3 sonuçtan 1 ile 3 arası

Qadınlar haqqında

  1. #1
    Senior Member
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    500

    Qadınlar haqqında

    Qadın kişinin yarımbənzəridir.


    Dünya və onda nə varsa, qiymətlidir. Lakin dünyada ən qiymətli şey mömin qadındır.


    Qadınların ən yaxşısı: nəcib, mömin, uşaqlarına mehriban, ərinin malına və sərvətinə ürək yandırandır.


    Gündə beş dəfə namaz qılan, ramazan ayında oruc tutan, namuslu və ərinin sözündən çıxmayan qadına deyin ki, Behiştə istədiyi qapıdan girə bilər.


    Bir çox qadınlar ailəmin yanına toplaşır, ərlərindən şikayət edirlər. Arvadları ilə xoşrəftar etməyən və arvadını düz yoldan yayındıran kişilər mənim ümmətimdən deyil.


    Yezidin qızı Əsma dedi:
    ─ Həzrəti-Məhəmməd (s) üçün yemək gətirildi, həzrət bütün xörəkləri bir qadınların süfrəsinə qoyub buyurdu:
    ─ Yeyin!
    Ac olmağımıza baxmayaraq dedik:
    ─ Yeməyə meylimiz yoxdur.
    Peyğəmbər (s) buyurdu:
    ─ Ey qadınlar, aclığı yalana qatmayın.
    Qadınlara yaxşılıq ─ insanı cəhənnəm odundan qoruyun pərdə kimidir.


    Üç qızı və ya üç bacısı olan, ərsəyə çatana qədər onlarla mehriban olan şəxsin payını Allah Behiştdə verəcəkdir.


    Qızı olub, onu diri-diri basdırmayan, ona əziyyət verməyən və yaxud oğlanlarını qızından üstün tutmayan şəxsi Allah Behiştə aparacaqdır.


    Alicənab olmaq istəyirsinizmi? ─ Onda əri boşadığı zaman sizə pənah gətirən qızınızla xoş rəftar edin.



    İffət (namus) qadının zinətidir.
    Qadınlarla mehriban dolananlardan Allahın xoşu gəlir. Çünki onlar sizin ananızdır, qızınızdır, bacınızdır və ya xalanızdır.


    Həcc ─ zəiflərin cihadıdır. Qadının cəhadı isə onun yaxşı ər saxlamasıdır.


    Qadının hüququ müqəddəsdir. Ona görə də onların haqlı hüququnu özlərinə tapşırın.


    Qadınlarınızın məscidə getməsinə və namaz qılmasına mane olmayın.


    Qadının imkanı olduqda öz otağında namaz qılması eyvanda namaz qılmasından yaxşıdır. Eyvanda namaz qılması həyətdə namaz qılmasından yaxşıdır. Həyətdə namaz qılması isə məsciddə namaz qılmasından yaxşıdır.

  2. #2
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: Qadınlar haqqında

    cox sag ol
    İffət (namus) qadının zinətidir.
    Qadınlarla mehriban dolananlardan Allahın xoşu gəlir. Çünki onlar sizin ananızdır, qızınızdır, bacınızdır və ya xalanızdır.
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Qadınlar haqqında

    tesekkur

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.