Əsas məzmuna keç
8 sonuçtan 1 ile 8 arası

ƏLLAHU ƏKBƏR

  1. #1
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    ƏLLAHU ƏKBƏR

    Allah düşüncə və xəyalımızdan daha böyükdür. Onu qələmlə vəsf və dillə bəyan etmək gücümüz yoxdur.

    Onun əzəməti düşüncə, mə’rifət və təsəvvürümüzün fövqündədir.

    Hər nə istəsə həmin an baş verər. Əmrinə itaət olunar. İnsan və bütün varlıqlar yoxdan yarandı. Hər birinə ruzi verər, hidayət edər. Hamı Ona doğru qayıdacaq. Bütün canlıların və bitkilərin varlığı və canı Onun qüdrət əlindədir. Ucaldan da, kiçildən də Odur. Ehtiyacsızdır, hamı Ona möhtacdır. İnsanı ana bətnində formalaşdırır. Onların fitrətində yönəldici meyllər qərar verir. Xəstələrə şəfa verir, zəiflərə qüvvə əta edir. Onun zatından başqa hər şey ölümə məhkum və fanidir. Qiyamətdə hesab-kitab mükafat və cəza Ona bağlıdır. Qiyamət günü mə’lum olacaq ki, bütün işlər Onun əlindədir və başqaları heç nəyə qadir deyil. Allahdan qeyrilərinin dərgahına üz tutanlar uduzmuş və ziyan etmişlər... (Qeyd olunan bütün sifətlər Qur’an ayələrindən götürülmüşdür.)

    Namazımız belə əzəmətli bir Allahın adı ilə başlayır.

    Niyyətdən sonra təkbirətul-ehram deyir və namaza daxil oluruq. “Əllahu əkbər!”

    “Əllahu əkbər” əqidə və dinimizin ucalıq şüarıdır.

    Namaz “Əllahu əkbər” kəlməsi ilə başlayır və “rəhmətullah” kəlməsi ilə xətm olunur.

    Elə bir namaz ki, həm qəlb iştirak edir, həm də dil mədh oxuyur, vəsf edir. Namazda həmd və zikri eşidir, eyni zamanda bədən üzvlərinin hərəkəti ilə ibadət edirik.

    Elə bir namaz ki, bütpərəstlik və məsihilikdə olduğu kimi bütlərin və İsanın adı ilə yox, Allahın adı ilə başlayır.

    Elə bir namaz ki, “Əllahu əkbər”lə yanaşıdır. Batil və puç qüdrətlər üzərindən xətt çəkən bu şüar gündəlik müstəhəb və vacib namazlarda 85 dəfə təkrarlanır, namazdan əvvəl və namazdan sonra da müxtəlif şəkillərdə savab üçün zikr olunur.

    Bu şüar namaz boyu təkrarlanır və bizim mə’nəvi tərbiyəmiz, inkişafımız həmin təkrarların bəhrəsidir.

    Allah hər şeydən böyükdür!

    Allah heç bir şeylə müqayisə olunmaz dərəcədə böyükdür və zahiri hisslərlə dərk olunmur.

    Allah həvəslərimizdən, sözlərimizdən, şeytan vəsvəsələrindən və dünya bəyanlarından daha böyükdür.

    Əgər Allah düşüncəmizdə ən böyük sayılsa və “Əllahu əkbər” kəlməsi qəlbən, iman və inamla deyilsə, dünya, onun cazibəsi və bütün qüvvələr gözümüzdə kiçiləcək, Onun razılığı bizim üçün hər şeydən üstün olacaq.

    İmam Sadiq (ə) buyurur: “Namazın başlanğıcında təkbir deyərkən Ondan (Allahdan) başqa bütün varlıq sənin düşüncəndə kiçilməlidir. Yoxsa, xitab olunar: Sən yalançısan! Əgər namaz qılan şəxsin fikrində ayrı bir şey böyük olarsa, o yalançı sayılır. Necə ki, münafiqlər dildə Allah rəsulunun (s) peyğəmbərliyinə şəhadət verir, amma öz sözlərinə inanmırdılar. Allah onları yalançı adlandırdı: “...Allah münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir.”(“Munafiqun” surəsi, ayə 1.) Dillə əqidə arasında fərq bir növ nifaqdır. İmam Sadiq (ə) buyurur ki, Allah belə namaz qılanlara xitab edir: “Yoxsa mənə hiylə gəlirsiniz? And olsun izzət və cəlalıma, öz zikrimin şirinliyini səndən alar, yaxınlıq məqamından və münacatımın ləzzətindən məhrum edərəm.” (Muhəccətul-bəyza”, 1-ci cild, səh.385.) Mərhum Feyz Kaşani bu hədisi nəql etdikdən sonra buyurur: “Namaz zamanı münacat şirinliyi və ruhiyyə əldə etsəniz, bilin ki, sizin təkbiriniz Allah-təala tərəfindən qəbul olunmuşdur. Əgər belə olmasa, bilin ki, Allah sizi dərgahından qovmuş, sözünüzü təsdiq etməmişdir və bizi yalançı hesab edir.”(Muhəccətul-bəyza”, 1-ci cild, səh.385.)
    Bəli, Allah daha böyükdür. Bütün sözlərdən, yazılardan və düşüncələrdən daha böyük!
    Bu əqidədə olan şəxsin nəzərində hər şey kiçilir. Təyyarə nə qədər yuxarı qalxsa, evlər, binalar və yer daha kiçik görünər. Allahı əzəmətli sayan Ondan başqalarını kiçik görür. Həzrət Əli (ə) bu xarakteri təqvalı insanların sifətlərindən hesab edir: “Allah onların batinlərində əzəmətlidir və Ondan başqalarını kiçik görürlər.”(Nəhcül-bəlağə”, Həmmam xütbəsi.)
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: ƏLLAHU ƏKBƏR

    “Əllahu əkbər” əqidə və dinimizin ucalıq şüarıdır.


    cox sukur ki, mene de nesib oldu namaz qilmaq ,

  3. #3
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: ƏLLAHU ƏKBƏR

    Allah Qebul Elesin !
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: ƏLLAHU ƏKBƏR

    Cox saq ol , ALLAH her birimizin namazini qebul etsin ,ve her birimizin komeyi olsun AMIN .

  5. #5
    Member
    Üyelik tarihi
    Sep 2009
    Mesajlar
    92

    Re: ƏLLAHU ƏKBƏR

    Alıntı Xeyallarim Nickli Üyeden Alıntı
    “Əllahu əkbər” əqidə və dinimizin ucalıq şüarıdır.


    cox sukur ki, mene de nesib oldu namaz qilmaq ,
    Allah qebul etsin.Bizlerde nesib etsin.aminnnn
    Baştan yaşama şansım olsaydı eğer; kusursuz olmaya çalışmaz rahat bırakırdım yüreğimi korkmazdım çok riske girip sana aşık olmaktan..

  6. #6
    Member
    Üyelik tarihi
    Oct 2009
    Yer
    Azərbaycan
    Mesajlar
    98

    Re: ƏLLAHU ƏKBƏR

    Allah qəbul eləsin.

  7. #7
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: ƏLLAHU ƏKBƏR

    cox saq ol ,Allah butun namaz qilmaq arzusunda olan insanlara nesib etsin AMIN .

  8. #8
    Member
    Üyelik tarihi
    Oct 2009
    Yer
    Azərbaycan
    Mesajlar
    98

    Re: ƏLLAHU ƏKBƏR

    Amin.
    İnşə Allah məndə başlayacam namaz qılmağa.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.