5 sonuçtan 1 ile 5 arası

Allah heç kimi nahaq yerə incitmir

  1. #1
    Moderlər
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Bakı
    Mesajlar
    917

    Allah heç kimi nahaq yerə incitmir

    Allah heç kimi nahaq yerə incitmir

    Bu müsibətlər ya sınaq, ya cəza, ya mükafatımız ola bilər

    «Bəxtim yoxdur», «hamınınki gətirdi, bircə mənim taleyim qara hərflərlə yazıldı», «mənimki gətirsəydi, yetim doğulmazdım» və s. şikayətlər sənə tanışdır. Bəlkə dildə deməsən də, sən də qəlbində özünü bəxtsiz hesab edirsən? Hətta düşünürsən ki, Allah bəzilərini xoşbəxt, bəzilərini isə bədbəxt edir? «Filankəs yaxşı adam idi, Allah nəyə görə onun ölməyinə razı oldu?» sualı ilə də mütləq qarşılaşmısan. Ümumiyyətlə, insanın ölümünün, xəstəliyinin, kasıbçılığının səbəbi nədir? Bu, cəzadır, yoxsa nə?..

    Taleyim niyə belə gətirdi?

    «(İstədiyini) dövlətli də edən, kasıb da edən Odur (Allahdır)!» (surə 53, ayə 48). Bəli, hər birimizin ruzisini yetirən Allahdır. Allah bizə var-dövlət vermək istəyirsə, bunu müxtəlif yollarla, heç ağlımıza gəlməyən vasitələrlə də edə bilər. Əlbəttə, ruzi qazanmaq üçün insan zəhmət çəkməli, çalışmalıdır. Bu çalışmaq müxtəlif formada ola bilər. İnsanın hər zəhməti, hər səyi Allah tərəfindən müxtəlif tərzdə qiymətləndirilə bilər. Bəziləri düşünür ki, insan kasıbdırsa, deməli, Allah ondan Öz nəzərini çəkibdir. Belələri talelərindən gileylənir, bəzən yaşamağa da həvəs göstərmirlər. Halbuki, Allah-Təala insanı yoxsulluqla həm sınaya, həm cəzalandıra, həm mükafatlandıra da bilər: «Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbir edən şəxslərə müjdə ver!». (surə 2, ayə 155). Buna görə, insan çətinliyə düşən kimi ruhdan düşüb Allahdan ümidini kəsməməli, Ondan inciməməlidir. Əksinə, səbir etməlidir ki, Allahın sınağından üzü ağ çıxa bilsin. Məhz səbirliləri Allah sevir və sevindirir, dünya problemlərini həll etmək üçün güc, qəlblərinə rahatlıq bəxş edir. Yoxsulları Cənnət əhlinin padşahları adlandıran Məhəmməd Peyğəmbər (s.ə.s) deyir ki, Cənnətə gözucu baxdıqda, camaatın çoxunun kasıb olduğunu görüb.

    Kasıb və varlı

    Həm yoxsul, həm varlı Allahın sınağından keçir. Pulun olanda onu nəyə xərclədin? Yetimə, qohuma əl tutdunmu? Yoxsa bütün varını mənasız, haram işlərə sərf etdin? Əlin aşağı olanda səbir etdinmi?.. Bir də görürsən, insan imkanlı qonşusuna, qohumuna bəxtəvərlik yağdırır. Gör necə keflə dolanır! Sanki onların dərd-səri olmur. «İmkanlının dərdi kasıbınkından çoxdur» desək, yanılmarıq. Varı çox olan Allah qarşısında da daha çox sorğu-sual olunar, çünki o, daha çox sınaqlarla qarşılaşır; savab iş görmək və günaha batmaq imkanı onda daha çox olur. Maraqlıdır, biz nə üçün varlı olmağa can atırıq? Deyəcəksən, keflə yaşamaq üçün! Yanılırsan! Çünki bizi xoşbəxt edən var-dövlət deyil. Nə qədər milyonçular özlərinə qəsd edir, depressiyaya düşür, daim təşviş içində çabalayırlar. Nəyə görə? Çünki insanın rahatlığı qəlbinin rahat olmasındadır. Bu isə kasıb və ya imkanlı olmaqdan asılı deyil: «…Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar!». (surə 13, ayə 28). Əlbəttə, insanın Allahdan ruzi istəməsi çox normaldır. İmam Sadiq (ə) deyir: «Səni zülm etməkdən saxlayan var-dövlət, səni günaha çəkən yoxsulluqdan yaxşıdır». Ancaq rahat həyatı, dolanışığı Allaha yaxın olmaqla, buyuruqlarına qarşı çıxmamaqla daha tez və asan təmin etmək olar. Peyğəmbərimiz (s.ə.s) deyir: «Kimin dərdi Axirət dərdi olarsa, Allah… işlərini düzüb qoşar, dünya istəmədiyi halda ona gələr. Əgər kimin dərdi dünya dərdi olarsa, Allah kasıblığı onun qarşısına çıxarar, işlərini dağıdar…».

