Kədərlənməyin heç kimə və heç nəyə faydası olmayan, boş və mənasız davranış olduğunu bilmək lazımdır...



Kədər Allahın Quran ayələri ilə qadağan etdiyi bir davranış pozuqluğudur. Allaha iman edən, Allahın sonsuz gözəl əxlaqını, sonsuz gücünü bilən insan üçün kədərlənməli heç nə yoxdur. Allahın o adamın qədərində yaratdığı hər şey onun üçün ən qiymətli, ən hikmətli, ən gözəl və ən xeyirli olandır. Allah sonsuz ədalət sahibidir. Allah qullarını çox sevəndir. Allah mömin qulları üçün hər şeyi "xeyir" olaraq yaradandır. Allah əzabı, çətinliyi yaradır, ancaq bütün bunları mömin qullarının daha gözəl əxlaqlı ola bilmələrinə və axirətdə daha gözəl bir əvəz görə bilmələrinə vəsilə olması üçün yaradır. Buna görə də mömin yoxsulluq içində olsa da, çətinlik çəksə də, xəstə olsa da, tək qalsa da, bir çox şeydən məhrum və zərər çəkmiş vəziyyətdə qalsa da (Allahı tənzih edirik, Allah sonsuz ədalət sahibidir), bunların heç birini kədər vəsiləsi olaraq görməz. Əlbəttə ki, bütün bu şərtlərin çətinlikləri var. İnsan maddi-mənəvi bir çox cəhətdən həqiqətən çox çətinlik çəkdiyi vəziyyətlərlə qarşılaşa bilər. Amma əsas insanın Allahın sevgisindən əmin olması, Allahın rəhmətinə ümid etməyin rahatlığını, sevincini yaşamasıdır. Çətinliklərə görə ümidsizliyə qapılmamalı (Allahı tənzih edirik), problem və çətinlikləri dünya həyatının "kədərlənməli vəziyyətlər"i olaraq görməməlidir.

İnsanlara çox kiçik yaşlarından etibarən təlqin edilən bəzi inanclar var. Bunlar cəmiyyətdə hakim olan anlayışın bir hissəsidir.

İnsanın qorxmalı, kədərlənməli, sevinməli, küsməli olduğuna inandırılan bütün məlumatlar bu yaşlarda insanlara təlqin edilir.

İnsanların xoşlarına gəlməyən bir vəziyyətlə qarşılaşdıqlarında dərhal kədərlənməyə meyl etmələrinin bir səbəbi də ona illərlə aşılanmış bu təlqinlərə görədir. Nəfsin insanı hüsrana, ümidsizliyə, kədərə, əlacsız və çarəsiz olduğuna inandırmağa qarşı meyli vardır. Buna cəmiyyətdən alınan təlqinlər də əlavə edildikdə iradəsini, ağlını, vicdanını istifadə etməyən bir çox insan asanlıqla kədərə qapılır. Belə insanları kədərləndikləri zaman xarici müdaxilə ilə doğru yola çəkmək çox çətin olur. Belə insanlar kədəri həyat tərzi olaraq mənimsəyirlər. Allahın gücünü, ədalətini, mərhəmətini, sevgisini, dualara cavab verən və hər şeyi xeyirlə yaradan olduğunu düşünmək istəmirlər. Bunun əvəzinə həmişə (Allahı tənzih edərik) nə qədər zərər çəkdiklərini düşünüb özlərini daha da kədərli hala salmağı üstün tuturlar.

İnsan həqiqətən çox əzab çəkə bilər və bunu kənardan seyr edən insanlar tam olaraq anlamaya bilərlər. Bu vəziyyətin o adama verdiyi fiziki və ya ruhi narahatlığın ölçülərini təxmin etməyə bilərlər. Amma nə olursa-olsun, heç bir mövzuda kədərlənmək çarə deyil. Kədərlənmək hər şeydən əvvəl Allahın haram etdiyi davranışdır. Möminin sadəcə bunu bilməsi dərhal bu davranışdan uzaqlaşıb çəkinməsi üçün kifayətdir.

Bununla yanaşı insan öz-özünə bu sualları mütləq verməlidir:

- Kədərləndiyim olduğum vəziyyəti dəyişəcəkmi?

- Kədərləndikdə məsələlər həll olacaqmı?

- Kədər mənə hər hər hansı bir fayda verirmi?

- Kədər həyatıma müsbət istiqamətdə təsir edirmi?

Bu sualların heç birinin cavabında kədərin məsləhətli olduğuna aid bir sübut yoxdur. Kədərin insana hər hansı bir cəhətdən çox kiçik də olsa gətirdiyi fayda yoxdur. İnsanın kədərlənməsi içərisində olduğu şərtlərin dəyişməsinə heç bir təsir etmir. Kədərin onu rahatlaşdıran və fayda verən bir tərəfi də yoxdur və kədər heç bir insanın həyatına müsbət yöndə təsir etmir.

Yaxşı, bəs kədər insana nə qazandırır?

- Kədər insanı fiziki və mənəvi cəhətdən məhv edir.

- İnsanın ağlının üstünü örtür, doğru düşünməsinə, hadisələri düzgün qiymətləndirməsinə, həll yollarını görə bilməsinə tamamilə mane olur.

