İnsanın heç bir həll yolunun qalmadığını zənn etdiyi ən çətin vəziyyətdə belə həqiqətən inananlar üçün mütləq çıxış yolu vardır



İnsanların tez-tez yol verdikləri səhvlərdən biri də hər hansı bir çətinliklə qarşılaşdıqları zaman dərhal pessimizmə qapılmalarıdır. Bir çox insan belə vəziyyətlərdə "mütləq bu vəziyyəti düzəldəcək bir çıxış yolu vardır" deyə düşünməkdənsə, əvvəlcə "ediləcək bir iş yoxdur", "bura qədərmiş", "artıq bu mövzu burada dirəndi" kimi məntiqlərlə hərəkət edib bütün həll yollarının tükəndiyinə inanmağa meyl edirlər. Halbuki şərtlər nə qədər çətin və mövcud imkanlar nə qədər məhdud olursa-olsun və insan bütün tədbirləri görsə də, mütləq yeni bir çıxış yolu ola biləcəyinə hər zaman inanmalı və ümidini heç vaxt itirməməlidir.

Quranda Allaha inanan bir insanın heç bir mövzuda heç vaxt ümidini kəsməyəcəyini belə bildirilmişdir:

"Oğullarım! Gedin Yusifdən və qardaşından bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!" (Yusuf surəsi, 87)

(Mələklər “Biz sənə doğru xəbərlə müjdə veririk. Ümidini üzənlərdən olma!” – dedilər" (Hicr surəsi, 55)

Buna görə də mömin hansı hadisə ilə qarşılaşırsa-qarşılaşsın heç vaxt ümidsizliyə, pessimizmə və ya mənfi düşüncələrə qapılmamalıdır. Bu, Allahın Müsəlmanlara olan əmridir.

Nəfs bu cür bir vəziyyətlə qarşılaşdıqda adamı müsbət yöndə düşünməkdənsə, dərhal ən mənfi ehtimalları düşünməyə yönəldir. Demək olar ki, bütün insanlar övladı ilə olan münasibətlərdən tutmuş Quran əxlaqını mənimsəyənə qədər hər hadisəyə bu dünyagörüşü ilə yanaşır. Bunun mənfi nəticələrini və zərərlərini düşünmədiyi üçün də bu refleksə etiraz edib onu dəyişdirməyə ehtiyac duymur. Çətin bir vəziyyətlə qarşılaşdıqda insanların ilk anda ağızlarından çıxan sözlərin əksəriyyətinin "əfsuslar olsun", "təəssüf ki" kimi ifadələr olması da bu səbəbdəndir.

Həmçinin pessimizmin, daim mənfi ehtimallarla düşünməyin, çarəsizliyə inanmağın insana verdiyi əzab çox şiddətlidir. Bu duyğulara qapılan insanların sahib olduğu ruh halı Allahın bəyənmədiyi bir əxlaqı yaşadıqları üçün Allahın onlara dünyada verdiyi əzabdır.

Halbuki bunun tam əksi olan İslam əxlaqını yaşamaq çox asandır. İnsanın sonsuz ağıl sahibi, sonsuz ədalətli, sonsuz mərhəmətli, bağışlayan və sonsuz yaratma gücünə sahib olan Allahı tanıması insan üçün çox böyük bir lütfdür. Allah dilədiyi an dilədiyini yaratmağa qadirdir və Allah Quranda, (Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər…" (Bəqərə surəsi, 186) buyurmuşdur. Quranda insanların Allahdan hər şeyi istəyə biləcəkləri bildirilmişdir. İnsan istədiyi an istədiyini yaratma gücünə sahib olan Allahdan hər şeyi istəyə bildiyinə görə çıxılmaz vəziyyətə düşməsi, çarə yollarının tükənməsi, çıxış yolunun qalmaması kimi ehtimallar içində yaşaması da tamamilə həqiqətdən uzaqdır. Çünki Allahın diləməsi və köməyi ilə insanın hər mövzuda yolu açıqdır. Allahın bu gücünü və mərhəmətini bilmək insanın istənilən vaxt, istənilən mövzuda ümidvar olmasını təmin edər.

