Dəstəmaz ilə bağlı şəriət hökmləri :
Qadının bəzənmək (zinətlənmək) üçün istifadə etdiyi – dodaq boyası,krem,ənlik (pudra) və başqa ləvazimatlar dəstəmazı və orucu pozmur.
Qadın uşağın övrətini yuyarkən dəstəmazı pozulmur.
Dırnaq boyası (lak) suyun dırnaqlara çatmasına mane olduğu üçün belə halda alınan dəstəmaz qəbul deyil.Buna görə də dəstəmaz alarkən dırnağın üzərindən dırnaq boyasını təmizləmək lazımdır.Amma bu dırnaq boyasının haram olmasına dəlalət etmir.
Qusmaq orucu pozmur,lakin qəsdən özünü qusdurmaq həmin günün orucunu batil edir.
Fitri sünnələr :
Dırnaqları,qoltuq altı tüklərini 40 gündən artıq saxlamaq məkruhdur.
Sünnət etmək kişilər üçün vacib,qadınlar üçün müstəhəbdir.
Qadın kişiyə və kafir qadınlara oxşamamaq şərti ilə saçını qısalda bilər.Keçəl etmək isə haramdır.Amma zəruriyyət halında bunu edə bilər.Qadınların parik taxması haramdır.Yalnız xəstə qadın (saçı tökülmüş və ya anadangəlmə keçəl) bundan istifadə edə bilər.Saçı tam qara rənglə rəngləmək haramdır.Başqa rənglə isə kafir qadınların saçına oxşatmamaq şərti ilə rəngləmək olar.Qadın saçını istədiyi hala sala bilər (burmaq və s.)
Qaş almaq (qopartmaq,qırxmaq,qısaltmaq) haramdır.Çünki Peyğəmbər (s.ə.v) onu edənə və etdirənə lənət edib.Qadınların ayaqda,qolda,üst dodaqda (bığın yeri) və üzdə çıxan tükləri təmizləmək caizdir (yəni olar).
Bədəndə şəkil döymək və ya döydürmək haramdır.
Hicabın şərtləri :
1.Əl və üzdən başqa bütün bədən üzvləri örtülməlidir;
2.Hicab zinətli olmamalıdır;
3.Dar və ətirlənmiş olmamlıdır;
4.Kişilərin və ya kafir qadınların geyiminə oxşamamalıdır;
5.Şəffaf və diqqəti cəlb edən paltar olmamalıdır;
6.Kor kişinin yanında hicabı çıxarmaq caizdir.
Namazla bağlı şəriət hökmləri :
Qadının evində qıldığı namaz məsciddə qıldığı namazdan əfzəldir.Bayram namazlarını isə bayram namazı qılınan yerdə qılmaq lazımdır.
Qəsdlə buraxılan namazların qəzası qılınmır.Onun üçün yalnız tövbə etmək və gələcək namazlarda davamlı olmaq lazımdır.
Quran oxuyan qadının “səcdə” ayəsinə çatdıqda səcdə etmək üçün baş,ayaq və qollarını örtməsi vacib deyil.Çünki,namazdakı səcdə ilə bu səcdənin hökmü müxtəlifdir.
Qadına məhrəm olanlar və onlarla əlaqəli şəriət hökmləri :
Qadına məhrəm olan kişilər aşağıdakılardır : qadının atası,əmisi,dayısı,doğma və ögey oğlu,əri,doğma və süd qardaşı,qız və oğul nəvəsi,qardaşının və bacısının oğlu,ana və atanın dayısı və əmisi,qayınata,kürəkəni,babası (ata və ana tərəfdən).
Qadın məhrəmin yanında başı,boynu,qolları (dirsəyə qədər),ayaqları (dizə qədər) açıq gəzə bilər.Bu məhdudiyyət ər üçün yoxdur.
Qadın məhrəmi ilə hər hansı münasibətə görə öpüşə bilər.Amma,bu şəhvət hissi ilə olarsa,ərdən başqa hər hansı şəxsi öpmək haramdır.
Qadın ərindən qeyrisi ilə səsini gözəlləşdirib və ya əzilə-əzilə (yəni şəhvət hissi oyadan səslə) danışmaq haramdır.Allah-təala buyurub : “Buna görə də yad kişilərlə yumşaq (əzilə-əzilə) danışmayın,yoxsa qəlbində mərəz (nifaq) olan tamaha düşər” (Əl-Əhzab 32)
Qadının naməhrəm kişiyə baxması haramdır.Allah-təala buyurub “Mömin kişilərə de ki,gözlərini haram edilmiş şeylərdən çevirsinlər.Mömin qadınlara de ki,gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar)” (Ən-Nur 30-31)
Ətirlənib evdən çıxmaq və ya evdə naməhrəm olanın yanında oturmaq haramdır.Peyğəmbər (s.ə.v) demişdir : “Sizdən (qadınlardan) biriniz məscidə getdiyi zaman ətirlənməsin”.





Ailə qurmaqla bağlı qaydalar :
Qıza atasının izni olmadan ərə getmək olmaz.Ata isə qızını istədiyi oğlana verməlidir.Yetim qızın icazəsi olmadan,onu ərə vermək olmaz.Qızı zorla ərə vermək haramdır.Bu cür kəsilən kəbin də batildir.Buna bilərəkdən şahidlik edənlər və qızın vəlisi günah qazanmış olur.
Valideyn övladının ərə getməsinə və ya evlənməsinə (şəriətə uyğun) mane olarsa,günah qazanmış olur.Bu halda valideynə itaət etmək olmaz.
Ərin öz qadını üzərində olan haqları :
1.Kişi öz arvadı ilə gözəl rəftar etməlidir;
2.Ona xidmət etməlidir;
3.Namusunu qorumalıdır;
4.Ərinin izni olmadan evə heç kəsi buraxmamalıdır;
5.Ərinin izni olmadan malından heç kəsə verməməlidir;
6.Qadın ərinə yalan danışmamalıdır;
7.Qadın ərinin sirrini heç kəsə deməməlidir.
Qohumluq əlaqələrini kəsmək haramdır.Buna görə də kişinin arvadına (və ya əksin) qohumluq əlaqələrini kəsməyi əmr etməsi haramdır.Yalnız zəruriyyət halında bunu etmək olar.
Qeybət etmək haramdır.Qadınların ən şərlisi ikiüzlü olanlardır.
Qadın müalicə üçün yalnız qadın həkiminə müraciət etməlidir.Lakin qadın həkim olmadıqda,kişi həkimə də müraciət etmək olar.Bir şərtlə ki,qadının yanında məhrəm olmalıdır.
Qadın ərinin ona etdiyi yaxşılıqları puç edib,”Sən mənə nə yaxşılıq etmisən ki?” – deyərək nankor olması haramdır.Artıq Peyğəmbər (s.ə.v) bu səbəbə görə cəhənnəm əhlinin əksəriyyətinin qadınlar olduğu barədə xəbərdarlıq vermişdir.



Sizlərin də əlavəniz varsa qeyd edə bilərsiniz,buyurun!