Salam aleykum
Düzdü Elif..... Alla razı olsun..əla yazmısan.
Allah bizim ücün yazmadı... tərsinə bizim tərcihlərimizi Allah yazdı
İnsanlar olmamışdan oncə hələ Adəm a.s olmamışdan öncə Allah bütün gələcək insanların, bu dünyada edəcəyi tərcihləri yazıb.
2 sonuçtan 1 ile 2 arası
-
05-16-2008, 02:34 AM #1Moderator
- Üyelik tarihi
- Feb 2007
- Mesajlar
- 6.163
“Qədər” dediyin bilməcə
“Qədər” dediyin bilməcə
Hər kəs tale haqqında düşünür, başına nə gələcəyini fikirləşir. Hər şeyin irəlicədən Allah-Təalaya məlum olduğunu və alnımıza yazıldığını hamımız qəbul edirik. Buna görə də hər kəs bir fərziyyə yürüdür taleyi haqqında.
Elmi ədəbiyyatda tale anlayışına “qədər”, qədərin həyata keçməsinə, yaşanmasına isə “qəza” deyilir. Qəzavü-qədər deyəndə alın yazımızın baş verməsi nəzərdə tutulur.
Bəziləri deyirlər ki, əgər hər şey irəlicədən yazılıbsa, daha bizim baş verənlərdə nə məsuliyyətimiz var? Elə xəta da bu düşüncədən doğur. Əvvəla, onu deyək ki, biz hər kəlməbaşı tale, qədər haqqında düşünməkdənsə, boynumuza düşən vəzifəni yerinə yetirsək, daha yaxşı olar. Qədər qəzaya çevriləndən sonra nəyin nə olduğu ortaya çıxır. Amma hələ bir an sonra nə olacağı bizə məlum deyil. Biz seçim qarşısındayıq. Qarşımızdakı variantlardan birini seçməyə iradəmiz yetər. Məsələ hansı variantı seçməkdədir. Yəni biz yaradılış qayəmizə, insanlığa, gözəlliyə uyğun olan yolu seçməyə can atmalıyıq. İnsan qəzavü-qədər haqqında düşünməkdənsə, konkret şəraitdə doğru seçim etməyi bacarmalıdır. Bunun üçün də Allah-Təala bizə ağıl adlı bir nemət verib, seçim üçün iradə verib. Və biz ağıl. iradə sahibi olduğumuz üçün də hər əməlimiz üçün məsuliyyət daşıyırıq. Həqiqi ağıl isə vəhylə həyat arasında bir keçiddir. Yəni ağıl eləbir körpüdür ki, bir tərəfi ilahi əmrə, o biri tərəfi isə həyatımıza söykənir. Bir qədər də açıqlasaq gerçək ağıl Allah əmrinin həyata tətbiqinin yoludur.
Hər şeyin irəlicədən Allah-Təala tərəfindən bilinməsinə və yazılmasına gəldikdə isə məsələyə bir qədər əks bucaqdan baxmağa çalışaq, yəni fərqli düşünək. “Hər şeyi Allah-Təala belə yazdığı üçün belə oldu” deməkdənsə, “Allah-Təala bizim nə edəcəyimizi irəlicədən bildiyi üçün belə yazdı” deyək.
Allaha çox şükür, biz qədərə inanmış adamlarıq. Allah-Təalanın iradəsi olmadan bir yarpağın belə budaqdan qopub düşməyəcəyini yaxşı bilirik. Amma irəlidə dediyimiz kimi “qədər” düşüncəsinin ağırlığı altında əzilmək də, hər şeyi bu məfhumla bağlayıb aciz davranmaq da bizə yaraşmaz.
Müsəlman bir dava adamıdır, hər an cihaddadır, hər nəfəsin hesabını verəcəyini düşünməlidir. Ona görə də oturub üstünə nə gəldiyini gözləməkdənsə, doğru seçimlə, doğru qərarla, doğru niyyətlə gələcəyin üstünə yeriməyi bacarmalıdır. Bir söz heç yadımdan çıxmır: təxminən 10-15 il bundan əvvəl Məhərrəm ayı ərəfəsində köhnə bir divara yazılmışdı: “Hər yer Kərbəla, hər gün Aşura”. Bu söz dediyim o cihad ruhunu əks etdirir. Tarixdən bir misal da göstərək: Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) İslamın ilk illərində bir müharibədən dönərkən səhabələrinə belə buyurmuşdur: “Biz indi kiçik cihaddan böyük cihada dönürük”. Nə qədər də ibrətlidir, deyilmi? Yəni həyatımızın hər yerində, hər anında cihad meydanı var. O meydanda görünürükmü, görünürüksə, necə görünürük?
Taledən çox danışırlar. “İnandım, təsdiq etdim” de, amma bu mövzu düşüncələrini çox məşğul eləməsin. Gör nə iş görə bilirsən, əlindən nə gəlir. Acizlik sənə yaraşmaz və bir də unutma: İslamın da, insanlığın da təməlində ədalət var. Onu itirmə. İtirsən, yox kimisən.[
Ya da
[
-
05-16-2008, 11:50 AM #2Mərhəmətli və Rəhmli Allahin adi ilə!
3:173 “Allah bizə bəs edər. O nə gozəl vəkildir!"
6:104 Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim gorsə, oz lehinə, kim gorməsə, oz əleyhinədir. Mən sizə nəzarətci deyiləm.
25:30 Peygəmbər də “Ey Rəbbim! Həqiqətən, qovmum bu Qurani tərk etmisdi!”- deyəcək.
3:42 Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur.
I am a MUSLIM. Do not PANIC!



LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla

Yer imleri