3 sonuçtan 1 ile 3 arası

Haramdan qaçsan- Halal özü gəlir

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Sep 2007
    Mesajlar
    342

    Haramdan qaçsan- Halal özü gəlir

    Halal və Haram
    Bir gənc oğlan Ka’bədə hər dua edərkən bunları deyirdi:
    “Ey doğruların yardımçısı olan Allahım,Ey haramdan çəkilənlərin yardımçısı olan Allahım, sənə hər zaman və yalnız sənə həmd edərəm”
    Bu hər kəsin diqqətini çəkər və biri oğlandan soruşur:
    ------“Niyə hər zaman eyni dua edirsən,başqa bir şey bilmirsən?”
    O da deyir:
    ------Yeddi-səkkiz il bundan qabaq yenə Ka’bədə idim.Bir gün içi qızıl ilə dolu torba tapdım.Içində düz min qızıl var idi.Içimdən bir səs gəldi:
    -“Bu qızıllarla, bunları edərsən” deyirdi.Xeyr dedim özüm özümə.Bu mənim deyil,başqasının malı,haram olur.Birdən biri dedi:
    -“Belə bir torba tapan var mı”qışqırırdı, çağırdım onu:
    “Necə torba idi? Içində nə var idi?”deyə soruşdum. Dedi “torbanın içində min qızıl var idi”
    -“Torban burda” deyərək torbanı verdim. Adam torbanı açıb mənə otuz qızıl verdi. Bazara getdim.Təmiz üzlü gənc bir yesiri satırdılar.Gəncin təmizliyi mənim diqqətimi çəkdi.Yanlarına getdim,
    -“Bu gənci neçəyə satırsız?” dedim. “Otuz qızıla” dedilər. Adamdan aldığım qızılı verib gənci satın aldım.Bir iki il geçdi, gənc oğlan çox çalışqan idi.Onu aldığıma çox şad idim. Bir gün onunla gedərkən qarşıdan iki üç kişi gəlirdi..Gənc oğlan mənə dedi ki,
    -“Ağam mən Fas əmirinin oğluyam,bu adamlar mənim atamın adamlarıdır.Məni tapdılar.Sizdən məni satmanızı istəsələr otuz min qızıldan aşağı satmayın, siz çox gözəl insansınız”dedi.Kişilər yanıma gəldi,
    -“Bu gənci bizə satar mısınız?”dedilər. “Sataram” dedim. “Altmış qızıl verərik” dedilər. Məndə “olmaz” dedim.
    -“Sən özün bunu bazardan otuz qızıla aldın,biz sənə iki qat veririk” dedilər
    -“Elədirsə onda gedin bazardan alın” dedim. Artdıra artdıra otuz min qızıla aldılar.Mən o otuz minlə iş yerləri açdım, ticarət elədim,varlandım.Bir gün dostlarım mənə
    -“Varlı bir ailənin gözəl bir qızı var.Atası bu yaxınlarda vefat edib.Onunla səni evləndirək.” dedilər.
    -Məndə “olur” dedim. Nigahımız oldu.Dəvə yükləri cehizini gətirdilər.Cehizin arasında bir torba diqqətimi çəkdi. Qıza,”Bu nədir?” dedim.
    -“Içində 970 qızıl var.Atam Ka’bədə itirmişdi, otuzunu tapana verdi,qalanını mənə hədiyyə verdi ,cehizinə qoyarsan dedi.”
    Deməli tapdığım qızıllar mənim qismətim imiş.Verməsəydim haram yolla gələcəkdi.Verdim halal yolla özümə qayıtdı.Mənə yardım edib haramlardan qoruyan, Rəbbimə həmd edirəm!
    "Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
    Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"

  2. #2
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Haramdan qaçsan- Halal özü gəlir

    Gozel hekaye idi. Allah razi olsun !
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  3. #3
    Senior Member
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    500

    Re: Haramdan qaçsan- Halal özü gəlir

    halal mal itmez.Allah hamimizi haramdan uzaq etsin.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.