insan ozu neyese qerar verende o seciminin neticesi yaxsi ve ya pis olduqda ozunu gunahkar bilir,gelen defe ise daha diqqetli olur.ama basqasinin sozu ile hereket edende vicdan ezabi onu rahat buraxmir.Ister sehv olsun,isterse de duz oz qerarini ozun vermelisen...Cunki Heyat senindi..
3 sonuçtan 1 ile 3 arası
-
09-06-2009, 03:55 PM #1
Əgər mən o insanla düşmənəmsə səndə düşmən olmalısan!
İstər virtualda olsun istərsədə realda tez-tez eşitdiyim bir mövzudur elə deyilmi?
Niyə görə seçimlərə hörmət etmirik?"Əgər mənim münasibətim onunla pisdirsə sənində münasibətin olmalıdır"Əks halda sən məni satmış olacaqsan deyirlər.Bu fikir nə dərcədə doğudur?İnsanların fikrilərinə təsir etmək nə dərəcədə düzgündür?
Bəzi insanlar var yaxın olduqları insanların daima düz danışdıqlarını düşünürlər.Nə deyirlərsə inanırlar."Əgər onlar kimisə pisləyirlərsə ,əgər kimisə bizimlə danışmağa məsləhət görmülərsə demək ki,biz onların dediyi ilə oturub durmalıyıq.Çünki yaxın bildiyim insan hər zaman düz danışır.O nə deyirsə,onu itirməmək üçün mütləq buna əməl etməliyəm əks halda ən yaxınım olan insanı itirərərəm deyirlər."
Niyə görə çox vaxt eşitdiklərimizə inanırıq?Məgər biz bunun şahidi olmuşuq ki?Məgər kiminsə pis və ya yaxşı olduğunu öz gözlərimizlə görmüşükmü?Elə deyilsə nə üçün yaxınım olsada belə onun dediklərinə əməl edirik?Hansısa tərəfin haqlı olub olması bir başqasınında bu işə qarışmalıdır anlamını vermir.Çoxlarından eşidirik və ya görürük insanların psixologiyasına təsir edənlərin sayı az deyil.
İki bir-birini bəyənməyən insan ola bilər.Ancaq üçüncü və ya dördüncü bir insanın kiməsə görə onlarla pis olması düzgüz deyil.Çünki arada olan mübahisələr ikisi arasında baş verib.Digərlərinində bu işə qarışması hətta düşmənçilik etməsi düzgün deyil.İnsanlar rollarını yaxşı oynadıqları hallarda uzun müddət özlərini yaxşı biri kimi,düzləri danışan biri kimi göstərə bilərlər ancaq zaman keçdikdən sonra iç üzlər açılmağa başlayır və bu zamanda peşmanlıq yaranır insanda ...Mən nə üçün bir zamanlar onun dediklərinə əməl etdim?Nə üçün bu qədər düşmən qazandım?Mənə heç bir şey edilmədiyi halda qurban olaraq seçildim?Kimisə günahkarlandırmaq və ya ətrafdakılardan səhv axtarmaq düzgün deyil.Bu səhvləri və günahları öz içimizdə axtarmalıyıq.Bunların bizə təsir etməsinə biz icazə vermişik.
Hər zaman hər kəs öznünün haqqlı olduğunu düşünür.Özündə səhvi görmək istəyən insanlar azdır.Unutmayın ki,hər insanın özünə görə öz düzləri var.Kiməsə təsir göstərmək,kimisə özünüz kimi etmək sadəcə sizin zəif olduğunuzu göstərir.Çünki kiməsə təsir etmək sadəcə tək qalmaqdan qorxan insanların işidir.Təsir altına düşən insanlar isə özləri qərar verməkdə çətinlik çəkən insanlardır.Bu gün virtual həyatda öz qərarlarını verə bilmirsənsə çətin ki,virtual həyatdada qərar qəbul edə biləsən.
Hal-hazırda təsir altında olan və təsir göstərməkdə davam edən insanların sayı çoxdur.Bu yazı məhz sizlər üçündür.Oxuyun və nəticə çıxarın.Nə kiminsə sizin üzərinizdə qərarlar qəbul etməsinə icazə verin nədə kiməsə təsir göstərib zəifliyinizi göstərin....
-
09-06-2009, 06:07 PM #2Senior Member
- Üyelik tarihi
- Jul 2009
- Mesajlar
- 1.149
Re: Əgər mən o insanla düşmənəmsə səndə düşmən olmalısan!
...
-
10-16-2009, 05:27 PM #3
Re: Əgər mən o insanla düşmənəmsə səndə düşmən olmalısan!
indiye qeder hec kimin sozu ile oturub durmamisham.oz aglim vr,fikirleshib her sheye ozum qerar verirem.vessalam
Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?



LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla
Yer imleri