Əsas məzmuna keç
5 sonuçtan 1 ile 5 arası

Boşanma

  1. #1
    Senior Member Aygun - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Mesajlar
    511

    Boşanma

    Boşanma insanın nikah bağlarından sıyrılıb boş, sərbəst qalmasıdır. Nadir hallarda rahatlaşdırıcı mahiyyətdə görünsə də, çox vaxt narahatlıqları və səfaləti də özü ilə gətirər.

    * * *

    Boşanma dinin nəzərində mübahların ən xoşagəlməzidir. Amma, icazəsinin, rüxsətin xoşagəlməzliyi qədər, qadağan edilməsi də qeyri-təbii və qeyri-fitridir.

    * * *

    Boşanmanın zərurətlərini görməzlikdən gəlmək insan mahiyyəti və bu mahiyyətin xüsusiyyətlərini bilməməkdən qaynaqlanır. Evlənən hər kəsin bir-biri ilə yola gedəcəyini gözləmək, hər kəsi dümdüz, eyni fitrət, eyni təbiət, eyni quruluş və eyni xarakterdə təsəvvür etmə kimi bir sadəlövhlüyün ifadəsidir.

    * * *

    Hər boşanma, boşayan üçün bir peşmanlıq, boşanan üçün bir haqsızlıq və ailə üzvləri üçün də elə bir narahatlıq mənbəyidir ki, bəzən bütün həyat boyu qanayan yara kimi ağrısı, iztirabı davam edir.

    * * *

    Boşanmağı xəstə bir orqana qarşı cərrahiyə əməliyyatı kimi təsəvvür etsək, evliliyin əqli, məntiqi və sağlam əsaslara bağlanması da həmin orqan hələ xəstələnmədən riayət edəcəyimiz gigiyenik bir həssasiyyət olar. Buna görə də, boşanmaqla ailəyə, boşanmağı ləğv etməklə də vicdana əzab vermədən əvvəl izdivac, toxumaların bir-birinə uyumluluğu həssaslığı ilə incələnməli və gələcəkdə bu uyumu təmin edəcək şərtlərdən də uzaqlaşmamağa səy göstərilməlidir.

    * * *

    Bəzi cəmiyyətlər uzun əsrlər boyu boşanmağı qadağan etməklə və ya onu həyata keçirilməsi qeyri-mümkün olan şərtlərə bağlamaq surətilə birlikdə yaşamaq istəməyənləri zorla birləşdirməyə çalışdı. Bəziləri isə, qadına, onu istədiyi zaman alıb, istədiyi zaman da ata biləcəyi bir obyekt kimi baxdı və onu bir əşya kimi gördü. Bunlardan biri kişiyə əzab vermənin digəri də, qadını insan kimi görməmənin ifadəsindən başqa bir şey deyildi.

    * * *

    m.f.gülen

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Boşanma

    ALLAH HEC KİME QİSMET ETMESİN DEYEK. AMA BEZEN OLUR.ELE QADİNLAR VAR Kİ SIRF OLMAZ DEYE ZÜLÜMLERE DÖZÜRLER .BES BU DOĞRUMU?
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  3. #3
    Senior Member
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    500

    Re: Boşanma

    Alıntı Damla1 Nickli Üyeden Alıntı
    ALLAH HEC KİME QİSMET ETMESİN DEYEK. AMA BEZEN OLUR.ELE QADİNLAR VAR Kİ SIRF OLMAZ DEYE ZÜLÜMLERE DÖZÜRLER .BES BU DOĞRUMU?
    amin

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    İsTaNbUl//TüRkİyE
    Mesajlar
    2.922

    Re: Boşanma

    ALLAH kimseye göstermesin diycem ama günümüzde evliliklerin nerdeyse yarısı
    boşanmayla sonuçlanıyo ekonomik sebepler bi yandan diğer tarafta insanların birbirine karşı hoşgörüsünün azalması tabi en önemli iki sebep olan ihanetle aile içinde uygulanan şiddet sebebiyle boşanmalarda büyük bi artış var bu durumda kimseyi kınayamaz niye boşanıyosun diyemeyiz herkesin kendine göre sebepleri var.


  5. #5
    Senior Member
    Üyelik tarihi
    Aug 2009
    Mesajlar
    431

    Re: Boşanma

    Boşanma ailələrdə qarşı tərəflərin bir-birini başa düşməməsindən irəli gəlir..Ona görə evlənməmişdən qabax insanı tanıyıb sora evlənməy lazımdi...Ama indi elə deyilee əsasda günah valideyndə olur,bizim millət oğlunu qızını gözü yumulu evləndirir,düşünmüllərki onlar həyat qururlar,gələcəyləri necə olacax onu da düşünmüllər..İndi əsasda oğlanlar kənd qızı yadakı qohum qızı alırlar tanımaya-tanımaya sorada özləri peşman olurlar arvadlarını da bədbəxt eləyirlər hətta uşaxlarını da....
    Nəme heç kəsə belə bir şey arzulamam,İnşallah bütün insanlar sevdiylərinə qovuşub onlar ilə bir ömür boyu 1 yastığa baş qoyarlar...

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.