Şərbətlər qida qəbulundan sonra, eləcə də toy və ziyafət məclislərində süfrəyə verilir. Qızmar yay günlərində bu sərinləşdirici içkinin isə öz yeri var. Reyhan şərbətinin çəhrayı rəngi və turşməzə dadı olur.
Tərkibi:
1-1,5 litr su
2 orta dəstə qırmızı yarpaqlı reyhan
Şəkər
Limon turşusu
Hazırlanma qaydası
Reyhanı yuyub qazanın dibinə yığın. Limon turşusu və ya limon şirəsi sıxın. Qapaqla qazanı bağlayıb 20-30 dəq. saxlayın. Sonra qaynar su (1 stəkan) üstünə töküb saxlayın.
Suyu qazana töküb qaynadın. Qaynayandan sonra şəkər əlavə edin və bir neçə dəqiqə yenə qaynadın.
Soyuyandan sonra reyhanın yarpaqlarını yığıb içkini süzün.
Süfrəyə soyuq halda verilir.
Yer imleri