KİTAB ƏHLİNƏ NECƏ TƏBLİĞ EDİLƏ BİLƏR?

Yəhudilər və Xristianlar Allahın Quranda Kitab Əhli olaraq bildirdiyi insanlardır. Quranın bir çox ayəsində Müsəlmanların Kitab Əhlinə qarşı necə bir tutum içində olmaları açıqlanmışdır. Peyğəmbər Əfəndimiz (s.ə.v.)-in həyatına baxdığımızda da, Quranın bu ayələrinin necə tətbiq olunmasını ən gözəl şəkildə görərik. Buna görə, Müsəlmanlar Kitab Əhlinə qarşı şəfqət göstərməklə, onları qoruyub gözləməklə, nəzakətli, anlayışlı və gözəl bir üslubla onları İslama dəvət etməklə öhdəçiliklidirlər.

- Müsəlman hər kəsə təbliğ etməklə mükəlləfdir-

Allahın Quranda Müsəlmanlara fərz etdiyi hökmlərdən biri də yaxşılığı əmr edib pislikdən məhrum etmək, insanları doğru yola dəvət etmək və İslam əxlaqının yer üzünə hakim olması üçün cəhd göstərməkdir.

Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır. (Ali İmran Surəsi, 104)

Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan (yaxud cihad edən), rüku və səcdə edən, yaxşı işlər görməyi buyurub pis əməllərə qadağan edən və Allahın hüdudlarını qoruyan o möminləri müjdələ. (Tövbə Surəsi, 112)

Allahın bütün peyğəmbərləri, elçiləri və saleh möminlərin hamısı Allahın bu əmrini əskiksiz yerinə yetirmişlər, yaşadıqları dövrdə cəmiyyətin hər seqmentinə təbliğ etmişlər. Təbliğ edərkən heç bir zaman, "bu mövqedəki insana din izah edilməz", "bu irqdən, bu düşüncədən, bu dindən insan doğru yola dəvət edilməz", "paltarı belə olanla danışılmaz" kimi bir düşüncə içində olmamış, heç bir ayrım etmədən hər kəsi Allahın haqq dininə çağırmışlar. Peyğəmbərimiz (s.ə.v.) Məkkəli müşriklərə, Əbu Cahilliyə, Əbu Lehebə, Həcc mövsümündə qurulan yarmarkalara gələn bütün qəbilə və ziyarətçilərə, Xristian və Yəhudi birliklərə təbliğ etmişdir. Qarşısındakı insanların cəmiyyət içindəki mövqesinə, İslama dünyagörüşlərinə, düşüncələrinə, həyat stillərinə, əxlaqi strukturlarına, paltarlarına görə ayrım etmədən, dəfələrlə, çox müxtəlif və hikmətli üsullar və üslublar istifadə edərək onları Bir olan Allaha imana çağırmışdır. Bu adamla danışılmaz, bu adama təbliğ edilməz kimi bir tutum içində olmamışdır.

Hz. İbrahim (ə.s.) dövrünün ən azğın, ən qəddar, ən zalım insanı olan Nemruda Allahın varlığını və birliyini izah etmişdir. Hz. Musa (ə.s.), dövrün Müsəlmanları olan İsrailoğullarının oğlanlarını boğazlayan, onlara ağla sığmaz işgəncələr edən Firona gedib onu Allahın dininə tabe olmağa çağırmışdır. Və bunu edərkən, Allah Hz. Musa (ə.s.)-a Firona "yumşaq söz" söyləməsini əmr etmişdir:

İkiniz Firona gedin, çünki o, azmışdır. Ona yumşaq söz söyləyin, ümid edilir ki öyüd alıb-düşünər və ya içi titrəyər-qorxar. Onlar dedilər: “Ey Rəbbimiz! Biz, onun bizə şiddətli cəza verməsindən və ya həddini aşmasından qorxuruq”. Dedi ki: "Qorxmayın, çünki Mən sizinlə birlikdəyəm; eşidirəm və görürəm." (Taha Surəsi, 43-46)

Görüldüyü kimi Allah Hz. Musa (ə.s.) və Hz. Harun (ə.s.)-ı o dövrün ən əxlaqsız, ən azğın,İslama əndüşmən adamına təbliğ etməyə göndərmişdir. Hz. Musa (ə.s.) və Hz. Harun (ə.s.), dövrün dinsizlik və əxlaqsızlıq mərkəzi olan Fironun sarayına gedərək ona təbliğ etmişlər. Üstəlik Allah, Firon kimi din düşməni birinə belə "yumşaq söz" söyləmələrini əmr etmişdir.

Allahın Quranda bildirdiyi bu hekayədən də açıqca aydın olduğu üzrə Müsəlmanlar hər seqmentdən insana təbliğ etməklə mükəlləfdirlər. Və bu təbliği edərkən, son dərəcə nəzakətli, mehriban, şəfqətli və səbirli bir üslub istifadə etməklə öhdəçiliklidirlər. İslamda qatı, fanatik, kobud bir üslub yoxdur. Şərtlər nə olursa olsun, qarşıdakı adam kim olursa olsun Müsəlman gözəlliklə, sevgiylə, şəfqətlə dini izah etməklə əmr olunmuşdur. Müsəlmanın etməsi lazım olan Allahın Quranda bildirdiyi şəkildə dini izah etmək və hidayəti verəcək olanın Allah olduğunu bilərək kimsəyə qarşı çətin və təzyiq tətbiqdən, doğrunu göstərməkdir. Müsəlmanların doğrunu göstərməklə, Allah Qatında haqq din olan İslama dəvət etməklə öhdəçilikli olduqları bir birlik də Kitab Əhlidir. Müsəlman əxlaqi və pis rəftar içində olanlara, dinsizlərə, materialistlərə, ateistlərə də dini izah etməklə mukəlləf ikən , Allahın varlığına iman edən, peyğəmbərlərə inanan, Allahın göndərmiş olduğu kitablara uyğun gələn Kitab Əhlini də haqqa dəvət etməklə öhdəçiliklidir. Allahın Quranda bildirdiyi bu öhdəçiliyin yerinə yetirilməsi üçün də Kitab Əhliylə ictimai əlaqə içində olunması lazım olduğu açıqdır.

- Kitab Əhli içindən səmimi iman edənlər vardır -

Quranda bildirilən açıq hökmləri göz ardı edən, Peyğəmbərimiz (s.ə.v.)-in həyatını görməməzlikdən gələn, fanatik, daş ürəkli, ayəyə və hadisə deyil xurafata uyğun gələn bəzi kəslər, Allahın bütün Yəhudiləri və bütün Xristianları lənətləmiş olduğu kimi azğın bir inanca sahibdirlər. Və bu azğın inanclarını yayaraq, Kitab Əhli ilə Müsəlmanlar arasına kin və nifrət toxumları əkməyə çalışmaqda, döyüşü, qarşıdurmanı, döyüşü və qan tökücülüyü təşviq etməkdədirlər. Halbuki Allahın Quranda bütün Yəhudiləri, bütün İsrail irqini və bütün Xristianları heç bir ayrı-seçkilik güdmədən lənətləməsi deyə bir mövzu yoxdur.

Allahın Quranda Xristianların və Yəhudilərin inanclarının pozluduğu, rəftar və əxlaqlarının pozulduğubir gerçəkdir. Etdikləri çirkin davranışlardan və səhvlərdən ötəri onları tənqid etdiyini, qınadığını və bu tutumlarından razı olmadığını da bildirmişdir. Amma bu, gəlmiş keçmiş, istisnasız hər bir Yəhudini və hər bir Xristianı əhatə edən bir vəziyyət deyil. Bu qınama, xəbərdar etmə və xatırlatma bu əxlaqsızlığı edənlərə istiqamətlidir. Hz. Musa (ə.s.)-a əziyyət edən Yəhudilər kimsə, xəbərdar edilmiş olmalarına baxmayaraq hər dəfə dindlərindən dönənYəhudilər kimsə, Samiriyə uyğun gəlib bir bütü ilah edən Yəhudilər kimsə, Hz. Musa (ə.s.)-ı Allah yolunda mübarizəsində tək buraxan Yəhudilər kimsə Allah onları xəbərdar etmiş, onların əxlaqsızlığını Quranda bizlərə xəbər vermişdir. Eyni şəkildə Hz. İsa (ə.s.)-ı haşa ilah edən, Allah birdir deməyən, haşa Allah oğul seçdi deyən Xristianlar kimsə onların küfriçində olduğunusöyləmişdir.

Bununla birlikdə Quranda Kitab Əhlinin hamısının bir olmadığı içlərində Allaha səmimi olaraq iman edənlər, Allaha dərin hörmət göstərənlər olduğu da bildirilməkdədir:

Onların hamısı eyni deyil. Kitab əhli içərisində düzgün (sabitqədəm) bir camaat vardır ki, onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar. (Ali İmran Surəsi, 114)

Həqiqətən, Kitab əhlindən elələri də var ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də öz-lərinə nazil edilənə iman gətirir, Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir.. (Ali İmran Surəsi, 199)

(Qurandan) əvvəl özlərinə Kitab verdiyimiz kəslər ona iman gətirirlər.Onlara (Quran) oxunduğu zaman: “Biz ona iman gətirdik. O, həqiqətən də, Rəbbimizdən olan haqdır. Biz ondan əvvəl də müsəlman idik!”– deyirlər (Qəsəs Surəsi, 52- 53

Kitab əhlindən eləsi var ki, ona bir yığın (mal )əmanət etsən, onu sənə (tam) qaytarar. Onlardan eləsi də var ki, ona bir dinar versən belə, başının üstündə durub tələb etməyincə onu sənə qaytarmaz. Bu, ona görədir ki, onlar: “Avamlardan ötrü bizə günah olmaz!”– deyirlər və bilə-bilə Allaha qarşı yalan söyləyirlər. (Ali İmran Surəsi, 75)

Görüldüyü kimi, bəzi kəslərin qarşıya qoyduğu, "Yəhudilər lənətlidir, Xristianlar lənətlidir, onların hamısı düşməndir" sözləri Qurana görə doğru deyil. Allah Ədalətli olandır, qulları üçün haqqla hökm verəndir. Allah bir kimsəni işləmədiyi bir günah, etmədiyi bir pislik, göstərmədiyi bir əxlaqsızlıq səbəbiylə, sırf daha əvvəl o qövmün içindən əxlaqsızlıqlar edənlər olduğu üçün cəzalandırmaz. Bu Allahın şanına, ədalətinə, üstün əxlaqına uyğun deyil. Bir qövmün topdan lənətlənib, topdan cəzalandırılması Quranda deyil, bəzi mifoloji azğın inanclarda iştirak edər. Beləliklə,Müsəlmanların Kitab Əhlinə qarşı tutumlarında bu tərz batil və xurafatadayanan düşüncələrin deyil, Quran ayələrinin və Peyğəmbərimiz (s.ə.v.)-in tətbiqlərinin əsas olması lazımdır.

- Kitab Əhlini əvvəlcə "Allah birdir" deməyə dəvət etmək lazımdır -

Allah Quranda Müsəlmanların Kitab Əhlinə qarşı tutumlarının necə olması lazım olduğunu açıqlayarkən onlara necə təbliğ etməmiz lazım olduğunu da bildirmişdir. Allahın hökmünə görə Müsəlmanlar Kitab Əhlini "Bir olan Allaha imana" yəni tövhid inancına dəvət etməlidir.

De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!” (Ali İmran Surəsi, 64)

Allahın Quranda Kitab Əhlinin "Allah birdir" deməyə dəvət edilməsini bildirməsinin əhəmiyyətli hikmətlərindən biri də, Allahın onların "LailahəillAllah" demələrini bəyəndiyini göstərməsidir. Kitab Əhli "LailahəillAllah" dediyi vaxt, Allaha bir olaraq iman etdiyini, Allaha dərin bir hörmət və sevgiylə bağlandığını ifadə etmiş olar, ki bu çox əhəmiyyətli və həyati bir xüsusdur. "LailahəillAllah" deyərək Allahı sevdiyini, Allahı dost əldə etdiyini ifadə Kitab Əhlinin, Allahın da onları sevməsi və dost əldə etməsi üçün, mütləq "Muhammədən Rəsulullah" deməsi və Qurana tabe olması şərtdir. Müsəlmanlar Kitab Əhlinin əvvəl, "Allah birdir" deməsinə vəsilə olduqdan sonra, bu dəfə onları Hz. Məhəmməd (s.ə.v.)-in son haqq peyğəmbər və Quranın son haqq kitab olduğuna iman etməyə və Quranı yaşamağa dəvət etməklə mükəlləfdir. Bu dəvətin necə bir üslub içində edilməsi lazım olduğunu da Allah Quranda bildirmişdir.

