Harda olursuz olun! Hər zaman ALLAHla olun!
Rəhimli və Bağışlayan ALLAHın adı ilə!
İnsan Sevgi, Mərhəmət, Gözəllik, Səbir, Yaxşılıq, Qənaət, Dürüstlük, Düzgünlük, Ağıl və Ədalətlə təchiz edilmiş və ən gözəl şəkildə yaradılmışdır. Bu xüsusiyyətlər verilərək kimin daha gözəl işlər edəcəyini sınamaq üçün yaradan insanları Dünyaya göndərmişdir. Hər insan bu dünyada etdiyi davranışlarla özünə layiq olanı seçər və dərəcəsini ortaya qoyar. Ya yaxşılığı seçər ya da pisliyi! Seçki insanındır. Hər insan sevginin, mərhəmətin, Səbrin, Yaxşılığın, Dürüstlüyün, Doğruluğun, Ağılın, Gözəlliyin, Ədalətin və Qənaətin fərqindədir. Kim bu mənəvi dəyərlərin heç fərqində olmadığını inkar edə bilər ki? Sevmədən sevilmək, Mərhəmət etmədən mərhəmət gözləmək, Səbr etmədən zəfər gözləmək, Yaxşılıq etmədən yaxşılıq tapmaq, Qənaət etmədən daha yaxşısına ümid etmək, Dürüst olmadan Dürüstlük gözləmək, Doğru olmadan düzgünlük gözləmək, Ədalətli olmadan ədalət axtarmaq, Ağıl icra etmədən məntiq axtarmaq, Gözəl davranmadan gözəllik gözləmək nə çaşılacaq şeydir? Sən nə sənsə onu taparsan qarşında. Əlbəttə ki düzgünlük yolunda getdiyində bütün səhvlərlə qarşılaşacaqsan. Səhvlərlə qarşılaşmadan doğruluğun dəyəri necə ortaya çıxacaq sanırsan ki? Həm bu dəyərlərin mükafatı o biri dünyada mütləq veriləcək bu Allahın vədidir. Onsuz da mükafatı bu dünyada axtarmaq da cahillikdir. Bu dünya gəlib keçici axirət qalıcıdır. Allahdan qorxmaqmı daha xeyirli yoxsa bu dünyanı itirmək qorxusumu var sizdə? Bir ton alma qoysalar insanin önünə bir neçə dənədən başqa yeyə bilməz ki! Çatlayana qədər yesə yenə də hamısını yeyə bilməz. Elə isə bu qorxu niyə var? Tərtəmiz bir körpəyə baxmazmı insan heç? Nə danışmağa, nə ağıl icra etməyə nə əlini belə qaldırmağa gücü çatmayan bir körpəyə! Bu ən aciz hallarında belə qismətini Allah vermirmi? Hansı körpə aç qalır? Hansı körpə sevilmir? Hansı körpəyə mərhəmət edilmir? İnsanda bir körpə kimi tərtəmiz olsa özü istəmədən bütün qismətləri çıxmazmı qarşısına heç?
Həmd olsun Allaha ! O elə gözəl olan Allah ki qullarına doğru yolu göstərdi. Kim düzgünlükdən xəbərsizdik deyə bilər ki? Artıq öyüd almaz insan ! Şükr etməsi lazım deyilmi? Onun nemətlərini nə saymaqla nədə düşünməklə bitirə bilməz ki insan! O bütün bu dünyanı insanın xidmətinə vermədimi? O könülləri, gözləri və eşitməyi, vermədimi? Danışmağı öyrətmədimi insana... Bütün bunların qarşılığı nankorluqmu olmalı bəyəm? Həmd olsun Allaha ki bütün bu nemətlərin qarşılığında Allah, yalnız Ona inanmamızı, Ona ibadət etməyimizi, Ondan kömək diləməmizi və Ona lazım olduğu kimi şükr etməmizi istəyir ki bu yenə insanın öz yaxşılığı üçündür. Bax O Aləmlərin Rəbbi nə qədər gözəl nə qədər mərhəmətli, nə qədər sevgi doludur hələ anlaya bilməyəcəkmi insan?! Allahın heç bir şeyə ehtiyacı olmadığını bilmirmi insan?! Hər kim nə etsə özü üçün etdiyinin fərqində deyilmi? Bundan daha açıq nə deyilə bilər ki çaşılacaq şey insanın bunu anlaya bilməməsi üçün rahat olsun. Həmd olsun Allaha Həmd olsun O aləmlərin Rəbbinə!
Hansı vəziyyətdə və hər harada olsanız olun üzünüzü həmişə Allaha tutun, hər nə gözləyirsinizsə ondan gözləyin və insanı ucaldan bu mənəvi dəyərlərə layiq olun ki, ədəbi xoşbəxtlik və dincliyə çata biləsiniz.
5 sonuçtan 1 ile 5 arası
-
11-28-2009, 03:35 AM #1Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Quran
[
-
11-28-2009, 03:38 AM #2Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Re: Quran
-
12-06-2009, 01:50 AM #3Member
- Üyelik tarihi
- Nov 2009
- Mesajlar
- 89
Re: Quran
Size ne qeder minnetdaram ki, mende ,,Curan,,in Aserbaycancasi yoxdur, siz yasin, mende oxuyum. Men qerib bir ölkede bu vesiyyetlerden, yasilardan menevi güc aliram. Saqolun....
-
12-12-2009, 10:49 AM #4Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Re: Quran
yuxarıda saytın adını qeyd etmişəm ora daxil olaraq bir çox şey öyrənə bilərsiniz Quran haqqında.
Aseri Nickli Üyeden Alıntı
-
12-12-2009, 10:58 AM #5Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
Re: Quran
Azerislam.com -- bax burdan cox şey öyrenmek olar. Men ordan öyrendim namazi da teqvimide. və s. Quranin bütün ayeleri de var .Oxuyun emel edin .Allah qebul etsin Amin.
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri