Əsas məzmuna keç
3 sonuçtan 1 ile 3 arası

Allah Sevgisi

  1. #1
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Allah Sevgisi

    Rəbbim bir insan qoy qəlbimə
    Amma o insan sənin də sevdiyin olsun
    Və mənə elə bir insan sevdir ki,
    O insanın ürəyi Səni sevən bir məbəd olsun.
    Meni ele bir insanla görüşdür ki,
    Məndən əvvəl onunla görüşmüş olan Sən olasan
    Onunla əl-ələ tutduğumuzda
    İkimizin üzərində Sənin əlin olsun
    Mənə elə gözlər göstər ki,
    Mən o gözlərdən sənə baxım
    Mənə elə bir sevgili ver ki,
    O gözlər Cənnətə açılan iki pəncərə olsun
    Onunla elə bir yolda gedək ki,
    Bələdçimiz sən olasan ey Rebbim
    Elə bir sevgili ver ki mənə,
    Ona sarıldığımda kainat bizə baxsın
    Bir-birinə sarılsın
    Sevgimiz qurdla quzuları barışdırsın
    Bizə baxıb şeytan Adəmə səcdə etsin
    Günah savab uğrunda özünü fəda etsin
    Ölülər bir-bir oyansın sevgimizlə
    Bizə elə bir sevgili ver ki,
    Sevgimizdə Məhəmməd (s.ə.s) sevilsin
    Elə sevək ki bir-birimizi
    Hz. Xədicə göylərdən bizə səslənsin
    Və desin ki,
    Ya Məhəmməd bax bu sevgililərə. Onlar bizdə... bizdə onlardayıq.
    Bax Eşqimiz bir daha yaşanır yer üzündə..
    Allah Eşqimizi elə çox sevir ki minlərlə insana yaşadır..

    Allahım sevgini, Səni sevənin sevgisini və Səni sevməyə məni yaxınlaşdıranın
    sevgisini mənə nəsib et.
    Allahım elə bir sevgi ver ki ürəyimə səhərə qədər namaz qılım yorulmayım.
    Allahım elə bir sevgi ver ki, ürəyimə ən uzun günlərdə oruc tutum bezməyim.
    Allahım elə bir sevgi ver ki, gəzdiyim gördüyüm hər yerdə sənin adını zikr edim..

    Allahım əgər mən sənin cənnətini qazanmaq üçün ibadət etsəm qoyma məni cənnətinə. Əgər cəhənnəmində yanmamaq üçün ibadət edirəmsə at məni atəşə. Mən, Sənə olan eşqimdən ibadət edirəm . Sən istəsən Cənnətinə qoyarsan istəsən Cəhənnəminə.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: ALLAH SEVGİSİ

    men de bu cur sevgi azrulamisam ve arzulayiram ,insallah ki her bir layiq olan bu sevgini yasayar

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Dec 2006
    Yer
    Baki
    Mesajlar
    1.089

    Re: ALLAH SEVGİSİ

    allah bu sevgilerden ureyimizde cox yer etsin.amin. tesekkurler,guzeldi.
    gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.