Əsas məzmuna keç
2 sonuçtan 1 ile 2 arası

Bəs, mənim namazlarım nə olacaq?

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Bəs, mənim namazlarım nə olacaq?

    Ömrü boyu həyatını namazlarını gec qılmaqla keçirmişdi. Həmişə vəfat etmiş nənəsinin “Oğlum, bu vaxtda da namaz qılınar?” sözü yadında idi.
    Amma nə fayda? Nənəsi vəfat etməzdən əvvəl də, sonra da heç dəyişməmişdi. Yenə də namazlarını gec qılırdı.

    Bu gün də həmişəki kimi, işdən gəlmişdi. Saata baxdı. Məğrib namazının vaxtının çıxmasına 15 dəqiqə qalmışdı. Dəstəmaz alıb namazını qıldı.
    Çox yorğun idi. Divana uzandı. Yuxuya getdi...

    Yuxudan yatdığı yerdə deyil, başqa yerdə oyandı. Oyandığı xeyli insan toplanmışdı. İnsanlar nəyisə gözləyirdilər. Nə olduğunu başa düşə bilmirdi. Kimsə siyahıdan insan adları oxumağa başladı. Adı çəkilənlər sırasında onun da adı var idi. Adı çəkilən kimi iki nəfər ona yaxınlaşdı və onu sürüyə-sürüyə harasa aparmağa başladılar. Onu aparanlarda zərrə
    qədər də olsa, mərhəmət hissi yox idi. Onların cəhənnəm mələkləri olduqlarını anladı. Onu cəhənnəmə apardıqlarını başa düşdü və ağlaya-ağlaya qışqırmağa başladı:
    - Bəs mənim namazlarım? Axı mən həmişə namazlarımı qılırdım?
    Allahım, bağışla məni? Ya Rəbbim əfv et məni. Bəs, mənim namazlarım nə olacaq?
    Onu aparan mələklər onu alov yanına gətirdilər və onu alovun içinə atdılar.
    Yenə də eyni sözləri təkrar edə-edə alova doğru yuvarlanırdı:
    - Bəs mənim namazlarım?

    Getdikcə alova daha da yaxınlaşırdı. Alova düşəcəyi anda ona doğru bir əl uzandı və onu alovdan qurtardı. Onu xilas edənin üzünə baxdı. Bu bir qoca idi. Ondan kim olduğunu soruşd və Qoca belə dedi:
    - Mən sənin namazlarınam. Necə ki, sən məni həmişə gec qılardın, gecikdirərdin,
    mən də səni xilas etmək üçün gecikdim.
    Elə bu anda azan səsi onu yuxudan oyatdı. İşa namazının azanı oxunurdu. Ayağa qalxdı. Cəld qaça-qaça dəstəmaz almağa getdi. Dəstəmaz alıb namazını qıldı. Əllərini açıb tövbə etdi.
    Allahdan onu əfv etməsini istədi və bu hadisədən sonra bir daha namazını gecikdirmədi.

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Bəs, mənim namazlarım nə olacaq?

    Namazı gecikdirmək günahdi .Əyər namaza başladinsa vaxtında qilman gerek.Hər gecikən namaz ücün tövbə etməlisən.
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.