    Mükafatın - ölümdür!

    Deyirlər, filankəs yaxşı idi, niyə tez öldü? İş burasındadır ki, uzun ömür yaşamaq heç də insanın bəxtəvərliyi demək deyil! Az yaşa, ancaq faydalı! İnsan var 20 il yaşayır, ancaq təmiz, xeyirxah həyat sürür. Eləsi də var 90 il yaşayır, ancaq günü-gündən əməl dəftərinin günah səhifələrini artırır. İndi cavab verin, onlardan hansı Allah qarşısında sorğu-sual olunanda daha çox sevinəcək? Hamımız bu dünyanın müvəqqəti qonaqlarıyıq, Axirətdə isə bizi əbədi həyat gözləyir. Ola bilsin bir insan 40 yaşından sonra böyük günahlara bulaşmış olsun və Allah onun xoşbəxt Axirət həyatını abadlaşdırmaq üçün 40 yaşında ölməsini daha məqsədəuyğun hesab edir. Həzrət Əli (ə), İmam Hüseyn (ə) kimi şəxsiyyətlər faciəvi şəkildə şəhid olublar. Kimsə deyə bilər, onlar yaxşı insanlar olub, Allah istəsəydi, onlar sağ qalardı. Ancaq elə an çatır ki, insanın ali məqsəd üçün, məsələn, Vətən uğrunda şəhid olması millətin, həmçinin onun özünün əbədi xoşbəxtliyi üçün daha yaxşıdır. Peyğəmbərimiz (s.ə.s) deyir: «Heç biriniz, ziyana görə heç vaxt özünüzə ölüm qarğış etməyin. Əksinə, belə deyin: «İlahi, həyatım mənim üçün yaxşı olduğu vaxta qədər məni diri saxla. Ölüm mənim üçün yaxşı olduqda məni öldür». Odur ki doğmasını itirən səbir edib Allahın hər məsləhətilə razılaşmalıdır. Bəlkə də ölüm əziziniz üçün daha yaxşıdır?..

    Günah səndədir, yoxsa…

    Bu məsələdə bir məqama da diqqət yetirmək lazımdır. Bir insan düzgün həyat tərzi sürmürsə, qəlbi daim kin-küdurət, nifrət hissi ilə döyünürsə, içkiyə aludəliyi varsa, sağlamlığına diqqət yetirmirsə və bir gün bunun ağır nəticəsini görürsə, Allahı onun xəstələnməsində, ölməsində günahlandırmaq düzgündürmü? İnsan sağlamlığının qayğısına qalmırsa, günah onun özündədir. Allah Qurani-Kərimdə canımızı bizə əmanət verdiyini buyurur, əmanəti qorumaq isə dinimizdə vacibdir. Deməli, xəstələnməyimizin, vaxtsız ölümümüzün səbəbkarı özümüz də ola bilərik…

    Xəstəliyə görə də şükür?

    Nəyəsə görə xəstələndiyimiz zaman Allaha daha yaxın oluruq, acizliyimizi daha yaxşı başa düşürük, saflaşırıq. Hətta xəstəlikdən əzab-əziyyət çəkən insanın günahlarının bağışlandığı da söylənilir. Peyğəmbərimiz (s.ə.s) deyir: «Xəstə şəxsin günahları ağacın yarpaqlarıtək tökülər». İmamlarımızdan nəql olunur ki, bir gecəni xəstəlikdən və ya ağrıdan yatmamağın mükafatı neçə ibadətdən daha üstündür. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, xəstələnmək də gözəldir! Odur ki hər hansı bir şey kənardan mənfi görünsə də, əslində, Allah dərgahında belə olmaya da bilər. Allahın hər bir işdə böyük hikməti var…

    Rahatlıq axtaranın rahatlığı olmaz!