- Adamın bütün gücünü əlindən alır. Belə insan fiziki və mənəvi cəhətdən çox zəifləyir. Mübarizə aparacaq, səy göstərəcək gücü qalmır.

- Kədər insanı sürətlə yaşlandırır.

- İnsanı xəstə edir. Belə insan həmişə yeni xəstəliklərlə qarşılaşır. Bədən müqavimətini itirir.

- Bədbəxtdir. Gözəlliklər, yaxşılıqlar onu xoşbəxt etməyə kifayət etmir.

- Ətrafındakı nemətləri görə bilmir.

-Getdikcə kədəri sevməyə başlayır. Həmişə əzablarını, çətinliklərini düşünüb daha da çox kədərlənmək istəyir.

- Kədərdən xilas olmaq, kədərlə mübarizə aparmaq əzmini itirir. Hər fürsətdə özünü kədərlənməyi həyat tərzi halına gətirir.

- Təkliyi sevməyə başlayır. Tək qalıb kədərlərini düşünmək, qurduğu ssenarilərə kədərlənmək, gələcəklə bağlı ümidsiz (Allahı tənzih edirik) proqnozlara qapılmaq, ağlamaq, ona ətrafındakı bir çox nemətdən daha cazibədar gəlir.

- Həyat sevincini və həyat əzmini itirir.

Burada qısa şəkildə təsvir edilən bir neçə xüsusiyyət belə kədərin insana heç bir fayda vermədiyini və əksinə həm fiziki, həm də mənəvi cəhətdən insanda böyük təxribatlar meydana gətirdiyini göstərir. Kədər çox böyük vaxt itkisidir. Heç bir faydalı tərəfi yoxdur. Buna görə də insanın kədərə təslim olması çox böyük ağılsızlıqdır. Eyni zamanda öz məqsədinə də tam olaraq ziddir. İnsanın hədəfi yaşadığı çətinliklərdən xilas olmaqdır. Kədər isə insanı nəinki xilas edən, əksinə yeni çətinliklərin içinə salan başqa bir çətinlikdir.

Hər insanın kədər mövzusundakı bu əhəmiyyətli həqiqəti görə bilməsi son dərəcə əhəmiyyətlidir. Ağılla düşünən insanın özünə heç bir faydası olmayan, yalnız əzab gətirən, zərər verən, çətinliyə salan bir sistemi gözəl görüb qəbul etməsi mümkün deyil. Ənənələr, köhnə vərdişlər, cəmiyyətdəki ümumi reaksiyalar kədərlənməyi nə qədər məqbul göstərirsə-göstərsin, ağlı olan insan bu təlqinlərin təsirindən çıxmağı bacarmalıdır. Necə ki, insan zəhərli bir maddənin bədəninə, ağlına, həyatına verəcəyi zərəri görüb bundan çəkinirsə, eyni şəkildə kədərin də təsirlərini görüb, bundan zəhərdən çəkinən kimi çəkinməlidir. Allah kədərin zərərlərini insanlara xüsusi olaraq göstərir. Hər bir insan öz həyatında kədərin zərərli təsirlərini açıq-aşkar görə bilər. Bu da Allahın rəhmətinin bir təcəllisidir. Allah kədəri haram etdiyini Quran ayələri ilə insanlara bildirmişdir. Ancaq Allah bu şəkildə insanların öz vicdanları ilə düşünərək bu əxlaq pozuqluğunu dərk edib çəkinmələri üçün onlara bir yol göstərir. Üstəlik insanın sevinəcəyi, xoşbəxt olacağı o qədər çox şey var ki, bunları görməməzliyə vurmaq mömin üçün mümkün deyil. Qullarını çox sevən, onların bütün dualarına cavab verən, sonsuz mərhəmət sahibi, sonsuz ədalətli, sonsuz ağıllı, sonsuz yaratma gücünə sahib və sonsuz qüdrətli bir Rəbbimizin olduğunu bilmək və Allaha qəlbən iman etmək, dünyadakı ən böyük nemətlərdən biridir.

Allah qulları üçün saysız-hesabsız nemət yaratmışdır və Allah gözəl xasiyyətli, səmimi qullarını, Öz rizası ilə sonsuz cənnət həyatı ilə və sonsuz nemətlərilə müjdələmişdir. İnsan dünyanın ən çətin şərtləri altında olsa belə, (bu çətinliklər də Allahın rəhmətinin bir təcəllisi və xeyirlə yaradılan imtahan vəsilələridir) bu böyük nemətlərin sevinci insanın kədərlənməməsi, xoşbəxt olması və ümidvar olması üçün kifayətdir.

Səba (tayfasının) yurdunda bir nişanə var idi. (Orada) sağdan və soldan (dağla əhatə olunmuş) iki bağça var idi. (Səba əhlinə belə buyurulmuşdu “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. (Yurdunuz) gözəl bir diyar, (Rəbbiniz də) bağışlayan bir Rəbbdir!”" (Səba surəsi, 15)

Həqiqətən, (insanı) yoxdan var edən və (öldükdən sonra) təkrar dirildən Odur! Çox bağışlayan, çox sevən də Odur. Ərşin sahibi də, şanlı-şərəfli olan da Odur! O, istədiyini edəndir. (Büruc surəsi, 13-16)
(məqalə harun yahya)