Salamlaşmaq insanlar arasındakı münasibətləri möhkəmləndirən, onların qəlbində bədgümanlıqdan yaranmış yersiz narahatçılıqları aradan qaldıran və möminləri bir-birinə sevdirən ədəb qaydalarından biridir. Salam verməklə qarşı tərəfə öz diqqətini, hörmət və sayqısını göpstərir.
“Salam” sözünün hərfi mənası “ bütün bəlalardan amanda qalmaq” deməkdir. Salamın düzgün deyiliş qaydası “ əs-səlamu aleykum” formasında olur. “sələmullahi aleykum” kimi də deyələ bilir. Bununda mənası “ Allahın sülh və əminamanlığı üzərinizdə olsun” deməkdir.
Quranda ən-nisa surəsində 56-cı ayədə Allah təala tərəfindən buyrulur “ Sizə salam verildiyi zaman onu daha gözəl şəkildə alın və ya eyniylə sahibinə qaytarın! Şübhəsiz , Allah hər şeyi hesaba alndır”. Buna görə də bir müsəlman “ əs-səlamu aleykum” deyərsə ona “ va aleykumus səlam va rəhmətullah” deyə onun salamı alınmalıdır. “ əs-səlamu aleykum va rəhmətullah” deyərsə ona “ va aleykumus səlam va rəhmətullahi va barakatuh” deyə onun salamı alınmalıdır. Əgər “ əs-səlamu aleykum va rəhmətullahi va barakatuh” deyərsə onun salamı eyniylə özünə qaytarılmalıdır. “ va aleykumus səlam va rəhmətullahi va barakatuh”
11 sonuçtan 1 ile 10 arası
-
10-08-2007, 03:05 AM #1Senior Member
- Üyelik tarihi
- Sep 2007
- Mesajlar
- 342
Islamda salamlaşma qaydaları
Salamlaşmaq insanlar arasındakı münasibətləri möhkəmləndirən, onların qəlbində bədgümanlıqdan yaranmış yersiz narahatçılıqları aradan qaldıran və möminləri bir-birinə sevdirən ədəb qaydalarından biridir. Salam verməklə qarşı tərəfə öz diqqətini, hörmət və sayqısını göpstərir.
“Salam” sözünün hərfi mənası “ bütün bəlalardan amanda qalmaq” deməkdir. Salamın düzgün deyiliş qaydası “ əs-səlamu aleykum” formasında olur. “sələmullahi aleykum” kimi də deyələ bilir. Bununda mənası “ Allahın sülh və əminamanlığı üzərinizdə olsun” deməkdir.
Quranda ən-nisa surəsində 56-cı ayədə Allah təala tərəfindən buyrulur “ Sizə salam verildiyi zaman onu daha gözəl şəkildə alın və ya eyniylə sahibinə qaytarın! Şübhəsiz , Allah hər şeyi hesaba alndır”.
Buna görə də bir müsəlman “ əs-səlamu aleykum” deyərsə ona “ va aleykumus səlam va rəhmətullah” deyə onun salamı alınmalıdır. “ əs-səlamu aleykum va rəhmətullah” deyərsə ona “ va aleykumus səlam va rəhmətullahi va barakatuh” deyə onun salamı alınmalıdır. Əgər “ əs-səlamu aleykum va rəhmətullahi va barakatuh” deyərsə onun salamı eyniylə özünə qaytarılmalıdır. “ va aleykumus səlam va rəhmətullahi va barakatuhi va barakatuh”
[/b]"Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"
-
10-08-2007, 03:10 AM #2Senior Member
- Üyelik tarihi
- Sep 2007
- Mesajlar
- 342
"Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"
-
10-08-2007, 03:52 AM #3Moderator
- Üyelik tarihi
- Feb 2007
- Mesajlar
- 6.163
əs-səlamu aleykum va rəhmətullahi va barakatuh
Allah razı olsun sahhat25[
Ya da
[
-
10-08-2007, 01:37 PM #4Moderlər
- Üyelik tarihi
- Sep 2007
- Yer
- Azerbaycan
- Mesajlar
- 2.061
Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.


-
10-09-2007, 02:10 AM #5Senior Member
- Üyelik tarihi
- Mar 2007
- Yer
- Frankfurt /D
- Mesajlar
- 200
Salamlarin en gozeli...
Sahhat25 eline saglik cox gozel malumat salamlasmak haqqinda.
Hayat üc bucuk ile dört arasindadir; Ya ücbucuk atarsin, Ya da dört dörtlük yasarsin!!
" Inandigin gibi yasamazsan; yasadigin gibi inanmaya baslarsin ! "
*Kurtul tesirinden sahte sözlerin,
Cag idrakinize hasret sizlerin,
HAQQA kafa tutan beyinsizlerin,
Ákibeti neymis görme vaktidir !...*
-
10-10-2007, 06:17 PM #6Senior Member
- Üyelik tarihi
- Sep 2007
- Mesajlar
- 342
Əgər bir kimsə asqırarsa ona “ Yərhəkumullah”- “ Allah sizi salamat etsin” deyilir.