    İnsan rahatlığa can atır. O, dünyada hər şeyin ən yaxşısını istəyir. O, dünya həyatına çox bağlanır. Ancaq əslinə baxılsa, bu bağlılıq insanı istədiyi rahatlığa yaxınlaşdırmır, əksinə, uzaqlaşdırır. Həyatını nəfsini qane etməyə sərf etsən, Allah dünyanın qəm-kədərini, yükünü sənə daşıtdırar. Sən də Allaha deyil, əbədi xoşbəxtliyinə fayda verməyən şeylərə qulluq etməyə başlayarsan. Və özünü can atdığın rahatlığa deyil, çətinliyə salmış olarsan. Quranın bu ayəsinə diqqət yetirin: «…Məndən sizə doğru yolu göstərən bir rəhbər (kitab, yaxud peyğəmbər) gəldiyi zaman hər kəs Mənim haqq yolumu tutub getsə, nə (dünyada) yolunu azar, nə də (axirətdə) bədbəxt olar! Hər kəs Mənim öyüd-nəsihətimdən (Qurandan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!». (surə 20, ayə 123, 124).

    Hər çətinlikdən sonra, bir yüngüllük var

    İnsan kasıb da olsa, xəstə də olsa, ən yaxın adamını da itirsə, Allaha olan sevgisini və ümidini əskiltməməlidir. Çünki nəyin yaxşı, nəyin pis olmasını Allah daha yaxşı bilir. Zərrə qədər yaxşılığa görə mükafat verən Allahı necə ədalətsiz adlandırmaq olar? Allah heç kimi nahaq yerə incitmir. Hər hansı çətinliklə qarşılaşsaq, ilk növbədə bunun səbəbini özümüzdə axtarmalıyıq. Bu müsibətlər ya sınaq, ya cəza, ya mükafatımız ola bilər. Bunlardan hansının olduğunu bəlkə də özümüz başa düşə bilərik. Ancaq yenə də bizim bilmədiyimiz çox şeylər var ki, onun həqiqi mənasını yalnız Allah-Təala bilir. Ona görə də Allaha həmişə təvəkkül, etibar edib hər şeyə görə Ona şükürlü olmalıyıq. Allahdan ümid kəsmək günahdır, Quran nahaq yerə buyurmur ki, Allahdan ancaq kafirlər naümid olarlar. İmam Sadiq (ə) deyir: «Böyük və ağır bəlanın böyük də mükafatı var. Allah sevdiyi bəndəsinə böyük bəla verər, kim buna razı olarsa, Allah ondan razı qalar. Yox, əgər insanın acığı gələrsə, Allahın da ona acığı tutub qəzəblənər». Allah bizlərə səbirli olmağı tövsiyə edir. Allaha qarşı çıxıb özümüzü daha da ağır sınaqlarla qarşılaşdırmayaq. Unutmayaq ki, hər çətinlikdən sonra bir yüngüllük var. Səbirli olsaq, Allah bizə rahatlıq bəxş edər, üsyan etsək, həyatdan küssək, həyatımız elə qaranlıqda da keçməyə davam edər…

    Ömrü və ruzini artıran əməllər

    İnsan bir gün dünyaya gəldiyi kimi, bir gün də bu dünyadan köçməlidir. Nə vaxt, hansı şəraitdə, bu həm özümüzdən, həm də Allah-Təalanın məsləhətindən asılıdır. Görəsən, ömrümüzü hansı əməllərlə uzada bilərik? Məsələn, İmam Sadiq (ə) deyir: «Övladına qarğıyan ata oğluna yoxsulluq miras qoyar». Yəni ata-anaya olunan yaxşılıq, hörmət insan ömürünü uzada bilər. Allah hər birimizi valideyn lənətindən qorusun, çünki bunun bizim üçün çox ağır nəticəsi ola bilər. Həmçinin İmam Sadiq (ə) deyir: «Yaxın qohumlarla mehribanlıq ömrü uzadar və yoxsulluğu aradan götürər». Həqiqətən də qohumlarla xoş münasibət qurmaq (hətta qohum sənə pislik etsə də!) ruzi-bərəkəti artırar, ömrü uzadar. İmam Sadiq (ə) yoxsulluğu aradan götürən bir əməli də qeyd edir: «Mən qənaətcil olanın yoxsul olmayacağına zəmanət verirəm». İsrafçılıq dinimizdə bəyənilmir və Allah-Təala israf edənin ruzisini artırmaz. Həzrət Məhəmməd (s.ə.s) isə belə deyir: «Əmanətə vəfalılıq var-dövlət gətirər, əmanətə xəyanət isə yoxsulluğa səbəb olar». Odur ki insanın həyatı onun öz əlindədir; bu həyatı həm abadlaşdıra, həm də viranəyə döndərə bilər…

