Sayfa 5/6 İlkİlk ... 3456 SonSon
54 sonuçtan 41 ile 50 arası

20 yanvar – Ümumxalq kədər günü

  1. #41
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485

    Re: 20 yanvar – Ümumxalq kədər günü


  2. #42
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: 20 yanvar – Ümumxalq kədər günü

    Indi ordan gelirem.Allah butunn Sehidlerimize Rehmet elesin...
    [

  3. #43
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: 20 yanvar – Ümumxalq kədər günü

    Allah butun Sehidlerimize Rehmet etsin Amin
    HaKKım heLaL,Sewqim haRam oLsun

  4. #44
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: 20 yanvar – Ümumxalq kədər günü

    o gun butov bir Tarix yazildi 20 Yanvar
    [

  5. #45
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Şəhid uşaqlarının fikirləri

    Yüzlərlə Bakı sakininin qanına qəltan edildiyi o məşum gecədə paytaxtın doğum evlərində dünyaya yeni körpələr gəlirdi - ölümün acığına, qəddarlığın acığına, bizi Yer üzündən yox etmək istəyənlərin acığına! İndi həmin uşaqların 20 yaşı tamam olur. 20 Yanvarın yaşıdları o məşum gecə baş verənlər barədə yetərincə məlumata malikdirlər. Atası şəhid uşaqlardan bir neçəsini tapıb 20 il əvvəl baş vermiş qanlı olaya onların münasibətini öyrəndik.

    "Nənəmin danışdığı nağıl həqiqət imiş"

    İlk həmsöhbətimiz - Bakıdakı 220 saylı məktəbin 8 B sinif şagirdi Vüqar Məmmədov 20 Yanvar faciəsi haqqında həqiqətləri 1-2-ci sinifdə oxuyarkən müəllimlərindən öyrənib. Valideynlərinin hadisə ilə bağlı söhbətləri isə onda şəhidlərə qarşı rəğbət hissi oyadıb. Vüqar deyir: "Nənəm nağıl danışanda söyləyirdi ki, düşmənlər mənim dünyaya gəlməyimi istəmirdilər. Ona görə də camaat küçəyə çıxıb düşmən əsgərlərinin evimizə girməsinə mane olub. Amma böyüyəndə başa düşdüm ki, nənəmin danışdığı nağıl deyilmiş. Sadəcə 20 Yanvar hadisələrini nəzərdə tutub əsl həqiqəti nağıl kimi deyirdi. Sonralar bu barədə eşitdiklərim mənə elə təsir etmişdi ki, tez-tez gedib şəhidləri ziyarət edirəm".
    Həmin qanlı hadisəni dinc və əliyalın vətəndaşlarımızın azadlıq uğrunda apardığı mübarizənin ən yüksək zirvəsi hesab edən V.Məmmədov bununla fəxr duyduğunu vurğuladı. Onun sözlərinə görə, həmin gün yüzlərlə azərbaycanlı rus ordusunun qarşısından çəkilməyib, xalqımızın qəhrəmanlıq salnaməsinə yeni bir səhifə yazıb. 20 Yanvar şəhidlərinin qəhrəmanlığı onlardan sonra gələn nəsillərə əsl örnək olmalıdır. Buna görə, V.Məmmədov bütün həmyaşıdları kimi böyüyüb vətənə layiqli xidmət edəcəyinə əmindir. "Amma bir şeyi yaddan çıxarmamalıyıq ki, rus qoşunlarının Bakıya yeridilməsi Azərbaycanın SSRİ-nin tərkibindən çıxmaq istəyini boğmaq məqsədi daşıyırdı. Çünki Azərbaycan kimi zəngin təbii sərvətlərə malik bir ölkənin Sovet İttifaqından ayrılması SSRİ-nin dağılmasını sürətləndirə bilərdi və belə də oldu"-deyə Vüqar bildirir.
    V.Məmmədov hesab edir ki, Azərbaycan xalqının 20 Yanvar hadisələrindən qazandığı uğurlar da var. Onun fikrincə, məhz 20 Yanvar şəhidləri xalqımıza azadlıq, ölkəmizə isə müstəqillik qazandırıb: "Vaxt ötdükcə müstəqilliyimiz daha da möhkəmlənəcək və inanıram ki, yaxın gələcəkdə Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri sırasında yer tutacaq".
    "20 Yanvar hadisələri yenidən təkrar oluna bilərmi?" sualına V.Məmmədov böyüklərə xas, həm də siyasətçilər kimi cavab verdi. O, dedi ki, Azərbaycan xalqı artıq bu yolu keçib və qarşıda bizi daha ciddi uğurlar gözləyir: "İndi müstəqil Azərbaycanın güclü ordusu var. Artıq digər ölkələrlə bir sırada Avropa Şurasında təmsil olunuruq və inanıram ki, yaxın illərdə NATO-ya da üzv ola biləcəyik. Bu isə onu deməyə əsas verir ki, 20 Yanvar hadisələri yenidən təkrarlana bilməz".

