1 sonuçtan 1 ile 1 arası
-
09-06-2009, 04:00 PM #1
Hərflərin, Düşüncələrin və İnsanın Gücü!...
Hərflər vardır; bəziləri səsli bəziləri səssiz…
O sözlər tək olduqları halda bir məna ifadə etməzlər…
Doğru səssizlərlə doğru səslilər bir araya gələndə doğru sözlər ortaya çıxar...
Doğru sözlərlə birlikdə səssizlər də səslilərdə bir məna ifadə etməyə başlayar doğru fikirlərin toxumları yaranar…
Doğru sözlər qazandıqları bu mənaları gücləndirmək üçün bir araya gəlib doğru cümlələri meydana gətirərlər…
Doğru cümlələrlə birlikdə sözlər daha mənalı olmağa başlayar və beləliklədə doğru fikirlərin toxumları cücərməyə başlayar…
Doğru cümlələr bir araya gəlib doğru paraqraflara…
doğru paraqraflar doğru səhifələrə…
doğru səhifələr doğru kitablara…
doğru kitablar müdriklik okeanına çevrilər…
müdriklik okeanı həmin ifadələri bizə çatdırar!
Ehtiyacımız olan hər şey bizim daxilimdə gizlidir.
Görürsünüzmü bir hərf nələrə qadirdir?
Bir sözün gücü hərflərinin gücü qədərdir!...
Bir cümlənin gücü sözlərinin gücü qədərdir!...
Bir paraqrafın gücü…
Bir adamın gücü də Özünün gücü qədərdir!
Düşüncələr də hərflər kimidir…
Doğru düşüncələr bir araya gələrək doğru fikirləri meydana gətirərlər…
Doğru fikirlər bir araya gələrək doğru inancları meydana gətirər!
Doğru inanclar birləşərək doğru bir zehni meydana gətirər!
Doğru bir zehn doğru hərəkətlərə yönəldər!
Doğru hərəkətlər doğru vərdişləri meydana gətirər!
Doğru vərdişlər doğru bir xarakteri meydana gətirər!
Doğru bir xarakter doğru bir insanı meydana gətirər!
Doğru bir insan mütləq düzgünlük olan Özə yaxınlaşar!
Özə yaxınlaşan həyatının mənasını kəşf etməyə başlayar!
Xoşbəxtlik və dinclik həyatın mənasında gizlidir!
Görürsünüz bir düşüncə nələrə qadirdir?
İnsanlar da hərflərə bənzəyir!...
Doğru insanlar bir araya gələrək doğru bir dəstə meydana gətirərlər!...
Doğru dəstələr bir araya gələrək doğru quruluşları meydana gətirərlər!
Doğru quruluşlar bir araya gələrək doğru bir cəmiyyəti meydana gətirərlər!
Doğru cəmiyyətlər bir araya gələrək doğru bir kainatı meydana gətirərlər!
Doğru bir kainat da Özümüzə xidmət edər!
Daxili ilə insan həyatın mənasıyla birlikdə xoşbəxtlik və dinclik gətirər!
Görürsünüzmü bir insan nələrə qadirdir?
Heç düşündükmü bir insan olaraq nələrə qadirik?


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla
Yer imleri