    Əsl kasıbçılıq, xəstəlik və ölüm…

    Əslində, insanın ən ağır yoxsulluğu, xəstəliyi və ölümü onun Allahdan uzaq düşməsidir. Belə insan ən pis və dərmanı ancaq Mərhəmətli Allahda olan bir xəstəliyə tutular - qəlb xəstəliyinə. Belə insan dinlənçidən yoxsul, ən dəhşətli xəstəliyə yoluxandan daha azarlı və əsl ölüdür. Allah-Təala Quranda gözəl buyurur: «Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də üzücü bir əzab çəkəcəklər». (surə 2, ayə 10). Ola bilsin bir insan şikəstdir, kordur, ancaq Allaha olan sevgisi, təmiz niyyəti qəlbini daim rahatlıq içində saxlayır; o özünü sözün əsl mənasında xoşbəxt adlandıra bilər. İnsan da var, gözü görür, qulağı eşidir, qəlbi döyünür, lakin Allahdan uzaq düşdüyünə görə o, kordur, kardır, xəstədir, ölüdür! Bax belə insan sözün əsl mənasında ölüdür! Halbuki Allah şəhidlərə ölü deməməyi buyurur: «Allah yolunda öldürülənlərə «ölü» deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz». (surə 2, ayə 154).
    Bir gün sevimli Peyğəmbərimiz (s.ə.s) ətrafına toplanan insanlardan soruşur: «Ey camaat! …Sizcə, yoxsul kimdir?». Bir nəfər belə cavab verir: «Var-dövləti olmayan kişi». Məhəmməd Peyğəmbər (s.ə.s) bu sözü eşidən kimi deyir: «Həqiqi kasıb odur ki, özündən sonra çox malı qalsa da, öz var-dövlətindən Allahın hesabına heç nə göndərməsin».
    Allah-Təala hər birimizi bu kasıbçılıqdan qorusun!..
    Mesafler mi aşkı uzaklaştırır ,aşk mı mesafeleri yakınlaştırır,Uzayan yollar,kanayan sevdalar,ne kadar aşkı yansıtır,Sevmekten uslanmayan gönülmüdür.Uslanmayan sevdamıdır.Ey arsız sevda,yoluna gül dökülesi,İşte geldin yakınımdasın,Bir seslensem el uzatırmısın?

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Allah heç kimi nahaq yerə incitmir

    he düzdü Allah heçkimi nahaq yere incitmir hele o sitem edenleri 5 qat artıq incidir
    oki kasıblığa geldikde ise AMİN

  3. #3
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Allah heç kimi nahaq yerə incitmir

    Xəstəliyə görə də şükür?

    Nəyəsə görə xəstələndiyimiz zaman Allaha daha yaxın oluruq, acizliyimizi daha yaxşı başa düşürük, saflaşırıq. Hətta xəstəlikdən əzab-əziyyət çəkən insanın günahlarının bağışlandığı da söylənilir. Peyğəmbərimiz (s.ə.s) deyir: «Xəstə şəxsin günahları ağacın yarpaqlarıtək tökülər». İmamlarımızdan nəql olunur ki, bir gecəni xəstəlikdən və ya ağrıdan yatmamağın mükafatı neçə ibadətdən daha üstündür. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, xəstələnmək də gözəldir! Odur ki hər hansı bir şey kənardan mənfi görünsə də, əslində, Allah dərgahında belə olmaya da bilər. Allahın hər bir işdə böyük hikməti var…


    istemirem
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Allah heç kimi nahaq yerə incitmir

    cox saq ol yazin ucun ,yazinda cox boyuk heqiqet var

  5. #5
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: Allah heç kimi nahaq yerə incitmir

    Amin
    cox maragli idi
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.