    "Qorbaçov Azərbaycanın düşmənidir"

    Həmin məktəbin 7 Q sinif şagirdi Mübariz Mirzəyev də göz açıb 20 Yanvar faciəsinin ağrılarını görüb. Deyir ki, evdə, məktəbdə bu ağrılar indi də yaşanır. Hər il 20 Yanvarla bağlı ən azı üç səhifəlik inşa yazan Mübarizin fikrincə, bu hadisələr Azərbaycan tarixinin qanlı səhifəsi olsa da xalqımızı sındıra bilməyib: "Amma sovet qoşunlarının Bakıda törətdiyi qırğınlarla bağlı hələ kitablarda çox şey yazılmayıb. Çünki həmin hadisələrlə bağlı araşdırmalar, istintaq materiallarının hazırlanması SSRİ Prokurorluğu tərəfindən qəsdən ləngidilib. Bu müdhiş hadisə ilə bağlı bəzi gizli məqamlar, sirlər var ki, onun açılması üçün müəyyən dövr keçməlidir. Bəlkə də bu sirləri gələcəkdə məhz 20 Yanvar hadisələri ərəfəsində doğulan uşaqlar açacaqlar. Amma mənim bildiyimə görə, hələ dünyada elə bir dövlət olmayıb ki, özünün əliyalın və dinc əhalisinə qarşı bu cür vəhşilik etsin. Bu, təkcə Azərbaycan xalqının başına gətirilib".
    Onun fikrincə, 1990-cı ilin 20 yanvarında Bakıda törədilən qırğınların başında SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov dayanırdı: "Böyüklərdən eşitmişəm ki, Qorbaçov sovet hökumətinin dağılmasını istəyən xarici kəşfiyyat orqanlarının agenti imiş. O, Azərbaycanda milli azadlıq hərəkatının genişlənməsi, aramsız nümayişlərin və mitinqlərin başlamasından məharətlə istifadə edib. Ümummilli liderimiz Heydər Əliyev də televiziya ilə çıxışlarında dəfələrlə qeyd etmişdi ki, Qorbaçov azərbaycanlılara qarşı düşmən siyasəti yeridib. Elə Heydər Əliyev haqqında çəkilmiş filmdə də bu barədə danışılır. Buna görə də mən və həmyaşıdlarım bilirik ki, Qorbaçov Azərbaycanın düşmənidir".
    Həmsöhbətlərimizdən birinin dediyi kimi, 20 Yanvar faciəsi xalqımızı sarsıtsa da, onun müstəqillik ideyalarını boğa bilmədi. Fərəhli haldır ki, həmin o müdhiş gecədə doğulanlar düz 20 il əvvəl başımıza gətirilən vəhşiliklərdən nəinki xəbərdardılar, hətta müstəqil fikir yürüdə bilirlər. Ən əsası isə odur ki, Azərbaycan dövlət olaraq öz müstəqilliyini artıq sübut edib. Onların ən böyük təsəllisi də məhz budur...

