3 sonuçtan 1 ile 3 arası

Həyatımızın mərhələləri...

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Həyatımızın mərhələləri...

    DÜNYAYA GƏLİŞİMİZ :
    Ağlayaraq doğuluruq,ailəyə,əzizlərimə həmin gün sevinc bəxş edirik.Həyata xoş gəldin deyirik.Ağladırıq,ancaq bu yaşlar sevinc,xoşbəxtlikdən axan gözyaşlarıdır.Valideynlərimizin məhəbbətindən dünyaya gəlirik.Ata-ana isə Ulu Tanrıya təşəkkür edirlər.

    BAXÇA – İLK AYRILIQ,İLK GÖZ YAŞLARI :
    Artıq baxçaya getmək vaxtımızdır.Həmin gün bizim üçün ən çətin gün olur,illərlə bir dəqiqə belə ayrı qala bilmədiyimiz valideynlərimizdən ayrı düşürük.İlk ayrılığın nə olduğunu onda başa düşürük.Gözyaşlarımız belə valideynlərimizi kövrəltmir.

    MƏKTƏB – İLK ÇƏTİNLİK :
    Valideynlərimizin həyəcanla gözlədiyi an,ilk tanışlıq,ilk dostluq,ilk sınaq,ilk çətinlik.Yad insanlar,yad qaydalar,yad əmrlər.Nə vaxtsa buranın bizim üçün doğma,ikinci evimiz olacağını hələ anlamırıq.Dərsin bitdiyini səbirsizliklə gözləyirik,çünki ev üçün,valideynlərimiz üçün darıxırıq.

    İLK DOSTLUQ :
    Ağlayaraq gəldiyimiz məktəb artıq bizə əziz gəlir.Çünki dost tapmışıq.Dostumuzu görmək üçün hər gün səhərin tez açılmasını istəyirik.Sirlərimizi böləcək insan tapmışıq.Səmimi,inandığımız insanlar.

    İLK MƏHƏBBƏT :
    Ömrümüzün qayğısız illərində,problemin nə olduğunu anlamadığımız günlərdə ilk sevgimizi tapırıq.Onsuz darıxırıq,tənəffüsün tez olmasını istəyirik və tənəffüsün gec bitməsini arzulayırıq.Çünki onu görmək şansımız ancaq fasilədədir.Hər dəfə otağımızın qapısı açılanda “O” qapıdan səni axtaracağına həyəcanla gözləyirsən.Özünü göyün yeddinci qatında hiss edirsən.Axı,kiməsə lazım olduğunu hiss edirsən.Sanki,hər kəsdən fərqli dünyada yaşayırsan.Çünki sevib və sevilirsən.Pak,saf,təmiz duyğulardır.Gözəl hisslərdir,elə deyilmi?!

    İLK XƏYANƏT,İLK ACI :
    Dostundan ya da sevdiyindən xəyanət görürsən,dünyanın sanki,bədbəxt insanı sən olursan.Mənən tək olursan,güclü olmağa,olanlarla barışmaq üçün daxilində iradə toplamağa çalışırsan.Öz təsəllini gözyaşlarında axtarırsan.Çətindir,ancaq nə etməlisən,həyat davam edir.Əzmkar,irəli getmək üçün unutmalısan.Bu son deyil ki?!

    MƏKTƏB İLLƏRİNƏ SON – İLK SINAQ,İLK MÜSTƏQİLLİYİMİZ :
    Məktəb,uşaqlıq illərinə,qayğısız günlərə son.Artıq müstəqillik,həyat sınağımız başlayır.Bu yolda tək addımlamalıyıq.Mübarizə aparırıq.Nəyə qadir olduğumuzu sübut etməliyik.İlk arzularımız,ilk məqsədlərimiz bu yoldan başlayır.Universitet həyatı yaşayırıq.Çətin,eyni zamanda maraqlı,məsuliyyətli yoldur.Bunu da dəf etməliyik.