Salam vermək islam şəriətində əsasən müstəhəb, almaq isə vacib əməldir. Peyğəmbər (s) buyurub: “Salam vermək müstəhəb, onu almaq isə vacibdir”
Lakin buna baxmayaraq, islam ədəb qaydalarına əsasən salama əvvəlcə başlamaq daha çox tövsiyə edilmişdir. Peyğəmbər (s) buyurub: “ İnsanlardan Allaha və və onun Rəsuluna ən yaxın olan ilk salam verəndir”. Başqa bir hədisdə Əli(ə): Salam verməyin 70 savabı vardır. Bunlardan 69- salam verənin 1-i isə salamı alanin payına düşür.
Salam verəndə səsin tonu elə olmalıdır ki, qarşidakı səni eşidə bilsin. Peyğəmbər (s) buyurduğuna görə, Salmın 6 verəlmə halı var. Peyğəmbər (s) buyurub: “ Kiçik böyüyə, bir nəfər iki nəfərə, sayca az olan çox olana, minikdə olan piyadaya, yol gedən dayanana, ayaq üstə duran oturana salam verməlidir”.
Yuxarıda kiçiklərin öncə salam verilməsi yazılıb. Lakin kiçiklərin tərbiyəsi ilə məşqul olmaq məqsədi ilə böyüklər kiçiklərə salam verməsi uyğun görülmüşdür.
Dəstə halında salamlaşmaq qaydası
Dəstə halında qarşılaşdiqda sayca az olan dəstə öncə salam verməlidir. Bu halda bir dəstədən salam verməsi və digər qarşı dəstədən bir nəfər bu salamı alması kifayətdir. Əgər dəstə halında salam verərlərsə bir nəfərin cavabı yenədə yetərlidir. Minikdə olan zaman isə daha bahalı minikdə olan ucuz minikda olana salam verməlidir.
Məscidə girdiuin zaman əgər məsciddəkilər namz qılırsa onlara salam vermə. Bunun əvəzinə Peyğəmbər (s)-ə salavat göndər. Ona görə ki namaz qılana salam verdikdə o sənə salamın cavabın vermək məcburiyyətindədir. Çünki salamın cavabı onda qalır.
Salam verdikdə varlı kasıb arasında fərq qoyulmaz. Salam verdikdə dövlətli olub olmamasına baxmayaraq salam gözəl və gülərüzlə verilməlidir.
Salam vermək qaydalarından biri də insanın öz evinə girdikdə salam verməsidir. Peyğəmbər (s) buyurub: “ sizlərdən biriniz evinə daxil olduqda salam versin. Çünki bu salam onun özünə və ailəsinə bərəkət gətirər və mələklər onunla həmsöhbət olarlar”.
Evə daxil olan şəxs evdəkilərə salam verməlidir. Əgər evdə kimsə olmaza onda deməlidir: “əs-salamu aleynə min indi Rabbinə” –Rəbbimizin dərgahından bizə salam olsun”. Allah təala da “ sizə Allah dərgahından mübarək və xoş bir salam olsun” buyuran.
Digər dində islam dininə qarşi olan kinlərini bildirmək üçün salam əvəzinə “əs-saam” deyərlər ki bununda mənasi “ölüm” deməkdir. Belə halların qarşısında dinimiz tərəfindən onlara (qeyri islam dininə mənsub olan insanlara) cavab olaraq sadəcə “ Aleykum” – “sənədə” deyə cavab verilir"Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"
-
10-13-2007, 02:54 AM #7Senior Member
- Üyelik tarihi
- Oct 2007
- Yer
- üsküdar-istanbul
- Mesajlar
- 103
Es-selamü aleyküm ve rahmetullahi ve berekatühü...... " Önce selam sonra kelam" demiş atalarımız.Açıklamar için çok teşekkür ederim.Allah razı olsun.
-
10-20-2007, 09:30 PM #8Senior Member
- Üyelik tarihi
- Sep 2007
- Mesajlar
- 342
Salam verərkən əl sıxmaq insanlar arasındakı əlaqələri və əmin amanlığı artırır
"Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"
-
10-29-2007, 08:29 PM #9Senior Member
- Üyelik tarihi
- Oct 2007
- Yer
- Sankt-Peterburq, Rusiya..Azəriyəm
- Mesajlar
- 845
Əs-səlamu aleykum.
[
-
06-15-2009, 02:33 AM #10Senior Member
- Üyelik tarihi
- Sep 2007
- Mesajlar
- 342
Re: Islamda salamlaşma qaydaları
Əs səlamu aleykum və rəhmətullahi və bərəkətuh
"Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri