menim ucun heyat cox muemmalidir.
3 sonuçtan 1 ile 3 arası
-
08-21-2009, 07:49 AM #1
Həyat Budur...
Həyat bir çay kimidir, axar gedər insan ömürü..Bəzilərinə bənd vurmadıqca dayandıra bilməzsiniz...Yağışlarla bəslənər, günəşlə quruyar. Gün gəlir bitər, bir dənizin sahilində...Yox olar….Amma həyat davam edər..Eynilə ağrılarla,xoşbəxtliklərlə sürən bir həyatın yox olub. Geridə qalanlar üçün davam etdiyi kimi.
Sona çatmadan əvvəl geriyə baxarsınız..Yaşanmış yaşanmamış nələr var deyə..Ya kədərlənər ya da bir təbəssüm edərsiniz..Bir çay kimi ya çağlayanlar olmusunuz..Ya da durğun sakit axmısınız.
Həyatın içində.
Kim bilər nə sevdalar, nə sevgilər, nə ağrılar görmüşünüz.Uşaqlıqdan gəncliyinizə, orta yaşlılıqdan qocalığınıza kimi. Kimində kədərlənmiş kimində sevinmisiniz.
Bir tarla çiçəyinin həyata yapışıb küləklərə qarşı məsumluğu kimi. Həyatınızdan itkin gedən sevdiklərinizin ağrısını da yaşamısınız.Unuda bilməmisiniz... Xatirələri gəlir gözlərinizin önünə..İki damla gözyaşınızın süzülməsinə mane ola bilməzsiniz ..Ürəyiniz burular ağlaya bilməzsiniz…
Eşqi, sevgini, dostluqları və təbiəti yaşamışsınızsa ağrılar tez küllənər, unuda bilərsiniz..
Həyat davam edər deyər gedər..Başqa sevgilər, başqa eşqlər, başqa dostluqlar yaşayarsınız…Gözlənilən başqa ağrılara baxmayaraq bilə bilməzsiniz…Qalan ömürünüzdə yaşayacaqlarınızı…
Bir çay kimi axan həyatınızda, içinizi coşduran yağışlar varsa, içinizi qurudan qızğın günəşə inad varsa, ölümdən qorxmazsınız çünki ürəyinizdəki eşq sevgi və dostluq sizi yaşadar.
Xoşbəxt bir şəkildə yaşlılığa “salam” deyərsiniz..Dəniz kənarında bir skamyada oturur, sonsuza baxıb nəfəs ala bilirsinizsə, hələ də yanınızda sevdiyiniz bir insanın çiyininə əlinizi ata bilir və ona "səni sevirəm" deyə bilirsinizsə:
ƏSL XÖŞBƏXT İNSAN SİZSİNİZ
-
10-16-2009, 05:33 PM #2
Re: Həyat Budur...
Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?

-
10-16-2009, 09:51 PM #3
Re: Həyat Budur...
hələ də bir dəqiq qərara gələ bilməmişəm. bir dəqiq bildiyim 2 üzü var amma hansı doğrudu o da ...................
REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla


Yer imleri