Sayfa 2/2 İlkİlk 12
17 sonuçtan 11 ile 17 arası

Bildiyiniz hedisleri yazin...

  1. #11
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Bildiyiniz hedisleri yazin...

    Allah Rəsulu: “Din nəsiyyətdir/səmimiyyətdir!”-buyurdu. “Kimə, Ya
    Rəsulullah?”-deyə soruşduq. O da: ”Allaha, Kitabına, Peyğəmbərinə, Müsəlmanların
    idarəcilərinə və bütün müsəlmanlara”-deyə cavab verdi. (Tirmizi)
    [

  2. #12
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Bildiyiniz hedisleri yazin...

    Rəsulullah (sav)buyurmuşdur:
    "Uca Allah qiyamət günü belə deyəcəkdir:Mənim qonşularım hardadır, mənim qonşularım hardadır?
    Mələklər Ey Rəbbimiz!
    Sənə qonşu olmağa kimlər nail ola bilərlər?
    Uca Allah: onlar məscidləri abad edənlərdir.(yəni , o kəslər ki camaat namazlarını məscidlərdə qılmağa səy göstərir , Uca Allahı çox zikr etmək və elm öyrənmək üçün məscidə gəlirlər.
    (Səhih Hədislər Silsiləsi,6/512)
    [

  3. #13
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Bildiyiniz hedisleri yazin...

    Peyğəmbərimiz (sav) belə buyurur:
    "Dörd cürə insan vardır ki, Allah onları cənnətə qoymayacaq və onları cənnətin nemətlərindən faydalandırmayacaqdır. Davamlı içki içən, faiz yeyən, haqsız yerə yetim malı yeyən və ana-atasına qarşı asi olanlardır. Tirmizi)

    "Allah sizə analarınıza qarşı yaxşı davranmağı tövsiyə etdi. Allah sizə atalarınızla yaxşı davranmagı tövsiyə etdi. Allah sizə ən yaxın qohumlarınızla, sonra yaxınlıq dərəcələrinə görə qohumlarınızla yaxşı davranmaöı tövsiyə etdi." (İbni Macə)

    "Qiyamət günü kiçik uşağa “cənnətə gir“ deyilər. Uşaq cənnətin qapısında durar və ancaq ana və atasıyla birlikdə girərəm deyər və dirənər.O zaman "ana və atasını da birlikdə cənnətə girin deyilər "(İbni Macə)

    "Üç qızı olub ehtiyacdan qurtarana qədər onlara yaxşı baxan, yedirən, geydirən bir insan bağışlanmayacaq bir günah etməmişsə cənnətə girər. (Tirmizi)

    "Buluğ çağına gəlincəyə qədər kim iki qız övladı yetişdirərsə, (barmaqlarını birləşdirərək) qiyamət günü o və mən belə bərabərik." (Müslim Tirmizi)

    "Allah günahlardan dilədiyini qiyamət gününə saxlayar, anca ana və ataya edilən üsyanın cəzasını ölməzdən əvvəl dünyada verəcəkdir." (Hakim)

    "Ata, cənnət qapılarının ən xeyirlisinə girməyə vəsilədir. Artıq ya ata haqqına ehtiyatsızlıq etməklə o qapını itir və ya onun haqqına o qapını əldə etməyə çalış." (İbni Macə)
    [

  4. #14
    Member
    Üyelik tarihi
    Nov 2009
    Mesajlar
    89

    Re: Bildiyiniz hedisleri yazin...

    Peyqemberimizin gözel kelemlarina ayrica yer ayirdiqin ücün cox minnetdaram. Menim bunlara xüsusen ehtiyacim var.
    Minnetdaram!

  5. #15
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Bildiyiniz hedisleri yazin...

    Alıntı Aseri Nickli Üyeden Alıntı
    Peyqemberimizin gözel kelemlarina ayrica yer ayirdiqin ücün cox minnetdaram. Menim bunlara xüsusen ehtiyacim var.
    Minnetdaram!
    cox sag olun oxudugunuz ucun
    [

  6. #16
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Bildiyiniz hedisleri yazin...

    Rəsulullah'ın (s.a.v.) bu mövzuda bəzi hədisləri bunlardır:
    "Qohumluq bağlarını kəsən cənnətə girməz."(Buxari-Müslim)

    "Ey İnsanlar! Biri-birinizə salam verin. Qohum ziyarətində səhlənkarlıq etməyin. Gecə vaxtı, insanlar yatarkən namaz qılın ki, salamatlıqla cənnətə girəsiniz." (Tirmizi)

    "Həqiqətən insanların əməlləri cümə gecəsi Allaha ərz olunar. Fəqət qohumluq bağlarını kəsənin əməli qəbul olmaz." (Əhməd)

    Ruzisinin bollaşmasını və ömrünün uzamasını istəyən insan qohumlarını ziyarət etsin. (Buxari-Müslim)
    [

  7. #17
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Bildiyiniz hedisleri yazin...

    Həzrət Əli (ə) buyurmuşdur:

    * Əgər namaz qılan şəxs rəbbinin sonsuz rəhmətinin onun üzərinə necə şamil olduğunu bilsəydi hec vaxt başını səcdədən qaldırmazdı.