    İLK İŞ,İLK PUL :
    İllər ərzində çəkdiyimiz əziyyətlərin bəhrəsini görməyə başlayırıq.İş tapırıq.İlk maaşı alanda qürurlanırıq.İlk məvaciblə bizim üzərimizdə əziyyəti olan valideynlərimizi sevindirməyə çalışırıq.Çünki bu onların bəhrəsidir.Bizimlə fəxr edə bilərlər.Gözəl duyğulardır,elə deyilmi?!

    KƏDƏR – İLK İTKİ :
    Həyatımızın ən çətin anı.Əzizlərimizdən kimisə itiririk.Bununla barışmaq çətindir.Bir anlıq həyat dayanır.Hər şeydən ümidimizi üzürük.Ruhən həmin insanla gedirsən,sanki.Ancaq yenə də dözürsən,çünki bu həyatda heç kəs əbədi deyil şüarını yada salırsan.Acı da olsa,yaşamalısan.Ayaq üstdə durmağı bacarmalısan.Həyat davam edir....Bu da keçər....

    AİLƏ – İLK XOŞBƏXTLİK :
    Artıq özümüz haqqında fikirləşməyin vaxtıdır.Hər şeyimiz var,ancaq təkik.Həyatımıza rəng qatacaq insana ehtiyacımız var.Özümüzün tam hissəsini tapırıq.O,mənimdir,o, mənim arzularımın insanıdır deyirik.İdealımızı,nəhayət ki,tapdıq.Biz bir-birimizi tamamlayırıq. Ailə qururuq və qismət payımızla gələcəyə birgə addım atırıq.Xoşbəxtlik davam edir.....

    KÖRPƏ – İLK SEVİNC :
    Sevincimizin həddi-hüdudu yoxdur,valideyn oluruq.Bundan böyük hədiyyə ola bilərmi?!Bu hissi Allah bizə bəxş edir.Artıq tək deyilik,ailəmizin bir üzvi daha da artır.Bəlkə də xoşbəxtliyin ən pik nöqtəsini yaşayırıq.İndi təkcə özümüzü yox,bizim yarı hissəmiz olan körpənin gələcəyini düşünmək vaxtdı yetişdi.Artıq arzularımız,bununla bağlı olacaq.Ona sevgi vermək,sağlam böyütmək,düzgün tərbiyə vermək,nəzarət etmək,qayğı göstərmək,təhsil vermək,Vətənə layiqli övlaq yetişdirmək,gözəl ailə başçısı etmək və s

    QOCALIQ – İLK RAHATLIQ,HƏYATDAN RAZILIQ :
    Artıq həyatın bütün mərhələlərini keçmişik,həyatın hər üzünə sinə gəlmişik.İndi rahatıq,sınaqlardan,imtahanlardan müvəffəqiyyətlə keçmişik.Valideyn vəzifəmizi layiqincə üstündən gəlməyə çalışmışıq.Əzizlərimizə,övladlarımıza ən ülvi hiss olan sevgi hissini əsirgəməmişik.Bunların hamısının üstündən bir-biriməz olan sevgi,hörmət və diqqət sayəsində nail olmuşuq.Xoşbəxt sonluq.....və bunlara görə Allahımıza Şükür edirik!

    PS.Ağlayırıq,gülürük,sevinirik,sevindiririk, sevirik,sevilirik,incidirik,
    qorxuruq,acı çəkirik,bu yolda uduruq,uduzuruq və daha nələr,nələr yaşayırıq.Bu da bizim həyatımız!Bütün bunlara rəğmən həyatdan doymuruq,bu da bir möcüzədir.Maraqlıdır,elə deyilmi?!

    Yazı tamamilə mənə aiddir!

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Həyatımızın mərhələləri...

    .

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Həyatımızın mərhələləri...

    insana allah ceke bildiyinden cox vermir ,yeni her ne olursa ,basimiza gelirse demek allahin isidir ,sukur edib heyata davam etmeliyik,bu gun aci cekmesek sabahin sirin dadini bile bilmerik,

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.