- Kitab Əhlinə təbliğ edərkən "ən gözəl söz" deyilməlidir -

Quranın heç bir ayəsində Kitab Əhlinə qarşı düşməncə bir tutum içində olmağı, onlara qarşı amansız bir nifrət duymağatəlqin edən bir ifadə yoxdur. Belə bir düşüncə Qurana və sünnəyə uyğun deyil. Müsəlman yalnız Yəhudi və Xristianlar içindən deyil, hansı irq və cəmiyyətdən olursa olsun, Allaha və dininə döyüş açmış olanlara qarşı haqlı bir muübarizə aparar. Amma bu cəhd Müsəlmanı onlara qarşı ədalətsiz, anlayışıq və zalımanə bir vəziyyət almağa əsla yönəltməz və yönəltməməlidir. Necə ki Allah Quranda,

"Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. " (Maidə Surəsi, 8)
buyurmuşdur.

Üstəlik Müsəlmanlar özlərinə qarşı olan müşriklərdən birini də, özlərindən amanistədiyində qorumaq və mühafizə etməkləmükəlləfdirlər.

Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir camaatdır.. (Tövbə Surəsi, 6)

Ki söz mövzusu olan Allahın varlığına iman edən, göndərilmiş peyğəmbərləri sevən, Allahdan qorxan Kitab Əhli olduğunda, xüsusilə də içlərindən "LailahəillAllah" deyənlər, bu insanlara qarşı müşfiq və mehriban bir tutum içində olunması lazım olduğu açıqdır. Necə ki Allah da onlara qarşı ən gözəl olan üslubu istifadə etməmizi istəməkdədir:

İçərilərindən zülm edənlər istisna olmaqla Kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin və deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də məbudumuz, sizin də məbudumuz birdir. Biz yalnız Ona itaət edirik”. (Ənkəbut Surəsi, 46)

- Peyğəmbərimiz (s.ə.v.) Kitab Əhlinə sevgi və şəfqətlə təbliğ etmişdir -

Biz, Allahın Quranda bildirdiyi hökmlərin ən gözəl və ən hikmətli şəkildə necə tətbiq oluna biləcəyini Peyğəmbərimiz (s.ə.v.)-dən öyrənərik. Yəni Müsəlmanlar üçün əsas olan Allahın ayəsni və Rəsulullah (s.ə.v.)-in o ayəni təfsiri və tətbiqidir. Peyğəmbər Əfəndimiz (s.ə.v.)-in Kitab Əhliylə necə bir əlaqə içində olduğunu araşdırdığımızda isə, onlara qarşı şəfqətli, anlayışlı və nəzakətli bir üslub istifadə etdiyini, onları qoruyub gözlədiyini, dinlərini azadca yaşamaları üçün imkan təmin etdiyini görərik. Peyğəmbərimiz (s.ə.v.)-in şəxsən hazırladığı Mədinə Vəsiqəsi, Necran Xristianlarıyla edilən razılaşmalar, Peyğəmbərimiz (s.ə.v.) tərəfindən fərqli Xristian və Yəhudi qəbilələrə verilən əmənnamələr, Peyğəmbərimiz (s.ə.v.)-in Kitab Əhlinə qarşı şəfqətli, qoruyucu və ədalətli tutumunun gözəl nümunələridir. Bununla birlikdə Peyğəmbərimiz (s.ə.v.)-in bir Yəhudinin cənazəsi keçdiyi əsnada ayağa qalxdığı, Məscidi Nəbəvidə Xristianların öz ibadətlərini etmələrinə icazə verdiyi, özünü ziyarətə gələn Xristianların oturması üçün əbasını çıxarıb altlarına sərdiyi, hicrət edən ilk Müsəlmanları etibarda olmaları üçün Xristian Necaşinin yanına göndərdiyi səhih hədis kitablarında var olangerçəklərdir. Bu səbəbdən bütün Müsəlmanların da bu gerçəklərə görə hərəkət etmələri, Peyğəmbərimiz (s.ə.v.)-in sünnəsinə uyğun olaraq Kitab Əhlinə gözəlliklə davranmaları, onları sevgiylə, şəfqətlə və nəzakətlə İslama dəvət etmələri lazımdır. (Peyğəmbərimiz (s.ə.v.)-in həyatından gözəl nümunələri buradan oxuya bilərsiniz.)

- Kitab Əhli gerçək İsəvi və gerçək Yəhudi olmaq üçün Məhəmmədi olmalı, Qurana uyğun gəlməlidir -

Bura qədər izah etdiklərimizdə Qurandan və Peyğəmbərimiz (s.ə.v.)-in həyatından dəlilləriylə gördüyümüz kimi Müsəlmanlar, Kitab Əhlinə qarşı şəfqətli bir anlayışiçində olmalı, onları gözəl sözlə Allahın Birliyinə və İslama dəvət etməlidir.

Kitab Əhlinin Allahın birliyinə iman edib, "LailahəillAllah" deməsi şübhəsiz çox qiymətli bir gözəllikdir. Amma Allah Qatında din İslamdır. Kitab Əhli, Allahın özlərini sevməsini və özlərindən razı olmasını istəyirsə mütləq Hz. Məhəmməd (s.ə.v.)-in son haqq peyğəmbər olduğunu qəbul etməli və Qurana tabe olmalıdır. Allahın Hz. Musa (ə.s.) və Hz. İsa (ə.s.) endirdiyi haqq dinlər, zaman içində pozulmalara uğramış və nə Hz. Musa (ə.s.)-ın nə də Hz. İsa (ə.s.)-ın əsla təbliğ etmədiyi və əsla qəbul etməyəcəkləri bəzi düşüncələr və anlayışlar əlavə olunmuş, bəzi haqq anlayışlar da çıxarılmışdır.

Bu səbəblə, əgər Kitab Əhli Allahın bu mübarək peyğəmbərlərinə endirdiyi haqq dinə Allah Qatındakı halıyla tabe olmaq, Hz. Musa (ə.s.) dövründəki saleh bir Yəhudi, Hz. İsa (ə.s.) dövründəki kimi saleh bir İsəvi olmaq istəyirsə eyni zamanda Məhəmmədi olmalı və Qurana uyğun gəlməlidirlər. Allah Quranda bütün peyğəmbərləri bir-birindən ayırt etmədən iman etməyi əmr etmişdir. Necə ki bir Müsəlman Hz. Məhəmməd (s.ə.v.)-a inanıram, amma Hz. İbrahim (ə.s)-ı rədd edirəm dediyində dindən çıxarsa, İsəvi və Yəhudilərin də Hz. Məhəmməd (s.ə.v.)-in Allahın peyğəmbəri olduğunu qəbul etmələri və onu candan sevmələri lazımdır. Bu onların Hz. Musa (ə.s.)-ı və Hz. İsa (ə.s.)-ı gözardı etdikləri, artıq onları sevmədikləri mənasını verməz. Tam tərsinə bu mübarək peyğəmbərləri tam Allahın istədiyi kimi, tam Allahın razı olacağı şəkildə sevmələrinə vəsilə olar. Hz. Musa (ə.s.)-a daha yaxın, Hz. İsa (ə.s.)-a daha yaxın olmalarını, onları daha doğru anlamalarını, onlara tam mənasıyla bağlanmalarını təmin edər.

Bu açıq gerçəyə baxmayaraq əgər Kitab Əhlindən bəzi kəslər, öz düşüncələrində və öz inanclarında qalmaq istəyərlərsə, bu vəziyyətdə Müsəlmanlar onlara əsla məcbur edibdinlərini dəyişdirə bilməzlər, onlara təzyiq tətbiq edə bilməzlər. Müsəlmanların söyləyəcəyi söz, Allahın Quranda bildirdiyi üzrə, bütün insanlara olduğu kimi Kitab Əhlinə də,

"Sizin dininiz sizə, mənim dinim mənə." (Kafirun Surəsi, 6)

deməkdir.
(məqalə harun yahya)