    * Oruc yalnız yemək və içməkdən qalmaq deyildir. Bu, Allahın xoşu gəlmədiyi bütün şeylərdən uzaq olmaq deməkdir.

    * Həcc yolunda xərclənən bir dirhəm min dirhəmə bərabərdir.

    * Allahın rəhməti Onu yad etməklə nazil olar.

    * Dua vasitəsi ilə bəla aradan qalxar.

    * İki nemətin qədrini onu əldən verən şəxsdən başqa bir kimsə bisə bilməz: sağlamlığın və cavanlığın.

    * Allahın itaətinə səbr etmək, Onun əzabına səbr etməkdən daha asandır.

    * Ləzzətlərin gedəcəyi və günahların qalacağı yadınızda olsun.

    * Başqalarının ölümünü gördüyü halda öz ölümünü unudan kəsə təəccüb edirəm.

    * Din qardaşı ac olan halda mömin tox olmaz.

    * O şəxsə təəccüb edirəm ki, yaxşı bir sifətə görə tərifləndikdə sevinir, halbuki, bu sifətə malik olmadığını bilir.

    * Ən şiddətli cəza, yaxşılığın müqabilində pislik edən şəxsə çatacaq.

    * İmanın ən möhkəm bağları Allaha görə dostluq və Allaha görə düşmənçilikdir.

    * Xoşagəlməz işlərin müqabilində özünü səbrə vadar etmək qəlbi gücləndirir.

    * Günahkarlarla dostluq etməkdən çəkin, çünki pislik pisliyə bağlanar.

    * Ruzini, sədəqə verməklə başınızın üzərinə endirin.

    * Nadan, qoca olsa da uşaqdır, alim isə yeniyetmə olsa da böyükdür.

    * Daim sakitliyi seç ki, onun ən az faydası salamat qalmağındır.

    * Əcəli çatdığı halda, mal toplamaqda olan bədbəxt nə çoxdur.

    * Camaat içində birinə nəsihət vermək danlaqdır, nəsihət deyil.

    * Tövbə ilə özünüzü ətirləyin ki, günahların pis qoxusu sizi rüsvay etməsin.

    * Bu İslam, Allahın dinidir. Onu özü üçün seçdi.. və onun əsaslarıyla azğınlığın əsaslarını viran qoydu.

    * İzzət istəyirsənsə, onu Allaha itaətdə axtar.

    * İnsanların ən ağıllısı öz eybini görüb, başqalarının eybinə kor olan kəsdir.

    * Qəlbi Allaha müti olan şəxsin cismi Allaha itaətdən yorulmaz.

    * Həcc qəlblərə rahatlıq bəxş edər.

    * Nəfs mübarizə ilə islah olunar.

    * Nəfsini paklaşdırmayan şəxs öz ağlından mənfəət aparmaz.

    * Cənnətin qiyməti saleh və yaxşı əməldir.

    * Həqiqətən nadan o şəxsdir ki, nəfsi istəkləri onu özünə qul etmişdir.

    * Müsibətlərin böyüyü cəhalətdir.

    * Ən xoşbəxt insan, ən çox təqvalı olandır.

    * Həya bütün xeyrlərin açarıdır.

    * Allah təala bəndəni sevən zaman ibadət məhəbbətini onun qəlbinə salar.

    * Dünyadan gördüyün bu qədər əziyyətlərə rəğmən qəlbini dünyaya bağlamağın nadanlıqdır.

    * Hər kəs bir şeydən Allaha xatir əl çəksə, əvəzində Allah da ondan yaxşısını ona verər.

    * Ağlın zəkatı cahillərə dözməkdir.

    * Allahın əmrlərinə itaət etməklə özünüzü Onun rəhmətinə qovuşdurun.

    * Allaha itaətin tacı bəndənin xoşuna gəlsə də, gəlməsə də Allahın işinə razı olmaqdır.

    * İnsanların ən bəsirətlisi öz eyblərini görən və öz günahlarından əl çəkən şəxsdir.

    * Möminin sevinci üzündə, qüdrəti dinində, kədəri qəlbindədir.

    * Bəndə Allahın sevdiyini sevməyincə və Allahın sevmədiyinə nifrət etməyincə imanı kamilləşməz.

    * Həya gözəldir, amma qadınlarda daha gözəldir.

    * İslama zəiflik gətirmədiyi halda mən sülhü müharibədən daha faydalı bilirəm.

    * Hər kim özü ilə Allahın arasını düzəldərsə, Allah da onunla xalqın arasını düzəldər.

    * Özünə rəhmət cəlb etmək üçün ən yaxşı yol hamının xeyrini istəməkdir.

    * Haqq şəxsiyyətlərlə tanınmır, haqqı tanı ki, onun əhlini də tanıyasan.


    Əliyə olan sevginiz qəlbinizdən əskilməsin heç zaman! Amin - İnşallah!
    ola bilsin təkrar olanı olsun üzürlü sayın
    [

Sayfa 2/2 İlkİlk 12

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.