Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Ulduz pillələrlə Ay endi yerə...

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Ulduz pillələrlə Ay endi yerə...

    Ulduz pillələrlə Ay endi yerə


    Bilədim axşamdır,ya geceydir,
    Bilmədim yatmışdım,yoxsa oyaqdım.
    Hyqırdı qəlbimin lal süqutları,
    Mən birdən çevrilib göylərə baxdım.
    Süzüb kainatın üfüqüylə Ay
    Sanki öz qonuna alır aləmi.
    Yanır ilahiyyət şəfəqiylə Ay,
    Göylərin nur saçan ürəyi kimi.
    Ulduz dünyasında yerlərə axan
    Cahanın sükutlu bir səsiydi o.
    Sandım kainata göylərdən baxan
    Nurlu bir insanin çöhrəsiydi o,
    Dini səssiz - səsiz könül harayım,
    Dedim: - Aləmlərin nur aləmisən!
    Necə muqəddəssən,a parlaq Ayım,
    Kimleri dünyada sən görməmisən.
    Sirli bir səs axdı göylərdən bəri:
    -Bilirsən Adəmdən Məhəmmədədək
    Görmüşəm mən bütün peyğəmbəriləri.


    Birdən yaxınlaşdı uzaq zamanlar,
    Gördüm ağ dəvələr yola düzəlir.
    Qumlar dənizində üzən karvanlar
    Bu günə tarixin qoynundan gəlir.
    Ağ dəvə alçaq gedər.
    Qlunda qolçaq gedər..
    Düşür səhra boyu ağır ləpirlər.
    Ləpirlər silinməz izlərə dönür.
    Sirli zınqırovlar nəğmə səpirlər
    Dunyada susmayan səslərə dönür.
    Ulduzlar - torpağı enib öpürlər.
    Ulduzlar nur saçan gözlərə dönür.
    Üfüqlər necədə çırağban olub
    Sanki səyyalərəl yanir şam kimi.
    Ləngərlə adlayan karvanın yolu
    Əks edir göylərdə Kəhkəşan kimi!
    Yayılır cahana ədalət səsi,
    Zülmətlər qovuşur Günəşlə,Ayla.
    Məhəmməd - Allahın böyük elçisi
    Çıxır ilk səfərə haqqın yoluyla.

    Baxıram səmaya...Görürəm Ayı...
    Mənə bu sirləri Ay piçildayır.
    Torpaq mö'cüzəli,üfüq sehirli
    Ulduz çiçəklidir göylər çəməni.
    Ay üçün qəribə bir söz derirlər
    Deyirlər çox baxsan Ay çəkər səni.
    Birdən nə görürəm,burda nə sir var,
    Göylər elə bil ki,söykənir yerə.
    Nurlu pillələrə dönür ulduzlar
    Ulduz pillələrlə Ay enir yerə.
    Ay ilə üz - üzə dayaniram mən,
    İlahi bir nura boyanıram mən.
    Mən sehrə düşmüşdüm bu axşamçağı.
    Çatdı qulağıma məhrəm bir səda:
    -Məyər istəməzsən Allah qonağı?
    -Allaha da qurban,qonağına da,
    Xəzər sahilinə enib dindi Ay,
    Uca,yaşıl sərvə qonub dindi Ay.
    -Gəl səni yer oglu mən salamlayım.
    -Sən bizim torpağa xoş gəldin,Ayım!
    -Eşit insan oğlu,sən məni dinlə,
    Yerin ilk vüqarı,ilk qürurusan.
    -Sən on dörd gecəlik gözəlliyinlə
    Bütöv bu dünyanı bütöv nurusan.
    -Bütöv?Gün görmüşəm,müqəddəs,ulu
    Mənim parçalanan vaxtım da olub,
    -Ay da parçalanar,
    -Yer üzərində.
    Böyük Peyğəmbərə şəkk gətirəndə,
    Öz qara fikrini dedi kafirlər:
    -Bu an dağılmaqçın sehirli,sirlər
    Sən Ayı göylərdən yerlərə endir.
    Bilək onda qüvvə Peyğəmbərindir.
    Məhəmməd Allaha tutub üzünü
    Müqəddəs duayla dedi sözünü:
    -Allahım,mən yerdə sənin qulunam,
    Məni sədaqətçün doğubdur anam.
    Kafirlər sınağa çəkirlər məni,
    Göstər düşmənlərə öz iradəni.
    -Birdən göydə bu nəydi?
    Ulduz,ulduza dəydi.
    Mən birdən haçalandım,
    İkiyə parçalandım.
    Enib,Tanrı - deyə mən,
    Zirvədən - zirvəyə mən,
    Mən öz mehvərimdən ilk dəfə çıxdım,
    Bu an öz gözümdə özümdə qalxdım,
    Baş əyib Allahın haqq qərarına,
    Düşdüm Peyğəmbərin ayaqlarına.
    Yerə xıncım - xıncım oldum da gəldim,
    Min yanar qığılçım oldum da gəldim.
    Əyildi qucmağa məni Peyğəmbər,
    Ayıda qucaqlamaq mümkünmü məyər?
    Kafirlər...mat - mə'təl qalmışdı onlar,
    Şübhəylə göz - gözə baxışdı onlar.
    Axı kor doğulub yalanla hiylə,
    Kafirlər bilməz ki, həqiqət nədir.
    İkiyə bölündüm Tanrı əliylə
    Nadanlar dedi ki, bu mö'cüzədir!



    Dünyada Peyğəmbər sözü qət'idir,
    Mö'cüzə - Peyğəmbər həqiqətidir.
    Peyğəmbər duyğusu döndü nifrətə
    Nadanlar sözündən ürək də sızlar.
    Lə'nətə layiqdir,ancaq lə'nətə,
    İmana inamsız baxan qansızdır!
    Yenə üfür nurlu,ulduzlar titrək,
    Yenə bütövləşdim,çağırdı göylər.
    Qansız kafirlərdən üz döndərərək
    Peyğəmbər yoluyla getdi Peyğəmbər...

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.