Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Lavaş Arası Ət resepti

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Lavaş Arası Ət resepti



    Lavaş arası ət hazırlamaq üçün ərzaqlar

    750 qr. qoyun əti qiyməsı
    750 qr. mal əti qiyməsı
    2 yumurta
    1 dilim boyat çörək
    Duz, istiot
    küncüt
    1 soğan
    2 qaynadılmış yumurta
    1 kök
    1 çay qaşığı qaynadılmış yaşıl noxud

    Üstü üçün

    1 hazır lavaş
    1 yumurtanın sarısı
    30 qr. kərə yağı
    1 az kəklikotu
    1 stəkan pomidor suyu

    Lavaş arası ətin hazırlanma qaydası

    Məlum olduğu kimi bəzi yeməklərin hazırlanması kifayət qədər zaman və əməyin hesabına başa gəlir. Təqdim etdiyimiz bu yemək də onlardan biridir...

    Kökün qabığını soyun və diri qalmaq şərti ilə qaynadıb süzün. İki yumurtanın sarısını ağından ayırın. Boyat çörəyin içini, doğranılmış soğanı, qıymaları, yumurta sarılarını duz və ədviyyatı bir-birinə qatıb yoğurun və yağlı kağızın üzərinə qoyun. Sonra alınmış kütləni kiçik təpəcik şəkilində açıb içinə iki soyutma yumurtanı, kökü və yaşıl noxudları yerləşdirin. Rulon şəklində büküb üzərinə yumurtanın ağlarını çəkin. Hazır lavaşı kəsib, əti bütünlüklə örtəcək şəkildə bükün. Üstünə yumurta sarısı çəkin, küncüt səpin. Orta dərəcəli sobada öz suyunda, arada bir çevirərək 1 saat yarım bişirin.

    Kərə yağını kiçik bir tavada əridib, pomidor suyunu və bir az kəklikotunu əlavə edib bir neçə dəqiqə qovurun.

    Bişmiş əti sobadan çıxardın. Dilimləyib pomidor sousu ilə birlikdə süfrəyə verin. Lavaş arası ət artıq hazırdır. Nuş olsun!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.