2 sonuçtan 1 ile 2 arası

Dini hekayələr

  1. #1
    Senior Member
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    500

    Dini hekayələr

    Zəhmət buyurdunuz YaRəsulullah!

    Bir Osmanlı zabiti şiddətli bir döyüş əsnasında vurulmuş, ağır yaralanmış, qanlar içində yerə sərilmişdir. Yanında bir neçə əsgəri vardır, yaralarından qanlar fışqırmaqda, son anlarını yaşamaqdadırlar.Birdən:
    -Məni ayağa qaldırın, deyər.
    Əsgərlər şəhidliklə şərəflənmiş sevimli komandirlərinin bu son arzusunu yerinə yetirərlər, macalsız bədəninin qollarına girərlər və ayağa qaldırarlar.Mübarək şəhid, batıq bir səslə Kəlimeyi-Şəhadət gətirər və sonra:
    - Zəhmət buyurdunuz Ya Rəsulullah! deyərək son nəfəsiniverər


    Hz. Musanı DişləyənQarışqa

    Hz. Musa (ə.s) kəndbəkənd, şəhərbəşəhər gəzib insanlara Allahın dinini öyrədərkən, bir gün yolu Allahın, cəza olaraq bütün camaatını yandırdığı bir kəndə düşdü və:
    -"Ey Rəbbim! bu kənddə yaşayanlar arasında uşaqlar, günahsız kəslər və heyvanlar da vardı. Yalnız günahkarları cəzalandıra biləcək ikən, belə etməyib bütün kəndi cəzalandırmısan. Sən hər şeyi doğru bildiyin kimi edənsən və sənin işlərinə də bizim ağlıməz yetməz, buna olan inancım tamdır. Lakin mən maraqlandım; günahkarlarla birlikdə günahsız insanları nə üçün yandırdın?" deyərək, çox vaxt itirmədən, yoluna davam etdi.
    Bir müddət sonra həm bir şeylər yemək, həm də yol yorğunluğunu bir az olsun üzərindən atmaq üçün ağacın altına oturdu.Ağacın az kənarında böyük bir qarışqa yuvası vardı. Qarışqalar dayanmadan çalışırdı. Bu qarışqalardan bir dənəsi gəlib istirahət etməkdə olan Hz. Musa (ə.s)-ı dişlədi. Musa (ə.s) qarışqaya hirsləndi və yerdəki qurumuş odunlardan birini odla alovlandırdı, gəldi, bütün qarışqa yuvasını atəşə verdi. Bütün qarışqalar yanaraq öldü. Musa (ə.s) bildirən dini hökmlər arasında qarışqa yandırmaq günah deyildi.Bunun üzərin Allah belə səsləndi:
    -"Ey Musa! Səni yalnız bir tək qarışqa dişləmişkən, sən bütün qarışqa yuvasını atəşə verdin.Bir qarışqa üzündən böyük qarışqa yuvasını yandırıb yox etdin, eləmi?"
    Hz. Musa (ə.s.) səhvini başa düşüb dedi:
    -Günahkarlarla birlikdə olanlar, özləri günahsız olsalar dahi eyni cəzaya uğrayarlar. Ancaq Allah hesab günündə onları bir-birindən ayırar, hər birinə layiq olduğu yerə göndərər

  2. #2
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Dini hekayələr

    Bu hekayələr Formumuzda var idi. Yenə də zəhmət çəkib göndərdiyiniz üçün Allah razı olsun.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.