    "Ad günümü şəhidləri ziyarət etməklə keçirirəm"

    Sabunçu rayonundakı 80 saylı məktəbin 7 A sinif şagirdi Vüsal Məmmədov isə deyir ki, 20 Yanvar hadisələri haqqında ilk dəfə telekanallardakı reportajlardan, sənədli filmlərdən xəbər tutub. Həmçinin valideynləri də bu barədə ona çox danışıblar. Sözügedən faciə ilə bağlı onu ən çox qəhərləndirən isə Fərizə ilə İlhamın nakam məhəbbətidir. Şəhidlər xiyabanını ziyarət edərkən də daha çox onların məzarı önündə dayanır. Vüsal 20 Yanvar hadisələrinin onun da şəxsi həyatında xüsusi yer tutduğu qənaətindədir: "Tale elə gətirib ki, Bakıda baş verən qanlı hadisələr mənim doğum günümə təsadüf edib. Buna görə də 20 Yanvar mənim yaddaşımda daha çox faciəli və ağrılı hadisə kimi qalıb. Anamın dediyinə görə, hələ körpə ikən mənim ad günümü o qədər də təmtəraqlı keçirməyiblər. Ad günümdə dostlarımla bir yerdə oturub şənləndiyimizi də xatırlamıram. Çünki 20 Yanvar xalqımız üçün çox ağır gündür. İndinin özündə də doğum günümü şəhidləri ziyarət etməklə keçirirəm. Bununla belə, məhz həmin gün doğulduğuma görə fəxr edirəm".
    Bu sözləri də Vüsal dedi: "Doğrudan da Azərbaycan xalqı qəhrəman xalqdır. Tarix də göstərir ki, Babək, Koroğlu, Şah İsmayıl Xətai kimi böyük oğullar xalqın azadlığı uğrunda canından keçməyə belə hazır olublar. Biz də onların yolu ilə getməyi bacarmalıyıq".
    [

  6. #46
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: 20 yanvar – Ümumxalq kədər günü

    Allah butun sehidlerimize rehmet etsin, onlarin ailelerine sebr versin.

  7. #47
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: 20 yanvar – Ümumxalq kədər günü

    1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun, erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı.Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən erməniləri, hətta erməni kursantları da daxil etmişdi.

    Bakıya yeridilmiş qoşun kontingentinə, - bəzi məlumata görə, onun sayı 60 min nəfərə çatırdı, - "doyüş tapşırığını" yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər: "Sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşiçəsinə məhv edir; ekstremistlər Salyan kazarmalarının (Bakıda əsas hərbi qarnizonun yerləşdiyi ərazi) ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər, təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar" ("Şit" təşkilatı müstəqil hərbi ekspertlərinin hesabatından).


    Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda "rus və erməni kartından" məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, "millətçi ekstremistlər" tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, ağ yalan idi. Çünki sovet rəhbərliyinin "dəlilləri" hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.


    Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı.


    SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA" və SSRİ DTK-nın "A" təxribat qrupları oynayırdı. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi.

    SSRİ DTK-nın "Alfa" qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Qorbaçovun fərmanı qüvvəyə minənədək (20 yanvar, saat 00:00) artıq 9 nəfər öldürülmüşdü.

    Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn təcili yardım maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Bir gün ərzində Bakıda 137 nəfər öldürüldü, 700-dək insan yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi.

    Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Halbuki, Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır. Bax, əli yüzlərlə insanın qanına batmış, sonralar Nobel sülh mükafatı almış Mixail Qorbaçov başda olmaqla sovet imperiyası rəhbərliyinin rəzil siması bu idi...

    "Qara Yanvar"ın indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb. Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu təsnifatı almayıb. Bu hadisələrə emosiya, kədər, yaxud mübarizlik səlnaməsi kimi pafoslu münasibətlə bərabər, bir qədər də soyuqqanlı olub, o hadisələrin gerçək mahiyyətini dünya birliyinin, çeşidli beynəlxalq təşkilatların önünə qoymaq barədə düşünməli, 20 Yanvara beynəlxalq-hüquqi qiymətin verilməsinə çalışmalıyıq.

