Rəsulullah (salləllahu aleyhi və səlləm) bir gecə zövcəsi Ümmu Sələmənin (radıyəllahu anhə) evində idi.Gecənin bir yarısında yuxudan ayılaraq, yatağından qalxdı və evin qaranlıq bir küncünə çəkilib ağlayaraq dua etməyə başladı.
Yuxudan ayılan Ummu Sələmə (ra) peyğəmbərin (sas) yataqda olmadığını görüb yerindən qalxdı və rəsulullahı (sas) axtarmağa başladı.
Bir də baxdı ki, Rəsulullah (sas) evin qaranlıq bir küncündə əllərini göyə qaldırıb göz yaşları içində dua edir:
-Allahım! Bəxş etdiyin nemətləri məndən əsirgəmə.Məni düşmənlərimə güldürmə.Allahım! Məndən uzaqlaşdırdığın pislik və çirkinlikləri geri qaytarma.Allahım! Məni bir an belə öz ixtiyarıma buraxma, məni bəla və fəlakətlərdən qoru!
Ummu Sələmə (ra) peyğəmbərin (sas) bu vəziyyətini görüb ağlamağa başladı və geri dönüb öz otağına keçdi.Rəsulullah (sas) Ummu Sələmənin (ra) ağladığını eşidib onun yanına gəldi və ağlamağının səbəbini soruşdu.Ummu Sələmə (ra) cavab verdi:
-Ya Rəsulullah! Sənin göz yaşların məni ağlamağa vadar etdi.Sən Allah qatında yüksək mövqeyə sahibsən.Sən Allahın dostusan.Allahın ən çox sevdiyi bəndəsisən.Buna baxmayaraq sən bu qədər ağlayıb, Allahdan bu qədər qorxursan və Ondan səni bir an belə öz ixtiyarına buraxmamasını dua edirsən.O halda vay bizim halımıza...
Rəsulullah (sas) buyurdu:
-Axı Allahdan necə qorxmayım, necə ağlamayım və özümə necə güvənim ki, bir zamanlar Allah təalə Yunusu (aleyhissəlam) bir an öz ixtiyarına buraxdı və onun başına gəlməməsi lazım olan şey gəldi.
17 sonuçtan 1 ile 10 arası
-
02-03-2010, 11:54 AM #1
Bildiyiniz hedisleri yazin...
Əbu Hureyra (ra) rəvayət edir:
“Bir gün yoldaşlarımızla oturmuşduq.Söhbətin sonunda Peyğəmbəri (sas) soruşduq.İçimizdən heç kim onu (sas) görməmişdir.Axtardıq.Amma tapa bilmədik.Maraqlı idi: “Görəsən hara gedib?!”
Mən, Əbu Bəkr (ra) və Ömər (ra) peyğəmbəri (sas) tapmaq üçün üç ayrı istiqamətə getdik.Sonda Rasulullahı (sas) mən tapdım.O (sas) Mədinəli bir səhabənin bağında oturmuşdur.Peyğəmbərə (sas) yaxınlaşdım.Məni gördükdə:
-Haradan gəlirsən, ey Əbu Hureyra?-deyə soruşdu. Mən:
-Ey Allahın elçisi, səni tapa bilmədik.Narahat olduq.Hərəmiz bir istiqamətə getdik.Bütün Mədinə sizi axtarır, ya Rasulullah! Peyğəmbər (sas) buyurdu:
-Əbu Hureyra, insanların yanına qayıt və bunları söylə: “Kim Allahdan başqa ibadətə layiq ilah olmadığına və mənim Onun rəsulu olduğuma ixlaslı bir şəkildə iman etsə Cənnətə daxil olar.” (Muslim, İman 10/31-52)
Peyğəmbərimizin (sas) verdiyi bu müjdəni eşidən Əbu Hureyra (ra) cəld şəkildə bağdan çıxdı.Mədinə istiqamətində sürətlə qaçmağa başladı.Bir qədər getmişdir ki, yolda Öməri (ra) gördü. Əbu Hureyra (ra) Peyğəmbəri (sas) bir səhabənin bağında tapdığını və ondan müjdə aldığını dedikdə Ömər (ra) soruşdu:
-Ya Əbu Hureyra, o nə müjdədir?
- Kim Allahdan başqa ibadətə layiq ilah olmadığına və mənim Onun rəsulu olduğuma ixlaslı bir şəkildə iman etsə Cənnətə daxil olar.Bunu eşidən Ömər (ra) buyurdu:
-Qayıt! Rasulullaha (sas) de ki, “Ey Allahın Rəsulu, Ömər bu müjdəni eşidərkən insanların tənbəllik edəcəyindən qorxdu.Bu müjdəni gizli saxlasaq olarmı?-deyə soruşdu.
Hər ikisi geri-peyğəmbərin (sas) yanına qayıtdılar.Əbu Hureyra (ra) kədərli halda Ömərin (ra) onu geri qaytardığını və müjdəni xalqa çatdırmağına mane olduğunu söylədi. Rasulullah (sas) Ömərə (ra) baxıb:
-Ya Ömər, niyə Əbu Hureyraya mane oldun? Ömər (ra) buyurdu:
-Ya Rasulullah, Qorxdum ki, insanlar bu müjdəni eşidib rahatlaşarlar və ibadətdə zəifləyərlər.Gəlin bu müjdəni gizli saxlayaq və onlar da ibadətlərinə davam etsinlər. Rasulullah (sas) gülümsədi və sakit səslə dedi:
-Yaxşı, buraxın ibadət etsinlər

LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla
Yer imleri