2 sonuçtan 1 ile 2 arası

Gəlin öyrənək

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Sep 2007
    Mesajlar
    342

    Gəlin öyrənək

    ALLAH
    Bütün varlıqları yaradan və ümumilikdə idarə edən İlahi Varlıq. Bütün müsalmanlara ərəb dilindən gəlib. Sözün özü “İlah” dır. İlah sözü nəzərdə tutuduğumuz Allah – Yaradan, Yaşadan, Yardım edən, Ən uca, Ən Böyük və s. kimi ən ülvi mənaları özündə əks etdirir. Hazırda işlətdiyimiz ALLAH sözünün kökündə məhz “İlah” sözü dayanıb. Sadəcə, ərəb dilində bu kəlmənin əvvəlinə “AL” (“əl”) müəyyənlik artikli qoşulub və artıq müəyyən “İLAH” mənası verən, daha dəqiq, daha konkret olan “ AL-İLAH” sözü ərsəyə gəlib. Lakin ərəb dilinin qramatikasının inkişafı tarixində “AL” müəyyənlik artiklindən sonrakı “İ” saitinin öz mahiyyətini itirməsi nəticəsində “AL-İLAH” ifadəsi“ALLAH” kimi oxunmağa və səslənməyə başlayıb.

    BİSMİLLAH
    “Allahın adı ilə”, yaxud “ Başlayıram Allahın adı ilə” deməkdir. Sevimli Peyğmbərimiz Həzrət Məhəmmədin (s.ə.s) öyrətdiyi kimi, müsəlman hər bir işini “bismillah” sözü ilə başlamalıdır. Yola çıxdıqda, evə daxil olduqda, yeməyə-içməyə başladıqda, kitab oxuduqda, yatağa uzandıqda, hətta cinsi əlaqəyə girdikdə belə əvvəlcə “bismillah” demək – bütün işlərdə Allaha sığınmaq, Onu özünə arxa, yardımçı, dayaq bilməkdir.
    Qeyd edək ki, “Tövbə” surəsindən başqa, Quranın bütün surələri “bismillah” ilə başlayır və Quranda “bismillah” 114 dəfə təkrarlanır.

    ƏLHƏMDU LİLLAH
    “ Bütün təriflər Allaha məxsusdur” deməkdir. “Əlhəmdu Lillahi Rəbbil aləmin!” Yəni həmd, təriflər aləmlərin Rəbbi olan Allaha məxsusdur! Yemək yeyib, yaxud su içib bitirdikdə, səfərdən evə döndükdə və ya hər hansı bi işi sona yetirdikdə və ya sizdən əhval-ruhiyyənizi soruşduqda müsəlman olan şəxs bu imkanları ona bəxş edən Allahını yad edib “əlhəmdu lillah” deməlidir. “Əlhəmdu lillah” deməklə insan hər bir nemətə, hər bir gözəlliyə görə Yaradan Allahı xatırlayır, Ona şükür edib, öz sonsuz minnətdarlığını bildirir. Bu isə onu naşükür sindromundan, laqeydlikdən, təkəbbürlükdən qurtarır və ilahi sevgiyə yol açır.
    Hə oxuyub qurtardınızsa, “Əlhəmdu lillah” deyin və keçin növbəti terminin izahına.

    İNŞAALLAH
    Bu ifadə ( “in şa Allah“ ) – “Allah istəsə”, “Allahın istəyi ilə” deməkdir. Hər hansı bir işin nəticəsi haqqında, gələcək planlar barədə danışdıqda bu ifadəni söyləmək lazımdır. Bu sözü söyləməklə insan hər şeyin yalnız Allahın izni ilə baş verdiyini bird aha təsdiqləmiş olur. Belə ki, istisnasız, hər iş məhz Allahın əlindədir! Hətta belə bir rəvayət olunur ki, bir gün Həzrət Məhəmməd Peyğəmbər (s.ə.s) Ona sual verənlərə “Allahdan vəyh gəlsin, sabah sizə söyləyərəm”,- deyir. 3gün keçməsinə baxmayaraq, heç bir vəyh gəlmir. Peyğəmbər rahatsız olmağa və Allaha dua etməyə başlayır. Bu zaman İlahidən “bir şeyi edəcəyini söylədikdə, “inşallah” de!” vəyhi gəlir. Buna dair Quranda ayə də nazil olub. “İn şa Allah”, bu məqaləni oxuyandan sonra sizdə bu ifadəni tez-tez istifadə edərsiniz!
    "Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
    Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"

  2. #2
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Gəlin öyrənək

    Allah razi olsun melumatlar ucun.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.