    SSRİ DTK-nın "Alfa" qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Mətbuat susduruldu. Azərbaycan dünyadan təcrid edildi. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Məhz bu faciəli anlarda uzaqlardan "Azadlıq radiosunun", Mirzə Xəzərin əzəmətli səsi Mixail Qorbaçovun informasiya blokadasını dağıtdı. Şair və publisist Məlahət Ağacanqızı bu anı öz xatirələrində belə təsvir edir: "Yaxşı yadımdadır 20 yanvar gecəsi bütün yaxınlarımız bir otağa yığışmışdı. Böyük otaq adamla dolu olsa da heç kəs danışmırdı. Qadınlar səssiz ağlayırdılar, kişilər baxışları ilə yeri yarmaq istəyirdilər - yerə girmək üçün! Qardaşım radio dalğalarını həyəcanla ələk-vələk edirdi. Və radiodan Mirzə Xəzərin səsini eşidəndə, mənə elə gəldi ki, hamı nəfəsini uddu, amma hamı dirildi. 20 yanvar gecəsi - Mirzə Xəzərin səsi - möcüzə idi! Bəlkə "ah, nalədən" boğulan hava – Mirzə Xəzərin səsi ilə hıçqırırdı! Mirzə Xəzər - 20 yanvarda ölməkdə olan Azərbaycan xalqına Allahın bəxş etdiyi ilahi səsi ilə ümid verdi. Bir gündə bir əsrə bərabər iş gördü. O səs milləti məzardan çıxartdı. Dirilərə şəhid oğulları dəfn etmək üçün güc verdi. "Azadlıq"ın 20 yanvardakı ilk verilişi həm Azərbaycanda, həm də dünyanın hər yerində azərbaycanlıları və ictimaiyyəti oyatdı. Dünya azərbaycanlıları ayağa qalxdı. Etirazlar başladı. Qorbaçov öz xəlvəti Bakı qanlı "sərgüzəştini" sona çatdıra bilmədi. Bu zərbədən sarsılan qəzəbli Kreml rəhbərliyi "Azadlıq" radiosundan ABŞ hökumətinə rəsmən şikayət etdi.

    Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

    Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.

    1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

    Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi. Qorbaçovun və ətrafındakıların "millətçi ekstremistlər" adlandırdıqları bunlar idimi?


    Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Amma görün, o vaxtkı sovet imperiyasının ideoloji ruporu olan "Pravda" qəzeti 22 yanvar tarixli nömrəsində nə yazırdı:

    "Fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Ondan məqsəd əhalini sovet ordusuna və hüquq mühafizə orqanlarına qarşı qaldırmaqdır"...

    20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, nəticədə ölkənin ərazisinin 125 000 km²-dən 87 000 km²-ədək azalması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.



    1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar...

    Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi...

    Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Hər il yanvarın 20-də yüz minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.

    ALLAH RƏHMƏT ELƏSİN!!!



  8. #48
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Re: 20 yanvar – Ümumxalq kədər günü

    allah butun sehidlerimise rehmet etsin.onsuzda onlar cennetdediler

  9. #49
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: 20 yanvar – Ümumxalq kədər günü

    Şəhid kədərlə yox, andla anılar,
    Şəhidi ağlamaz igid Analar,
    Biz Şəhid deyəndə həyat sanılar
    Şəhidlər bayramın mübarək, Vətən!
    [

  10. #50
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Bakıda “20 Yanvar abidə-kompleksi”nin açılışı olub


    Bu gün Bakının 20 Yanvar dairəsində “20 Yanvar abidə-kompleksi”nin açılışı olub. Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

    Qeyd edək ki, kompleksin tikintisinə 2009-cu ilin oktyabrında başlanıb.
    Kompleksin ümumi sahəsi 1400 kvadratmetrə yaxındır. Abidənin ətrafındakı meydana mərmər qranit döşənib. Layihəyə əsasən, kompleksin qarşısında 17 metr uzunluğunda 3 pilləli pilləkən və müasir işıqlandırma sistemi quraşdırılıb. Müəllifi heykəltəraş Cavanşir Dadaşov olan kompleksin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə ucaldılıb.

    Kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş və yaralanan insanların ad və soyadları, habelə Heydər Əliyevin qanlı Yanvar hadisələri ilə bağlı dediyi "1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur" sözləri qızıl hərflərlə həkk olunub
    [

Sayfa 5/6 İlkİlk ... 3456 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.