Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

ADƏMİN YARANMASI İLƏ ƏLAQƏDAR AYƏLƏR

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    ADƏMİN YARANMASI İLƏ ƏLAQƏDAR AYƏLƏR

    Hanı Rəbbin, Mələklərə: "Şübhəsiz mən, yer üzündə bir xəlifə var edəcəyəm" demişdi.

    Onlar Onlar da: "Biz səni şükrünlə ucaldar və (davamlı) təqdir edərkən, orada təxribatçılıq çıxaracaq və qanlar axıdacaq birinimi var edəcəksən?" dedilər. (Allah "Şübhəsiz sizin bilmədiyinizi mən bilirəm" dedi. (BƏQƏRƏ SURƏSİ / 30)

    ۞ Və Adəmə adların hamısını öyrətdi. Sonra onları mələklərə yönəldib: "Əgər doğru sözlüsünüznsə, bunları mənə adlarıyla xəbər verin" dedi. (BƏQƏRƏ SURƏSİ / 31)

    ۞ Və mələklərə: "Adəmə səcdə edin" dedik. İblis xaric (hamısı) səcdə etdilər. O isə, dirəşdi və qürurlandı, (beləcə) kafirlərdən oldu. (BƏQƏRƏ SURƏSİ / 34)

    ۞ Və dedik ki: "Ey Adəm, sən və yoldaşın cənnətdə yerləş. İkiniz də ondan, harasınndan diləsəniz, bol bol yeyin; amma bu ağaca yaxınlaşmayın, yoxsa zalımlardan olarsınız." (BƏQƏRƏ SURƏSİ / 35)

    ۞ Deyərkən Adəm, Rəbbindən (bəzi) sözlər götürdü. Bunun üzərinə (Allah da) tövbəsini qəbul etdi. Şübhəsiz O, tövbələri qəbul edəndir. (BƏQƏRƏ SURƏSİ / 37)

    ۞ Gerçək budur ki, Allah, Adəmi, Nuhu, İbrahim ailəsini və İmran ailəsini aləmlər üzərinə seçdi; (ALİ İMRAN SURƏSİ / 33)

    ۞ Onlar bir-birlərindən (törəmə tək) bir nəsildir. Allah eşidəndir, biləndir. (ALİ İMRAN SURƏSİ / 34)

    ۞ Şübhəsiz, Allah qatında İsanın vəziyyəti, Adəmin vəziyyəti kimidir. Onu torpaqdan yaratdı, sonra ona "ol" deməsiylə o da dərhal oldu. (ALİ İMRAN SURƏSİ / 59)

    ۞ Onlara Adəmin iki oğulunun gerçək olan xəbərini oxu: Onlar (Allaha) yaxınlaşdıracaq bir qurban təqdim etmişdilər. Onlardan birininki qəbul edilmiş, digərininki qəbul edilməmişdi. (Qurbanı qəbul edilməyən) Demişdi ki: "Səni mütləq öldürəcəyəm." (O biris(n)i də "Allah, ancaq qorxub-çəkinənlərdən qəbul edər." (MAİDƏ SURƏSİ / 27)

    ۞ And olsun, biz sizi yaratdıq, sonra sizə surət (forma-şəkil) verdik, sonra mələklərə: "Adəmə səcdə edin" dedik. Onlar da İblisin xaricində səcdə etdilər; o, səcdə edənlərdən olmadı. (Ə'RAF SURƏSİ / 11)

    ۞ (Allah) Dedi: "Sənə əmr etdiyimdə, səni səcdə etməkdən saxlayan nə idi?" (İblis) Dedi ki: "Mən ondan xeyirliyəm; məni atəşdən yaratdın, onu isə palçıqdan yaratdın." (Ə'RAF SURƏSİ / 12)

    ۞ Və ey Adəm, sən və yoldaşın cənnətə yerləş. İkiniz dilədiyiniz yerdən yeyin; amma bu ağaca yaxınlaşmayın. Yoxsa zalımlardan olarsınız. (Ə'RAF SURƏSİ / 19)

    ۞ O, sizi tək bir nəfsdən yaratdı və özüylə dayanılıb-sakitləşməsi üçün ondan yoldaşını var etdi. Onu (yoldaşını) örtüb-bürüyüncə, o da bir yük yükləndi də bununla (bir müddət) gəzişdi. Necə ki ağırlaşınca, ikisi Rəbləri olan Allaha dua etdilər: "Əgər bizə saleh (bir uşaq) versən, and olsun şükr edənlərdən olacağıq." (Ə'RAF SURƏSİ / 189)

    ۞ And olsun, insanı quru bir palçıqdan, şəkillənmiş bir palçıqdan yaratdıq. (HİCR SURƏSİ / 26)

    ۞ Hanı Rəbbin mələklərə demişdi: "Mən, quru bir palçıqdan, şəkillənmiş bir palçıqdan bir bəşər yaradacağam." (HİCR SURƏSİ / 28)

    ۞ Hanı, mələklərə: "Adəmə səcdə edin" demişdik. İblisin xaricində (hamısı) səcdə etmişlər idi. Demişdi ki: "Bir palçıq olaraq yaratdığın kimsəyə mən səcdə edərəmmi?" (İSRA SURƏSİ / 61)

    ۞ Hanı mələklərə: "Adəmə səcdə edin" demişdik; İblisin xaricində (digərləri) səcdə etmişdilər. O cinlərdən idi, beləliklə Rəbbinin əmrindən çıxmışdı. Bu vəziyyətdə Məni buraxıb onu və onun soyunu vəlilərmi əldə edəcəksiniz? Halbuki onlar sizin düşmənlərinizdir. (Bu,) Zalımlar üçün nə qədər pis bir (seçim) . (KƏHF SURƏSİ / 50)

    ۞ Bax bunlar; özlərinə Allahın nemət verdiyi peyğəmbərlərdəndir; Adəmin soyundan, Nuh ilə birlikdə daşıdıqlarımız (insan nəsillərin)deyil, İbrahim və İsrail (Yaqub) soyundan, doğru yola çatdırdıqlarımızdan və seçdiklərimizdəndirlər. Onlara Rəhman (olan Allah)ın ayələri oxunduğunda, ağlayaraq səcdəyə bağlanarlar. (MƏRYƏM SURƏSİ / 58)

    ۞ Hanı biz mələklərə: "Adəmə səcdə edin" demişdik, İblisin xaricində (digərləri) səcdə etmişlər idi, o, ayaq dirəmişdi. (TAHA SURƏSİ / 116)

    ۞ Bundan sonra dedik ki: "Ey Adəm, bu həqiqətən sənə və yoldaşına düşməndir; çalış sizi cənnətdən sürüb çıxarmasın, sonra bədbəxt olarsan." (TAHA SURƏSİ / 117)

    ۞ Sonunda şeytan ona vəsvəsə verdi; dedi ki: "Sənə sonsuzluq ağacını və yox olmayacaq bir mülkü xəbər verim mi?" (TAHA SURƏSİ / 120)

    ۞ Beləcə ikisi ondan yedilər, dərhal ardından ayıb yerləri özlərinə açıldı, üzərlərini cənnət yarpaqlarından yamayıb-örtməyə başladılar. Adəm, Rəbbinə qarşı gəlmiş oldu da çaşıb-qaldı. (TAHA SURƏSİ / 121 )

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.