Əsas məzmuna keç
2 sonuçtan 1 ile 2 arası

Sileyi rəhm.

  1. #1
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Sileyi rəhm.


    Hz.Əli(ə.s) buyurub: “Sileyi ərham(qohum əqraba ilə əlaqə saxlamaq) ruzunu artırar”. İmam Sadiq(ə.s) buyurub: “Sileyi rəhm etmək əməlləri təmizləyir, var-dövləti çoxaldır, qəbr hesabını yüngülləşdirir, bəlanı uzaqlaşdırır”.
    Hz. Əli(ə.s) buyurub: “Hər kəs öz qohum-əqrabasına düzgün məhəbbət bəsləyib, Allah xatirinə onlara yaxşılıq edərsə, Allah ona dünyada yaxşılıqlar hasil edər, axirət evində onun savabını çoxaldar”.
    Sonra Hz. Əli buyurdu: “Sizlərdən heç biriniz öz qohum-əqrabanızdan qafil olmayın. Əgər qohum-əqrabada bir ehtiyac və yoxsul görsən dərhal yardım et. Qohum-əqraba ilə rəhm etmə(yəni əlaqəni kəsmə) çünki, “rəhm” ərşdə asılmış bir kisədir ki, Allaha belə deyər: ”Ya rəbb, hər kim mənimlə əlaqə saxlayıbsa, Sən də onunla əlaqə saxla, kim mənimlə əlaqəni kəsibsə, Sən də onunla əlaqəni kəs”.

    Hz. Mühəmməd(s.ə.s) buyurub: Sədəqə vermək pis ölümü uzaq edər. Sədəqə verməklə ruzunu özünüzə tərəf endirin. Əgər ruzunu şeytanlar saxlamışsa da, sədəqə onu 700 şeytanın saqqalı arasından çəkib çıxarar. Şeytana ən ağır gələn şey, bir möminin digər möminə sədəqə verməsidir. Sədəqə verməklə göylərdən ruzu endirin.

    Hz. Əli(ə.s) buyurub: “Sübhanəllah” demək insanın əməl tərəzisinin yarısıdır, “Əlhəmdulillah” deməklə tərəzinin hamısını doldurur, “Allahu Əkbər” demək isə yerlə göyün arasını doldurur.
    İmam Sadiq(ə.s)-dan rəvayətdir: Yoxsullar Hz. Mehəmmədin(s.ə.s) yanına gəlib dedilər: Ey Rəsulallah varlılar qul azad edir, həccə gedir, sədəqə verir və sairə. Biz isə o işləri edə bilmirik. Hz. Peyğəmbər(s.ə.s) buyurdu: Hər kim 100 dəfə “Allahu Əkbər” deyərsə, bir qul azad etməkdən üstündür, 100 dəfə “Sübhanəllah” deyərsə, 100 dəvə və ya inək verməkdən üstündür. Hər kim 100 dəfə “ Əlhəmdulillah” deyərsə, azuqə və sursatla yüklənmiş Allah yolunda cihad üçün verilmiş atdan üstündür. Hər kim 100 dəfə “Lə İləhə İlləllah” deyərsə, o gün bəndələrin arasında ən fəzilətli işi o görmüşdür.

    Varlılar Peyğəmbərin(s.ə.s) bu hədisini eşidib, onlar da o cür zikr etməyə başladılar. Sonra yoxsullar yenidən Peyğəmbərin(s.ə.s) yanına gəlib dedilər: Ya Rəsulallah(s.ə.s) sənin buyurduqlarını varlılar eşidib, o zikrləri edirlər. Peyğəmbər(s.ə.s) cavabında deyir: O Allahın fəzilət və kəramətindəndir ki, onu öz istədiyi kimsələrə verər.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Sileyi rəhm.


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.