yağını mikserdə çalıb üzərinə qatlaşdırılmış süd əlavə edərək yaxşıca qarışdırın.

    Korja krem sürtüb, üzərinə hazırladığınız xırda bezeləri düzün. Bir neçə bezeni əlinizlə xırdalayıb tortun üstündəki bezelərin arasını onunla doldurun.Daha sonra bezelərin üstündən krem çəkib, üzərinə xırdalanmış qoz ləpəsi səpin.

    Kremin üstündən ikinci korju qoyun. Yenə korja krem çəkib,
    üzərinə doğranılmış qara gavalı, kişmiş və qoz ləpəsi səpin.
    Sonra üstündən sonuncu korju qoyun.Tortun kənarlarını yaxşıca kremlə sürtüb üzərinə qoz ləpəsi səpin.

    Tortun üstünə ərinmiş şokolad və yaxud şokolad şirəsi tökərək, beze ilə bəzəyin. İstəsəniz tortun kənarlarını şokoladlı fiqurla bəzəyə bilərsiz.

  2. #2
    Senior Member Aygun - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Mesajlar
    501

    Re: Səma qəsri tortu resepti

    Hasırlamaq lazımdı görüm nece olur

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.