(Ya Peyğəmbər!) Biz mələklərə: “Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu. (əl-Bəqərə, 34)
5 sonuçtan 1 ile 5 arası
-
07-12-2009, 09:25 PM #1
Mələklərin vəzifələri nədir?
Mələk - dini bir termindir. Mələk - bir çox dində inanılan səmavi varlıqlara verilən addır. Mələklərin vəzifələri Allaha xidmət etməkdir. Mələklərə inamın var olduğu hər dində mələklərə fərqli baxış var.İslam dininə görə mələklərin iradələri vardır. Lakin şeytan tərəfindən müsəllət olunmadıqları üçün bu iradələrini insan kimi pis istiqamətdə istifadə edə bilmə qabiliyyətləri yoxdur. Başqa sözlə günahsız varlıqlardır.İslam dinində xüsusilə dörd böyük mələk olaraq xatırlanan dörd əsas mələk vardır. Bunlar: Cəbrayıl, Mikayıl, İsrafil və Əzrayıldır.
Cəbrayıl- İslam dinində dörd böyük mələkdən biridir. Adının etimologiyasından da aydın olduğu kimi İslam dinində Cəbrayılın çox qüvvətli bir mələk olduğuna inanırlar. Vəzifəsi peyğəmbərlərə vəhy gətirmək, onlara Allahın əmr və qadağanlarını bildirməkdir, yəni Allahdan peyğəmbərlərə xəbər və məlumat daşıyar. İslam dininə görə inanılan bütün peyğəmbərlərə vəhy gətirən Cəbrayıldır.
Mikayıl - İslam dinində dörd böyük mələkdən biridir. Kainatdakı təbiət hadisələrindən vəzifəlidir. Ucuzluq, bahalılıq, qıtlıq, bolluq, xoş əhval və dinclik gətirməklə vəzifəlidir. İnsanların ruzilərini çatdırmaq və Allahın iradəsinə görə təbiət hadisələrini təşkil etməklə vəzifəli mələkdir.
İsrafil - İslam dinində dörd böyük mələkdən biridir. Allahın əmriylə qiyamət günü sura (şeypur) üfürməklə vəzifələndirilmişdir.İsrafil sura iki dəfə üfürəcək. Birinci dəfə üfürdüyündə göylərdə və yerdə olan hər şeyin yox olacağına, ikinci dəfə üfürdüyündə isə, bütün insanların təkrar diriləcəyinə və məhşər yerində toplanmaq üzrə sövq ediləcəklərinə inanılır. İsrafil sura üfürəndə surdan böyük bir səs çıxacaq və yeddi qat göylərə və yerin hər tərəfinə çatacaq. Eşidənlərin hamısı yerdə olsun, göylərdə olsun öləcək. Vəsiyyətlərini belə edə bilməyəcəklər. Bərat (əfv olunmaq) gecəsində əməllər nüsxəsi dünya səmasında vəzifəli olan İsrafilə veriləcək
Əzrayıl - İslam dinində dörd böyük mələkdən biridir. İnsanların canını almaqla vəzifəlidir. Əzrayıl insanların canını almaqla vəzifələnmiş bir mələkdir, canı aldıqdan sonra vəzifəsini sorğu mələklərinə buraxar. İnsanın canını alarkən o iki şeyə nəzər yetirəcək. Əgər insan həyatda pis şəxs idisə, ürək çox əzab-əziyyət çəkəcək. Əgər insan ədalətli şəxs idisə, ancaq onda ürək rahat olacaq. Həmçinin qeyd edilir, o yaxşı adamların ürəkləri üçün gələndə "ən xoş görünüşə"-də olacaq, pis adamların ürəkləri üçün gəldikdə isə dəhşətli varlığa və ya iblisə bənzəyəcək.
Münkər və Nakir - Qəbirdə insanı sorğuya çəkən dəyişik görünüşlü mələklərdir. Bu sorğu nəticəsinə görə insanın qəbir həyatını yaxşımı və ya pismi keçirəcəyi təyin olunar.
Kiramən və Katibin - Hər insanın sağ və sol çiyinində oturub, etdiyi yaxşı və pis işləri yazarlar. Kiramən və Katibin insanın ağılından keçən pis işləri həyata keçirmədiyi müddətcə yazmazlar. Yaxşı işlərini isə niyyət anında dərhal yaxşılıq xanasına yazarlar.Qoruma mələkləri adıyla da bilinirlər.
Məlik - Cəhənnəmi mühafizə edən mələklərin rəhbəridir. Yeddi cəhənnəmin mühafizəçisidir. Məlik pis mələk deyildir. "Onlar cəhənnəmdə ağlayacaqlar, Məlikə yalvaracaqlar."
Rizvan - Cənnətə görə məsuliyyət daşıyır.
Şeytan - Mələk deyil, "cin"-dir. Nurdan yox, oddan yaradılmşdır. Allaha üsyan etdiyi üçün cənnətdən qovulmuşdur.Qiyamət gününə qədər ona vaxt verilmişdir.Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?

-
07-12-2009, 09:35 PM #2Moderlər
- Üyelik tarihi
- Sep 2007
- Yer
- Azerbaycan
- Mesajlar
- 2.061
Re: Mələklərin vəzifələri nədir?
Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.


-
07-12-2009, 09:41 PM #3Moderlər
- Üyelik tarihi
- Sep 2007
- Yer
- Azerbaycan
- Mesajlar
- 2.061
Re: Mələklərin vəzifələri nədir?
Allah teala meleklerine nefs vermedi yalniz agil verdi. Heyvanlara ise agil vermedi yalniz shehvet ve nefs verdi.
Insana ise hem agil hem nefs verdi. Eger insan nefsine qalib gelib aglini islederse melekden de ustun, yox eger nefsine yiye dura bilmezse heyvandan da ashagidir !Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.


-
07-13-2009, 08:53 AM #4Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Mələklərin vəzifələri nədir?
bezen ise insan ne nefsine , ne de aglina yiyelik eliye bilmir
kombat80 Nickli Üyeden Alıntı
-
07-22-2009, 12:18 AM #5
Re: Mələklərin vəzifələri nədir?
Allah razi olsun.


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla

Yer imleri