Bu əxlaq Allahın Quranda əmr etdiyi əxlaqdır və Allahın bu əmrini tətbiq etmək insanlar üçün böyük bir nemətə çevrilir. İnsanın pessimizm əvəzinə belə ümidvar əxlaq içində yaşaması daha gözəl, güvən verən və daha rahatdır. Əks təqdirdə insan həmişə narahat, qorxu içində, mənfi təxminlərlə zehnini yoraraq yaşayar. Allahın Quranda bildirdiyi əxlaqa uyğun yaşayan insan isə ən çətin şərtlər altında belə Allahın köməyini, rəhmətini, yaxınlığını, daim Ona ümid etməyin rahatlığını, sevincini yaşayar.

Bu məqamda düşünülməli olan digər mövzu isə bəzi insanların nemət, bolluq, rahatlıq və təhlükəsizlik içində yaşadıqları müddətcə Allaha güvənməsi və bütün bunların Allahın sonsuz gücü sayəsində reallaşdığını bilməsi, amma bütün bunlarda əskiklik meydana gəldikdə isə Allahın gücünün nə qədər sərhədsiz və sonsuz olduğunu unutmasıdır. Quranda bu vəziyyətdəki insanların göstərdiyi əxlaq belə bildirilmişdir:

İnsanlara bir mərhəmət daddırdığımız zaman ona sevinərlər. Onları öz əlləri ilə etdikləri əməllərə görə bir müsibətə düçar etdikdə isə dərhal məyus olarlar. (Rum surəsi, 36)

İnsan (Allahdan özünə) yaxşılıq diləməkdən usanmaz. Əgər ona bir pislik üz versə, ümidsizliyə qapılıb məyus olar. (Fussilət surəsi, 49)

Bu insan bir dəfə neməti bəxş edən Allahın yenidən, istədiyi hər zaman və dilədiyi qədər çox nemət verməyə Qadir olduğunu təqdir edə bilmir. Həyatındakı bütün gözəlliklərin özü əldə etdiyi üçün deyil, Allah belə dilədiyi və ona lütf edib o imkanı verdiyi üçün mövcud olduğunu düşünmür. Sahib olduğu nə varsa, bütün bunlar yoxdan var edilərək yaradılmışdır. Çətinlik meydana gəldiyi zaman da vəziyyət bundan fərqli deyil: hər şeyi yoxdan yaradan Allah ortada heç bir çıxış yolu görünməyən vəziyyətdə də yenə yoxdan yaradacaq və insana yol göstərəcək.

Allah Quranda "... Rəbbinin sənə bir rəhbər, bir mədədkar olması kifayət edər!" (Furqan surəsi, 31) buyurmuşdur. İnsan üçün Allahın yol göstərməsi, Allahın izni ilə istənilən mövzunu həll edə biləcəyi çox böyük bir nemətdir və üstəlik insan onsuz da öz-özünə bir çıxış yolu tapacaq gücə sahib deyil. Allah diləmədikcə heç bir şeyə güc çatdıra bilməyən aciz bir varlıqdır. Allahın ona çıxış yollarını, çarələri, doğruları göstərməsinə möhtacdır. Buna görə də insanın etməli olduğu əsas iş Allaha çox güvənmək, Allaha çox səmimi olub ümidlə kömək istəmək və ağlını, vicdanını ən yaxşı şəkildə istifadə edərək əlindən gələn hər cür səyi göstərməkdir. Ancaq buradakı sirr insanın ümidlə və reallaşa biləcəyinə qəti şəkildə inanaraq Allahdan istəməsidir. Nəticəni onsuz da Allah yaradacaq və Allah möminlər üçün dünyada və axirətdə hər zaman ən gözəlini yaradandır.

Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində (Allahın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək) Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər. (Səcdə surəsi, 16)

İki dəstə (tayfa) bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: “(İşimiz bitdi!) Artıq yaxalandıq!”. (Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!” Onda Musaya belə vəhy etdik: “Əsanla dənizə vur!” (Musa əsasını dənizə vuran kimi) o dərhal yarıldı və hər hissə böyük (uca) bir dağ kimi oldu. O biriləri (Firon əhlini) də ora yaxınlaşdırdıq (dəniz sahilinə topladıq). Musa və onunla birlikdə olanların hamısını xilas etdik. (Şuəra surəsi, 61-65)
(məqalə harun yahya)